“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 
Язизхан Танрыверди 
 
 
53 
 
―Qara  ayğır‖  zoonimi  birinci  növ  təyini  söz  birləĢməsi  mode-
lindədir. Bu modeldə hər iki komponent türk mənĢəlidir: qara, 
ayğır. 
―Qara  at‖  zoonimi  sonrakı  dövr  abidələrimiz  üçün  də 
xarakterikdir. Məsələn, ―Koroğlu‖ dastanında Alı kiĢinin iki ay-
ğırından birinə ‖Qara at‖ adı verilir. Vəsfi-hallarda da ―Qara at‖ 
adı tez-tez təkrarlanır:  
                                 
                      Qara at nalı neylər, 
                      QaraqaĢ xalı neylər, 
                      Vəfalı yarı olan,  
                      Dövləti, malı neylər. 
 
 Göründüyü  kimi,  ―Kitab‖,  ―Koroğlu‖  dastanı  və  vəsfi-
halda iĢlənmiĢ ―Qara at‖ zoonimi müsbət anlamlıdır. Bir cəhəti 
də qeyd edək ki, ―Kitab‖da  qara rəngli atlar məĢhur atlar hesab 
olunur,  bu  atların  sürətli,  iti  qaçıĢı  xüsusi  olaraq  qabardılır. 
―Qara at‖,  xüsusən də ―yelisi qara at‖ın  bütövlükdə ―Kitab‖ın 
poetik  strukturunu  əhatə  etməsi  B.Abdulla  tərəfindən  sistemli 
Ģəkildə  araĢdırılmıĢdır:  ―...Qərar  tuta  bilməyən  Uruzun  anası 
Boyu  uzun  Burla  xatun  Qara  ayğırı  minir  və  bu  iti  qaçan  atın 
hesabına  döyüĢ  meydanına  bəylərdən  tez  yetiĢir.  Al  ayğırın 
sahibi  olan  Bəkil  iti  qaçmasına  görə  ova  həmiĢə  Yelisi  qara 
qazlıq  (Qazlıq  –  Ə.T.)  atını  minir.  Selcanı  istəməyə  yollanan 
Qanturalı  da  uzaq  səfərə  Yelisi  qara  qazlıq  ata  minir.  Əlbəttə, 
belə-belə  örnəklər  ―Kitab‖da  çoxdur.  Və  bunların  hamısının 
doğurduğu  qənaət  qara  rəngli  atın  uğur  simvolu  olması  ilə 
yekunlaĢır
1
.  ―Kitab‖  və    digər  abidələrimiz  baxımından  səciy-
yəvi  olan  Qara  ayğır,  Qara  at  kimi  zoonimik  vahidlər  müasir 
dilimizdə ilkin forma və mənasını eynilə saxlayır. 
                                                 
1
 B.Abdulla. ―Kitabi-Dədə Qorqud‖da rəng simvolikası. Bakı, 2004, s.80. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
54 
 
Al  ayğır.  Bəkilin  atının  adıdır.  ―Kitab‖da  bir  neçə  dəfə 
iĢlənmiĢdir:  Altundağı  Al  ayğırı  maŋa  vergil!  Bəzi  qorqudĢü-
naslar ―Al ayğır‖ı zoonim kimi qəbul etmir. Məsələn, O.ġ.Gök-
yayın nəĢrində ―Al ayğır‖ modelindəki vahidlər yalnız apelya-
tiv  kimi  təqdim  olunur:  Altunda  al  ayğırı  arık  oğlan.  Afad 
Qurbanov isə ―Al ayğırı‖ Əmranın atı hesab edir
1
2
. Halbuki ―Al 
ayğır‖ın  Əmranın  yox,  Bəkilin  olması  mətndə  aydın  Ģəkildə 
ifadə  edilir:  Bəkil  aydır:...Al  ayğırın  gətürüŋ,  oğlum  binsün! 
―Kitab‖dakı  Boz  at,  Gög    bədəvi  kimi  at  adları  ―Al  ayğır‖ın 
məhz  zoonim  olduğunu  təsdiqləyir.  Birinci  növ  təyini  söz  bir-
ləĢməsi  modelində  olan  ―Al  Ayğır‖  zooniminin  hər  iki  kom-
ponenti türk mənĢəlidir: al (qırmızı), ayğır. Maraqlıdır ki, mü-
asir  dilimizdə  həm  ―al‖,  həm  də  ―qırmızı‖  apelyativli  at  adla-
rına  təsadüf  olunur:  Al  kəhər,  Qırmızı  at,  Qırmızı  kəhər,  Qır-
mızı  kürən.  ―Məlikməmməd‖  nağılında  da  Qırmızı  at  zoonimi 
xüsusi olaraq vurğulanır: Bu saat mənə bir dəst qırmızı paltar, 
qılınc-qalxan, bir də Qırmızı at gətirərsən! 
Bəkilin  ―boy‖undakı  mətnlərdən  aydın  olur  ki,  kafirlər 
Bəkilin  atını  yaxĢı  tanıyır.  Yazıçı  Anar  həmin  mətnləri  təhlil 
edir və bir sıra maraqlı nəticələr söyləyir: ―Yumoristik boyların 
bir qismi düĢmənlərə də aid edilir. Bəkili xəstə bilən və bundan 
istifadə edən Təkur üstünə gəlir. Bəkilin oğlu Ġmran atasının atı 
belində  görünən  zaman  düĢmənlər:  ―Bu  at  Bəkilindir,  biz 
qaçırız‖ – deyirlər. Təkur: Bu gələn Bəkil isə sizdən öndən mən 
qaçaram – deyir‖ 
2
1
. Bu detal ―Kitab‖dakı yumoristik səhnələrdə 
belə  qəhrəman  və  at  obrazlarının  vəhdətdə  olduğunu  təsdiq-
ləyir. 
Alaca  at.  Qaraca  çobanın  dilində  kafirin  atının  adı  kimi 
iĢlənmiĢdir: Altundağı alaca atuŋ nə ögərsən? Burada ―alaca at‖ 
apelyativ  kimi  verilmiĢdir.  Fikrimizcə,  həm  mətnin  semantik 
                                                 
1
2
 
A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II cild, 2004, s.317. 
2
1
 Anar. Sizsiz. Bakı, 1992, s.87. 


 
Язизхан Танрыверди 
 
 
55 
 
yükü, həm də ―Kitab‖dakı Boz at, Al ayğır və Gög bədəvi kimi 
zoonimlər ―Alaca at‖ modelini məhz at adı kimi təqdim etməyə 
imkan verir. ―Alaca at‖ birinci növ təyini söz birləĢməsi mode-
lindədir.  BirləĢmənin  hər  iki  komponenti  müasir  dilimizdə 
eynilə  iĢlənir:  ala  (qarıĢıq  rəngli,  tükünün  bir  hissəsi  ağ,  o  biri 
hissəsi  baĢqa  rəngdə  olan)  +  -ca  sifətin  çoxaltma  dərəcəsini 
yaradan ĢəkilçiləĢmiĢ ədat  və at sözü. Yeri gəlmiĢkən, tapma-
calarımızda da ―Ağ alaca‖ at adına  təsadüf edilir: Bir atım var, 
Ağ alaca... 
Düldül. ―Kitab‖da cəmi bir dəfə iĢlənmiĢdir. Məhəmməd 
peyğəmbərin mindiyi və sonradan Həzrət Əliyə hədiyyə etdiyi 
atın adıdır: ġahi-mərdan Əliniŋ Düldüliniŋ əyəri ağac. ―Düldül‖ 
zoonimi ərəb mənĢəlidir,  ―Kitab‖a katib tərəfindən əlavə edil-
miĢ ərəb və fars mənĢəli sözlər sırasına daxildir. 
Maraqlıdır ki, Həzrət Əlinin atının adı kimi tanınan ―Dül-
dül‖ün  qeyri-adi  gücü,  qüvvəsi  bayatılarımızda  da  yüksək 
qiymətləndirilir: 
                 
                     Ocağı sönən dağlar
                     Tifanı dönən dağlar, 
                     Səni dardan qurtarsın, 
                     Düldülə minən, dağlar. 
 
Bəhs etdiyimiz at adlarının (Qarağuc, Qazlıq at, Boz at – 
Boz atlu Xızır modelində, Qoŋur at,  Qaragöz, Boz ayğır, Keçi 
baĢlu  Keçər  ayğır,  Toqlı  baĢlu  Turı  ayğır,  Ağ-boz  at,  Gög 
bədəvi,  TəpəlqaĢğa  ayğır,  Qara  ayğır,  Al  ayğır,  Alaca  at, 
Düldül)  əksəriyyətinin  apelyativi  ―Kitab‖da  iĢlənmiĢdir  ki,  bu 
da həmin at adlarını digər mənbələr yox, məhz ―Kitab‖ müstə-
visində təhlil etməyə imkan verir. Onların ―Kitab‖da iĢlənməsi 
aĢağıdakı nümunələrdə daha aydın görünür: 
 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə