DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə73/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   69   70   71   72   73   74   75   76   77

228 

 

Ə. Dəmirçizadə Füzuliyə dair “Azərbaycan ədəbi dilinin inki-



şafında Füzulinin  yeri” və “Azərbaycan ədəbi dilinin inkişafında 

Füzulinin rolu” məqalələrini yazmışdır. Müəllif qeyd edir ki, Fü-

zuliyə qədərki şeir dili müəyyən mənada inkişaf etdirilsə də, hələ 

onun qəbul etdiyi bir üslub yox idi. O, Füzuliyə qədərki ədəbi dili 

o qədər də səlis və sığallanmış hesab etmir. Müəllif fikrini əvvəlki 

ədəbi dilin dini məzmunlu şeirlər yazmaq üçün lazımi söz, ifadə, 

təşbeh,  məcaz  və  qiyaslarla  dolğun  olmasına  rəğmən  XVI  əsrin 

bütün tələblərinə cavab verməməsinə görə əsaslandırırdı.  

Ə.  Dəmirçizadə  Azərbaycan  xalqının  qədim  yazılı  abidəsi 

olan “Kitabi-Dədə Qorqud” dastanın da dil xüsusiyyətlərini araş-

dırmış,  dərindən  öyrənmiş,  nəticədə  sanballı  bir  əsər  –  “Kitabi-

Dədə  Qorqud”  dastanlarının  dili”  (1959)  meydana  çıxmışdır.  Ə. 

Dəmirçizadə  bu  abidənin  fonetik,  morfoloji,  sintaktik  və  leksik 

xüsusiyyətlərini  tədqiq  etmiş,  kitabda  söz  müvaziliyindən  söz 

açmış və onun “dilimizin tarixi nöqteyi-nəzərindən və bu kitabın 

yazılmış  olduğu  oğuz  dilinin  nədən  ibarət  və  necə  bir  dil 

olduğunu 

müəyyənləşdirmək 

nöqteyi-nəzərindən 

olduqca 


mühüm” olduğunu bildirmişdir [1.28]. 

 

Ədəbiyyat 

 1. Dəmirçizadə Ə. Kitabi-Dədə Qorqud dastanlarının dili. Bakı, 

1959. 


 2. Dəmirçizadə Ə. M. F. Axundovun dramaturgiya dili. // 

Revolyusiya və kultura, № 6-7, 1938, səh. 123-138. 

3. Kazımov Q. Seçilmiş əsərləri. II c, Bakı, 2008. 

4. Şahbazlı F. Azərbaycan dilçiliyi və professor Ə.M.Dəmirçi-

zadə. Bakı, 2000. 

 

Ключевые слова: образный язык, языковые 

особенности, литературный язык, стиль, образ и др. 

Key words: artistic language, language features, literary 

language, style,character and s. 

 



229 

 

Xülasə 



Məmmədova Aytən 

Ə. Dəmirçizadə yaradıcılığında bədii dil məsələləri 

 

Məqalədə Ə. Dəmirçizadənin bədii dil məsələlərinə aid yara-

dıcılığı öz əksini tapmışdır. Onun Azərbaycan ədəbi dili sahəsin-

də böyük rolu olan söz sənətkarlarının bədii dil məsələlərinə aid 

məqalə və əsərləri təhlil olunmuşdur.  

Açar  sözlər:  bədii  dil,  dil  xüsusiyyətləri,  ədəbi  dil,  üslub, 

obraz və s. 

 

Резюме 

Маммадова Айтан 

В творчестве А. Демирчизаде проблемы 

художественном языке 

 

В  статье  говорится  об  художественное  творчество  Де-

мирчизаде.  Его  художественные  языковых  проблемы  к 

статьи  и  произведения  проанализированы  великого  мастера 

слов  который  сыграл  важную  роль  в  литературного 

азербайджанского языка. 

 

Summary 

Mammadova Aytan  

Artistic language issues in the work of A. Demirchizade 

 

The article reflected language relates  to  the issues  of  artistic 

creativity of the A. Damirchizadeh. His language issues of artistic 

article  and  works  which  played  a  major  role  in  Azerbaijani 

literary language of the masters have been analyzed. 

 

 



 


230 

 

Seyidli Güllü  

magistr 

NƏSİMİ BƏDİİ OBRAZ KİMİ AZƏRBAYCAN VƏ 

TÜRKMƏN ƏDƏBİYYATINDA 

 

İmadəddin Nəsimi XIV əsr Azərbaycan ədəbiyyatının əvəz-



olunmaz  sənətkarıdır.  Onun  hürufi  nümayəndəsi  olaraq  təmsil 

etdiyi  təriqət  və  poeziyasında  əks  etdirdiyibəşəri  ideyalar    tarixə 

əbədi olaraq yazılmışdır. Bu baxımdan Nəsimi tarixi bir şəxsiyyət 

kimi bir çox sənətkarların maraq dairəsində olmuş və  bədii obraz 

olaraq  nəinki  Azərbaycan  ədəbiyyatında,  eləcə  də  digər  türk 

xalqlarının da maraq dairəsini cəlb edə bilmişdir. 

Azərbaycan ədəbiyyatında Qabil "Nəsimi" poeması, İsa Hü-

seynov "Məhşər" romanı, Rəsul Rza "Son gecə" poeması ilə Nəsi-

minin  bədii  obrazını  yaratmışlar.  Eləcə  də,  Türkmən  ədəbiyyatı-

nın  nümayəndəsi  olan  Nurməhəmməd  Əndəlibin  "Risaleyi-Nəsi-

mi" poeması ( dastanı) Nəsimi obrazının təsvir olunduğu əsərdir.  

Qabilin  "Nəsimi"  adlı  epik  poeması  sənət  əsəridir.  Nəsimi-

nin Şamaxıda başlayıb uzaq Hələbdə sona yetən zəngin və mürək-

kəb  hadisələrlə  dolu  həyatı  Qabilin  poemasında  öz  dolğun  bədii 

inikasını  tapmışdır.  "Nəsimi"  poemasının  bədii-estetik  keyfiyyət-

ləri,  fəlsəfi  mündəricəsi  bizi  Hələbdən  başlamış  ölümsüzlüyə 

inandırır,  Qabilin  poeziyası  həmin  ölümsüzlüyə  gətirib  çıxaran 

əməlləri,  fəaliyyəti,  hiss  və  həyəcanları,  əqidəni  dolğun,  tutarlı 

boyalarla  əks  etdirib.  Poemada  tarixilik  şərti  səciyyə  daşıyır. 

Nəsimi  bədii  obraz  olaraq  da  mübariz,  əqidəsindən  dönməz  və  

ideyalarını xalqı yolunda reallaşdırmağa can atan bir filosof kimi 

qələmə alınmışdır. 

  İsa  Hüseynovun  "Məşhər"  romanında  biz  Azərbaycanda  

XIV əsr siyasi-tarixi vəziyyətlə açıq şəkildə tanış oluruq. Belə ki, 

Teymurilərə  qarşı  formalaşan  hürufizm  təriqəti  Fəzlullah 

Nəiminin  başçılığı  ilə  təşəkkül  tapsa  da,  onun  edam  edilməsi  və 

varis  olaraq  ideyalarını  Nəsimiyə  yönləndirməsi  istiqamətində 

yayılır.  Əsərdə  xalqın  vəziyyətini  yüngülləşdirmək  və  bu  yolda 

Nəsimin başçılığı ilə aparılan mübarizənin təsvirini görürük. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə