DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə9/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

26 

 

Qalanın  aşağı  və  yuxarı  hissələrinin  müxtəlif  dövrlərdə  tikil-



məsi barədəki fikir istisna olmaqla, burada deyilən mülahizələrin 

heç  biri  ilə  razılaşmaq  mümkün  deyildir.  Məsələn,  kimmer-skif 

tayfalarının  Azərbaycan  ərazisində  olması  faktı  heç  də  onların 

Bakı ərazisində də olması demək deyildir. Bunun üçün bu mülahi-

zəni təsdiq edən sübutlar lazımdır. Belə məlumatlar isə nə qədim 

mənbələrdə,  nə  də  elmi  ədəbiyyatda  vardır.  Digər  tərəfdən,  əgər 

Qız qalası atəşpərəstlik abidəsidirsə, onda bəs nəyə görə nə qala-

nın içərisində, nə də ətrafında atəşdən və atəşpərəstlik mərasimlə-

rindən heç bir əsər-əlamət görünmür. Nəhayət, hər bir dinə mən-

sub məbədlərin özünəməxsus memarlıq xüsusiyyətləri olur (məs-

cidlərdə, kilisələrdə olduğu kimi). Atəşpərəstlik məbədləri də hə-

mişə  kvadrat  formasında  tikilir  və  onların  içərisində  atəşin  yan-

ması üçün yer olur (XVIII əsrdə hind atəşpərəstləri tərəfindən inşa 

edilmiş  Suraxanı  atəşgədəsində  olduğu  kimi).  Qız  qalası  isə  ko-

nusvari silindr formasında tikilmişdir. 

Sasanilərin  Albaniyada  tikdikləri  müdafiə  sistemləri  isə  Dər-

bənddə idi (3,26), çünki Şimali Qafqazdan Albaniyaya yeganə ke-

çid buradan mümkün idi (Cənubi Qafqaza digər keçid  yolu Qaf-

qaz dağlarının qərb hissəsindəki Dəryalda idi). Dənizin sahilində 

bir  qala  tikməklə  köçərilərin  Albaniyaya  və  İrana  hücumlarının 

qarşısını almağın mümkünlüyünü düşünməyin özü gülücdür. 

Bakının  tarixi  barədə  ən  sanballı  monoqrafiyanın  müəllifi 

S.Aşurbəyli  də  Qız  qalası  barədə  deyilən  belə  fikirlərin  çoxuna 

haqlı olaraq etiraz edir. O, yazır ki, qalanın aşağı hissədə 5, yuxarı 

hissədə isə 4 metr eni olan divarlara malik olması faktının özü be-

lə  ehtimalların  çoxunu rədd edir, çünki  “nə atəşpərəstlik  məbədi, 

nə  daxma,  nə  də  rəsədxana  üçün  belə  enli  və  hündür  divarlar 

lazım deyildir” (13, 151). Bundan sonra o, əlavə edir: “Qala üzə-

rindəki kitabə XII əsrə aiddir... Dəniz tərəfindən düşmənin hücum 

təhlükəsi  Şirvanşahı  dəniz  sahilində  müdafiə  qalası  tikməyə 

məcbur etmişdir” (13, 151). 

Qeyd etmək lazımdır ki, S.Aşurbəylidən əvvəl də bir çox mü-

təxəssislər həmin daş kitabəyə əsasən qalanın XII əsrdə tikildiyini 

ehtimal  etmişlər.  Ancaq  onlar  düşünməmişlər  ki,  XII  əsrdə  mü-




27 

 

səlmanlar  tərəfindən  tikilmiş  istehkam  tipli  qala  nəyə  görə  “Qız 



qalası”  adlandırılmalı  idi.  Qalanın  divarındakı  kitabədə  deyilir: 

“Qulleyi-Məsud ibn Davud” (“Məsud ibn Davudun qülləsi”). Bu 

sözlər qalanın bayır tərəfində, 14 metr hündürlükdə, yəni girintili-

çıxıntılı hörgü sistemi ilə tikilən hissəsindədir. Qalanın 12 metrə-

dək olan hissəsində isə divarlar hamar şəkildə hörülmüşdür. Kita-

bədə  mütəxəssisləri çaşdıran  ərəbmənşəli  “qüllə” sözü olmuşdur. 

Məsələ burasındadır ki, ərəb və fars dillərində “qüllə” sözü yalnız 

hər  hansı  bir  hündür  əşyanın  və  ya  obyektin  ən  yuxarı  hissəsini, 

təpəsini  bildirir  (26,  2  c.,  s.2724).  Azərbaycan  dilində  də  bu  söz 

“dağın qülləsi” kimi ifadələrdə həmin mənasını saxlamışdır. An-

caq müasir Azərbaycan dilində bu söz “qala”, “vışka” mənası da 

kəsb  etmişdir.  Mütəxəssislər  də  “qüllə”  sözünü  sonuncu  mənada 

başa düşərək, bütün qalanın Məsud ibn Davud tərəfindən tikilmə-

si  qənaətinə  gəlmiş  və  buna  görə  də  qalanın  tikilmə  tarixini  XII 

əsrə  aid  etmişlər.  Halbuki  həmin  kitabədə  memar  qalanın  məhz 

yuxarı,  yəni  girintili-çıxıntılı  hissəsinin  ona  mənsub  olduğunu 

yazmışdır.  Əgər  o,  bütün  qalanın  onun  tərəfindən  tikildiyini  de-

mək  istəsəydi,  onda  kitabədəki  “qüllə”  sözü  əvəzinə  yenə  ərəb-

mənşəli “qəl’e” sözünü işlətməli idi. 

Zaman  kedikcə  sözlərin  öz  mənasını  və  ya  formasını  dəyiş-

məsi adi haldır; dil də canlı orqanizm kimi daima inkişaf edir və 

dəyişilir.  Məsələn,  fars  dilində  indi  də  “yolunu  azan”,  “pis  yola 

düşən”  mənasını  bildirən  “gümrah”  sözü  Azərbaycan  dilində 

“sağlam”, “qıvraq” mənası almışdır. 

Bəzi  tədqiqatçılar  isə  belə  hesab  edirlər  ki,  “Məsud  ibn  Da-

vud” adı qalanın memarına yox, səlcuq Sultanı Davudun nəvəsinə 

mənsubdur  və  həmin  kitabə  “Sultan  Məsudun  adının  əbədiləşdi-

rilməsi  məqsədilə  yerləşdirilmişdir”  (7,  176).  Ancaq  bu  əsassız 

iddia ilə də razılaşmaq mümkün deyildir; məlumdur ki, memarlar 

tikdikləri abidələrin üzərində adətən öz adlarını yazırlar.  

Ümumiyyətlə, qədim dövrlərə aid belə mürəkkəb məsələlərin 

həllində gümandan çox tarixi, arxeoloji, coğrafi, linqvistik, mifo-

loji,  etnoqrafik  və  s.  mənbələrə  əsaslanmaq  və  onların  kəsişmə-

sində elə bir nəticəyə  gəlmək lazımdır ki, bu nəticə məlum tarixi 




28 

 

faktlarla  ziddiyyət  təşkil  etməsin.  Ən  başlıcası  isə,  məsələnin  və 



ya problemin düzgün qoyuluşuna nail olmaq lazımdır, çünki təd-

qiqatın  düzgün  istiqamətdə  aparılması  problemin  həllinin  ən  azı 

yarısı deməkdir. 

Həm  Qız  qalasının,  həm  də  Bakının  mənşəyi  ilə  bağlı  olan 

dəqiq və konkret tarixi faktlar hunlarla bağlıdır. 

Hunlar Altay dilləri ailəsinin parçalanmasından (e.ə. III minil-

likdə)  sonra  onların  varislərindən  biri  kimi  tarix  səhnəsinə  çıxan 

(e.ə.  I  minilliyin  əvvəllərində)  ilk  türkdilli  etnos  olmuşlar.  Göy-

türk, qıpçaq, oğuz və s. qədim türk xalqları da hunların varisləri-

dir.  Ancaq  sonuncular  da  artıq  tarix  səhnəsindən  çıxaraq,  öz 

yerlərini  müasir  türk  xalqlarına  vermişlər.  Başqa  sözlə,  müasir 

türk xalqları hunların “nəvələridir”. Məsələn, əgər obrazlı şəkildə 

desək,  azərbaycanlıların,  türklərin,  türkmənlərin  və  qaqauzların 

ataları oğuzlar, babaları isə hunlardır. 

E.ə. III – b.e. I əsrlərində Mərkəzi Asiyada hökmran rol oyna-

yan Hun imperiyası I əsrin ortalarında parçalandı. Onların bir his-

səsi Çin və Syanbi (qədim monqol) dövlətlərinə tabe olaraq Mər-

kəzi  Asiyada  qaldılar,  digər  bir  hissəsi  isə  tədricən  qərbə  doğru 

irəliləyərək, b.e. II əsrində Şimali Qafqaza çatdılar. 375-ci ilə qə-

dər  onlar  Don  çayından  Karpat  dağlarına  qədər  olan  əraziləri  də 

tutaraq, Roma imperiyası  ilə  yanaşı  Avropanın  ən güclü  iki döv-

lətindən birinə çevrildilər. Avropadakı hun dövlətinin ən qüdrətli 

dövrü isə V əsrə, Atillanın hakimiyyəti illərinə (434-453) təsadüf 

edir. Atillanın ölümündən sonra Hun dövləti parçalansa da, ayrı-

ayrı hun tayfaları hələ uzun müddət Şimali Qafqazda öz nüfuzunu 

saxlayırdılar. 

Bunu da qeyd etmək lazımdır ki, hunların adı onların öz dilin-

də “ğun” olmuşdur. Ancaq nə “Çin”, nə də əksər Avropa dillərin-

də “ğ” səsi olmadığına görə onların adı Çin mənbələrində “xun”, 

Avropa və Qafqaz mənbələrində isə “qun”, bəzən də “un” şəklin-

də yazılmışdır. Qədim türk dilində “h” və “x” səslərinin olmaması 

faktı aydın şəkildə göstərir ki, biz də indi öz qədim əcdadlarımı-

zın  adını  təhrif  olunmuş  şəkildə  (hun)  işlədirik,  halbuki  bizim 

dilimizdə “ğ” səsi indi də işlənməkdədir. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə