“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.

səhifə20/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
62 
 
―at‖  sözü  ―yıqan‖  feli  sifətinin  tələbi  ilə  çıxıĢlıq  halda  iĢlən-
miĢdir) qəhrəmanın mərdliyinin,  igidliyinin ilkin iĢarəsidir. 
Mənsubiyyət  kateqoriyası.  Atla  bağlı  isimlərin  mənsu-
biyyət  Ģəkilçisi  qəbul  etməsi  aĢağıdakı  nümunələrdə  aydın 
Ģəkildə görünür:  
I Ģəxsin təkində: atım, ayğırım.  
 
                    Bədəvi atım saqlardım bu gün içün
                    Ayğır atım boğazlayub aĢum versün!; 
                    Qonur atım yorultmıĢam sənin içün
                    Qaraqucda Qazlıq atlarım kiĢnətdilər; 
                    Səniŋ atuŋı mənim atım keçmədimi?; 
                    Al ayğırım gətürüŋ, oğlum binsün
                    Altımda  Al  ayğırım  nə  bəgənməzsən,  -  səni 
gördi oynar... 
At  və  ayğır  sözlərinin  -ım
4
  mənsubiyyət  Ģəkilçisi  ilə 
iĢlənməsi  mənsubluğu,  sahibliyi  birbaĢa  ifadə  edir  (bu,  -ım
4
  
mənsubiyyət  Ģəkilçisinin  ―mən‖  Ģəxs  əvəzliyi  əsasında  yaran-
ması  ilə  bağlıdır).  Daha  doğrusu,  Oğuz  igidlərinin  döyüĢkən-
liyi,  tədbirli  olması,  atı  müqəddəs  hesab  etməsi,  qadına  olan 
dərin məhəbbəti və s. cəhətlərinin ilkin görüntüləri məhz mən-
subiyyət  Ģəkilçisi  qəbul  etmiĢ  at  və  ayğır  kimi  sözlər  kon-
tekstində  verilir.  Digər  tərəfdən,  yuxarıdakı  cümlələrin  leksik 
mənasının  reallaĢmasında  atım  və  ayğırım,  eyni  zamanda  hə-
min  sözlərin  assosiativliyi  ilə  iĢlənmiĢ  bədəvi,  ayğır,  boğazla-
maq, oynamaq, kiĢnətmək və s. sözlərin xüsusi rolu vardır. Bu 
cəhət  ―Səniŋ  atuŋı  mənim  atım  keçmədimi?‖  cümləsində  daha 
qabarıq  görünür.  Buna  səbəb  isə  at  sözünün  həm  birinci,  həm 
də  ikinci  Ģəxsin  təkini  ifadə  edən  mənsubiyyət  Ģəkilçisi  ilə 
iĢlənməsidir:  atım,  atuŋ.  Yeri  gəlmiĢkən,  ―Səniŋ  atuŋı  mənim 
atım  keçmədimi?‖ cümləsi  poetik çəki  baxımından da  qüvvət-
lidir.  Birincisi,  ona  görə  ki,  Oğuz  igidi  Beyrək  niĢanlısı  Banı-
çiçəyə  özünü  tanıdarkən    meydanda  at  çapdıqlarını  xatırladır. 


 
Язизхан Танрыверди 
 
 
63 
 
Ġkincisi, həmin cümlədəki kök (sən, at, mən, keç) və Ģəkilçi (-
iŋ,  -uŋ,  -ı,  -im,  -ım,  -mə,  -di,  -mi)  morfemlərinin  hamısı  türk 
mənĢəlidir. Üçüncüsü,  n, ŋ və  m  səslərinin alliterasiyası  sintez 
Ģəklindədir. 
II Ģəxsin təkində: atıŋ, ayğırıŋ.  
 
                 Çaparkən ağ-boz atıŋ büdrəməsün!; 
                 ġahbaz atıŋ qarımıĢdı, qulun verdi, axır!; 
                 Qaraquc ayğırıŋ ürkdi gedər. 
 
Burada  yalnız  onu  qeyd  etməklə  kifayətlənirik  ki,  atla 
bağlı  sözlərdə  II  Ģəxsin  təki  üzrə  mənsubiyyət  Ģəkilçisinə  az 
təsadüf olunur. ġübhəsiz ki, bu da situasiya ilə bağlıdır.  
III Ģəxsin təkində: atı – Bayrək  (Beyrək – Ə.T.) atı qızıŋ 
atını keçdi; 
 
                 ... atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq; 
                 ayğırı. Altında Al ayğırı arıq oğlan; 
                 ayağı. At ayağı külük, ozan dili çevik olur
 
―Kitab‖da atı, ayğırı, ayağı tipli vahidlərə az rast gəlinir. 
Qeyd olunduğu kimi, bu,  situasiya ilə əlaqədardır.  
Atla bağlı isimlərin I, II və III Ģəxslərin  cəmi üzrə mən-
subiyyət  Ģəkilçiləri  qəbul  etməsinə  təsadüf  olunmur.  Heç  Ģüb-
həsiz  ki,  bu,  uyğun  sintaktik  mühitin  olmaması  ilə  bağlıdır. 
Çünki həmin Ģəkilçilər qədim türk abidələrinin dili baxımından 
səciyyəvidir:  I  Ģəxsin  cəmində:  Orxon-Yenisey  abidələrində  -  
türkimiz,  eçümiz  (əcdadımız);  M.KaĢğarinin  ―Divan‖ında    - 
atımız;  ―Kitab‖da  –  tağlarımız;    II  Ģəxsin  cəmində:  Orxon-
Yenisey  abidələrində  -  eçiŋiz;  M.KaĢğarinin  ―Divan‖ında  – 
topuğçınqız (xidmətçiniz); ―Kitab‖da – söhbətiŋüz... III Ģəxsin 
cəmində:  yigitləri  (M.KaĢğarinin  ―Divan‖ı),  onlarıŋ  yanı 
(―Kitab‖). Burada bir cəhəti də qeyd edək ki, bu Ģəkilçilərin (-


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
64 
 
ı
4
,  -sı
4
,  -ları
2
)  üçüncü  Ģəxsin  təkini  və  ya  cəmini  bildirməsi 
yalnız  onlardan  əvvəl  gələn  sahib  Ģəxsin  tək  və  cəmdə  olması 
ilə müəyyənləĢdirilir. 
Atla  bağlı  olan  sözlərin  mənsubiyyət  Ģəkilçisi  qəbul 
etdikdən sonra ismin müəyyən bir halında iĢlənməsinə də təsa-
düf  olunur.  Bu  tip  vahidləri  aĢağıdakı  kimi  səciyyələndirmək 
olar: 
Mənsubiyyət Ģəkilçili at sözü adlıq halda iĢləndikdə mən-
subluq  və  əĢyanın  adını  göstərmənin  sintezi  yaranır:  mənim 
atım. Səniŋ  atıŋı mənim atım  keçmədimi?; Mənsubiyyət Ģəkil-
çili at sözü yiyəlik hal Ģəkilçisi qəbul etdikdə mənsubluq, sahib-
lik və yiyəlik məzmunu qovuĢmuĢ vəziyyətdə olur: atumıŋ. Ağ-
boz atumıŋ quyruğını kəsiŋ; 
Mənsubiyyət  Ģəkilçili  at  sözü    yönlük  halda    iĢləndikdə 
mənsubluq və obyektə doğru yönəlmə bildirmənin sintezi real-
laĢır: atuma. Tavla – tavla bağlananda atuma yazıx!;  
Mənsubiyyət  Ģəkilçili  at  sözü  təsirlik  halda  iĢləndikdə 
mənsubluq və üzərində təsir göstərilən əĢyanı bildirmənin vəh-
dəti  yaranır:  atımı.  Nə  dedigimi  yetürüŋ  geyünimlən  mənim 
ġahbaz atımı gətürüŋ!; atın. Atın qamcıladı, yola girdi; 
Mənsubiyyət Ģəkilçili at sözünün yerlik halda iĢlənməsinə 
təsadüf  olunmur.  Qeyd  etdiyimiz  kimi,  ―Kitab‖da  ―at‖  sözü,  
ümumiyyətlə, yerlik halda iĢlənməmiĢdir; 
Mənsubiyyət  Ģəkilçili  at  sözü  çıxıĢlıq  halda  iĢləndikdə 
mənsubluqla iĢ və hərəkətin çıxıĢ nöqtəsini bildirmə eyni xətdə 
birləĢir:  atımdan.  Yaralanub  Qazlıq  atımdan  enməyincə;  atın-
dan. Atından endi, çobanıŋ əllərin çözdi... Atından endi, çilbə-
rini bir tala iliĢdirdi. 
Yuxarıdakı  vahidlərin  hər  birində  ata  təhkiyəçi  münasi-
bəti,  xüsusən  də  at  və  qəhrəman  münasibətlərinin  müəyyən 
detalları görünür. 
Xəbərlik kateqoriyası. Atla bağlı sözlərin, xüsusən də at 
zoolekseminin  yalnız  III  Ģəxsin  təki  üzrə  xəbərlik  Ģəkilçisi 




Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə