“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
32 
 
silahları ilə fəxr edirlər; 10. ―Dədə Qorqud‖ kimi ―Koroğlu‖da 
vahid  süjet  əsasında  qurulmamıĢdır,  ayrı-ayrı  yürüĢlərin  təsvi-
rinə  həsr  olunmuĢ  süjetlər  yığılaraq  dastan  mətnini  təĢkil  edir; 
11. Hər iki eposun poetik strukturu elədir ki, ...sonsuz həcmdə 
böyümək,  yeni  süjetlərlə  zənginləĢmək  imkanı  var;  12.  ―Dədə 
Qorqud‖da,  həm  də  ―Koroğlu‖da  islama  qədərki  inamlar  kifa-
yət  qədərdir;  13.  Hər  iki  eposda  hadisələr  Azərbay-canda  və 
ġərqi Anadoluda baĢ verir; 14. Hər iki eposun Türküstanla bila-
vasitə genetik əlaqəsindən bəhs edilir; 15. ―Dədə Qorqud‖, həm 
də  ―Koroğlu‖  bir  neçə  dəfə  yazıya  alınmıĢ,  Azərbaycan  yazı 
dilinin inkiĢafına əhəmiyyətli təsir göstərmiĢdir
1
. Bu qeydlər bir 
daha  təsdiq  edir  ki,  ―Kitab‖  və  ―Koroğlu‖dakı  at  və  qəhrəman 
obrazlarının  oxĢarlığı  təsadüfi  olmayıb,  bütün  parametrlərinə 
görə eyni xətdə birləĢir. Bu da Keçi baĢlu Keçər ayğırla Qıratın 
eyni  semantik  Ģaxədə  izah  olunmasını  Ģərtləndirən  detallardan 
biridir. 
Qulun. Türk mənĢəli, körpə at, dayça mənasında olan qu-
lun  sözü  ―Kitab‖da  12  dəfə  iĢlənmiĢdir:  Bir  qulunu  olmazmı 
olur?  Digər  tərəfdən,  ―Kitab‖da  qulun  sözü  əsasında  yaranmıĢ 
―kiçik  day‖  anlamlı  quluncuq  (Quluncığı  kiĢnəyib  belə  keçdi) 
və ―day vermək‖ anlamlı qulun vermək (ġahbaz atıŋ qarımıĢdı, 
qulun verdi, axır!) leksik vahidlərinə təsadüf olunur. Qeyd edək 
ki,    Banıçiçəyin  dilindən  verilmiĢ  sonuncu  cümlədə  konkret 
olaraq  qulun  vermə  (day  vermə)  mənası  ifadə  olunmur,  daha 
doğrusu,  məcazi  mənadadır,  tabunu  xatırladır.  Həmin  cümlə 
(...qarımıĢdı  qulun  verdi),  eyni  zamanda  ona  oxĢar  olan  cüm-
lələr  (Qızıl  dəvələriŋ  qarımıĢdı,  köĢək  verdi,  axır!..)  sintaktik 
bütöv daxilində ―Beyrək gəldi‖ (On altı yıllıq həsrətiŋ – oğluŋ 
Beyrək  gəldi,  axır!)  cümləsini  qüvvətləndirməyə  xidmət  edir. 
BaĢqa  sözlə  desək,  müqayisə  məqsədilə  iĢlədilmiĢ  həmin  tip 
cümlələr ―Beyrək gəldi‖ cümləsinin hazırlıq mərhələsini təĢkil 
                                                 
1
 N.Cəfərov. Eposdan kitaba, Bakı, 1999, s.125. 


 
Язизхан Танрыверди 
 
 
33 
 
edir.  Bu  da  təsadüfi  deyil.  Belə  ki,  Banıçiçək  Ģad  xəbəri  Bey-
rəyin  ata-anasına  birbaĢa  yox,  müqayisələr  kontekstində  çat-
dırır. Bu da bir tərəfdən, ―niĢanlım gəldi‖ cümləsinin dilə gəti-
rilməsinin  çətinliyi  ilə,  digər  tərəfdən  isə  Beyrəyin  ata-anasını 
həyəcanlandırmamaqla bağlıdır. Deməli,  sintaktik bütövün son 
hissələrində ―...qarımıĢdı qulun verdi‖ cümləsinin iĢlədilmə sə-
bəbi məlum olur,  tabu açılır. Yeri gəlmiĢkən, ―Kitab‖da ―ġah-
baz  atıŋ  qarımıĢdı,  qulun  verdi‖  tipli  cümlələr  qabarıq  Ģəkildə  
müĢahidə  olunur.  Məsələn,  kafirin  dilində  iĢlənmiĢ  ―Qarıcıq 
anaŋı gətürmiĢiz, bizimdir, Saŋa verməziz, Yayxan keĢiĢ oğlına 
verəriz, Yayxan keĢiĢ oğlından oğlı toğar‖ cümlələri semantika 
baxımından  reallığı  ifadə  etmir,  Oğuz  igidlərini  aĢağılamaq, 
sındırmaq  üçün  iĢlədilmiĢdir.  Qaraca  çobanın  dilindən  kafirə 
ünvanlanmıĢ sintaktik bütövün son cümləsi isə semantika baxı-
mından tamamilə realdır. Amma bu reallığın ifadəsi yenə də ta-
bulardan  sonra  gəlir.  Dəqiq  desək,  ―ġahbaz-Ģahbaz  atlar  Qarı-
yubdur  qulun  verməz‖  tipli  ifadələr  məhz  ―...Qazanıŋ  anası 
Qarıyubdur  oğul  verməz‖  cümləsi  ilə  açılır,  doğmaz,  oğul 
verməz  sözləri  çətinliklə  dilə  gətirilir.  E.Əlibəyzadə  bu  mətnə 
baĢqa müstəvidə yanaĢır: ―...insani keyfiyyətlər təbiət hadisələri 
ilə  qarĢılaĢdırılır,  fikir  həyatın  məntiqi  ilə  bədii  Ģəklə  salınır: 
Qazanın qoca, qarı anası qarımıĢ, qarlı qara dağlarla, qurumuĢ 
suyu  gəlməz  qanlı-qanlı  irmaqlar,  qarımıĢ,  qulun  verməz  ġah-
baz-Ģahbaz  atlarla,  qarımıĢ,  köĢək  verməz  qızıl-qızıl  dəvələrlə 
müqayisə edilir... lakin  bu qarĢılaĢdırmalarla qarımıĢ  ana qarı-
mıĢ dağlarla, qurumuĢ irmaqlarla bağlanılır, beləliklə, dərin bir 
təsir yaradılır, qarĢı tərəfə nifrət hissi gücləndirilir‖
1
.
6
 Müəllifin 
izahı  birtərəfli  olduğu  üçün,  daha  doğrusu,  kafirin  dilindən 
verilmiĢ  sintaktik  bütövlə  müqayisə  edilmədiyi  üçün  mətnin 
semantik yükü ilə tam səsləĢmir. 
                                                 
6
  

E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, s.270. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
34 
 
Yaxud  Uruz atası Qazan xana, anası Burla xatuna ―Qara-
quc atlar əsən olsa, qulun toğar‖ tipli cümlələrlə müraciət etdik-
dən sonra ―Sən əsən ol, anam əsən olsun, Məndən yegrək qadir 
sizə  oğul  verər‖,  -  deyir.Qazanın  dilində  də  tabudan  istifadə 
olunur.  Belə  ki,  Qazan  ―biz  qocayıq  allah  bizə  oğul  verməz‖ 
fikrini çətinliklə dilə gətirir. Bu həmin cümlədən əvvəl iĢlənmiĢ 
misralarda  qabarıq  Ģəkildə  görünür:  Dəvələr  qarısa,  nəsil  ver-
məz. Qarıcıq atlar qarısa, qulun verməz. Deməli, əsas fikir bir-
baĢa yox, üstüörtülü Ģəkildə, həm də müqayisələr kontekstində 
verilir. 
QarĢılaĢdırmalar  göstərir  ki,  qulun  sözü  ―Kitab‖da  həm 
həqiqi (Baqdı gördi kəndüniŋ dəŋiz qulunı Boz ayğır bunda ot-
lanub  turar),  həm  də  məcazi  mənada  iĢlənmiĢdir:  Bərü  gəlgil, 
qulunım  oğul!  N.Cəfərov  buradakı  ―qulunum  oğul‖  ifadəsini 
atanın  oğula  müraciət  formaları  sırasında  verməklə  kifayətlən-
miĢdir:  ―Atanın  oğula  müraciət  formaları  əsasən  aĢağıdakılar-
dan  ibarətdir:  Oğul!...  Ay  oğul!...  Qulunum  oğul!...  Arslanım 
oğul!... Oğul, oğul, ay oğul!.. Canım oğul!...‖
1
. Mətnin seman-
tik yükündən bəlli olur ki, ―qulunum oğul‖ müraciətindəki qu-
lunum sözü sevimli, körpə, gözəl mənasındadır:  qulunum oğul 
– sevimli oğlum, körpə oğlum, gözəl oğlum. Maraqlıdır ki, hə-
min müraciət V.Bartoldun tərcüməsində ―мой детеныш, сын!» 
(mənim körpə oğlum) Ģəklindədir. Deməli, atın (qulunun) oğula 
bərabər tutulması ―Kitab‖da aydın Ģəkildə ifadə edilmiĢdir. 
Qulan.  ―Kitab‖da  iki  dəfə  iĢlənmiĢdir:  Kəŋəz  yerlər  çə-
mənlərin  qulan  bilür...  Qulanla  sığın-keyikə  qoŋĢı  yurdım! 
F.Zeynalov  və  S.Əlizadə  bu  nümunələrdəki  qulan  sözünü  ―çöl 
eĢĢəyi‖ mənasında izah etmiĢdir
2
.  O.ġ.Gökyay isə qulan sözü-
nün yabanı at mənasında  iĢləndiyini göstərir və mənbələrə isti-
nadən  qeyd    edir  ki,  qədim  dövrlərdə  qulanın  yaĢadığı  bölgə 
                                                 
1
 N.Cəfərov. Xanım, hey! Bakı, 1999, s.270. 
2
 Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.130. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə