DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə74/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   69   70   71   72   73   74   75   76   77

231 

 

Nəsiminin  bədii  obraz  olaraq  canlandırılmasını  biz  Rəsul 



Rzanın  "Son  gecə"  poemasında  da  açıq-aydın  görürük.  Onu  da 

qeyd edək ki, məhz bu poemada Nəsimi bədii obraz olaraq bir qə-

dər  fərqli  yönümdən  işıqlandırılır.  Nəsimi  bu  əsərdə  "son 

gecə"sini yaşayır. Bir sözlə, belə bir şəraitdə də Nəsimi mübariz-

dir.  Həyatını  qurtarmaq  şansını  belə  dəyərləndirmir  və  bəşəri 

ideyalarını üstün tutaraq yolundan dönmür. 

Nəsimi  bədii obraz olaraq Türkmən ədəbiyyatında da qələ-

mə  alınmışdır.  Nurməhəmməd  Əndəlibin  "Risaleyi-Nəsimi"  poe-

ması  (dastanı)  bu  baxımdan  çox  maraqlı  əsərdir.  Əsərdə  Nəsimi  

öz əqidəsindən dönmür və sonda öz qardaşı tərəfindən edam edi-

lir.  Əsərdə  Nəsimi  xüsusi  istedad  sahibi,  hətta  peyğəmbər 

səviyyəsinə çatdırılır. 

Həm Azərbaycan, həm də Türkmən ədəbiyyatında canlandı-

rılan  Nəsimi  obrazı  bu  və  ya  digər  şəkildə  dönməz,  mübariz  bir 

sənətkar kimi qələmə alınmışdır. 

 

 Seyidli Güllü 



NƏSİMİ BƏDİİ OBRAZ KİMİ AZƏRBAYCAN VƏ 

TÜRKMƏN ƏDƏBİYYATINDA 

XÜLASƏ 

Tezisdə  biz  Nəsiminin  Azərbaycan  və  Türkmən  ədəbiyya-

tında  yaradılmış  bədii  obrazını  təhlil  edirik.  Ona  həsr  edilmiş 

əsərlərdə  Nəsimi  yalnız  sənətkar  olaraq  deyil,  eyni  zamanda 

şəxsiyyət olaraq təsvir edilir. 

Açar sözlər:  Nəsimi, hürufizm, bədii obraz 

 

 



Сеидли Гюллу 

ОБРАЗ НАСИМИ В ЛИТЕРАТУРЕ  

АЗЕРБАЙДЖАНА И ТУРКМАНА 

РЕЗЮМЕ 

 

В тезисе мы анализироваем Насими как художествен-



ный  образ  в  литературе  Азердбайджана  и  Туркмана.  Произ-


232 

 

видениях посвяшённой ему, мы видем Насими не только как 



поэтa, одновременно как личность. 

Kлючевые слова: Насими, хуруфизм, художественный 

oбраз 


 

 

Seidli Gylly 



NASIMI AS ART IMAGE IN AZERBAIJAN AND 

TURKMAN LITERATURE. 

SUMMARY 

In  this  tezis  we  analyseNasimi  as  art  image  in  Azerbaijan 

and Turkman literature. We analyseNasimi  not only as craftsman, 

but also like personality in works devoted him. 



Key words:Nasimi, hurufism, art image 

 

 



 


233 

 

Qocayeva Nərmin 

magistr 

NİZAMİ GƏNCƏVİ MƏSNƏVİLƏRİNİN 

XÜSUSİYYƏTLƏRİ 

 

Nizami  məsnəviləri  kompozisiya  etibarilə  çox  maraqlı 

qurulmuşdur.  "Xəmsə"yə  daxil  olan  poemalar  kompozisiyasına, 

süjetinə  görə  bir-birindən  fərqlənir.  Poemaların  kompozisiyasın-

dakı oxşar cəhət budur ki, hər bir poemanın giriş hissələri, bədii 

müqəddimələri var. Hər birində mina-cat, nət, kitabın yazılma sə-

bəbi,  ithaf olunduğu şəxsə  xitab verilir.  Lakin  bədii müqəddimə-

lərdə  bəzən  ayrı-ayrı  hissələr  də  verilir.  Məsələn,  "Xosrov  və 

Şirin"  poemasının  girişində  eşq  haqında  fikirləri,  "Leyli  və 

Məcnun"da söz haqqında, oğlu Məhəmmədə nəsihət və s. verilir. 

Bədii  müqəd-dimələr  əhvalatların  başlanmasına  qədər  olan 

hissələrdir  və  əsərlərin  əvvəlində  verilir.  Bəzən  bu  ardıcıllıq 

pozulur.  Məsələn,  "Xosrov  və  Şirin"  poemasında  əsasən  giriş 

hissələrində  verilən  "Oğlu  Məhəmmədə  nəsihət","Peyğəmbərin 

meracı",  şahı  mədh  və  nəsihət  kimi  parçalar  poemanın  sonunda 

verilmişdir.  Poemaların  giriş  hissələri  təsvir  olunan  əhvalatların 

süjet  xətti  ilə  əlaqəli  deyil,  müstəqil  parçalardır.Onların  ayrı-

ayrılıqda da süjet xətti yoxdur.  

Nizami məsnəviləri üçün əsas səciyyəvi cəhətlərdən biri sü-

jet xəttinin qurulmasında həm şifahi, həm də  yazılı qaynaqlardan 

istifadə  etməsidir.  Sənətkarın  özünün  də  qeyd  etdiyi  kimi,  yazılı 

mənbələrdən daha çox Buxari, Təbəri və Firdovsinin əsərlərindən 

istifadə  etmişdir.  Folklordan  isə  daha  çox  nağıllardan,  əfsanə-

lərdən, dastanlardan, atalar sözü və məsəllərdən istifadə etmişdir. 

Lakin  Nizami  bu  mənbələri  əsərlərində  olduğu  kimi  deyil,  fərqli 

şəkildə,özünəməxsus xüsusiyyət-lərlə vermişdir. 

 



234 

 

РЕЗЮМЕ 



Гожайева Нармин 

Особенности двойной рифмы Низами Гянджеви 

В тезисе говорится об особенностях формы, постанов-

ки, художественном начале поет входящих в "Хемсе". 

 

SUMMARY 

GojayevaNarmin 

                         The characteristics of NizamiGanjavi's  istiches 

It  is  dealt  with  the  characteristics  of  forms,  the  structure, 

fiction introductions of the poems including "xamsa" in the tezis. 



235 

 

   



 

 

 

 

   

Nərmin Qocayeva  

magistr 


"YEDDi GÖZƏL" POEMASININ STRUKTUR 

XÜSUSİYYƏTLƏRİ ELMİ-NƏZƏRİ TƏHLİL 

MÜSTƏVİSİNDƏ 

 

Dahi  sənətkarların  yaratdıqları  əsərlər  hər  zaman  əbədi  və 

yaşarı olur, çünkibu əsərlərdədərin hikmət, gözəllik, insanları xoş-

bəxt  etmək  istəyi,  bir  sözləümumbəşəri  ideyalartəbliğ  olunur.Xll 

əsr Azərbaycan ədəbiyyatının qüdrətli sənətkarı, dahi şairi Nizami 

Gəncəvinin  yaradıcılığı  bu  fikirlərəən  yaxşı  nümunədir.  Böyük 

şairin  bəşəriyyətə  bəxş  etdiyi  sənət  inciləri  elə  bir  xəzinədir  ki, 

ondan əsrlər boyu bəhrələnmək mümkündür.  

Onun  yaradıcılığı  təkcə  Azərbaycan  ədəbiyyatına  deyil, 

həmçinin  bir  çox  millətlərin  ədəbiyyatının  inkişafına  təsir  et-

mişdir. Nizami Yaxın Şərq ədəbiyyatına yeni ideyalar gətirmişdir. 

Buna  görə  də  ondan  sonra  gələn  bir  çox  mütərəqqi  şairlər  onun 

təsirilə yazıb  yaratmış, mövzularını tərar etməyə çalışmışlar.Dahi 

şairin zəngin ədəbi irsi bütün dövrlər üçün müasir məna daşımış, 

öz əhəmiyyətini saxlamış, hər zaman sevilmişdir. Nizaminin ədə-

bi  irsindən  dövrümüzəqədərlirik  şeirləri,  "Xəmsə"kimi  ölməz 

sənət  abidəsi  gəlib  çatmışdır.  Böyük  şair  dünya  ədəbiyyatında 

məhz  "Xəmsə"  müəllifi  kimi  məşhurdur.  "Xəmsə"yə  daxil  olan 

"Sirlər  xəzinəsi",  "Xosrov  və  Şirin",  "Leyli  və  Məcnun",  "Yeddi 

gözəl" və "İsgəndərnamə" poemalarında sənətkar öz ölməz və hu-

manist ideallarını yüksək sənət dili ifadə etmişdir. Poemalar daxili 

məzmununa, bədii xüsusiyyətlərinə, mövzularına, quruluşuna gö-

rə  bir-birindən  fərqlənir.  Poemalardan  dördüncüsü,  yarı  fantastik 

əsər  olan  "Yeddi  gözəl"(1197)  quruluşu  ilə  digər  poemalardan 

fərqlənir.  Yaxın  Şərq  ədəbiyyatında  bu  səpkidə  ilk  dəfə  qələmə 

alınmış "Yeddi gözəl" poemasıtəkcə Şərq ədəbiyyatında deyil, elə 

Qərb  ədəbiyyatınada  təsir  göstərmişdir.  Poemanın  özünəməxsus 

forma  xüsusiyyətləri,mürəkkəb  quruluşu,  həcmi  və  başqa  cəhət-

ləri  diqqəti  cəlb  edir.  Poema  Sasani  padşahlarından  Bəhram  Gu-

run həyatına, sərgüzəştlərinin təsvirinə həsr olunmuşdur. Bəhram 

Gurun  əhvalatı  maraqlı  bir  şəkildə  yeddi  gözəlin  hekayətlərilə 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə