“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.

səhifə12/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
38 
 
Qaraqoç  at
1
2
.  Deməli,  F.Xalıqov  Qarağuc  deyil,  Qaraqoç  va-
riantını  əsas  götürür.  S.Əlizadənin  iki  fikrini  qarĢılaĢdıraq: 
―Bizcə,  ―Qarağuc‖  sözü  ―qaracıq‖ın  metateza  nəticəsində  də-
yiĢmiĢ  variantıdır‖;  ―Qaracıq  atın  adı;  qara  camaatın  mindiyi 
adi at‖. Müəllifin ikinci fikri yerinə düĢmür. Belə ki, -cıq mor-
feminin  əzizləmə  deyil,  kiçiltmə  çalarını  əsas  götürərək,  Qa-
racıq adını yalnız ―qara camaatın mindiyi at‖ kontekstində izah 
etmək  yerinə  düĢmür.  Fikrimizcə,  Qarağuc  at  adının  məhz 
―Qaraqoç‖la  əlaqələndirilməsi  daha  inandırıcı  görünür.  Çünki 
Qarağuc  adı  ―Kitab‖dakı  digər  at  adları  ilə  eyni  semantik 
Ģaxədə  birləĢir.  Məsələn,  ―Keçi  baĢlu  Keçər  ayğır‖  zoonimik 
modelində  ―keçi  baĢlu‖  baĢı  keçiyə  bənzəyən,  yaxud  ―Toğlı 
baĢlu Turı ayğır‖ modelində ―Toğlı baĢlu‖ baĢı toğluya bənzə-
yən  mənasındadır.  Qarağuc  (Qaraqoç  at)  adında  da  baĢı  qara 
qoça  bənzəyən  mənası  real  görünür.  Bu  isə  belə  bir  modeli 
bərpa  etməyə  imkan  verir:  Qara  qoç  baĢlı  at.  Buradakı  ―baĢlı‖ 
sözünün  ellipsisə  uğraması  türk  dillərində  mümkün  hadisələr-
dəndir.  Bu  mənada  ―Qarağuc‖  adi  at  deyil,  hətta  Dədə  Qorqu-
dun mindiyi ikinci atdan – Toğlı baĢlu Turı ayğırdan da güclü-
dür. Bu fikrin düzgünlüyü isə öz təsdiqini ən azı ―qoç toğludan 
güclüdür‖  tezisində  tapır.  ―Qoç  döyüĢünə  qoç  dözər‖  atalar 
sözü, eləcə də qoç sözünün igid, qoçaq kimi mənaları da (Qoç 
Koroğlu) dediklərimizi arqumentləĢdirir. 
Qarağuc (Qaraqoç) at adının baĢqa müstəvilərdə təhlili də 
yuxarıdakı izahlarla üst-üstə düĢür: 
―Kitab‖ın  müqəddiməsindəki  atalar  sözlərinin  ―boy‖lar-
dan  doğan  məntiqi  nəticələr  olması  qorqudĢünaslıqda  xüsusilə 
vurğulanır.  Bu  mənada  müqəddimədə  iĢlənmiĢ  Qarağuc,  eləcə 
də  Qazlıq  at  adları  ―boy‖lardakı  Boz  ayğır,  Qonur  at,  Qara 
ayğır və s. kimi vahidlərin ümumiləĢdirilmiĢ adı kimi çıxıĢ edir. 
Deməli, Qarağuc adi at deyil, əksinə, daha güclü, daha qüvvətli 
                                                 
2
 
1
F.Xalıqov. Azərbaycan onomalogiyası. Bakı, 2009, s.215. 


 
Язизхан Танрыверди 
 
 
39 
 
at  mənasındadır.  Yaxud  ―Qarağuca  qıymayınca  yol  alınmaz‖ 
atalar sözündən sonra verilmiĢ ―Böyük, iti, polad qılıncı çalma-
yınca döyüĢ bitməz‖ cümləsinin semantik yükü Qarağucun güc-
lü  at  olduğunu  söyləməyə  imkan  verir.  Bu,  həmin  cümlələrdə 
inkarda  iĢlənmiĢ  sözlərin  təsdiq  variantında  daha  aydın 
görünür: Qarağuca qıyınca  yol alınar; Böyük, iti, polad qılıncı 
çalınca döyüĢ bitər. Bununla yanaĢı, ikinci nümunədə qılınc sö-
zündən  əvvəl  iĢlənmiĢ  böyük,  iti,  polad  sözləri  birinci  nümu-
nədəki Qarağuc adının da atributları kimi çıxıĢ edir. 
Qazlıq  at.  Müqəddimədə  (Sarb  yürürkən  Qazlıq  ata  na-
mərd  yigit  yenə  bilməz,  binincə  binməsə,  yeg!)  və  ―boy‖larda 
iĢlənmiĢdir:  Qazanın  dilində  -  Qazlıq  atın  bütün  binən  Nə 
yigitsən, adıŋ nədir, degil maŋa! Burla xatunun dilində - Qazlıq 
atımdan enməyincə. Dirsə xanın xatununun dilində: Yaralanub 
Qazlıq atımdan enməyincə... Digər tərəfdən, Qazlıq at Qantura-
lının  (Baba, yelisi qara Qazlıq atuma əyər salayım...), həm də 
Bəkilin  atı  kimi  təqdim  olunur:  Yelisi  qara  Qazlıq  atın  bütün 
bindim. Müqayisələr göstərir ki, Qazlıq at ―boy‖larda bir neçə 
qəhrəmana  məxsus  at  kimi  xüsusi  olaraq  vurğulanır.  Deməli, 
Qazlıq ata olan sevgi, Qazlıq at müqəddəsliyi təkcə   müqəddi-
mədə yox, həm də ―boy‖larda aydın Ģəkildə ifadə olunmuĢdur.   
M.Seyidov  ―Qazlıq  dağı‖  oronimini  araĢdırarkən  
V.V.Bartoldun ―boylardakı Qazlıq dağı Qafqaz dağıdır‖, yaxud 
Ə.Dəmirçizadənin ―Qafqaz‖ sözü dağ mənasında olan qaf sözü 
ilə  tayfa  adı  ―qaz‖  (―qas‖)  sözlərinin  ―qaslar  dağı‖  mənasına 
birləĢməsindən  baĢqa  bir  Ģey    deyildir‖  fikirlərini  saf-çürük 
edir,  öz  mülahizələrini  məhz  bu  cür  tədqiqatlar  kontekstində 
təqdim edir: ―Qazlıq dağı – uca, yüksək, yüksəklik dağı demək-
dir. ―Qaztağ‖ adlı dağ Yenisey yaxınlığındadır. Bu dağdamı öz 
adını Qara dəniz sahilində yaĢayan qaz//qas qəbiləsinin adından 
almıĢdır? Əlbəttə, yox  ...Qaztaq və Qazlıq türk dilləri ilə bağ-
lıdır. ―Qazlıq dağı‖ ―Qafqaz‖ın tərcüməsi deyildir. Bu dağ adı 
müstəqil  yaranmıĢdır.  ―Qafqaz‖  dağının  tərkibindəki  qaz//qas 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
40 
 
―uca‖, ―yüksək‖ anlamında olan türkdilli (türk mənĢəli – Ə.T.) 
sözdür‖
1
. ―Yelisi qara Qazlıq at‖ zoonimik  modelindəki sözlə-
rin  hamısı  türk  mənĢəli  vahidlərdir:  ―yelisi  qara‖  qeyri-müəy-
yən  təyini  birləĢmədir,  müasir  ədəbi  dilimizdə  qarayallı  məna-
sındadır, zoonimik modeldə bədii təyin kimi çıxıĢ edir; Qazlıq 
oronim  əsasında yaranmıĢ zoonimdir, at isə zooleksemdir. 
Boz  at. Birinci ―boy‖da müĢahidə olunur:  Boz atlu Xızır 
maŋa  gəldi. ―Boz atlu Xızır‖ antroponimik modeli bütövlükdə 
I növ təyini söz birləĢməsi formasındadır. Xızır adından əvvəl 
iĢlənmiĢ ―Boz atlu‖ ləqəbi qeyri-müəyyən təyini birləĢməni xa-
tırlatsa  da,  I  növ  təyini  söz  birləĢməsi  modelindədir.  Belə  ki, 
birləĢmənin  ikinci  tərəfindəki  –lı  Ģəkilçisi  ellipsisə  uğrayarsa, 
birləĢmənin tərəfləri arasında məna əlaqəsi itməz, əksinə, daha 
aydın görünər: boz atlu – boz at. Digər tərəfdən, bu antroponi-
mik  modeldə  ləqəb  kimi  çıxıĢ  edən  ―Boz  atlu‖  vahidi  məhz 
zoonim  əsasında  yaranmıĢdır:  Boz at  (zoonim) + lı = Boz atlu 
(ləqəb).  ―Kitab‖dakı  Boz  ayğır  və  ―Qaçaq  Nəbi‖  dastanındakı 
Boz  at    zoonimləri  bərpa  etdiyimiz  Boz  at  adının  məntiqi  da-
vamıdır. 
Qoŋur  at.  Oğuz  igidi  Qazanın  atının  adıdır:  Qoŋur  atın 
mahmuzladı.  Qazan  və  Qoŋur  at  adlarındakı  ilk  səslərin  (q-q) 
alliterasiyasını qəhrəman və atı kontekstində nəzərdən keçirmi-
Ģik.  Burada  isə  yalnız  ―Qonur  at‖  zoonimik  modelindən  bəhs 
edəcəyik.  Ġlk  olaraq qeyd edək ki,  zoonimik  modeldəki  hər iki 
söz  türk  mənĢəlidir:  rəng  anlamlı  qoŋur  (qonur)  sözü  və  at 
zooleksemi. ġabalıd rəngli, aĢıq-qəhvəyi anlamlı qonur sözünü 
daha  geniĢ  müstəvidə  təhlil  süzgəcindən  keçirən  F.Xalıqov 
yazır: ―Kəhər leksik vahidi həm ədəbi dildə, həm də Ģivələrdə 
qəhvəyi  rəngin  açıq  forması  kimi  təsəvvür  olunur...‖Kitabi-
Dədə  Qorqud‖  dastanlarında  (dastanında  –  Ə.T.)  adı  çəkilən 
                                                 
1
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən. Bakı, 1989, 
s.409-410. 




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə