“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   2   3   4   5   6   7   8   9   ...   43

 
Язизхан Танрыверди 
 
 

 
bağlı  epizodların  sakralliq,  kultçuluq  baxımından  simvollaşma-
sını göstərsə də, gerçəklik tərəflərini də diqqət mərkəzində saxla-
yaraq müqayisələr aparır, problemə hərtərəfli yanaşır. 
Türk əvvəl qopuzu, sonra dəmiri –  qılıncı,  nizəni,  qalxanı, 
oxu, yayı kəşf etmişdir. At belinə qalxmamışdan, arabanı, təkəri 
düzəltməmişdən qabaq ağacdan musiqi aləti düzəltmiş, dizlərini 
büküb oturaraq ozan nəğmələrini, nəsihətlərini dinləmişdi. Silah 
oynadan  ərənlərdən  əvvəl  söz  ustadları  doğulmuşdu.  Ona  görə 
də oğuznamələrdə Qorquddan, Ulu Türükdən müdriki və yaşlısı 
nəzərə  çarpmır.  Lakin  alimin  doğru  qənaətlərindən  görürük  ki, 
qopuz  və  silah  qədər  at  da  Türkün  həyatını  tamamlayan,  mə-
nalandıran əsas amillərdən biridir. 
Maraqlı  cəhət  odur  ki,  müəllif  ilk  səhifədəcə  hansı  sirləri 
açacağını  bildirərək  oxucuda  tədqiqatına  qarşı  böyük  maraq 
yaradır və “Kitab”da “at kultu”nun qabarıq şəkildə ifadə olun-
duğunu  təsdiqləyən  detalların  çoxluğunu  vurğulayıb  bildirir  ki, 
“at sözü intensivliyi ilə  seçilir,  at sözünün iştirakı  ilə yaranmış 
bir sıra atalar sözləri və məsəllərə, deyimlərə təsadüf olunur, at-
lara verilən adların (zoonimlərin) əksəriyyəti qəhrəmanların ad-
larına uyğunlaşdırılmış şəkildədir, həm də bu tip zoonimlər qəh-
rəmanların  antroponimik  modellərində  ləqəb  kimi  çıxış  edir,  at 
ən dəyərli hədiyyələrdən  biri kimi təqdim olunur,  at Oğuz igidi 
üçün  zərbə  qüvvəsi,  həm  də  sədaqətli  yoldaş,  qardaşdır,  Oğuz 
igidi  yaralandıqda  atının  quyruğu  kəsilir,  öldükdə  isə  atı  öl-
dürülür və s.”  
Bir çox məsələlərə tədqiqatda ilk dəfə toxunulur. Məsələn, 
müəllif zoonimik modellərdə - at adlarında alliterasiyanı diqqət 
mərkəzinə çəkir, mətnin poetik çəkisini qüvvətləndirməyə xidmət 
edən  və  heç  kimin  görmədiyi  alliterasiyaya  “Keçi  başlı  Keçər 
ayğır (k – k), Toğlu başlı Turı ayğır (t – t)” kimi misallar göstə-
rir. Oğuz qəhrəmanlarının adlarının ilk səsi ilə atlarının adında-
kı ilk səsin alliterasiyasının mətndə sistem təşkil etməsi də alimin 
diqqətindən yayınmır. 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
10 
 
Atla bağlı sözlərin leksik xüsusiyyətlərindən danışarkən atı 
olmayan qəhrəmanın heç bir dəyəri olmaması fikrini irəli sürür, 
at zoolekseminin şəxs adlarına çevrilməsini türk poetik təfəkkü-
ründən süzülüb gələn ən dəyərli detallardan biri kimi qiymətlən-
dirir. “At ağızlı Uruz qoca” modelindəki “at ağızlı” ifadəsi güc, 
qüdrət məna yükünün daşıyıcısı kimi təqdim olunur.  
“Kitab”da atla bağlı çoxlu atalar sözləri və məsəllərə tə-
sadüf  olunur.  Onların  şərhində  O.Ş.Gökyay  və  Ş.Cəmşidovla 
polemikaya girən tədqiqatçı yanlış qənaətlərə düzəliş verir.  
Tədqiqatda  ayğır,  qulun,  tay,  yund,  ilqı  kimi  adlar  Türk 
dastan ənənəsi müstəvisində izlənilir, hansı anlamda işlənməsinə 
aydınlıq  gətirilir,  bu  günədək  mübahisə  obyektinə  çevrilmiş 
“Qırat” sözünün “Keçi başlı Keçər ayğır”la eyni semantik şaxə-
də izah olunması irəli sürülür. Bunu alimin maraqlı kəşflərindən 
biri  kimi  qiymətləndirmək  olar.  Folklorşünaslıqda  “Dürat”  və 
“Qırat”  at  adlarının  anlamı  uzun  müddət  dartışma  obyektinə 
çevrilmiş  və  tədqiqatçıların  əksəriyyəti  mütləq  şəkildə  onları 
rəng bildirən sözlər kimi izah edərək az qala bu məsələyə nöqtə 
qoymuşdular.  Lakin  alimlərin  qənaətlərinə  hörmətlə  yanaşan 
Əzizxan  Tanrıverdi  Türkün  qədim  dastançılıq  ənənəsinə,  yazılı 
mənbələrə,  xüsusilə  “Dədə  Qorqud  kitabı”ndakı  və  M.Kaşğar-
lının “Divani lüğat-it-türk” əsərindəki faktlara söykənərək daha 
orijinal  və  düzgün  fikir  irəli  sürür:  “Koroğlu”  dastanında 
Düratın Qırata, “Kitab”da da Turu ayğırın Keçər ayğıra nisbə-
tən  zəif  olması  aydın  şəkildə  verilmişdir.  Deməli,  bu  zoonimlər 
rəng anlamlı sözlər əsasında yaranmışdır – fikri inandırıcı deyil. 
Digər tərəfdən “Kitab”dakı Keçər ayğırla, “Koroğlu”dakı Qıra-
tın məhz iti, sürətli qaçışa malik olması mətndə dəqiqliklə verilib 
ki, bunu da heç kim inkar edə bilməz... Qarşılaşmalar göstərir ki, 
“Kitab”da da Turu ayğırla “Koroğlu”dakı Dürat forma, həm də 
semantika baxımından eyni xəttə birləşirsə, Keçər ayğır”la “Qı-
rat” da məna baxımından eyni semantik yuvaya daxil olur: Ke-
çər at – sürətlə qaçan, atları ötüb keçən; Qırat – sədləri qıran, 
 


 
Язизхан Танрыверди 
 
 
11 
 
aşan, sürətlə qaçan”. Əski türklərdə atlara rənginə deyil, xarak-
terinə  görə  ad  qoyulması  faktını  əsaslandıran  dəlillər  olduqca 
çoxdur. Belə ki, məşhur sərkərdə Atillanın atı və qılıncı ilə bağlı 
yaranan  əfsanələr  “Koroğlu”  eposunun  motivləri  ilə  səsləsir. 
Əvvala onu vurğulayaq ki, Atilla adında da “at” sözü ilə bağlılıq 
var. Atilla adının izahı göstərir ki, o, mənşəcə İtil  (Atill) türklə-
rinə  mənsub,  qədim  xaqan  sülaləsinin  nümayəndələrindən  biri 
idi.  Əslində  böyük  hun  sərkərdəsinin  Avropa  mənbələrində 
“Attilla” şəklində tarixləşən adının əsasında qədim türk sözləri - 
Atlı, Adil, Atil, İtil durur. Hunlara atlılar, atlı tayfalar da deyir-
dilər. Onlar sağlam atları ilə birlikdə boya-başa çatır və ən adi 
işlərini  yəhərdən  yerə  enmədən  yerinə  yetirirdılər.  At  üstündə 
alış-veriş edir, hətta obanın ümumi yığıncağında da atdan yerə 
enmirdilər. 
Əski tarixçilər yazırlar ki, Atilla Şimşək atın belində Mars 
qılıncını havada oynadanda çox-çox uzaqlardan seçilirdi. Əslin-
də,  təkcə  sehrli  atla  qılınc  kifayət  idi  ki,  onun  tarix  meydanına 
qeyri-adi,  əfsanəvi  qəhrəman  kimi  atıldığını  diqqət  mərkəzinə 
çəksin.  Atilla heç  vaxt piyada  gözə görünmürdü.  O, gözəl qara 
Villam  («Şimşək»)  atın  belində  daha  əzəmətli  idi.  El  arasında 
danışırdılar: «Villam elə nəhəng və güclüdür ki, ayaqları dəyən 
yerdə  ot  bitmir».  Bu  deyim  sonralar  bizdə  də  xalq  nağıllarının 
əsas  motivlərindən  biri  kimi  işlədilib.  Təbiidir  ki,  Atillanın  atı 
başqa  hunların  atlarından  fərqlənməli  idi.  Bu  həm  onun 
hökmdarlıq  tituluna  görə  belə  olmalı  idi,  həm  də  Atilla  bütün 
döyüşlərdə  ordunun  önündə  düşmənlə  sinə-sinəyə  dururdu,  atı 
həmlələrə  tab  gətirməli  idi.  Beləliklə,  Atillanın  da  atının  adı 
sürətli, qaçağan olduğundan “Şimşək” adlandırılmışdı. 
Ə.Tanrıverdinin yeni araşdırmasında  Qaragüc,  Qazlıq at, 
Boz  at,  Qonur  at,  Qaragöz,  Boz  ayğır,  Keçi  başlı  Kecər  ayğır, 
Toqlı  başlı  Turı  ayğır,  Ağ-boz  at,  Gög  bədəvi  at,  Təpəlqaşqa 
ayğır, Qara ayğır, Al ayğır, Alaca ayğır, Düldül kimi at adları-
nın mənası, mənşəyi, mətndəki çəkisi, qəhrəman adları ilə bağlı-
  


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə