“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.

səhifə1/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   43


 
«Дядя Горгуд китабы»нда ат култу 
 
 
ЯЗИЗХАН TANRIVERДИ 
 
 
 
 
 
 
 
 
 
“DЯДЯ-QORQUD KИTABI”NDA 
AT KULTU 
 
 
 
 
 
AMEA  Folklor  İnstitutu  Elmi 
şurasının  qərarı ilə nəşr olunur 
 
                            
 
 – 2012 
 
Bakı – 2012 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 

 
 
Redaktor:                              Muxtar KAZIMOĞLU 
                                            filologiya elmləri doktoru, professor 
             
Rəyçilər:                               Ramazan QAFARLI    
                                           filologiya elmləri doktoru, professor 
             
                                              İbrahim BAYRAMOV 
                                            filologiya elmləri doktoru, professor 
 
                                              İlham ABBASOV 
 
 
             
 
 
Язизхан  Tanrыverdi
.
  “Dədə  Qorqud  kitabı”nda  at 
kultu”. Bakı, “Nurlan”, 2012, 143 səh. 
 
 
 
“Dədə Qorqud kitabı”nda at kultu filologiya elmləri doktoru, profes-
sor Əzizxan Tanrıverdinin “Dədə Qorqud”un dilinə həsr etdiyi beşinci kita-
bıdır.  Monoqrafiyada  “Dədə  Qorqud  kitabı”ndakı  at  kultu  tarixi-linqvistik 
müstəvidə tədqiq edilir. Türk-Oğuz cəmiyyətində ata münasibət, at oğuldur, 
at qardaşdır, at xilaskardır, at qəhrəmandan üstündür kimi məsələlər təkcə 
“Kitab” yox, həm də digər mənbələr kontekstində araşdırılır. 
Kitab tələbələr, elmi işçilər, eləcə də “Kitab”ın dili ilə  maraqlanan-
lar üçün yazılıb. 
 
 
“Nurlan”, 2012 
 
                                                                 Ə.Tanrıverdi, 2012 
 
 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 

 
“KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDAKI 
AT KULTUNUN SİRRİNİ AÇAN BÖYÜK 
ALİM VƏ VƏTƏNDAŞ 
 
Adətən, bədii əsər insanı duyğulandırır. Lakin at kultu haq-
qında yenicə yazılmış bir elmi kitabı oxuduqca düşündüm, ruhum 
titrədi və xəyalım məni uzaqlara apardı... 
At  çox  qədim  zamanlarda  rəmzləşdirilən  heyvanlardan 
biridir,  öküzlə  müqayisədə  daha  geniş  əhatə  dairəsinə  malikdir 
və həyat gücünü, hətta ölünün (cəsədin) canlandırılmasını bildi-
rirdi. Təsadüfi deyil ki, buzlaşma çağının mağara mədəniyyətin-
də  qayaüstü rəssamlığın  əsas  mövzusunu  məhz öküzlər  və  vəhşi 
atlar  təşkil  etmişdir.  A.Lerua-Quran  belə  hesab  edir  ki,  tari-
xəqədərki  rəssamlıqda  hər  iki  heyvan  dualistik  görüşləri  əks 
etdirir:  işıq-qaranlıq,  gecə-gündüz,  od-su,  isti-soyuq,  xeyir-şər, 
ölüm  –  həyat.  Bu  qarşılaşmaya  aid  xüsusiyyətlər  Azərbaycan 
türklərinin də ilkin mifoloji təsəvvürlərində, folklor, qədim yazılı 
ədəbiyyat qaynaqlarında öz izlərini qoruyub saxlamışdır. Təkcə 
Koroğlunun atının dərya suyu, od, işıq, zülmətlə əlaqələnməsini 
xatırlamaq kifayətdir. Yunanlardakı insan-at sintezi - kentavrlar 
da dualizmin (şüurlu-şüursuz, ölüm-həyat) simvollaşmasıdır. Mi-
foloji görüşlərdə iki aləm arasında əlaqə, əsasən,  atlar vasitəsi 
ilə mümkün idi.  
Tarixə  bəllidir  ki,  oturaq  həyat  sürən  xalqları  köçəri  atlı 
tayfalar narahat etməyə başlayandan sonra min il ərzində Şərqi 
Avropa və Mərkəzi Asiyada da atlar əhliləşdirilmişdir. Beləliklə, 
ən əski zamanlarda bu sirli heyvan çox hallarda ölülər aləmi ilə 
əlaqələndirilmiş və dünyasını dəyişənlər üçün atlar qurban kəsil-
mişdir.  Cəsədin  at  dərisinə  bükülərək  basdırılması  adətinin  də 
əsasında  həmin  inam  dayanmışdır.  At  qurbankəsmə  ritualının 
Qafqazda – Azərbaycanda icra edilməsi barədə tarixin atası He-
redot və alban tarixçisi M.Kalankatuklu da məlumat vermişdir.  
 


 
Язизхан Танрыверди 
 
 

 
Sonralar bərk qaçması, aralıq yerləri tullanaraq aşması atı 
bir  rəmz  kimi  göylərə  qaldırmış,  birbaşa  günəşlə  əlaqələndiril-
miş və günəş arabasına qoşulan heyvan olaraq təqdim edilmiş-
dir.  Atın  rəmzləşməsində  uzun  müddət  ikili  xüsusiyyəti  diqqət 
mərkəzində  saxlanılmış,  bir  tərəfdən,  işıq  saçan  ağ  at  Xızırın, 
Həzrət Əlinin xılaskarlıq, qəyyumçuluq funksiyasında əsas vasi-
təçi  rolunu daşımış, digər tərəfdən isə  qara rəngə bürünüb zül-
mətdə  qanad  açaraq  fantastik  sürətliliyin,  sakral  gücün  (uzaq 
məsafəni bir göz qırpımında qət etməklə) daşıyıcısına çevrilmiş-
dir.  
Atın  döyüş  və  qələbə  simvoluna  çevrilməsi  də  müşahidə 
olunur.  Nəhayət,  şəxsləndirilən  atlar  müdrikliyi,  uzaqgörənliyi 
ilə diqqəti cəlb etmiş, sahibinə gələcək hadisələr barədə xeyirxah 
xəbərlər  vermişdir. İnanclarda atın baş  skletinin çəpərlərə san-
cılması  adətinə  bu  gün  də  bəzi  kəndlərdə  rast  gəlirik,  guya  bu 
halda  şərin,  bədbəxt  hadisələrin  qarşısı  alınır.  Yuxuyozumda  at 
murada  çatmaqdır.Yunanlarda  isə  at  dırnağı  bərəkət,  bolluq, 
firavanlıq və nemət kimi mənalan-dırılır. Bir çox xalqlarda, elə-
cə də Azərbaycan türklərində xoşbəxtlik gətirən talisman kimi at 
nalını qapının üstündən asırlar. Təkcə Xristian inancında ata bü-
tün hallarda mənfi münasibət müşahidə olunur. İoan Boqoslovun 
açıqlamasında deyilir ki, dünyada 4 növ at vardır: 
Ağ at - fəlakət, müsibət və taun,  
Kürən at – müharibə, 
Qara at – aclıq,  
Solğun at – ölümdür
1
.  
Göründüyü kimi, digər inanclardan fərqli olaraq xristian-
lıqda at rəmzləşəndə ancaq mənfilikləri ifadə edir.  
Atı küləyin rəmzi kimi götürüb qadının ehtiraslılığı, şəhvəti 
ilə  də  əlaqələndirirlər.  Alman  saqalarında  sərt  küləkdə  gəzib-
                                                 
1
Энциклопедия  символы,  знаки,  эмблемы.  –  Москва,  Издательство 
Астрель, АСТ, 2004, стр. 249. 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə