“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
44 
 
mənĢəlidir  (toqlı,  baĢlu,turı,  ayğır).  Burada  da  təyini  söz 
birləĢmələrinə  daxil  olmayan  ismi  birləĢmə  ilə  birinci  növ 
təyini söz birləĢməsinin sintezi müĢahidə olunur. ―Toqlı baĢlu‖ 
birləĢməsinin  semantik  yükündən  bəhs  etmiĢik  (əvvəlki 
səhifələrə  bax!).  ―Turu  ayğır‖la  bağlı  deyilmiĢ  fikirləri  saf-çü-
rük etdikdə isə bəlli olur ki, tədqiqatçıların əksəriyyəti, demək 
olar ki, eyni nəticələri söyləmiĢlər. Bəzi fikirləri təqdim edirik: 
―...Duru  ayğır  və  ―Qaraoğlu‖  dastanındakı  Qor  at  ―Koroğlu‖ 
dastanındakı  Qırat  və  Dürat  (bu,  ―Duru  at‖  adının  qısaldılmıĢ 
və fonetik dəyiĢikliyə uğramıĢ formasıdır) adlarına uyğun gəlir. 
Duru ayğırın meydana gəlməsi haqqında folklorda bir məlumat 
olmasa  da,  Qor  at  dərya  atından–oddan–alovdan  törəmiĢdir. 
Qırat  və  Dürat  da  dərya  atı    cinsindəndir‖
1
.  M.H.Təhmasibin 
fikrincə,  ―Qırat  –  ―od  at‖  deməkdir.  At  qədim  təsəvvürdə  çox 
zaman dörd ünsürlü, yəni ab-atəĢ-xak-badla əlaqələndirilmiĢdir. 
Od-atəĢ-ildırımın  da  zoomorf  surətdə  olduğu  kimi  qaranlıqla, 
eləcə  də  yağıĢla,  su  ilə  bağlı  olduğu  məlumdur...‖
2
  (bu  sitatı 
―Turı ayğır‖ zooniminə görə təqdim etdik). E.Əzizova görə, Qı-
rat  ―tünd,  boz,  boz  at‖,  Dürat  isə  ―tünd  kəhər  at‖  mənasın-
dadır
3
...  M.Seyidov  yazır:  ...  bunlar  elə-belə  atlardan  deyil. 
Bunlar  dərya  atından  əmələ  gəliblər...  dağ  tanrısının  atının 
―Qırat‖ adlanması çox təbiidir. ―Qırat‖ – ―dağın‖, ―ucalığın atı, 
yəni  ―dağ  tanrısının  atı‖  deməkdir...‖
4
.  Q.Cəfərov  ―Qırat‖la 
bağlı bir sıra müəlliflərin, xüsusən də M.H.Təhmasib, E.Əzizov 
kimi alimlərin fikirlərini qəbul etmir, əksinə, M.KaĢğarinin (qır 
at  –  qır  rəngli  at),  N.Marrın  (серая  лошадь),  E.Karrıyevin 
                                                 
1
 M.Adilov, A.PaĢayev. Azərbaycan onomastikası. Bakı, 1987, s.74-75. 
2
 M.H.Təhmasib. Azərbaycan xalq dastanları. Bakı, 1972, s.142. 
3
 E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. DDA, Bakı, 1990, 
s.42. 
4
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən. Bakı, 1989, 
s.280-281. 


 
Язизхан Танрыверди 
 
 
45 
 
(серый    конь)...  izahlarının  düzgün  olduğunu  göstərir
1
.  Yeri 
gəlmiĢkən,  M.KaĢğarinin  ―Divan‖ında  Qırat  zooniminin  (at 
adının)  deyil,  onun  apelyativlərinin  (qır  rəngli  at)  izahı  veril-
miĢdir.  N.Cəfərov  yazır:  ―Qırat‖  sözünün  müxtəlif  etimologi-
yaları verilmiĢsə də, fikrimizcə, bu adın ―Qara at‖ (Tobol tatar-
larından  V.Radlovun  topladığı  bir  əfsanədə  Koroğlunun  –  ko-
run oğlunun atı ―Qara at‖dır) adından törəməsi daha çox özünü 
doğruldur‖
2

M.KaĢğarinin  ―Divanü  lüğat-it-türk‖  əsəri  ilə  bu  məsələ-
lər,  nəhayət,  aydınlığa  qovuĢacaq,  -  deyən  Ramiz  Əskər  yazır: 
―Koroğlunun  atlarının  biri  qır,  digəri  doru  rəngli  olduğu  üçün 
onlara sadəcə olaraq Qır at və Doru at (eynən Boz at, Ağat ki-
mi)  deyilməli  ikən  bunlara  barmaqdan  sorulan  mənalar 
yüklənmiĢdir. Çünki  rəng mənasında qır və doru sözləri ədəbi 
dilimizdə yoxdur. Dürat ―doru at‖ sözünün təhrifi, bir vurğu ilə 
söylənən variantıdır. Bu, adi bir rəngdir, ona dürr, mirvari və s. 
kimi  baĢqa  mənalar  vermək  əllaməçilikdən,  hətta  elmi  avara-
çılıqdan baĢqa bir Ģey deyildir. Qır at isə qır rəngli atdır, bu da 
türkcə adi bir at rəngidir. Qır ata da uydurma rənglər yaraĢdır-
maq cəhdləri bir zamanlar çox dəbdə  olmuĢdur‖
3
. Bu sitatlarda 
müxtəliflik  görünsə  də,  turu  (doru)  və  qır  sözlərinin  semantik 
yükünə,  demək  olar  ki,  eyni  prizmadan  yanaĢılmıĢdır.  Hətta 
...bu, adi bir rəngdir, ona dürr, mirvari və s. kimi baĢqa mənalar 
vermək, əllaməçilikdən ... avaraçılıqdan baĢqa bir Ģey deyildir‖, 
-  hökmünü  verən  Ramiz  Əskərin  fikirləri  yuxarıda  qeyd  etdi-
yimiz  sitatlarla səsləĢir. Ramiz Əskərin hökmü isə o deməkdir 
ki,  bu  mövzu  öz  elmi  həllini  tapıb  və  bu  barədə  heç  bir  yeni 
fikir  deyilməməlidir.  Birincisi,  publisist,  dilçi  və  tərcüməçi 
kimi tanınan R.Əskərin sevə-sevə tərcümə etdiyi M.KaĢğarinin 
                                                 
1
 Q.Cəfərov. Azərbaycan dilinin zoonimikası. ―Azərbaycan dilinin 
onomastikası‖. Bakı, 1987, s.158-161. 
2
 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, s.148. 
3
 M.KaĢğari. Divanü lüğat-it-türk‖. I cıld, Bakı, 2006, s.348-349. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
46 
 
―Divanü  lüğat-it-türk‖  əsəri  kimi    sanballı  mənbələr  bu  möv-
zuya yenidən qayıtmağı diktə edir. Ġkincisi, ―Kitabi-Dədə Qor-
qud‖ eposuna mətn semantikası müstəvisində yanaĢma bir sıra 
qaranlıq  məsələlərə  aydınlıq  gətirir.  Fikrimizcə, ―Koroğlu‖ 
dastanındakı Qırat və Dürat zoonomləri ―Kitab‖dakı ―Keçi baĢ-
lu Keçər ayğır‖ və ―Toqlı baĢlu Turu ayğır‖ zoonimləri ilə mü-
qayisədə  təhlil  süzgəcindən  keçirilməlidir.  AraĢdırmalarda 
―Kitab‖dakı ―Turu at‖ və ―Koroğlu‖dakı Qırat və Dürat adları-
nın  rəng  anlamlı  vahidlər  əsasında  yarandığı  qeyd  edilir. 
Məsələn,  B.Abdulla    bir  sıra  tədqiqatlara  istinad  edərək  yazır: 
―Burada da Koroğlunun iki atından birinin adı ―Dor at‖ olduğu 
halda, o, epos boyu həmiĢə ―Dur at‖ Ģəklində yazılmıĢdır. Unu-
dulmuĢdur ki, rəngin adı ―dur‖, ―tor‖ yox, ―dor‖dur... Qonur və 
dor  –  yəni  iki  adlı  bir  rəng  ümumi  rənglər  aləmində,  əsasən, 
uğur simvolu olmuĢdur‖
1

Yuxarıda ―Keçər ayğır‖ zooniminin bütün parametrlərinə 
görə  ―ötüb  keçən‖,  ―sürətlə  qaçan‖  mənasında  iĢləndiyini 
əsaslandırdıq. Həmin izahlarda ―keçi baĢlu‖ və ―toqlı baĢlu‖nun 
üslubi  antonimlər  kimi  çıxıĢ  etməsini  də  məhz  mətn  müstəvi-
sində dəqiqləĢdirdik. Bu mənada ―Keçi baĢlu Keçər ayğır‖ mo-
delindəki ―keçər ayğır‖la ―Toqlı baĢlu Turu ayğır‖ modelindəki 
―turu ayğır‖ı üslubi antonimlər kontekstində izah etmək zərurəti 
yaranır:  keçər  ayğır  –  sürətli,  güclü  ayğır;  turu  ayğır  –  zəif 
ayğır.  Fikrimizcə,  M.KaĢğarinin  ―Divan‖ındakı  zəif  anlamlı 
―turuk‖  sözü  ―Kitab‖da  son  samitini  itirmiĢ  vəziyyətdədir: 
turuk-turu. ―Turuk‖un kök morfemi isə məhz turmaq (durmaq) 
felidir.  Yeri  gəlmiĢkən,  müasir  dilimizdəki  ―arıq-turuq‖  qoĢa 
sözündə ―turuq‖ ilkin forma və mənasını saxlamıĢdır. ―Koroğ-
lu‖ dastanında Düratın Qırata, ―Kitab‖da da Turu ayğırın Keçər 
ayğıra  nisbətən  zəif  olması  aydın  Ģəkildə  verilmiĢdir.  Deməli, 
bu  zoonimlər  rəng  anlamlı  sözlər  əsasında  yaranmıĢdır  –  fikri 
                                                 
1
 B.Abdulla. ―Kitabi-Dədə Qorqud‖da rəng simvolikası. Bakı, 2004, s.107. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə