“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

 
Язизхан Танрыверди 
 
 
41 
 
Qonur at zoonimi ―Koroğlu‖ dastanındakı ―KəhərniĢan madyan 
zooniminə sinonim leksik vahid hesab edilə bilər. Ümumiyyət-
lə, rənginə  görə adlandırma xüsusiyyətlərinə türkdilli xalqların 
folklorunda çox təsadüf olunur. Dastandakı Boz ayğır, ―Qaçaq 
Nəbi‖dəki  Boz  at  zoonimləri  də  eynimənalı  leksik  vahidlər-
dir‖
1
.  Müəllifin  qeydləri,  həmçinin    Boz  atlu  Xızır  antroponi-
mik modelindəki ―Boz at‖ zoonimi bir daha təsdiq edir ki, Boz 
at adı qədim türk mifik təfəkküründən süzülərək bu günümüzə 
ötürülüb. Burada  bir cəhəti də qeyd edək ki, qonur apelyativi 
təkcə at adlarında yox, həm də antroponimlərdə  müĢahidə olu-
nur:  Qoŋur  qoca  –  Aruzuŋ  bir  çobanı  vardı.  Qoŋur  qoca  Sarı 
çoban deərlərdi. Bu da at və insan, at və qəhrəman münasibətlə-
rindəki  yaxınlıq  və  doğmalığı  əks  etdirən  detallardan  hesab 
oluna bilər. 
Qaragöz.  ―Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq  olduğu 
boy‖da  Qazan  xanın  atının  adı  kimi  təqdim  olunur:  Qaragöz 
atıŋ  belinə  yatan  Qazan!  Bu  ad  H.Araslının  tərtib  etdiyi  ―Ki-
tab‖da ―Qonur‖ Ģəklindədir. Mürəkkəb quruluĢlu Qaragöz zoo-
niminin  hər  iki  komponenti  türk  mənĢəlidir:  qara,  göz.  M.Ler-
mon-tovun  ―Zəmanəmizin  qəhrəmanları‖  əsərindəki  Qaragöz 
adlı atın məĢhurluğu poetik Ģəkildə ifadə edilir. Hətta atın göz-
ləri  Bela  adlı  gözəl  bir  xanımın  gözlərindən  əskik  hesab  olun-
mur: ...qapqara bir kəhərdi, ayaqları da incə, gözləri isə Belanın 
gözlərindən heç də əskik deyildi; bu atda nə qədər güc vardı!.. 
M.Lermontovun yaratdığı Qaragöz obrazı (at adı nəzərdə tutu-
lur) formaca ―Kitab‖dakı Qaragöz adı ilə səsləĢirsə, məzmunca 
Beyrəyin Boz ayğırı ilə eyni xətdə birləĢir.  
Boz  ayğır. Beyrəyin  atının  adıdır. Birinci növ təyini söz 
birləĢməsi  modelində  olan  bu  zoonimik  vahidin  hər  iki 
komponenti türk mənĢəlidir: boz (sifət), ayğır (isim). ―Kitab‖da 
―Boz  ayğır‖  Ģəklində  iĢlənmə  formasına  dörd  dəfə  təsadüf 
                                                 
1
 F.Xalıqov. Azərbaycan onomalogiyası. Bakı, 2009, s.214. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
42 
 
edilir:  Boz  ayğır  dəxi  Beyrəgi  görüb  tayandı...  Boz  ayğır 
zooniminin  Beyrəyin  ləqəbi  funksiyasında  çıxıĢ  etməsinə  rast 
gəlinir ki, bu da qəhrəmanla atının eyni səviyyədə tutulmasını, 
qəhrəmanın həm də atı ilə tanınmasını Ģərtləndirir. Bamsı Bey-
rək  antroponimik  modelində  ―b‖  səsinin  alliterasiyasının  
bütövlükdə  ―boy‖un  poetik  strukturunu  əhatə  etməsini  geniĢ 
Ģəkildə  izah  etmiĢik.  Burada  bəzi  detalları  xatırlatmaqla  kifa-
yətlənirik:  Beyrək–Baybörə  (atası),  Beyrək-Banıçiçək  (niĢan-
lısı),  Beyrək-Boz  ayğır  (atı)  ...  (Bax:  Əzizxan  Tanrıverdi.  Qə-
dim türk mənbələrində yaĢayan Ģəxs adları. Bakı, 2009). 
―Kitab‖da  Boz  ayğır  zoonimi  Beyrəklə  bağlı  olan  antro-
ponimik  modellərdə  üç  dəfə  Boz  ayğırlu  (Boz  ayğurlu  Beyrək 
çapar  yetdi...),  bir  dəfə  Boz  ayğırlıq  Ģəklində  verilmiĢdir:  Sən 
oğlıŋı  Bamsam  deyü  oxĢarsan;  bunıŋ  adı  Boz  ayğırlıq  Bamsı 
Beyrək  olsun!  Heç  Ģübhəsiz  ki,  ―ayğırlıq‖  sözündəki  –lıq 
Ģəkilçisi  sifət  düzəldən  –lı
4
  Ģəkilçisinin  qədim  forması  olub, 
Orxon-Yenisey    abidələrindəki  –lig  Ģəkilçisi  ilə  eyni  xətdə 
birləĢir:  Orxon-Yenisey  abidələrində  -  biliglik  (bilikli),  küçlüg 
(güclü); ―Kitab‖da – ayğırlıq (ayğırlı). Bu fakt xüsusi əhəmiy-
yətə malikdir. Birincisi, ―Kitab‖ın üzünün daha qədim əlyazma-
dan  köçürüldüyünü  təsdiqləyir.  Ġkincisi,  dil  tariximiz  üçün 
tutarlı  faktdır.  Belə  ki,  türkologiyada  sifət  düzəldən  –lı
4
  Ģəkil-
çisinin  ―Kitab‖da  tam  sabitləĢmiĢ  vəziyyətdə  olduğu  ,  həm  də 
intensiv Ģəkildə iĢləndiyi qeyd olunur: börklü, hünərli, ərdəmli 
...  ―Kitab‖da  ―ayğırlıq‖  sözündə  iĢlənən  –lıq  Ģəkilçisi  isə    bu 
morfemin  müvaziliyini,  daha  dəqiqi,  tam    diferensia-siyaya 
uğramamıĢ vəziyyətdə  olduğunu  təsdiqləyir: -lıq//-lı
4

Keçi  baĢlu  Keçər  ayğır. ―Kitab‖da iki dəfə iĢlənmiĢdir. 
Bayındır  xanın  tövləsindən  Dədə  Qorquda  verilmiĢ  iki  atdan 
birinin adıdır. ―Keçi baĢlu Keçər ayğır‖ zoonimik modelindəki 
―keçi  baĢlu‖ ifadəsini təsadüfi hesab etmək olmaz. Çünki at ba-
Ģının keçi, qoyun, maral, dovĢan kimi heyvanların baĢına bən-
zədilməsi qədim  türk  tarixi və etnoqrafiyası baxımından səciy-


 
Язизхан Танрыверди 
 
 
43 
 
yəvidir  (bu  cəhət  bir  sıra  mənbələrdə  aydın  Ģəkildə  göstərilir). 
Digər tərəfdən, ―keçi baĢlu‖ söz birləĢməsinin semantik tutumu 
―Kitab‖dakı sintaktik bütövlər müstəvisində də öz həllini tapır: 
―...Altundağı alaca atuŋ nə ögərsən? Ala baĢlu keçimcə gəlməz 
maŋa!‖ Bu misralarda ―ala baĢlu keçinin‖ kafirin ―alaca‖ atın-
dan güclü olması aydın Ģəkildə ifadə edilir. ―Kitab‖dakı baĢqa 
mətnə diqqət yetirək: Dədə Qorqud göstəki üzdi. Turmadı, qaç-
dı.  Dəli  Qarçar  ardına  düĢdi.  Toqlı  baĢlu  Turı  ayqır  yoruldı. 
Dədə  Qorqud  Keçi  baĢlu  Keçər  ayğıra  sıçradı,  bindi.  Burada 
yorulan atın ―toqlı baĢlı...‖, güclü atın isə ―keçi baĢlu...‖ olduğu 
birbaĢa ifadə edilir. Bu da təsadüfi deyil. Belə ki, ―keçi baĢlu‖ 
atda keçinin,  ―toğlu baĢlu‖ atda isə toğlunun gücü, daha dəqiqi, 
səciyyəvi  cəhətləri  metaforikləĢdirilmiĢdir:  keçi  sıldırım  qaya-
larda  sıçraya-sıçraya  gəzir,  sürünün  qabağında  gedir,  toğluda 
isə  bu  xüsusiyyətlərin  heç  biri  yoxdur.  Deməli,  ―keçi  baĢlu...‖ 
və ―toqlı baĢlu‖ vahidlərindəki məcazilik birbaĢa reallığa, kon-
kret desək, real hərəkətə söykənir. 
―Keçi  baĢlu  Keçər  ayğır‖  zoonimik  modeli  mürəkkəb 
quruluĢlu söz birləĢməsi formasındadır, daha dəqiqi, burada iki 
söz  birləĢməsinin  sintezi  müĢahidə  olunur:  təyini  söz  birləĢ-
mələrinə daxil olmayan  ismi  birləĢmə (keçi  baĢlu), birinci  növ 
təyini söz birləĢməsi (keçər ayğır). ―Keçər ayğır‖ söz birləĢməsi 
iti  sürətə  malik  at  mənasındadır.  Deməli,  ―Keçi    baĢlu  Keçər 
ayğır‖  at  adındakı  vahidlər  təkcə  forma  deyil  (  ―k‖  samitinin 
alliterasiyası  nəzərdə  tutulur:  keçi-keçər;  k-k),  həm  də  seman-
tika  baxımından  bir-birini  tamamlayır:  keçi  baĢlu  (güclü  at),  
keçər  ayğır  (iti  sürətə  malik  at).Bir  cəhəti  də  qeyd  edək  ki, 
―keçər  ayğır‖  birləĢməsi  ―keçi  baĢlı‖nın  məntiqi  davamı  kimi 
çıxıĢ edir. 
Toqlı  baĢlu  Turı  ayğır.  Qeyd  olunduğu  kimi,  Bayındır 
xanın  tövləsindən  Dədə  Qorquda  verilmiĢ  ikinci  atın  adıdır. 
Əlavə  edək  ki,  Yeynəyin  atının  adı  da  Turu  ayğırdır.  ―Toqlı 
baĢlu  Turu  ayğır‖  zoonimik  modelindəki  sözlərin  hamısı  türk 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə