“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
56 
 
qara – Qara qıyma gözləriŋ çöngəlməsəydi; 
ğuc (qoç) – Biŋ də qoç diləyübdür; 
Qazlıq – Oronimdir – Nə Qazlıq tağı aqar səniŋ sularıŋ; 
at – At yemiyən acı otlar (bitincə) bitməsə, yeg!; 
boz – Saqallu boz ac turğay sayradıqda; 
qoŋur – Apelyativ kimi iĢlənməmiĢdir; 
göz – Ala gözdən ayırdıŋ, yigit, məni!; 
ayğır - ...Bir dəniz qulunu – boz ayğır aldılar; 
keçər – keçmək – Dün yoq, ötəki gün eviŋ bundan keçdi; 
keçi baĢlu – Ala baĢlu keçimcə gəlməz maŋa; 
toğlu – Toqlıcıqlar, dövlətim saqar qoç, gəl, keç! 
turı – Apelyativ kimi müĢahidə  olunmur;  
ağ – Ağ saqallu babamı, ağ birçəklü anamı;  
gög – Yapağlu gökcə  çəmən güzə qalmaz;  
bədəvi – Bədəvi atlar issini görüb oğradıqda; 
təpəl – Apelyativ kimi müĢahidə olunmur;  
qaĢğa – Apelyativ kimi müĢahidə olunmur; 
al – Güz alması kibi al yaŋağım yırtdığım çoq; 
alaca – Ap-alaca gərdəgüŋə gələ görgil! 
Düldül – Yalnız at adı kimi iĢlənmiĢdir. 
Maraqlıdır  ki,  ―Kitab‖da  atla  bağlı  iĢlədilmiĢ  bir  sıra 
sözlər  sonrakı  dövr  abidələrimizdə,  eləcə  də  müasir  dilimizdə  
zoonim  kimi  çıxıĢ  edir:  ―Kitab‖da  -  ərəbi  at  (Hey,  ana!  Ərəbi 
atlar olan yerdə Bir qulunu olmazmı olur?),  Ģahbaz (ġahbaz – 
Ģahbaz atlar Qarıyubdur qulun verməz;  ġahbaz  ayğırı çəkdirdi, 
büdə bindi);  ―Koroğlu‖da – Ərəbat gəlməsə, meydan açılmaz, 
S.Vurğunun  dilində  -  Minib  Gəray  bəyin  Ərəbatına,  Y.V.Çə-
mənzəminlinin  dilində  -  O  zaman  Quba  xanı  Fətəlinin  bir  cüt 
atı  vardı:  birinin  adı  Qəmər,  o  birininki  ġahbaz  idi.  Nəhayət, 
onu da qeyd etməyi vacib hesab edirik ki, ―Kitab‖da Oğuz igid-
ləri ilə bağlı tez-tez iĢlədilən ―Ģahbaz‖ sözü (Vay, Ģah yigidim, 
vay, Ģahbaz yigidim!) müasir antroponimikamızda əsl Ģəxs adı 


 
Язизхан Танрыверди 
 
 
57 
 
kimi  iĢlənir.  Bu  da  ―Kitab‖dakı  zəncirvari  bağlılığın  müasir 
dilimizə ötürülməsidir. 
At adlarının mənası, mənĢəyi, mətndəki bədii çəkisi, qəh-
rəman adları  ilə  bağlılıq dərəcəsi  təkcə ―Kitab‖ın poetik struk-
turu deyil, ümumən qədim türk tarixi və etnoqrafiyası baxımın-
dan  dəyərlidir.  Bu  adların  hər  birində  bir  tarix  yaĢayır,  hər 
birində at kiĢnəməsi, at ayaqlarının tappıltısı, eləcə də atın hərə-
kət  trayektoriyası,  onun  sürətli  qaçıĢı  sanki  donmuĢ  vəziyyət-
dədir, dil açıb  danıĢmaq istəyir.  Bu adları sevə-sevə  yaradaraq 
tarixin  yaddaĢına  hopduran  türk  at  belində  vətən  qoruyub,  elə 
öz tarixini də at belində yaradıb. Türk bu gün  də atın qeyri-adi 
gücünü, ata olan dərin məhəbbətini unutmayıb. Faktları sadala-
saq,  cildlərlə  kitaba  sığmaz.  Elə  buna  görə  də  yalnız  iki  faktı 
xatırladırıq:  Murad  Adcı  ―Qıpçaq  çölünün  yovĢanı‖  kitabının 
sanbalını,  dəyərini  Ģahə  qalxmıĢ  atın  gözəlliyi  müstəvisində 
təqdim  edir:  ―...Və  kim  zil  qara  atın  üstündə  Ģahə  qalxmağın 
gözəlliyini duymursa, çöl nəğməsindən könlünə fərəh gəlmirsə, 
o  da  bu  kitabı  kənara  qoysun,  o  da  müəllifi  anlamayacaq‖; 
Minəxanım  Təkləli  ―Orlov  atları‖nın  sirri  ilə  bağlı  araĢdırma-
larını ―At türkün qanadıdır‖ (M.KaĢğarinin ―Divan‖ından götü-
rülmüĢdür) baĢlığı altında çap etdirmiĢdir. 
At  adları  qəhrəmanların  antroponimik  modellərində. 
Qeyd    etdiyimiz  kimi,  at  və  qəhrəman  adlarının  bir  antroponi-
mik  model  daxilində  iĢlənməsi  ―Kitab‖dan  xüsusi  xətt  kimi 
keçir. Həm də bu tip vahidlər ―Kitab‖ın poetik gücünü Ģərtlən-
dirən  detallar    kimi  çıxıĢ  edir.  Bəzi  antroponimik  modellərə 
diqqət yetirək:  
 
       Qoŋur atlu Qazan 
       Boz atlu Xızır 
       Boz ayğırlıq Beyrək//Boz ayğırlu Beyrək// 
                                        Boz atlu Beyrək 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
58 
 
Bu  modellərdəki  at  adları  və  ya  atlara  verilən  ləqəblər 
həm  də  qəhrəmanların  atributları,  ləqəbləri  kimi  çıxıĢ  edir. 
―Kitab‖dakı  bu  tip  vahidləri  araĢdıran  O.ġ.Gökyay  mənbələrə 
istinadən  yazır:  ―Ananın və  babanın  (atanın  – Ə.T.) verdiyi  ad 
gerçək (həqiqi – Ə.T.) ad  deyildir, qəhrəman gerçək (həqiqi – 
Ə.T.)  adını  qəhrəmanlıq  göstərdikdən  sonra  atla  bərabər  alır... 
isim  anlamına  gələn  ―ad‖  ilə  ―at‖  mənĢəyi  baxımından  eyni 
kəlmədir. Qəhrəman ata minmədən ―ad almır‖ 
1
.  
At sözü qəhrəmanların bədii təyinlərində. ―Kitab‖da at 
adları ilə yanaĢı, at sözünün də qəhrəmanların bədii təyinlərində 
iĢlənməsinə təsadüf olunur: 
Qazan xan – Qaragöz atıŋ belinə yatan Qazan! 
Dəli  Dondar  –  Qazan  kibi  pəhləvanı  bir  savaĢda  üç  kərə 
atından yıqan; 
Qara Budaq – Atı bəhri hotazlı; 
ġirĢəmsəddin – Ağ-boz atıŋ yalısı üzərində qar turduran
Yeynək – Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı; 
Alp Ərən – Ayqırgözlü suyından at yüzdürən. 
Ġlk olaraq qeyd edək ki, bu qəhrəmanların hər birinin bir 
neçə bədii təyini vardır. Məsələn, Qara Budağın altı, Alp Ərə-
nin  səkkiz  bədii  təyini  müĢahidə  olunur...  (məqsədimiz  heç  də 
qəhrəmanların  bədii  təyinlərinin  miqdarını  müəyyənləĢdirmək 
deyil. Bu barədə qorqudĢünaslıqda kifayət qədər bəhs olunub). 
Bu  bədii  təyinlər  sırasında  isə  at    sözünün  iĢtirakı  ilə  yaranan  
vahidlər xüsusi çəkiyə  malikdir. Belə ki, bu tip  bədii təyinlər 
yalnız  qəhrəmanı  tanıdan    poetik  detallar  yox,  həm  də  türk 
tarixi  və  etnoqrafiyasının  bir  parçasıdır.  Heç  Ģübhəsiz  ki,  
onların hər biri ata olan dərin məhəbbətdən  yoğrulmuĢdur. Bu 
mənada    belə  vahidlərdə  at  sözünün  məntiqi  mərkəz  funksiya-
sında çıxıĢ etməsini təsadüfi hesab etmək olmaz. 
 
                                                 
1
  O.ġ.Gökyay. Dedem Korkudun kitabı. Ġstanbul, 2000, s.437. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə