DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə8/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

23 

 

       Mənim könlüm müəllimdir, dizim isə dəbistanım 



O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı 

(Ə.Xaqani “Qəsideyi Şiniyyə”) 



İlahi, könlümə hər elmdən  pay, ver,  bilirsən  ki,   

“Mənim könlüm müəllimdir, mənəm-tifli dəbistanı”. 

(M.Füzuli “Ənisül Qəlb”)  

Füzuli  Xaqaninin “Qasideyi Şiniyyə”sinə, nəzirə yazan hind 

şairi  Xosrov  Dəhləvini,  tacik  şairi  Əbdürrəhman  Camini  xatır-

layır. “Tanıtdı aləmə Şirvani, Dehlini, Xorasani”. (2, səh 265)  

Elmi  ədəbiyyatdan  məlumdur  ki,  klassik  poeziyada    insanın 

zəhmətlə ucalığı  Xaqaninin adı ilə bağlıdır. Nizami “Xəmsə”sin-

də Xaqaninin yolunu davam etdirmiş, insan və zəhmət Nizami ya-

radıcılığının  başlıca  qayəsi  olmuşdu.  Füzuli  də  Xaqani,  Nizami 

ənənəsini    davam  etdirmişdir.  Şair  elmdən  əməkli  bir  bina  tikir. 

İnşa  etdiyi  qəsrin  tək  ona  məxsus  olmadığını  yalnız  onun  tək 

divarını  tikdiyini  deməklə  Xaqaninin  klassik  poeziyaya  gətirdiyi 

mövzuya  işarə  etmiş,  əməklə  insanın  ucaldığını  özünəməxsus 

fəlsəfi anlamda əks etdirmişdir.    



Xudaya, şükr, asayişdən ötrü bir bina tikdim, 

Ki, səbrü elmü hilmin mayəsindən oldu bünyani. 

 

Bu qəsri tikmədim tək mən, əsasın qoydu üç kamil, 

Tanıtdı aləmə Şirvani, Dehlini, Xorasani. 

 

Evin üç küncünü Xaqani, Xosrov, Cami tikmişdi, 

Mən isə eylədim Bağdaddə təkmil ərkani.  

(“Ənisül-Qəlb”, səh 271) 

Məhəmməd  Füzuli  elə  bir  sənətkardır  ki,  onun  yaradıcılığı 

zaman-zaman  araşdırılmış  və  bu  gündə  onun  ədəbi  irsi  öyrənil-

məkdə davam etməkdədir. Əsrlər bir-birini əvəz edəcək, lakin Fü-

zulinin ədəbi irsinin öyrənilməsi bitməyəcək. Füzuli ədəbi-bədiy-

yatı ilə bütün zamanlara öz möhrünü vurub.  

Şair nəzəri görüşləri ilə bağlı xüsusi əsər yazmasada yaratdığı 

əsərlər nəzəri baxışlarının təcəssümanıdır. Füzuli poeziyası Azər-

baycan  şeirinin  xalq  ilə  əlaqələrinin  möhkəmlənməsini,  Azər-

baycan  dilinin  inkişaf  edərək  zənginləşməsini  əks  etdirir.  Şairin 



24 

 

ədəbi irsi habelə ədəbiyyatımızın  bədii dil və üslub baxımından 



da zənginləşdiyini təcəssüm edir. 

 

                                   Ədəbiyyat 

1.

 

Məhəmməd Füzuli. Əsərləri. 6 cilddə, III cild Bakı. Şərq-Qərb



2005. 

2.

 



Məhəmməd Füzuli. Əsərləri. 6 cilddə, IV cild Bakı. Şərq-Qərb, 

2005. 


3.

 

Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı. Yazıçı, 1984. 



4.

 

Həmid  Araslı  Böyük  Azərbaycan  şairi  Füzuli.  Azərbaycan 



Uşaq və Gənclər ədəbiyyatı nəşriyyat. Bakı, 1958. 

5.

 



Əlyar  Səfərli,  Xəlil  Yusifli.  Qədim  və  orta  əsrlər  Azərbaycan 

ədəbiyyatı. Bakı. Ozan, 1998. 

 

Xülasə 

Məhəmməd  Füzulinin Ədəbi-Bədii Görüşləri 

 

Açar sözlər: Füzuli, bədii söz, İnsan, İlahi eşq 

 

Əsərdə Füzulinin poeziyası elmi tədqiqə cəlb olunur. Qəzəl-



ləri təhlilə çəkilir.Şairin nəzəri görüşləri araşdırılır. Füzulinin poe-

ziyasında  sufizm  ilahi  –  eşq,  hüsn,  kədər  elmi  cəhətdən  önə 

gətirilir.  

 

Summary 



Mahammad Fuzuli’s Artistic Meeting 

 

Key words: Fuzuli, artistic word, human, heaven love  

 

Fuzuli’s poetry is investigated in this work. Qezels are classi-



fied.  Poet’s  literary  and  artistic  meeting  is  researched.  Sufizm-

heaven love,lover’s sadness is brought forward in Fuzuli’s poetry. 




25 

 

 Kamil Hüseynoğlu 



filologiya üzrə elmlər doktoru 

  

BAKI VƏ QIZ QALASI ATİLLA HUNLARININ 



YADİGARIDIR  

 

Bakı şəhəri və buradakı Qız qalası abidəsinin tarixi barədə is-



tər  Azərbaycanda,  istərsə  də  ölkəmizdən  kənarda  xeyli  kitab  və 

məqalələr yazılmışdır. Ancaq indiyədək bu adların mənşəyi barə-

də əsaslı və qaneedici bir fikir ortaya qoyulmamışdır. Bunun baş-

lıca səbəbi onunla bağlıdır ki, hər hansı bir tarixi-mədəni hadisə-

nin  mənşəyinin axtarışı öz-özlüyündə  çox çətin axtarışdır: qədim 

mənbələr  olduqca  azdır  və  əldə  edilən  məlumatların  da  çox  qısa 

və yayğın olması tədqiqatçıları çox çətin vəziyyətə qoyur.  

Son zamanlarda çap olunmuş “İçərişəhər” məqalələr toplusun-

da  Qız  qalası  barədə  söylənilmiş  fərziyyələr  barədə  belə  deyilir: 

“Bir sıra tədqiqatçılar hesab edirlər ki,  Qız qalası  müxtəlif vaxt-

larda, yəni tikilinin aşağı hissəsi V-VI əsrlərdə, yuxarı hissəsi da-

ha  sonra,  XII  yüzillikdə  inşa  olunmuşdur.  Bu  yanaşma  qalanın 

yuxarı  hissəsinin  girintili-çıxıntılı  hörgü  sistemi  ilə  tikilməsinə 

əsaslanır. Təkrarsız quruluşuna görə abidənin tarixini daha qədim 

dövrlərə bağlayan mütəxəssislər isə onu Zərdüşt daxması, atəşpə-

rəst  məbədi  sayır,  tikilini  atəşpərəstlərin  səcdə  etdiyi  Mitra  və 

Anahita ilahələri ilə əlaqələndirirlər. Digər alimlərin fikrincə qala 

məhz kimmer-skif tayfalarının bu ərazilərdə məskunlaşdığı dövr-

lərdə  onlar  tərəfindən  od  ilahəsi  Tabitinin  şərəfinə  ucaldılmışdır. 

Sadalanan  ehtimallara  əsasən  Qız  qalası  e.ə.VIII-VII  əsrlərdə 

Kaspiana və Midiyanın bürclü məbədlərinin təsiri ilə ancaq Xəzə-

rin sahilində, məhz qədim odlar şəhəri Atəşi-Baquanda inşa oluna 

bilərdi. Mütəxəssislərin digər qrupu isə Qız qalasını V-VI əsrlərdə 

Sasanilərin Albaniya ərazisində qurduqları müdafiə sisteminə aid 

edirlər... Müdafiə əhəmiyyətli quruluşuna baxmayaraq, orta əsrlə-

rin müəyyən dövründə qaladan rəsədxana kimi istifadə olunduğu 

da ehtimal edilir” (7, s.176-178). Nəhayət, Şirvanşahların bu qala-

dan hamam kimi istifadə etməsini söyləyənlər də olmuşdur. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə