“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

 
Язизхан Танрыверди 
 
 
71 
 
müĢahidə  olunmur.  Digər  növlərdə  olanlar  isə  cəmi  bir-iki 
nümunəni əhatə edir. Bəzi faktları təqdim edirik: 
Məlum növdə: dəpmək. At dəpdilər;  
                        kişnəmək.  ...iki  ayağının  üzərinə  turdı, 
kiĢnədi; 
                         yortmaq. YaxĢı yigitlər ilə eĢ yort; 
QayıdıĢ növdə: atlanmaq. Baybörə bəgiŋ oğlı atlandı...; 
QarĢılıq növdə: yarışmaq. Yügrək olsa yarıĢsam; 
Birgəlik növdə: kişnəşdirmək. Qaraquc atları kiĢnəĢdirən!;  
Ġcbar  növdə:  çapdırmaq.  Qan  dərlədi  çapdırayım  səniŋ 
içün. 
Təsirlik  və  təsirsizlik  kateqoriyası.  Atla  bağlı  fellərin 
bir  qismi  təsirlik,  bir  qismi  isə  təsirsizdir.  Bəzi  nümunələri 
təqdim edirik:   
təsirli fellər: bindirmək. Al ayğıra Bəkil məni bindirdi;  
                    çapdırmaq. Qan dərlədi çapdırayım..; 
                    kişnətmək. ... qaraquçın kiĢnətdi.  
təsirsiz  fellər:  kişnəmək.  ...  iki  ayağının  üzərinə  turdı, 
kiĢnədi; 
                       atlanmaq. Baybörə bəgiŋ oğlı atlandı....; 
                       yarışmaq. Yügrək olsa, yarıĢsam; 
                       oğramaq. 
Bədəvi 
atlar  issini  görüb 
oğradıqda.  
Ġnkarlıq  kateqoriyası.  ―Kitab‖dakı  atla  bağlı  fellərin 
təsdiq  və  inkarda  iĢlənməsi,  bir  tərəfdən,  sintaktik  mühitlə, 
digər tərəfdən isə həmin tip fellərin semantik yükü ilə bağlıdır. 
Qeyd  edək  ki,  inkarlıq  mənası  bəzən  –ma
2
  Ģəkilçisinin  iĢtirakı 
olmadan  reallaĢır  ki,  bu  da  bilavasitə  fellərin  semantikasından 
doğur.  Məsələn,  ―yorulmaq‖  feli  gücdən  düĢmək,  zəifləmək, 
üzülmək və s. mənalara malik olduğu üçün təsdiqdə iĢləndikdə 
inkar,  inkarda  iĢləndikdə  isə  təsdiq  məzmunu  ifadə  olunur. 
Məsələn,  ―Toqlı  baĢlu  Turu  ayğır  yoruldı‖  cümləsinin  feli 
xəbəri    təsdiqdə  iĢlənsə  də,  inkar  məzmunludur,  daha  dəqiqi, 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
72 
 
çox  asanlıqla  ―qaça  bilmədi‖  sözü  ilə  əvəzlənə  bilir.  Ġnkar 
Ģəkilçisi  ilə  iĢlənmiĢ  ―yorulmaq‖  felində  isə  təsdiq  məzmunu 
ifadə olunur: Yorulmadı. Bu cümlənin semantik tutumu güclü-
dür, qüvvətlidir və ya gücdən düĢmədi, üzülmədi kimi mənaları 
əhatə edir. Fikrimizcə, bu, -ma
2
 inkar Ģəkilçisinin arxetipləri ilə 
bağlıdır:  ―...ümumtürk  ―boĢ‖  sözünün  karaqas  dilindəki  ―bot‖ 
variantı göstərir ki,  burada bo+Ģ//t tərkib hissələri və ―bo‖ kö-
kü vardır  və həmin kök inkarlıq bildirən ―ba‖ ilə bağlıdır, çün-
ki  inkarlıq  morfemi  zəiflik,  azlıq,  boĢluq  məna  çaları  daĢıyan 
sözlə eyni yuvaya girə bilər‖
1

Yaxud  ―büdrəmək‖  feli  müvazinətini  itirmək,  yeriĢini 
pozmaq və s. mənaları ifadə edir. Deməli, ―büdrəmək‖ feli situ-
asiyadan  asılı  olaraq  təsdiqdə  iĢlənərsə,  mənfi  çalar,  hətta 
qarğıĢ mənası ifadə edilər: Büdrəsin! – YeriĢini itirsin! Müvazi-
nəti  pozulsun!  və  s.  Əksinə,  inkarda  iĢləndikdə  müsbət  məna 
çaları,  hətta  alqıĢ  mənası  ifadə  olunur.  Yeri  gəlmiĢkən,  ―Ki-
tab‖da ―büdrəmək‖ felinin bir neçə dəfə məhz inkarda iĢlənmə-
si  müĢahidə  olunur:  büdrəməsin.  Çaparkən  ağ-boz  atıŋ  büdrə-
məsün!  AlqıĢ  mənası  ifadə  olunan  bu  tipli  cümlələr  ―Kitab‖ın 
poetik dilini zənginləĢdirən detallardan hesab olunur. 
Göründüyü  kimi,  yorulmaq  və  büdrəmək  tipli  fellər  təs-
diqdə  iĢləndikdə  inkar,  inkarda  iĢləndikdə  isə  təsdiq  məzmunu 
yaranır  (cümlənin  semantikasından  doğan  məna  nəzərdə 
tutulur). KiĢnəmək və oğramaq tipli fellər isə -ma
2
 inkar Ģəkil-
çisi ilə iĢləndikdə daha çox inkar, əksinə olduqda isə daha çox 
təsdiq  mənası  yaranır:  kiĢnəĢdirmək.  Qaraquc  atları  kiĢnəĢ-
dirən!;  kiĢnətmədin  (burada  –ma
2
  inkar  Ģəkilçisi  –  mədin
2
  feli 
bağlama Ģəkilçisinin tərkibində iĢlənmiĢdir). Qaraqucda Qazlıq 
atım  kiĢnətmədin  (Qaracıqda  Qazlıq  atımı  kiĢnətmədən). 
―Kitab‖da diqqət çəkən məqamlardan biri də məhz at kiĢnəməsi 
təsvir  olunan  səhnələrdir.  Konkret  desək,  Oğuzların  Ģad  və 
                                                 
1
 F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.248. 


 
Язизхан Танрыверди 
 
 
73 
 
kədərli    anlarının  ilkin  konturlarını,  həm  də  ―kiĢnəmək‖  sözü 
kontekstində dəqiqləĢdirmək mümkündür: At kiĢnəməsi eĢidilir 
= Oğuzların  Ģad günləri; At kiĢnəməsi eĢidilir = Oğuzların kə-
dərli  günləri.  Bu  mənada  ―Kitab‖da  ―Bədəvi  atlar  yiyəsini 
görüb kiĢnədikdə (Bədəvi atlar issin görüb oğradıqda) feli bir-
ləĢməsinin  ―Saqallu  boz  ac  turğay  sayradıqda‖,  ―Köksi  gözəl 
qaya  tağlara  gün  dəgəndə‖  və  s.  kimi  birləĢmələrlə  eyni  mətn 
daxilində  verilməsi  dediklərimizi  arqumentləĢdirir.  Yeri  gəl-
miĢkən,  həmin  mətn  poetik  çəki  baxımından  çox  zəngindir. 
Sanki  bu  mətndə  təbiət  gözəlliyi  ilə  türkün  poetik  təfəkkürü 
çulğaĢmıĢ vəziyyətdədir. 
Ümumiyyətlə,  at  kiĢnəməsi  müəyyən  bir  hadisə  barədə 
siqnal,  iĢarədir.  Heç  Ģübhəsiz  ki,  qədim  türk  at  kiĢnəməsini 
dərindən  müĢahidə  etmiĢ,  onun  nə  üçün  kiĢnədiyini  çıxartdığı 
səsin  –  kiĢnəmənin  alçaqlıq  və  yüksəklik    dərəcəsi  ilə  -  ton 
müxtəlifliyi ilə müəyyənləĢdirmiĢdir (bu, atçılıqla məĢğul olan 
bütün  xalqlara  aiddir).  ―Kitab‖da  at  kiĢnəməsi  təsvir  olunan 
səhnələrin  mətn    semantikası  müstəvisində  təhlili  aĢağıdakıları 
söyləməyə imkan verir: 
At Beyrəyi tanıdığı üçün kiĢnəyir: Boz ayğır dəxi Beyrəgi 
görüb tayandı, iki ayağınıŋ üzərinə turdı, kiĢnədi;  
Dan  yelləri  əsir,  torağay  ötür,  dağlara  gün  dəyir,  igidlər 
güləĢir- bir sözlə, Oğuz elində hər Ģey gözəldir, bu anlarda bə-
dəvi  atlar  sahibini  gördüyü  üçün  kiĢnəyir:  Bədəvi  atlar  issin 
görüb oğradıqda; 
Qazan  çətin  vəziyyətdədir,  dəvələrini  nərildədiblər,  atla-
rını kiĢnədiblər: Qazan buŋlu oldu... Qaraqucda Qazlıq atlarımı 
kiĢnətdilər; 
Burla  xatun  oğlu  Uruzu  itirdiyi  üçün  quluncuq  kimi  kiĢ-
nəmək  istəyir:  Quluncığı  kiĢnəyib  belə  keçdi.  Quluncığım 
aldırmıĢam,kiĢnəyəyinmi? 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə