“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

 
Язизхан Танрыверди 
 
 
65 
 
qəbul  etməsi  müĢahidə  olunur  (həmin  tip  vahidlərin  üslubi 
məqamlar istisna olunmaqla digər Ģəxslər üzrə xəbərlik Ģəkilçisi 
qəbul etməsi prinsipcə mümkün deyil): 
atdır:  Avazın  gödəlmədin,  ünim  boğulmadın  bir  atdır, 
əlümə girdi...; 
atındır. Hünər atındır; 
atıŋmıdır. Bu hünər atıŋmıdır, əriŋmidir? 
Hər  üç  cümlədə  -dır  xəbərlik  Ģəkilçisi  qəbul  etmiĢ  ―at‖ 
sözü, daha doğruusu, atdır, atındır, atıŋmıdır ismi xəbərlərinin 
assosiativliyi, üstün mövqedə olması aydın Ģəkildə görünür. Bu 
cəhət    ikinci  və  üçüncü  cümlələrin  semantik  yükündə  özünü 
birbaĢa göstərir: At qəhrəmandan hünərlidir, üstündür.  
Atla  bağlı  sifətlər.  ―Kitab‖dakı  atla  bağlı  sözlərin  bir 
qismi  sifət    nitq  hissəsinə  daxildir.  Bu  tip  vahidləri  iki  yerə 
bölmək olar:  
1)  At  adlarının  (zoonimlərin)  apelyativi  kimi  işlənən 
sifətlər:  
                ağ, boz – Ağ-boz at 
                al – Al ayğır 
                alaca – Alaca at 
                boz – Boz ayğır 
                qara – Qara ayğır, Qaragöz at 
                qoŋur – Qoŋur at 
                gög – Gög bədəvi 
 
Yuxarıdakı at adlarının yaranmasında iĢtirak etmiĢ ağ, al, 
alaca,  boz,  qara,  qoŋur  kimi  rəng  bildirən  sözlərin  hər  birinin 
simvolik mənası vardır (əvvəlki səhifələrə bax). 
2)  Əlamət  və  keyfiyyət  bildirən  sifətlər  atla  bağlı  sözlər 
müstəvisində.  Bu  cür  sözlərin  hər  birini  ayrılıqda  nəzərdən 
keçirək: 
atlu (at minən). Bədəvi atlu bir oğula, yarəb, noldu?; 
             


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
66 
 
 ... din düĢməni alaca atlu kafər bindi yılğadı; 
 Bir bölük atlu gəldi, içində bəgləri yatdı – uyıdı; 
 arıq.  Altında Al ayğırı arıq oğlan; 
 bəhri. ...atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq; 
 bədəvi. Bədəvi atlar issini görüb oğradıqda;   
 yügrək.  Bari  Bayındır  xanıŋ  tövləsindən  eki  Ģahbaz 
yügrək at gətürüŋ; 
   yaxĢı. Gəl, yaxĢı at bin. YaxĢı yigitlər ilə eĢ yort!; 
 
 Nümunələrdəki  sifətlərin  hər  biri  atla  bağlı  ayrı-ayrı 
cəhətlərin ilkin kodu kimi çıxıĢ edir: atlu – Oğuz igidlərini atsız 
təsəvvür  etmək  mümkün  deyil;  arıq  –  Oğuz  igidinin  atını 
aĢağılama; bəhri (dəniz rəngində, mavi) – Oğuz igidinin atı ilə 
atının qotazı eyni rəngdədir: Gög bədəvi – gög (göy-mavi) + atı 
bəhri  (mavi) qotazlı;  bədəvi  (köçəri, çöllü)  –  Oğuz  igidinin  atı 
adi atlardan deyil, cins, harın atdır; yügrək – Oğuz igidinin atı 
sürətli qaçıĢa malikdir, qaçağandır. ―Kitab‖dakı yügrək su ―iti, 
sürətli axan su‖, sözi yügrək isə ―sözü iti, kəskin‖ mənasında-
dır. Bu da yügrək at, yügrək su, yügrək söz vahidlərini eyni se-
mantik  Ģaxədə  birləĢdirir;  yaxĢı  –  YaxĢı  at  minən  statusunu 
qazanmaq  cəmiyyətdə  nüfuz  sahibi  olmaq  deməkdir.  Yeri 
gəlmiĢkən,  ―Gəl,  yaxĢı  at  bin‖ cümləsi  Basatla bağlı deyilmiĢ-
dir.  Basat  isə  nəinki  Oğuz  cəmiyyətinə  qovuĢur,  hətta  Oğuz 
igidlərinə  sarsıdıcı  zərbələr  vuran,  onları  bir-bir  məhv  edən, 
Oğuzların kökünü kəsmək istəyən Təpəgözü təkbaĢına öldürür. 
Qeyd  etdiyimiz  sifətlərin  əksəriyyəti  quruluĢca  sadə  (ağ, 
alaca, boz, qara...), bəziləri isə düzəltmədir: atlu, yügrək... Əla-
və  edək  ki,  bu  sözlərdən  yalnız  ―alaca‖  çoxaltma  dərəcəsin-
dədir. Digər sifətlər isə adi dərəcədədir: ağ, al, qara, qonur... 
Atla bağlı fellər. ―Kitab‖da atla bağlı iĢlənmiĢ felləri lü-
ğəvi məna növləri baxımından aĢağıdakı kimi sistemləĢdirmək 
olar (bu tip fellərin bir qismi həm də qəhrəmanla bağlıdır): 


 
Язизхан Танрыверди 
 
 
67 
 
Hərəkət  felləri.  Bu  tip    fellər  ―Kitab‖da  üstün  mövqedə 
görünür:  
Çapmaq. Büdrəmək. Çaparkən ağ-boz atıŋ büdrəməsün!;  
Dəpmək. At dəpdilər;  
Səgirtmək.  Sürücdürmək.  Xan  baba,  qorxuram  səgirdər-
kən Qoŋur atın sürücdirəsən;  
İlğamaq. Ġlğıyuban qara tağım yıqan Qazan!;  
Tayanmaq.  Boz  ayğır  dəxi  Beyrəgi  görüb  tayandı,  iki 
ayağınıŋ üzərinə turdı, kiĢnədi. 
Sonuncu  nümunədəki  ―tayanmaq‖  sözü  M.Ergin  və 
H.Araslının nəĢrlərində ―tanıdı‖ Ģəklindədir. B.Bartoldun tərcü-
məsində  də  tanıdı  mənasındadır  (узнал  его).  Drezden  nüsxə-
sindəki  yazılıĢ  Ģəkli  isə  ―tayandı‖  formasında  transkripsiyanın 
məqbul  olduğunu  göstərir.  Amma  bu  da  var  ki,  cümlənin  se-
mantik  tutumu  həmin  yazılıĢ  Ģəklini  daha  çox  tayandı  yox, 
tanıdı Ģəklində oxumağa imkan verir. 
Birinci və ikinci cümlələr isə yalnız atla bağlı hərəkət fel-
ləri  yox,  tərkibindəki  sözlərin  hamısının,  əsasən,  atla  bağlı 
sözlər  cərgəsindən  ibarət  olması  baxımından  maraq  doğurur: 
Çapmaq, ağ, boz, at, büdrəmək – Çaparkən ağ-boz atıŋ büdrə-
məsin; at,  dəpmək  – At dəpdilər. Dördüncü cümlədəki  ―sürüc-
dürmək‖  felinin  semantikası  barədə  fikir  müxtəlifliyi  var. 
Məsələn,  A.Hacıyev  qorqudĢünaslıqdakı  iki  fikri  qarĢılaĢdırır: 
1) F.Zeynalov və S.Əlizadəyə görə, ―sürcmək‖ sürüĢmək məna-
sını ifadə edir; 2) O.ġaiq və M.Erginə görə, ―sürcmək‖ büdrə-
mək mənasındadır. A.Hacıyev ikinci fikri müdafiə edir: ―... bu 
mənanı  (büdrəmək)  əsas  götürən  O.ġaiq  və  M.Ergin  yüzə-yüz 
haqlıdırlar...  ―Oğuznamə‖də  verilmiĢ  ―Bir  sürçin  atın  ayağın 
kəsməslər‖  atalar  sözündə  də  həmin  məna  (büdrəmək  –  Ə.T.) 
ifadə  olunmuĢdur‖
1
.  Biz  isə  birinci  fikrin  doğru  olduğunu 
aĢağıdakı faktlarla arqumentləĢdiririk: 
                                                 
1
 A.Hacıyev. ―Dədə Qorqud kitabı‖: oxunuĢlar, açımlar. Bakı, 2007, s.187. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə