“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
84 
 
2)  Ġkinci tərəf birinci tərəfin əlamətini bildirir: 
yelisi  qara  (qara  yallı).  Oğluŋla  yelisi  qara  Qazlıq  atın 
bütün bindiŋ; 
ayağı uzun. Ayağı uzın Ģahbaz ata binən arğıĢ; 
ayğırı arıq. Altında Al ayğırı arıq oğlan. 
boynı  uzun.  Boynı  uzun  Bədəvi  atlar  gedərsə,  mənim 
gedər. 
Birinci  nümunədəki  ―yelisi  qara‖,  ikinci  nümunədəki 
―ayağı  uzın‖,  dördüncü  nümunədəki  ―boynı  uzun‖  söz  birləĢ-
mələri at gücünü, at qüvvəsini səciyyələndirən bədii təyinlərdir. 
Üçüncü  nümunədəki  ―Al  ayğırı  arıq‖  söz  birləĢməsi  də  bədii 
təyin statusundadır. Amma burada Oğuz igidinin atı təriflənmir, 
əksinə,  kafir  Oğuz  igidinə  ―Al  ayğırı  arıq  oğlan‖  –  deməklə 
onun  gücünü  azaltmaq,  onu  sözlə  məğlub  edərək  sıradan  çı-
xartmaq  istəyir.  Oğuz  igidi  isə  sarsılmır,  kafirə  daha  tutarlı 
cavab verir: Altımda Al ayğırım nə bəgənməzsən, - səni gördi 
oynar.  Burada  bir  cəhəti  də  qeyd  edək  ki,  boynı  uzun,  ayğırı 
arıq, ayğırı uzun kimi  söz birləĢmələri ―öz əslinə -  cümlə  for-
masına daha yaxın olsa da, artıq dastanların (―Kitab‖ın – Ə.T.) 
dilində  söz  birləĢməsi  modelindədir  və  bu  hal  göstərir  ki, 
onların yaranma tarixi daha qədimdir‖
1
.  
3)  Birinci  tərəfi  substantiv  isimlər,  ikinci  tərəfi  –lı
4
 
Ģəkilçili  sifətlərlə  ifadə  olunur.  ―Kitab‖da  bu  cür  birləĢmələr 
bəzi antroponimik və zoonimik modellərdə müĢahidə olunur: 
at ağuzlu. At ağuzlu Uruz (Aruz) qoca; 
keçi baĢlu. Keçi baĢlu Keçər ayğır; 
toğlı baĢlu. Toğlı baĢlu Turı ayğır. 
Atla bağlı sözlər feli birləĢmələr müstəvisində. MüĢahi-
dələr  göstərir  ki,  əsas  tərəfi  məsdər,  feli  sifət  və  feli  bağlama-
lardan  ibarət  olan  belə  birləĢmələr  daha  çox  ―ad-fel‖  və  ―fel-
fel‖  tipli  birləĢmələri  əhatə  edir  (―Kitab‖da  atla  bağlı  fellərin 
                                                 
1
  Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s.490. 


 
Язизхан Танрыверди 
 
 
85 
 
məsdər  Ģəkilçisi  ilə  (-maq
2
)  az  iĢləndiyini  əvvəlki  səhifələrdə 
qeyd etmiĢik). 
“Ad-fel”  tipli  birləĢmələr.  Türk  dilləri  baxımından  xa-
rakterik  olan  bu  cür  birləĢmələri  aĢağıdakı  kimi  sistemləĢdir-
mək mümkündür:   
Adlıq hallı feli birləĢmələr: 
at yemiyən. At yemiyən acı otlar (bitincə) bitməsə, yeg!; 
quluncığı kiĢnəyüb. Quluncığı kiĢnəyüb belə keçdi
Təsirlik hallı feli birləĢmələr: 
ayğırları göricək. Ayğırları göricək bəgəndi; 
yügrək  atıŋ  yügürdüb.  Yügrək  atın  yügürdüb  Qanturalı 
gürzin gögə atar
Oğuz bəgləri at çapanda. Oğuz bəgləri at çapanda meydan 
qalmıĢ; 
ayğır  atım  boğazlayub.  Ayğır  atım  boğazlayub  aĢum 
vergün!; 
qaraquc atları kiĢnəĢdirən. Qaraquc atları kiĢnəĢdirən!; 
ağ-boz atlar binübən. Ağ-boz atlar binübən yortuĢdılar. 
Yönlük hallı feli birləĢmələr: 
Mən  qaraquc  atıma  binmədin.  Mən  qaraquc  atıma 
binmədin ol binmiĢ ola!; 
qısır  qısrağa  bindigim.  And  içmiĢəm,  qısır  qısrağa  bin-
digim yoq; 
Qaragöz  atıŋ  belinə  yatan.  Qaragöz  atıŋ  belinə  yatan 
Qazan; 
ayağı uzın ġahbaz ata binən. Ayağı uzın ġahbaz ata binən 
arğıĢ... 
Yerlik  hallı  feli  birləĢmələr:  Belə  birləĢmələr  müĢahidə 
olunmur. Bu da, qeyd etdiyimiz kimi, atla bağlı sözlərin ismin 
yerlik  halında  iĢlənməməsi  ilə  bağlıdır  (―Kitab‖dakı  vahidlər 
nəzərdə tutulur). 
 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
86 
 
ÇıxıĢlıq hallı feli birləĢmələr: 
Qalın  Oğuz  bəglərini  bir-bir  atından  yıqıcı.  Qalın  Oğuz 
bəglərini  bir-bir  atından  yıqıcı,  Qazlıq  qoca  oğlı  bəg  Yegnək 
çapar yetdi. 
“Ad-fel” tipli feli birləĢmələr sistemində yerlik hallı bir-
ləĢmələrə  təsadüf  olunmur,  adlıq  və  çıxıĢlıq  hallı  birləĢmələrə 
az rast gəlinir, yönlük və təsirlik hallı feli birləĢmələr isə üstün 
mövqedə görünür. Bu isə birbaĢa ―Kitab‖ın poetik strukturu ilə 
bağlıdır.  Dəqiq  desək,  qəhrəmanın  hərəkət  trayektoriyasında 
atın  mərkəzdə  dayanması  (ata  minmə  və  atı  sürmə)  müvafiq 
sintaktik  mühiti  reallaĢdırır.  Hətta  mübaliğəsiz  deyirik  ki, 
―Kitab‖ı  bunlarsız  təsəvvür  etmək  mümkün  deyil.  Yuxarıdakı 
feli birləĢmələrin  əsas  tərəflərinin  daha  çox atla  bağlı  feli sifət 
(kiĢnəĢdirən,  bindigim,  binən...)  və  feli  bağlamalardan  (kiĢnə-
yib,  çapanda,  binübən,  binmədin...)  ibarət  olması,  asılı  tərəfdə 
atla  bağlı  isimlərin  (at,  ayğır,  quluncuq...)  üstün  mövqedə  gö-
rünməsi, eyni zamanda  bu tip vahidlərin assosiativliyi və ―Ki-
tab‖da tez-tez təkrarlanması da dediklərimizi arqumentləĢdirir. 
“Fel-fel”  tipli  birləĢmələr.  Bu  tip  birləĢmələr  ümumən 
qədim  türk  abidələrinin  dili  baxımından  səciyyəvi  deyil.  Bu 
mənada  ―Kitab‖da  təsadüf  olunan,  həm  də  daha  çox  atla  bağlı 
feli  sifət  və  feli  bağlamaların  iĢtirakı  ilə  yaranan  ―fel-fel‖  tipli 
birləĢmələr  maraq  doğurur.  Burada  təkcə  onu  qeyd  edirik  ki, 
belə  birləĢmələr  boy  qəhrəmanları    ilə  onlara  məxsus  atların 
vəhdətdə olduğunu təsdiqləyir: 
 
görüb-oğradıqda. Bədəvi atlar issini görüb oğradıqda; 
yaralanub-enməyincə.  
Yaralanub Qazlıq atımdan enməyincə; 
binübəni-varduğım. Binübəni qazavata varduğım yoq. 
Birinci nümunə (görüb-oğradıqda) tam yanaĢma, ikinci və 
üçüncü  nümunələr  (yaralanub-enməyincə,  binübəni-varduğım) 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə