“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 
Язизхан Танрыверди 
 
 
93 
 
Tamamlıq.  ―Kitab‖da vasitəsiz, eləcə də vasitəli tamam-
lıqların  atla  bağlı  söz  və  birləĢmələrlə  ifadə  olunması  qabarıq 
Ģəkildə müĢahidə olunur:  
vasitəsiz tamamlıqlar:  
                        
atı. Bayındır xanıŋ tövləsindən ol iki atı gətirdilər; 
ayğırı... bu ayğırı və dəxi bu yayı və gürzi maŋa veriŋ!; 
atın. Atın qamcıladı, yola girdi; 
atlarını. Tölə-tölə Ģahbaz atlarını biz binmiĢüz; 
birin (birini). Dədə Qorqut birin bindi, birin yetdi; 
at. ... eki Ģahbaz yügrək at gətürüŋ; 
ayğır. ...bir dəxi ayğır gətürüŋ... ; 
at köksin. Beyrək at köksin qucaqladı; 
səniŋ atuŋı. Səniŋ atuŋı mənim atım keçmədimi?; 
mənim  atumı.  Əgər  səniŋ  atıŋ  mənim  atumu  keçərsə, 
onuŋ atını dəxi keçər...;  
Nümunələrdəki vasitəsiz tamamlıqların əksəriyyəti müəy-
yən  təsirlik  halda  iĢlənmiĢ  söz  və  birləĢmələrlə  ifadə  olunmuĢ 
və  xəbərə  idarə  əlaqəsi  ilə  bağlanmıĢdır.  Bəziləri  isə  qeyri-
müəyyən təsirlik halda olub, xəbərə yanaĢma əlaqəsi ilə bağlan-
mıĢdır. Bu tip vasitəsiz tamamlıqların hər biri cümlənin seman-
tikasını    dolğunlaĢdıran,  həm  də  poetiklik  yaradan  detallardır. 
Son  cümlə  ilə  bağlı  deyilmiĢ  bir  fikri  xatırlatmaq  lazım  gəlir: 
―Burada obrazlı ifadə yoxdur, ancaq bədiilik var. Bu, tamamlıq  
və xəbərlərin leksik-morfoloji təkrarı, cümlə tiplərinin yaratdığı 
sintaktik anafora nəticəsində alınır. Əslində, bu, ifadə tərzində-
ki simmetriya deməkdir. ―Dədə Qorqud‖ dilinin Ģeiriyyəti məhz  
bu simmetriklikdədir‖
1
.  
 
 
 
                                                 
1
 T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.76. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
94 
 
Vasitəli tamamlıqlar. 
     Altındağı Al ayğıra Bəkil məni bindirdi; 
     Tavla-tavla bağlananda atuma yazıx; 
     Bögirdibəni atdan yerə saldı; 
     Atından endi, çilbərini bir tala iliĢdirdi. 
 
Bu  cümlələrdəki  Al  ayğıra,  atuma,  atdan  və  atından  va-
hidləri  xəbərə  idarə  əlaqəsi  ilə  bağlanmıĢ  vasitəli  tamamlıq-
lardır.  Onu  da  əlavə  edək  ki,  bu  cür  tamamlıqlar  atla  bağlı 
müəyyən informasiyalar verir, cümlənin məna yükünü qüvvət-
ləndirir. 
Təyin.  ―Kitab‖da  atla  bağlı  təyinlər  intensivliyi,  həm  də 
əhatə  dairəsinin  zənginliiyi  baxımından  diqqəti  cəlb  edir.  Bu 
təyinlərdə Oğuz atlarının əlaməti, keyfiyyəti, miqdarı, eyni za-
manda Oğuz igidlərinin səciyyəvi cəhətləri poetik Ģəkildə ifadə 
olunur: 
 Tavla-tavla  Ģahbaz  atlarıŋ,  qatar-qatar  dəvələriŋ  gə-
türmiĢiz, bizimdir;  
Gəl, yaxĢı at bin; 
Biŋ ayğır diləyübdir; 
Yigidiŋ gözi bir dəŋiz qulını boz ayğırı tutdı; 
Barı  Bayındır  xanıŋ  tövləsindən  eki  Ģahbaz  yügrək  at 
gətürüŋ; 
...ağ-boz atıŋ yalısı üzərində qar turdıran Ğəflət qoca oğlı 
ġir ġəmsəddin çapar yetdi
Oğluŋla yelisi qara Qazlıq atın bütün bindiŋ. 
 
Yuxarıdakı  nümunələrdə  tavla-tavla  Ģahbaz,  yaxĢı,  biŋ, 
boz, yügrək, yelisi qara və s. kimi söz və birləĢmələr təyin vəzi-
fəsindədir. 
Zərflik.  ―Kitab‖ın  dilində  atla  bağlı  söz  və  birləĢmələrlə 
ifadə olunmuĢ  zərfliklərə  də  təsadüf olunur (atla  bağlı sözlərin 


 
Язизхан Танрыверди 
 
 
95 
 
assosiativliyi  ilə  iĢlənmiĢ  zaman  və  məqsəd  zərfliklərini  də  bu 
sistemə aid etmək olar):  
tərzi-hərəkət zərfliyi: 
apar  (çaparaq)...  Qazan  bəgiŋ  qartası  Qaragünə  çapar 
yetdi;  
ağ-boz atlar binübən...ağ-boz atlar binübən yortuĢdılar; 
səgirdərək. Dəlü Qarçar səgirdərək vardı... . 
zaman zərfliyi: 
gecə-gündüz. Gecə-gündüz yortdılar; 
mən qaraquc atıma binmədin. Mən qaraquc atıma binmə-
din ol binmax gərək!; 
məqsəd zərfliyi: 
bu gün içün. Bədəvi atım saqlardım bu gün içün. 
Bu  nümunələrdə  xəbərə  yanaĢma  əlaqəsi  ilə  bağlanan 
zərfliklər  hərəkətin  tərzini,  zamanını  və  məqsədini  bildirir  ki, 
bu  da  ömrünü  at  belində  keçirən  Oğuz  igidlərinin  hərəkət  tra-
yektoriyası ilə birbaĢa bağlanır. Semantikasından asılı olmaya-
raq, bu cümlələrin hər birində atın çapılması, qan-tər içində sü-
rülməsi  ifadə  olunur,  obrazlı  desək,  Ģahbaz  atların  ayaq  səsi 
eĢidilir. 
 
Atla bağlı söz və birləĢmələr xitab müstəvisində 
Xitab  bir  sintaktik  kateqoriya  kimi  qədim  türk  abidələri-
nin, o cümlədən ―Kitab‖ın dili baxımından səciyyəvidir. Hətta 
mübaliğəsiz demək mümkündür ki, ―Kitab‖ bütövlükdə xitablar 
silsiləsi və onların assosiativliyi ilə iĢlənmiĢ vahidlərdən ibarət-
dir.  ―Kitab‖dakı  xitablar  rəngarəngliyinə  və  poetiklik  yaratma 
imkanlarına  görə  ən  nadir  incilər  hesab  olunur.  Burada  təkcə 
onu  qeyd  etmək  kifayətdir  ki,  ―Qar  üzərinə  qan  tammıĢ  kibi 
qızıl  yaŋaqlım!‖  xitabı  poetik  çəkisinə  görə  ―bütün  zamanlar‖ 
üçün  böyük  sənət  faktı  sayılır‖
1
.  Bu  mənada  N.Cəfərovun 
                                                 
1
 N.Cəfərov. Xanım, hey. Bakı, 1999, s.30. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
96 
 
―Kitab‖dakı  xitabları  sistemli  Ģəkildə  tədqiq  edərək  ―Xanım, 
hey‖ (Bakı, 1999) baĢlığı altında çap etdirməsini təsadüfi hesab 
etmək olmaz. Müəllif ―Kitab‖dakı müraciətlərin tipləri, forma-
ları  və  məzmun  xüsusiyyətlərini  Allaha  müraciət,  Dədə  Qor-
qudun  müraciəti,  Dədə  Qorquda  müraciətlər,  habelə  qadının 
kiĢiyə, kiĢinin qadına, igidin igidə, qadının qadına və s. müra-
ciətlər  kontekstində  araĢdırmıĢ  və  maraqlı  fikirlər  söyləmiĢdir. 
Amma müraciətlər (xitablar) daxilində atla bağlı söz və birləĢ-
mələrin  semantikası,  mətnlə  bağlılıq  dərəcəsi  dəqiqləĢdirilmə-
miĢdir. Elə buna görə də bəzi detallara diqqət  yetirməyi zəruri 
hesab edirik: Ġlk olaraq qeyd edək ki, xitabların tərkibində atla 
bağlı vahidlər xüsusi çəkiyə malikdir. Bu isə təkcə xitabın de-
yil, bütövlükdə sintaktik bütövün bədii dəyərini qüvvətləndirir. 
Məsələn: 
Qulun  sözünün  iĢtirakı  ilə  metaforalaĢan  xitablar:  Bərü 
gəlgil,  qulunım  oğul!  Yeri  gəlmiĢkən,  Qazan  xanın  dilindən 
verilmiĢ  Oğul!...Ay  oğul!...  Arslanım  oğul  və  s.  kimi  xitablar 
cərgəsində ―Qulunım  oğul!‖ xitabının da iĢlənməsi nadir fakt-
lardandır  (qulun  sözü  ilə  bağlı  təqdim  etdiyimiz  digər  izahlara 
bax); 
Xitabların  tərkibində  atla  bağlı  ismi  birləĢmələrə  təsadüf 
olunur: Ģahbaz atlı. Tavla-tavla çəkiləndə Ģahbaz atlı; Al ayğırı 
arıq.Altında Al ayğırı arıq oğlan; 
Xitabların tərkibində atla bağlı feli birləĢmələrə rast gəli-
nir: Ģahbaz atlar içdigi  su! Ayğır verüb aldığım, tozlu  qatı  ya-
yım;  Bədəvi  atın  oynadı  gələn  yigit,  nə  yigitsən?  Burada  su, 
yay, yigit sözlərindən əvvəl iĢlənmiĢ feli birləĢmələrin hər biri 
mətnin  təsir gücünü artıran bədii təyinlərdir
Xitabların  tərkibində  at  adlarının  (zoonimlərin)  ismi  və 
feli  birləĢmələr  modelində  təzahürü  müĢahidə  olunur.  Bu  isə 
müraciət olunanlar barədə daha dolğun məlumat almağa imkan 
verir:  Qoŋur  atın  ayası!  ġahi-mərdan  Əliniŋ  Düldülüniŋ  əyəri 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə