“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

 
Язизхан Танрыверди 
 
 
81 
 
Ģahbaz yigidim! Qeyd edək ki, bu cür detallar at və qəhrəman 
obrazlarını eyni xətdə birləĢdirir. 
 
Sifət+isim  modelində:  bədəvi  at  ...  Bədəvi  atlar  issin 
görüb oğradıqda; 
        yaxşı at. Gəl yaxĢı at bin;  
        ağ-boz at. Ağ-boz atlar çapdırır alpanlar gördüm: 
        yügrək ... eki Ģahbaz yügrək at gətürüŋ. 
―Kitab‖da    sifət+isim    modelində  olan  birinci  növ  təyini 
söz  birləĢmələri  üstün  mövqedədir.  Bu  üstünlük  at  adlarında 
daha qabarıq görünür. Belə ki, Qoŋur at, Qara ayğır, Boz ayğır, 
Al  ayğır  və  s.  kimi  zoonimik  vahidlər  məhz  sifət+isim 
modelində olan I növ təyini söz birləĢmələridir. 
Say+isim  modelində:  biŋ  ayğır.  Biŋ  ayğır  diləyübdir 
kim, qısrağa  aĢmamıĢ ola;  
Əvəzlik+isim modelində: bu ayğır... bu ayğırı və dəxi bu 
yayı və bu gürzi maŋa veriŋ; 
         bu at. Bu at Bəkiliŋdir, biz qaçırız. 
Bu  tip  modellərdə  atla  bağlı  sözlərin  az  iĢlənməsi, 
Ģübhəsiz ki, uyğun sintaktik mühitin az olması ilə bağlıdır. 
Ġkinci  növ  təyini  söz  birləĢmələri.  Bu  cür  təyini  söz 
birləĢmələrini aĢağıdakı kimi qruplaĢdırmaq olar: 
1) Hər iki tərəfi əsasən atla bağlı isimlərdən ibarət olanlar:  
      at ayağı. At ayağı külük, ozan dili çevik olur
      at köksü. Beyrək at köksin qucaqladı; 
      at cilavsı. Bəkil at cilavısın yeŋimədi, bilə uçdı; 
      at çığırması. Geyim qılcıdmasından, at çığırmasından 
çəkübəni oğlanı oyardı. 
 2) Birinci tərəfi atla bağlı isimlərdən ibarət olanlar: 
      ayğır malı. Yağı yordı əlümdə qıl kiĢlim, ayğır malı.  
 3) Ġkinci tərəfi atla bağlı isimlərdən ibarət olanlar:  
    Beyrək atı. Bayrək atı qızıŋ atını keçdi; 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
82 
 
    dəniz  qulunu.  Baybörəniŋ  oğlıyçun  bir  dəniz  qulunı  – 
boz ayğır aldılar; 
   Qazlıq atı. Qazlıq atın bütün binən... 
Yuxarıdakı təyini söz birləĢmələri ümumilik, mücərrədlik 
bildirir.  Burada  yalnız  ―Beyrək  atı‖  söz  birləĢməsi  istisnadır. 
Belə ki, həmin birləĢmədə birinci tərəf (Beyrək) qeyri-müəyyən 
yiyəlik  halda  olsa  da,  mücərrədliyi,  qeyri-müəyyənliyi  deyil, 
konkretliyi ifadə  edir, bir növ III növ təyini söz  birləĢməsinin 
funksiyasını yerinə yetirir. 
Üçüncü  növ  təyini  söz  birləĢmələri.  Belə  birləĢmələri 
aĢağıdakı kimi sistemləĢdirmək olar: 
1) Hər iki tərəfi əsasən atla bağlı isimlərdən ibarət olanlar: 
     atınıŋ tərkləri ... atınıŋ tərklərini tartdı, urdı;  
     atınıŋ yelisi... var qüvvətilə  atınıŋ yelisinə düĢdi; 
     atınıŋ gözü ... döndi evinə gəli yürürkən Əzrayil atınıŋ 
gözinə göründi;           
     atınıŋ çilbəri. Genə atınuŋ çilbərin biləginə keçürdi; 
     atlarınıŋ  əyəri.  ...atlarının  əyərin  alub,  geyimlərin 
çıqardılar. 
2)  Birinci  tərəfi  at  adlarından  (zoonimlərdən)  ibarət 
olanlar:  
    Qoŋur atıŋ ayası. Qoŋur atıŋ ayası! Xan Uruzıŋ babası; 
    Boz ayğırın beli. Boz ayğırın belinə binmədimmi? 
    Ağ-boz atıŋ üzəri. ... Ağ-boz atıŋ üzərindən yerə engil! 
3) Ġkinci tərəfi atla bağlı isimlərdən ibarət olanlar: 
     qızıŋ atı. Bayrək atı qızıŋ atını keçdi; 
     mənim Şahbaz atım... mənim ġahbaz atımı gətürüŋ!; 
     kafəriŋ ilqısı. Gedərək kafəriŋ ilqısına gəldi; 
     oğlımun  at  səgirdişin  ...  oğlumıŋ  at  səgirdiĢin,  qılıc 
çalıĢın, oq atıĢın görəyim...;  
     mənim  atım.  sənin  atın.  Səniŋ  atuŋı  mənim  atım 
keçmədimi? 


 
Язизхан Танрыверди 
 
 
83 
 
Konkretliyi, müəyyənliyi ifadə edən bu cür III növ təyini 
söz birləĢmələrinin bəzən bir cümlə daxilində üç dəfə, həm də 
müxtəlif  məqamlarda  iĢlənməsinə  təsadüf  olunur.  Belə 
birləĢmələrdə  maraqlı  cəhət  odur  ki,  birinci  tərəfdə  yiyəlik  hal 
Ģəkilçili Ģəxs əvəzlikləri (mən, sən, o), ikinci tərəfdə isə I, II və 
III  Ģəxslərin  təki  üzrə  mənsubiyyət  Ģəkilçisi  qəbul  etmiĢ  ―at‖ 
sözü iĢlənir: mənim atum, səniŋ atıŋ, onuŋ atı – Əgər səniŋ atıŋ 
mənim  atumı  keçərsə,  onuŋ  atını  dəxi  keçər.  Deməli,  qalib 
gələcək  atın  kimə  -  hansı  qəhrəmana  məxsus  olması  məhz  III 
növ təyini söz birləĢmələri kontekstində müəyyənləĢdirilir. 
―Kitab‖da bu tip III növ təyini söz birləĢmələri miqdarı və 
iĢlənmə tezliyinə görə II növ təyini söz birləĢmələrindən üstün 
mövqedədir. AĢağıdakı parça dediklərimizi arqumentləĢdirir: 
Açuq-açuq meydana bəŋzər səniŋ alıncuğıŋ,  
Eku Ģəbçırağa bəŋzər səniŋ gözcigəziŋ,  
ƏbriĢimə bəŋzər səniŋ yəlicigiŋ. 
Eki Ģəbçırağa bəŋzər səniŋ gözcigəziŋ,  
Əri muradına yetürər səniŋ  arxacığıŋ... 
Bu  sintaktik  bütövdə  səniŋ  alıncuğiŋ,  səniŋ  yəlicigiŋ, 
səniŋ gözcigəziŋ, səniŋ  arxacığıŋ III növ təyini söz birləĢmələ-
ri  bənzətmələr  kontekstində  verilir  ki,  burada  da  ata  məxsus 
bədən  üzvlərinin  adlarının  (alın,  göz,  yal,  bel)  sadalanması  ilə 
at gözəlliyi, at sədaqəti poetik Ģəkildə ifadə olunur. Həmin par-
çada ata sən  (sənin...),  - deyə müraciət  olunma isə atın insana 
nə qədər yaxın və doğma olduğunu təsdiqləyir. 
Təyini söz birləĢmələrinə daxil olmayan ismi birləĢmə-
lər.  Bu  cür  birləĢmələri    bir  neçə  istiqamətdə  qruplaĢdırmaq 
olar: 
1) Mənsubiyyət Ģəkilçili sözlə ifadə olunmuĢ birinci tərəfi 
ismin  adlıq  halında  olur,  ikinci  tərəfi  isə  -lı
4
  Ģəkilçili  sifətdən 
ibarət olur: 
atı  bəhri  hotazlı  ...  atı  bəhri  hotazlı  Qaragünə  oğlı    Qa-
rabudaq çapar yetdi;  


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə