“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 
Язизхан Танрыверди 
 
 
87 
 
isə  tam  olmayan  yanaĢma  əlaqəsi  ilə  qurulmuĢ  ―fel-fel‖  tipli 
birləĢmələrdir. 
Atla bağlı vahidlər məqsəd və intonasiyaya görə cüm-
lənin növləri müstəvisində  
Məlumdur ki, məqsəd və intonasiyaya görə cümlənin növ-
ləri dedikdə nəqli, sual,  əmr və nida cümlələri nəzərdə tutulur. 
Atla bağlı sözlərin məhz bu kontekstdə öyrənilməsi atın, xüsu-
sən  də  at  və  qəhrəman  münasibətlərinin  görünən  və  görünmə-
yən tərəflərini müəyyənləĢdirməyə imkan yaradır. Qeyd etdiyi-
miz kimi, Ģahbaz at, at çığırması, atınıŋ yelisi, atı bəhri hotazlı 
kimi  ismi  birləĢmələr,  eləcə  də  yügrək  atıŋ  yügürdüb,  görüb 
oğradıqda, ayağı uzın Ģahbaz ata binən və s. kimi feli birləĢmə-
lər  əsasən  atla  bağlı  sözlərin  iĢtirakı  ilə  qurulub.  Bu  birləĢmə-
lərin  hər  birində  sözdən  fərqli  olaraq,  at  və  qəhrəmanın  səciy-
yəvi  cəhətləri  daha  konkret  Ģəkildə  ifadə  olunur.  ġühbəsiz  ki, 
bu konkretliyin son nöqtəsi mətn, mətni təĢkil edən cümlələrdir. 
Cümlə isə mətnə qədərki bütün dil vahidlərini, dil daĢıyıcılarını 
özündə  ehtiva  etdiyi  üçün  sintaksisin  mərkəzi  vahidi  hesab 
olunur.  Cümlənin  semantikası  da  məhz  bu  müstəvidə,  daha 
dəqiqi,  leksik,  qrammatik  və  intonativ  mənaların  sintezində 
reallaĢır. Yeri gəlmiĢkən, ―Kitab‖dakı atla bağlı söz və söz bir-
ləĢmələri  bir  sıra  nəqli, sual,  əmr  və  nida  cümlələrində  iĢlənir, 
bəzən isə bu tip vahidlər bütöv bir cümləni əhatə edir. Bu da at 
və  qəhrəman  obrazlarının  ―Kitab‖ın  poetik  strukturundakı  ye-
rini  bütün  parametrlərinə  görə  dəqiqləĢdirməyə  imkan  verir. 
Məsələn, Quluncığı  kiĢnəyüb belə  keçdi  (nəqli cümlə), Qulun-
cığım  aldırmıĢam,  kiĢnəyəyinmi?  (sual  cümləsi),  Baba,  yelisi 
qara Qazlıq atuma əyər salayım (əmr cümləsi), ġahbaz atlarım 
saŋa  binət  olsun!  (nida  cümləsi)  cümlələrinin  leksik  mənası 
daha  çox  atla  bağlı  söz  və  birləĢmələrin  hesabına  reallaĢır. 
Konkret  desək,  bu  cümlələrdə  isimlər  (quluncıq,  at...),  fellər 
(kiĢnəmək,  yəhər  salmaq,  binət  olmaq...)  və  söz  birləĢmələri 
(Ģahbaz at, Qazlıq at, yelisi qara...) bilavasitə at və qəhrəmanla 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
88 
 
bağlıdır. Bəzi vahidlər isə təkcə at və insana (qəhrəmana) yox, 
həm də digər varlıqlara aiddir: belə, keçmək... 
―Kitab‖dakı  nəqli,  sual,  əmr  və  nida  cümlələrinin  yaran-
ma  səbəbləri  barədə  maraqlı  fikirlər  söylənilmiĢdir:  ―Təhkiyə 
prosesində  daha  çox  adi  təsviri  nəqli  cümlələrdən  istifadə 
edilmiĢdir.  Lakin  müxtəlif  obrazlara  söz  verildikdə  hər  cür 
emosionallıq  –  rəngarəng  sual,  nida,  əmr  cümlələri  meydana 
çıxır.  Buna  görə  də  dastanların  dili  məqsəd  və  intonasiyaya 
görə  fərqlənən  hər  cür  cümlə  tipini  özündə  cəmləĢdirmiĢdir‖
1

Qeyd  edək  ki,  bu  cümlə  tiplərinin  semantikası  sistemli  Ģəkildə 
öyrənilməmiĢdir. Bu mənada leksik-semantik tutumu at və qəh-
rəman  obrazları  ilə  səsləĢən  nəqli,  sual,  əmr  və  nida  cümlələ-
rinin bir qismini ayrılıqda nəzərdən keçirək: 
Nəqli  cümlə.  Qədim türk abidələrində olduğu kimi,  ―Ki-
tab‖da da feli xəbərli nəqli cümlələr ismi xəbərli nəqli cümlə-
lərə nisbətən çoxluq təĢkil edir. Bu üstünlük ―mindi‖ və ―yetdi‖ 
predikatlı  cümlələrdə  qabarıq  Ģəkildə  görünür  (əvvəlki 
səhifələrə bax). Burada feli və ismi xəbərli nəqli cümlələrə aid 
bəzi nümunələrə diqqət yetirək:  
 
Feli xəbərli nəqli cümlələr: 
 
       Baba yalŋuz kafərə at dəpdi; 
       Baybörə bəgiŋ oğlı atlandı, ava çıqdı; 
       Haman qız sıçradı, ata mindi
        ...iki ayağının üzərinə turdı, kiĢnədi; 
       ...Atdan-ayğırdan,  dəvədən  buğra,  qoyundan  qoç 
qırdırmıĢdı; 
       Ayğır yenə oğlanı oyardı: 
       Xanım, sazdən bir aslan çıqar, at urar. 
 
                                                 
1
 Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s.497. 


 
Язизхан Танрыверди 
 
 
89 
 
Ġsmi xəbərli nəqli cümlələr: 
 
               Bu at Bəkiliŋdir, biz qaçırız; 
               Hünər atındır; 
               ...ünim boğulmadın bir atdır, əlümə girdi. 
 
Yuxarıdakı cümlələrin əksəriyyətinin xəbəri (atlandı, min-
di,  kiĢnədi,  atdır...),  bəzilərinin  isə  mübtədası  (ayğır  –Ayğır 
yenə oğlanı ayardı) məhz at və qəhrəmanla bağlı sözlərlə ifadə 
olunmuĢdur.  Bu  isə  həmin  cümlələrin  semantikasına  birbaĢa 
təsir edir. Dəqiq desək, Oğuz igidlərinin döyüĢə hazırlaĢmaları, 
səfərə  çıxmaları,  ova  getmələri,  Ģadlıq  səhnələri,  eləcə  də  atın 
gücü, sahibini tanıması, sədaqətli olması kimi məsələlər həmin 
tip cümlələrin semantik tutumunun əsasını təĢkil edir. 
Sual cümləsi.  Qeyd olunduğu kimi, bu cür cümlələr daha 
çox    obrazların  dili  üçün  səciyyəvi  olub,  emosionallıq  və 
ekspressivliyi qüvvətləndirir: 
               
   Yelisi qara Qazlıq atuŋ binmədiŋmi...?; 
   Ərəbi atlar olan yerdə Bir qulunı olmazmı olur?; 
   Quluncığım aldırmıĢam, kiĢnəyəyinmi?; 
   Altındağı al ayğırı Bəkilindir, Bəkil qanı?. 
 
Sonuncu cümlə tipi barədə Q.Kazımovun fikirləri maraq-
lıdır:  ―Dastanların  dilində  ayırıcı  (dizyuktiv)  sual  cümlələrinin 
maraqlı nümunələrinə rast gəlmək olur. Bu cür cümlələrin nəqli 
cümlə Ģəklində olan (iqrari və ya inkari) birinci hissəsində əsas 
fikir  söylənilir,  sonrakı  cümlə  (və  ya  ifadə)  ilə  həmin  fikirlə 
bağlı müəyyən cəhət dəqiqləĢdirilir...‖
1
. ―Kitab‖ın dilində tərki-
bində  atla  bağlı  söz  və  söz  birləĢmələri  olan  bu  tip  sual  cüm-
lələrinə az təsadüf olunur. 
                                                 
1
  Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, s.499. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə