“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 
Язизхан Танрыверди 
 
 
59 
 
                       
ATLA BAĞLI SÖZLƏRĠN MORFOLOJĠ 
XÜSUSĠYYƏTLƏRĠ 
            
―Kitab‖da  atla  bağlı  iĢlənmiĢ    sözlər  daha  çox  isim  və 
isimləĢə  bilən  vahidləri əhatə  edir.  Amma  bu  sistemdə  fellərin 
də  rolunu  inkar  etmək  olmaz.  ç  Bu  mənada  atla  bağlı  sözlərin  
morfoloji  xüsusiyyətlərinin  isim,  sifət  və  fel  baĢlığı  altında 
araĢdırılması daha məqbuldur. 
 Atla  bağlı  isimlər. Müasir ədəbi dilimizdə olduğu kimi, 
―Kitab‖da  atla  bağlı  iĢlənmiĢ  isimlər  də  ümumi  və  xüsusi 
olmaqla  iki  yerə  bölünür:  ümumi  isimlər  –  ayğır,  at,  qulun, 
tay...; xüsusi isimlər - zoonimlər (Boz ayğır, Qoŋur at, Qara ay-
ğır...).  Bu  tip  vahidləri,    daha  doğrusu,  ümumi  isimləri  ―atla 
bağlı  sözlər  leksik-semantik  müstəvidə‖,  xüsusi  isimləri 
(zoonimləri) isə ―at adları‖ baĢlığı altında izah etmiĢik (əvvəlki 
səhifələrə bax). 
Kəmiyyət  kateqoriyası.  Heç  Ģübhəsiz  ki,  ―Kitab‖  və 
digər  qədim  türk  abidələrindəki,  ümumən  türk  dillərindəki 
kəmiyyət kateqoriyası daha çox təkdə və cəmdə iĢlənən ümumi 
isimləri  əhatə  edir  (―Kitab‖dakı  zoonimlərin  –  at  adlarının 
cəmdə  iĢlənməsinə  rast  gəlinmir.  Əslində  bu,  prinsipcə  də 
mümkün  deyil).  ―Kitab‖da  atla  bağlı  olan  ümumi  isimlərin 
təkdə  və  cəmdə  iĢlənməsi  aĢağıdakı  nümunələrdə  daha  aydın 
görünür: 
təkdə iĢlənənlər: at – At basubən, qan sümürər
                ayğır – Ayğır verüb alduğım, tozlu qatı yayım; 
                qulan – Kəŋəz yerlər çəmənlərin qulan bilür; 
                qulun −  Bir qulunu olmazmı olur? 
                 ilqı – Gedərək kafəriŋ ilqısına gəldi. 
 
cəmdə iĢlənənlər: atlar – ġahbaz-Ģahbaz atlar qarıyubdur qulun 
verməz?; 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
60 
 
           taylar – Sarı gönlər görübən, taylar basan
           ayğırlar – Ayğırları göricək bəgəndi. 
 
―Kitab‖da  leksik  məzmununda  çoxluq  anlayıĢı  olan 
―yund‖ sözünün –lar Ģəkilçisi ilə iĢlənməsi də müĢahidə olunur: 
yundlar – Qılıc çəküb altı kafər dəplədi, tolanbaz urıb yundları 
ürkitdi.  
Bu  nümunələrdə  təkdə  və  cəmdə  iĢlənmiĢ  konkret  isim-
lərin  hər  biri  Oğuzların  etik-estetik  görüĢləri,  həm  də  təsər-
rüfatları barədə müəyyən təəssürat yaradır. 
Hal  kateqoriyası.  ―Kitab‖da  atla  bağlı  iĢlənmiĢ  sözlərin 
hər birinin hal  kateqoriyası  müstəvisində təhlili imkan xaricin-
dədir (əslində buna ehtiyac da yoxdur). Bu mənada hal kateqo-
riyası  müstəvisində  yalnız  at  və  ayğır  sözlərinin  nəzərdən 
keçirilməsini məqsədəuyğun hesab edirik: 
 Adlıq  halda  – at.  At  yemiyən acı  otlar (bitincə) bitməsə, 
yeg; 
 atdır - ...ünim boğulmadın bir atdır, əlümə girdi; 
 ayğır. Ayğır yenə oğlanı oyardı. 
Yiyəlik  halda  –  müəyyən    yiyəlik  halda:  atıŋ.  Qaragöz 
atıŋ  belinə  yatan  Qazan;  ayğırıŋ:  Qara  ayğırıŋ  cilovsını  maŋa 
tartğıl, yigit!; 
Qeyri-müəyyən yiyəlik halda: at. Beyrək at köksin qucaq-
ladı  ...  At  ayağı  külük,  ozan  dili  çevik  olur;  ayğır.  Yağı  yordı 
əlümdə qıl kiĢlim, ayğır malı; 
Yönlük  halda  –  ata.  Bədəvi  ata  binüb  oğlancuğın  istəyü 
getdi... Ayağı uzın Ģahbaz ata binən arğıĢ; ayğıra. Altındağı Al 
ayğıra Bəkil məni bindirdi; 
Təsirlik halda – müəyyən təsirlik halda: atı. Vardılar, Ba-
yındır  xanıŋ  tövləsindən  ol  eki  atı  gətürdilər;  ayğırı.  Marə 
bazırganlar, bu ayğırı və dəxi bu yayı və bu gürzi maŋa veriŋ!; 


 
Язизхан Танрыверди 
 
 
61 
 
Qeyri-müəyyən təsirlik halda: at. Bari Bayındır xanıŋ töv-
ləsindən  eki  Ģahbaz  yügrək  at  gətürüŋ;  ayğır.  Biŋ  dəxi  ayğır 
gətürüŋ kim, heç qısrağa aĢmamıĢ ola; 
Yerlik  halda  –  ―Kitab‖da  at  və  ayğır  sözləri  ismin  yerlik 
halında iĢlənməmiĢdir; 
ÇıxıĢlıq  halda  –  atdan  ...  Qalın  Oğuz  bəglərini  bir-bir 
atından yıqıcı (yıxan) Qazılıq qoca oğlı bəg Yegnək çapar yet-
di. Bögirdibəni atdan  yerə saldı; ayğırdan ... atdan – ayğırdan, 
dəvədən buğra, qoyundan qoç qırdırdı. 
Müqayisələr  at  və  ayğır  sözlərinin  adlıq,  qeyri-müəyyən 
yiyəlik və qeyri-müəyyən təsirlik hallarda intensiv Ģəkildə, həm 
də daha çox təhkiyəçi dilində iĢləndiyini göstərir. Bu vahidlərin 
müəyyən yiyəlik, müəyyən təsirlik və çıxıĢlıq hallarda iĢlənmə 
tezliyi  isə  nisbətən  zəifdir  (burada  yalnız  kök  morfemlərinə 
qoĢulan hal Ģəkilçiləri nəzərdə tutulur). Yeri gəlmiĢkən, mənsu-
biyyət Ģəkilçisi qəbul etmiĢ at və ayğır sözlərinin həmin hallar-
da  iĢlənməsi  ―Kitab‖ın  dili  üçün  səciyyəvidir  (sonrakı  səhi-
fələrə bax!). At sözü yönlük halda daha intensiv görünür: on bir 
dəfə  iĢlənmiĢdir.  Ayğır  sözü  isə  yönlük  halda  cəmi  iki  dəfə 
iĢlənmiĢdir. Nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, at və ayğır 
sözləri  yerlik  halda  iĢlənməmiĢdir.  Maraqlıdır  ki,  atla  bağlı 
digər sözlərin də  yerlik halda iĢlənməsinə təsadüf olunmur. Bu 
isə  bilavasitə  situasiya,  daha  dəqiqi,  uyğun  sintaktik  mühitin 
olmaması  ilə  bağlıdır.  ġübhəsiz  ki,  atla  bağlı  sözlər  ismin 
müəyyən bir halında iĢləndikdə mətndəki  digər vahidlərlə sin-
taktik  əlaqədə  olur,  cümlənin  semantikasını  reallaĢdıran  detal-
lardan  birinə  çevrilir.  Bu  isə  atla  bağlı  bir  sıra  cəhətlərin  ilkin 
konturları,  iĢarələri  barədə  düĢünməyə  imkan  verir.  Məsələn, 
qeyri-müəyyən  yiyəlik  halda  olan  ―at‖  sözündən  sonra  ―köks‖ 
sözünün III Ģəxs mənsubiyyət Ģəkilçisi ilə iĢlənməsi (at köksün. 
Beyrək  at  köksin  qucaqladı)  qəhrəmanın  ata  olan  sevgisinin, 
məhəbbətinin  ilkin  iĢarəsidirsə,  çıxıĢlıq  halda  iĢlənmiĢ  ―at‖ 
sözü  də  (Qalın  Oğuz  bəglərini  bir-bir  atından  yıqıcı...  burada 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə