“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   2   3   4   5   6   7   8   9   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 

 
dolaşan  vəhşi  ovçu  qızları  atla  qovub  tutur,  qaçırır,  atın  saçı  ilə 
onları şəhvətə gətirib zorlayır. Bu mənada sərt küləkli çöllüklər dişi 
at adları ilə adlandırılırdı: Madyan düzü, Kəhər yaylağı və s.  
V  əsr  Bizans  zooloqu  Qazlı  Timofey  “Heyvanlar  aləminin 
sakral rəmzləri” kitabının “At” bölməsində yazırdı:  
“...4. Atın və bəzi öküzlərin ürəyinin içində sümük olur...  
7. Madyan öləndə onun balasını başqa dişi at əmizdirir. 
9. At heç vaxt anasına və bacısına toxunmur... 
10. İki erkək at bir dişi at üçün vuruşur. Qalib gələn dişi atı 
özününküləşdirib daimi dostuna çevirir...  
11. Atlar da yuxu görürlər...” 
1
2
.  
Şərq  xalqlarının  inancında  at  daha  çox  od  və  işıqla  əla-
qələndirilir.  Müsəlman  intibahına  aid  poeziyada  vurğulanır  ki, 
şəfəq atları çaparaq qaranlığı əridir, dan yeri ağarır, hava işıq-
lanır və dünya bir gün aydınlığa qərq olur. Bu kimi əski dəlillər 
təsdiqləyir ki, at bəşər oğlu ilə doğmalaşıb, kişilərə arvadı və öv-
ladı qədər özünü istədə bilmişdir... 
Məni  əski  çağların  adət-ənənələrinə  baş  vurmağa  vadar 
edən kitabın adı “Dədə Qorqud kitabı”nda at kultu”dur, müəllifi 
görkəmli filoloq, dilçi, qorqudşünas alim Əzizxan Tanrıverdidir. 
Günümüzdə  az  tədqiqatçı  tapılar  ki,  qədim  Oğuz  eposunu  öz 
içində  yaşatsın. Daha doğrusu, “Kitab”ın hər  sözünü nəzərdən 
keçirib daşıdığı məna yükünü öz çiyninə götürsün.  
Bəli, professor  Əzizxan  Tanrıverdinin  yaradıcılığında  əski 
oğuz-türk yazılı abidəsi - “Dədə Qorqud” eposu dilçilik, folklor-
şünaslıq,  fəlsəfə,  tarix  və  etnoqrafiya  müstəvisində  ümumiləş-
dirilərək  tədqiqata  cəlb  edilir.  Onun  elmi  fəaliyyətinin  əsas 
istiqaməti  və  mövzusu  bu  dünyaşöhrətli  oğuznamənin  sirlərinin 
açılmasına yönəlmişdir. Ə.Tanrıverdi elə tədqiqatçılardandır ki, 
abidəni  nöqtə-vergülünədək  öyrənib  mətnin  alt  qatlarına  nüfuz 
                                                 
1
2
Тигрица  и  грифон:  Сакральные  символы  животных.  –  СПб.:  «Петер-
бургское Востоковедение», 2002, стр. 165. 
 


 
Язизхан Танрыверди 
 
 

 
etməyi bacarır. O, Türkün mənəvi böyüklüyünü sübut etmək üçün 
havadan  asılı  qalan  gəlişi  gözəl  fikirlər  söyləmir,  araşdır-
malarından alınan nəticələr dəlil, fakt kimi bu böyüklüyü ortaya 
qoyur, hökm vermir, qənaətlərindən hökm çıxır. İstedadlı və fəh-
mli alim yaxşı dərk edir ki, “Dədə Qorqud” Azərbaycan türklə-
rinin  dünya  mədəniyyəti  xəzinəsinə  bəxş  etdiyi  ən  möhtəşəm 
abidələrdən  biridir.  Heç  bir  xalqda  analoqu  tapılmayan  elə  bir 
ədəbi əsər nümunəsidir ki, onda Türkün ilkin dünyagörüşündən 
başlamış  orta  çağların  tarixi  hadisələrinə  qədər  əksər  sosial 
institutlarının izləri əks olunur, daha dəqiq desək, Qafqaz türklə-
rinin  milli  xarakteri,  psixologiyası,  adət-ənənələri,  dini,  fəlsəfi 
baxışları, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq salnaməsi, ailə 
münasibətləri  (ər-arvad,  ata-oğul),  Vətənə,  torpağa  bağlılığı, 
qonşularla  əlaqələri,  ritualları,  məişəti,  yaşayış  tərzinin  əksər 
atributları,  daxili  və  xarici  düşmənlərlə  mübarizəsi,  müxtəlif 
təbəqələrə  və yaş dövrlərinə məxsus insanların davranışı, şifahi 
və  yazılı  dilinin  tarixi  özünə  yer  tapır.  Başqa  epos  göstərmək 
olmaz  ki,  içərisində  «Dədə  Qorqud»da  olduğu  qədər  bir-
birindən  seçilən  xarakterlər  iştirak  etsin,  canlı  dialoqlar,  təs-
virlər  və  rəngarəng  poetik  fiqurlardan  qurulsun.  “Kitab”dakı 
oğuznamələrin  (boyların) hər birində hiss, həyəcan və duyğular 
sözün sehri ilə tərənnüm edilir. Cəmiyyət təbiətlə, maddi varlıq-
lar mənəvi  aləmlə  qarşılıqlı  ünsiyyətdə verilir.  Hadisələrdə  xal-
qın  müxtəlif  təbəqəsinin  məişətinə  güzgü  tutulur.  Çoxsaylı  etnik 
xüsusiyyətlər  ümumbəşəri  dəyərlər  səviyyəsinə  qaldırılır.  Za-
man-məkan  dəyişmələrinin  nizamı,  ardıcıllığı,  vəhdəti,  bəzi  hal-
larda uyğunsuzluğu bir elin baxış bucağından görünsə də, dinin-
dən, əqidəsindən, irqindən, cinsindən, milliyyətindən asılı olma-
yaraq,  yer  üzündə  yaşayan  bütün  insanların  ruhunu  oxşayır. 
Məhz Ə.Tanrıverdi tədqiqatlarında bu möhtəşəm abidəyə yuxarı-
dakı  prizmadan  yanaşır,  Türkün  əski  mədəniyyətinin  izlərini, 
bədii  dilinin  əlvanlığını,  rəngarəngliyini,  məişətinin  özünəməx-
susluğunu, əxlaqının saflığını üzə çıxarır. Alimin əsas obyekti dil 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 

 
faktları olsa da, yeri gələndə hər bir detala ədəbiyyatşünas, ta-
rixçi, folklorşünas, etnoqraf kimi zərgər dəqiqliyi ilə yanaşır, bə-
zən  bir  sözün  yazılışını  və  işlənmə  məqamlarını  elə  həssaslıqla 
diqqətdən keçirir ki, onun daşıdığı məna zəngin faktlar əsasında 
öz-özünə aydınlaşır. O, heç bir qənaətində əsassız hökm vermir, 
müxtəlif mənbələrə baş vuraraq müqayisələr aparır, çoxsaylı də-
lillər gətirir və nəticədə oxucu şübhə etmədən fikrin düzgünlüyü-
nə inanır. 
Ə.Tanrıverdinin  «Kitabi-Dədə  Qorqud»un  obrazlı  dili” 
monoqrafiyasından başlanan sevgisi coşub-daşaraq 
“Dədə Qor-
qud kitabı”nda dil möcüzəsi”nin sirlərini açdı, onun söz qanadı 
pərvazlanaraq epos haqqında beş sanballı kitab meydana gətir-
di. 
Obrazlı desək, o, at üstünə qalxıb «Dədə Qorqud Kitabı»unın 
hamıdan irəlidə çapan yeganə tədqiqatçısıdır və “Kitab”dakı at 
kultundan danışması heç də təsadüfi deyil. Tarixi-linqivistik müs-
təvidə  aparılan  yeni  araşdırmasında  eposun  mətnində  işlənən 
atla bağlı sözlərin fonetik, leksik, morfoloji və sintaktik xüsusiy-
yətlərini,  Türk-Oğuz  cəmiyyətində  ata  münasibətin  müxtəlif 
tərəflərini üzə çıxardır.  
Bu  kitab  eposun  az  araşdırılan  və  Azərbaycan  türklərinin 
tarixi  taleyində  mühüm  yer  tutan  problemə  həsr  olunmuşdur. 
Atın hər bir qədim xalqın həyatında böyük rol oynadığından da-
nışdıq. Göründüyü kimi, atın məişətdə və mədəniyyət amillərində 
buraxdığı  izlər  olduqca  çoxdur.  Ömrünü  atla  birlikdə  keçirən 
yarımköçəri oğuz tayfalarının həyatına güzgü tutan “Dədə Qor-
qud”  eposunun  qəhrəmanlarını  da  atsız  təsəvvürə  gətirmək 
mümkün  deyil.  Ümumiyyətlə,  dünya  epos  ənənəsində  at  qəhrə-
manların arxası, səfər və döyüş yoldaşı, gücü, vüqarıdır. Şübhə-
siz, “Dədə Qorqud” oğuznamələrinin əsas motivləri ilkin təsəv-
vürlərdən  yoğrulur,  lakin  gerçəkliklə,  hətta  tarixdə  baş  verən 
əhvalatlarla  əlaqələndirilir,  həmişə  anlaşıqlı  görünür.  Başqa 
sözlə,  eposda  mifoloji  qatların  çoxluğuna  baxmayaraq,  əhva-
latlar  reallığını  itirmir.  Ə.Tanrıverdi  də  yeni  tədqiqatında  atla 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə