DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə75/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   69   70   71   72   73   74   75   76   77

236 

 

birləşdirilmiş  vənəticədəbir-birilə  vahid  süjetlə  bağlanmış  yeddi 



gözəl  hekayə  (nağıl)əmələgəlmişdir.Əsər  kompozisiya  etibarilə 

çox  maraqlı  qurulmuşdur.Süjet  və  kompozisiya  bir  tərəfdən  təh-

kiyə  yolu  ilə,digər  tərəfdən  isə  romantik  şeirə  məxsusbir  cəhət 

kimi lirik ricətlərlə, haşiyələrlə inkişaf etdirilmişdir. Ümumiyyət-

lə,  şairin  demək  olar  ki  bütün  poemalarında  lirik  ricətlərə  rast 

gəlinir.Hər  hansı  bir  hadisəni  danışarkən  müəyyən  münasibətlə 

mövzudan Poemanın giriş hissəsində, yəni əhvalatların başlanma-

sına qədər olan hissədəminacat, nət, kitabınyazılma səbəbi, əsərin 

ithaf  edildiyi  şəxsə  xitab,oğlu  Məhəmmədə  nəsihətdən  bəhs 

olunur. Bunlarmüstəqil parçalardır və poemanın əsassüjetixətti ilə 

bağlı deyildir. Lakin əsərin əsas hissəsində insan necədir və necə 

olmalıdır sualı ayrı-ayrı insan surətləri və həyati hadisələr vasitə-

silə  öz  təsdiqini  tapırsa,  müqəddimədə  bu  sual  lirik  şəkildə,  dü-

şüncələr,  çağırışlar  və  ittihamlar  tərzində  ifadə  olunur.  Məsələn, 

Bəhram Gurun əsas səhvlərindən biri odur ki, o, insanın vəzifəsini 

yeyib-yatmaqda  görür.  Şair  qəhrəmanın  bu  səhvinə  əsərin 

müqəddiməsində  "sözün  tərifi  və  hikməti  haqqında"adlı  hissədə 

işarə  edərək  yazır:  İnsan  yem  dalınca  qaçmasın  gərək,  quşdan 

ayıq olsun zirəkdən zirək.  

Ümumiyyətlə, klassik ədəbiyyatda bədii müqəddimələr əsə-

rin ayrılmaz hissəsinə çevrilir. Bəzən əsərin giriş hissəsi ilə bədii 

müqəddimə bir-birindən fərqləndirilmir. Lakin  giriş hissə deyən-

də buraya tövid, nət, kitabın yazılma səbəbi, ithaf olunduğu şəxsə 

xitab  daxildir.  Giriş  hissədə  verilən  Allahın,  peyğəmbərin  tərifi 

islam  qanunları  çərçivəsində  verilir.Müqəddimənin  "sözün  tərifi 

və  hikmət  haqqında"  adlı  bölməsində  şairin  qoyduğu  bir  sıra 

problemlər  arasında  ictimai  bərabərsizlik  ən  ağrılı  məsələ  kimi 

diqqəti özünə çəkir.Müqəddimədə verilən övlada nəsihət bölməsi 

Nizami  bədii  müqəddimələrinin  ayrılmaz  tərkib  hissələridir.Bu 

nəsihətlər onun təkcə öz oğluna deyil, ümumilikdə gəncliyə nəsi-

həti kimi qiymətləndirilir.Şair üç poemasında oğluna nəsihətlərini 

bildirir.Hər  üç  poemada  nəsihətlər  ayrı-ayrı  mövzular  üzərində 

qurulur.  Nizami  bədii  müqəddimələrdən  bir  vasitə  kimi  istifadə 

edərək öz yüksək bədii-fəlsəfi ideyallarını oxuculara çatdırır. 




237 

 

Bu müstəqil parçalardan sonra Bəhram Gurun əhvalatı baş-



lanır.  Onun  doğulması,  Neman  və  Mənzərin  sarayında  keçən 

uşaqlıq illəri, igidliyi sayəsində əldə etdiyi şahlıq taxt-tacı , ölkəni 

idarə işindəki siyasətini təsvir edən epizodlar verilir. Bu epizodlar 

süjetin  ekspozisiya  hissəsini  təşkil  edir.Nizami  "Yeddi  gözəl"in 

kompozisiyasına  Bəhram  Gurun  sərgüzəştlərilə  bağlı  müxtəlif 

epizodlar  da  daxil  etmişdir.Bu  epizodlardan  biri  Fitnə  adlı  ağıllı 

bir qızın əhvalatıdır. Fitnə ilə bağlı bu epizod əgər əsərdən çıxa-

rılsa  əsərin  quruluşuna,  məzmununa  xələl  gəlməz.Ancaq  Fitnə 

əhvalatı  əsərin  quruluşunu  zənginləşdirir,  məzmununu  daha  da 

mənalı  edir.Eyni  zamanda  bu  epizod  Bəhramın  təkamülə  doğru 

inkişafında  müəyyən  rol  oynayır.  Nizaminin  digər  əsərləri  də 

mənalı  epizodlarla  zəngindir.  Müxtəlif  mənbələrdən  götürdüyü 

epizodları sənətkar əsərlərində ustalıqla istifadə etmiş və mükəm-

məl  əsərlər  yaratmışdır.  Bu  hissələrdən  sonra  Bəhramın  yeddi 

günbəzli saray tikdirməsi,  yeddi  ölkədən  yeddi  şahzadəgözəl  gə-

tirməsi  və  yeddi  gözəllə  keçirdiyi  nəşəli  həyatın  təsviri  verilir. 

Müəllif  əsərin  süjeti  ilə  bağlı  məsələləri  təsvir  edərkən  yeri  gəl-

dikcə  poemaya  bir  sıra  əlavə  epizodlar  hekayələr  (nağıllar)  daxil 

edir. Bu da  əsərə  xüsusi bir özəllik  verir. Nağıllar "Yeddi  gözəl" 

kompoezisiyasının məzmun-fikir istiqamətlərini şərtləndirir. Yed-

di gözəl xətti poemanın əsas süjet xəttini təşkil edir.Yeddi gözəlin 

söylədikləri  yeddi  hekayə  (nağıl)  zahirən  Bəhramın  padşahlığı 

məsələsilə əlaqəli deyil, əsərin əsas süjet xəttinə əlavə kimi görü-

nür. Hekayələr zahirən süjeti ləngitsədə, hadisələrin inkişafını ya-

rımçıq  qoysa  da  süjetin  ayrılmaz  tərkib  hissəsidir.  Buhekayətlər 

əslində hadisənin mahiyyətinin açılmasına yardım edən əlavə, la-

kin maraqlı vəəhəmiyyətli hadisələrdir. Hekayətlər istər kompozi-

siya, istərsədə süjet xətti etibarilə poemanın vəhdətini pozmur, ək-

sinə onun ideya məzmununu daha da dərinləşdirir. Poema bu he-

kayələrlə xüsusi orjinallıq vəcazibədarlıq kəsb etmişdir. Müxtəlif 

mövzulara həsr olunannağılların hər birinin öz müstəqil süjet xətti 

var. Nizami nağılların süjetini daha çox folklordan,"Min bir gecə" 

nağılından,"Kitabi-Dədə  Qorqud"  dastanından,  "Avesta"dan 

götürmüşdür. Tədqiqatçılar "Min bir gecə"nağılındakı "Altı kəniz 




238 

 

haqqında hekayə"  ilə  "Yeddi  gözəl"dəkihekayələr arasında süjet, 



məzmun,  və  ideya  yaxınlığının  olduğunu  söyləyirlər.  Məsələn, 

poemaya daxil olan nağıllardan birincisi, Hind şahzadəsinin nağılı 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatındakı  "Oxxayın  nağılı"  ilə 

səsləşir.  Hər  ikisində  ehtiras,hərislik  tənqid  olunur.  Bu  nağılda 

təsvir  olunan  qara  geyinənlər  şəhəri  Çindədi,  lakin  həm  Çində, 

həm  də  Hindistanda  qara  rəng  şadlıq  əlaməti  bildirir.  "Kitabi-

Dədə  Qorqud"  dastanında,  "Üç  şahzadə",  "Oxxay"  və  "Axvax" 

nağıllarında  isə  qara  rəng  kədər,  məyusluq  bildirir.  Nizaminin 

"hind şahzadəsinin nağılı"nda da qara rəng kədər bildirir.Nağılda 

təsvir olunan hadisələr Çində baş versə də sənətkar Çin  yazılı və 

şifahi  mənbələrindən  deyil,  Azərbaycan  folklorundan  istifadə 

etmişdir.  Rus  qızının  söylədiyi  hekayənin  süjet  və  məzmununda 

"Kitabi-Dədə Qorqud" dastanının "Qanlı Qoca oğlu Qanturalı bo-

yu"  ilə,  həmçinin  "Üç  şahzadə"  nağılı  ilə  bir  yaxınlıq  var. 

H.Araslı rus şahzadəsinin nağılı ilə "Şah İsmayıl" dastanı arasında 

da  motiv  eyniyyəti  olduğunu  qeyd  edir  və  nümunələr  gətirir. 

"Mahanın hekayəsi"ndə nağıl motivləri daha güclüdür. C.Qasımi 

qeyd edir ki, "Bu novellanın süjeti, personajların adları və ictimai 

motivlərilə  səsləşən  "Sonq  Bom  haqqında  hekayə"  adlı  Malayya 

xalq povesti mövcudur.Tədqiqat bu hekayənin məşhur "Maxabxa-

rata" əsasında yarandığını sübut etməyə çalışır.Nizaminin bu əsə-

rin  süjetini  eşitdiyini  ehtimal  etmək  olar".  "Xeyir  və  Şər"  heka-

yəsinin  süjet  və  kompozisiyası,mövzu  və  ideyası  "Avesta","Min 

bir  gece"  və  Azərbaycan  folklorundakı  "Mərd  və  namərd"  nağılı 

ilə  yaxından  səsləşir.  Şairin  şifahi  xalq  ədəbiyyatından  götür-

dükləri "Xeyir və şər" kimi nağıllar öz quruluşunu müəyyən qədər 

saxlayır,  ciddi  dəyişikliyə  uğramır.  Yeddinci  hekayəni  Nizami 

"Min  bir  gecə  nağılı"ndan  aldığını  açıq  yazır.Hər  iki  əsərdə 

nağılların  süjet  və  kompozisiyasında  bir  o  qədər  fərq  yoxdur. 

Fərqli  cəhəti  budur  ki,  əgər  "Min  bir  gecə"  nağılındakı  gözəllər 

eyş  işrətin,  gözəl  həyatın  arzusu  ilə  yaşayırlarsa  və  ilk  sevgiləri 

haqqında  qəmli  nəğmələr  oxuyurlarsa,  Nizaminin  təsvir  etdiyi 

nağılda qadınlar belə həyatı yaşayırlar və hekayənin qəhrəmanına 

işrət, şənlənmək təklif edirlər.Hekayə bağban və gözəllərdən biri-




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə