“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 
Язизхан Танрыверди 
 
 
97 
 
ağac! Yelisi qara Qazılıq atına binən yigit, nə yigitsən? Qara-
göz atıŋ belinə yatan Qazan!... 
Xitab iĢlənmiĢ sintaktik bütövlərdə ata münasibət, ya-
xud  at  və  qəhrəman  obrazlarını  səciyyələndirən  detallar. 
―Kitab‖dakı  sintaktik  bütövlərdə  xitab  kimi  iĢlənmiĢ  Qazan! 
Sultanım Qanturalı! Yigidim! Bəg  yigidim! Aruz! Mərə ozan! 
və s.  kimi  vahidlərdən sonra,    əvvəl  at  və  qəhrəman obrazları-
nın  ən  qabarıq  cəhətlərinin  təqdimi  müĢahidə  olunur.  Bu  cür 
detalları mətn semantikası müstəvisində nəzərdən keçirək: 
- DöyüĢə ən güclü atla getmək Oğuz igidi üçün hər Ģeyd-
ən üstündür.Baba!... Altundağı Al ayğırı maŋa vergil!; Qan dər-
lədi çapdırayım səniŋ içün; 
  - Mühüm, həm də çətin bir iĢ dalınca gedərkən iti qaçan 
atlar  lazımdır:  Yaranlar,  ...Bari  Bayındır  xanıŋ  tövləsindən  eki 
Ģahbaz  yügrək  at  gətürüŋ;  Oğul,  oğul,  ay  oğul!...  Yelisi  qara 
Qazlıq atuŋ bütün bingil!; 
-  Oğuz  igidi  at    belində  olmayanda  zəif  və  gücsüzdür: 
Aruz,  maŋa  bu  iĢi  edəcəgin  biləydim.  Qaraqucda  Qalıq  atuma 
binərdim!; Ay oğul, ... Kəndülər atlu babaŋı yayaq yüritdilər; 
-Ġti  qaçan  atların  düĢmən  əlinə  keçməsi  Oğuz  igidi  üçün 
dərddir:  Yügrək  olan  atlaruŋ  tavlasındam  o  zalım  seçdirdi  ola, 
qardaĢ!; 
- Kafirin  alaca atı zəifdir, Oğuz atları ilə müqayisə oluna 
bilməz:...  mərə  itim  kafər!...  Altundağı  alaca  atuŋ  nə  ögərsən? 
Ala baĢlu keçimcə gəlməz maŋa!; 
-  Oğuz  igidi  üçün  atdan  yıxılıb  yaralanmaq  eyib  sayılır: 
Oğul, at üzərindən məni qap... Görklüm, atdan düĢdüm, ayağım 
sındı; 
-  Oğuz  igidi  atla  bağlı  qəzəbini,  daha  doğrusu,  giley-gü-
zarını gizlətmir: Oğul, oğul, ay oğul!...  Boynı sınsun, Al ayğırı 
bütün bindim...Süricdi məni yerə çaldı; 
-  Məqsədinə  çatana  qədər  at  belində  mübarizə  aparmaq 
Oğuzlar  üçün  həyat  amalıdır:  Qazan,  ...Paralanub  Qazlıq 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
98 
 
atımdan enməyincə...; ...a Dərsə xan, ...Yaralanub Qazlıq atım-
dan enməyincə... Birinci cümlə Burla xatunun, ikinci cümlə isə 
Dirsə xanın xatununun dili baxımından səciyyəvidir. Bu cümlə-
lərdə  türk  qadınının  dözümü,  qətiyyəti,  mübarizliyi  poetik 
Ģəkildə ifadə olunmuĢdur; 
- At belində ov etmək Oğuz igidinin könlünü açır, əsəblə-
rini  sakitləĢdirir:  Yigidim,  bəg  yigidim!...  Ava  bingil,  köŋlüŋ, 
açılsun!; 
-  Oğuz  igidi  atını  qopuza  dəyiĢdirir:  Mərə  ozan,  qopuzıŋ 
maŋa vergil, atumı saŋa verəyim; 
- Oğuz igidinin yurd həsrəti, atla bağlı sözlər kontekstində 
təqdim olunur: ...Qulanla sığın-keyikə qoŋĢı yurdım!; 
-  At  kiĢnəməsi  qurd  müqəddəsliyini,  qurd  gücünü  müəy-
yənləĢdirən  meyarlardan  biri  hesab  olunur:  Qaraquc  atları  kiĢ-
nəĢdirən!... qurdım!; 
- Ömrünün son anlarını yaĢayan Oğuz igidi ağ-boz atının 
quyruğunun  kəsilməsini  tələb  edir:  Yigitlərim,  ...  Ağ-boz  atu-
mıŋ quyruğını kəsiŋ; 
- Atla bağlı söz və ifadələr metaforikləĢərək, daha dəqiqi, 
məcazlaĢaraq  sevgi-məhəbbət  macəralarının  ifadəsində  ən  gö-
zəl vasitəyə çevrilir: Sultanın Qanturalı, ...Sarı gönlər görübən, 
taylar  basan,  Ög  tamarın  dəlübən  qanın  soran...  Sarı  tonlı  Sel-
can xatun köĢkdən baqar, Kimə baqsa, eĢqilə oda yaqar!;   Hey, 
yigidim,  bəg  yigidim!...  Qaraqucda  Qazlıq  atlar  quluncığın 
dəpərmi olur? 
Yuxarıda təqdim etdiyimiz xitablarda, eyni zamanda xitab 
iĢlənmiĢ sintaktik bütövlərdə at və qəhrəman obrazlarının səciy-
yəvi cəhətlərinin ifadə olunması onu deməyə əsas verir ki, atla 
bağlı  söz  və  ifadələrin  assosiativliyi  ilə  yaranmıĢ  zəncirvari 
bağlılıq  ―Kitab‖ın  böyüklüyünü  təmin  edən  amillərdən  biri  və 
birincisidir. Burada ―Kitab‖ və ―Koroğlu‖ eposlarını müqayisə 
etmək  lazım  gəlir.  FolklorĢünaslığımızda  belə  bir  yekdil  fikir 
var:  ―Koroğlu‖  dastanını  Qırat  və  Düratsız  təsəvvürə  belə 


 
Язизхан Танрыверди 
 
 
99 
 
gətirmək mümkün deyil. Yaxud Qırat və Dürat yoxdursa, ―Ko-
roğlu‖  eposu  da  yoxdur.  Bu  fikirlər  ―Kitab‖a  da  aiddir.  Yəni 
―Kitab‖ın poetik strukturundakı Qonur at, Boz ayğır, Qara ay-
ğır və s. kimi at adları, həmçinin atla bağlı digər sözlərin asso-
siativliyi  ilə  iĢlənmiĢ  vahidlər  ixtisar  edilərsə,  ―Kitab‖  barədə, 
ümumiyyətlə, danıĢmaq olmaz (bu fikirləri Ģərti olaraq deyirik). 
Çünki qeyd etdiyimiz vahidlər miqdarına, həm də intensivliyinə 
görə 154 səhifəlik ―Kitab‖da  xüsusi çəkiyə malikdir. Bir cəhəti 
də  vurğulamaq  lazım  gəlir:  Koroğlu  obrazı  Dədə  Qorqud,  Ba-
yındırxan,  Qazan  xan,  Beyrək  və  baĢqa  qəhrəmanların 
ümumiləĢmiĢ  obrazıdırsa,  Qırat  da  Qonur  at,  Boz  ayğır,  Qara 
ayğır  kimi  atların  ümumiləĢmiĢ  obrazıdır.  Bütövlükdə  götür-
dükdə  isə  ―Koroğlu‖  ―Kitab‖ın  məntiqi  davamı,  türk  epos  tə-
fəkkürünün  yeni  formada  təzahürüdür  (əvvəlki  səhifələrə  bax) 
N.Cəfərovun  ―Qırat‖  obrazı  ilə  bağlı  söylədikləri  də  dedikləri-
mizi təsdiqləyir: ―...Qırat dastanın ideya-məzmununa təsir edə-
cək  qüdrətli  bir  obraza  çevrilir  (qeyd  edək  ki,  istər  türk-oğuz, 
istərsə  də  oğuz-Azərbaycan  qəhrəmanlıq  eposlarında  igid  atsız 
təsəvvür olunmur)‖
1

 
                                                 
1
 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, s.148-149. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
100 
 
 
TÜRK-OĞUZ CƏMĠYYƏTĠNDƏ  
ATA MÜNASĠBƏT 
 
Tarixi  mənbələrdə  insanların  at  saxlamağa  tunc  dövrün-
dən  baĢlaması,  atçılıq  təsərrüfatının  bir  sıra  qədim  xalqların, 
məsələn, skiflərin həyatında həlledici rola malik  olması  xüsusi 
olaraq vurğulanır. Azərbaycanda altı-yeddi min il bundan əvvəl 
əhliləĢmiĢ  iki  at  cinsinin  olması  da  müəyyənləĢdirilmiĢdir. 
―Türk dillərində zooloji leksikanın zənginliyi (elə tatar dilində 
at növləri adlarını bildirən 40-dan artıq söz vardır) atın əhliləĢ-
dirilməsinin türklərə məxsus olduğu fikrini təsdiqləyir‖
1
2
. Bura-
da  Ġ.Cəfərzadənin    bir  fikrini  xatırlatmaq  lazım  gəlir: 
―...Qobustanda  Yazılıtəpədə  bir  daĢın  üzərində  çılpaq  atın  ağ-
zına gəm (dəmir, çubuq  və s.-dən toxunmuĢ tor  – Ə.T.) veril-
miĢdir. Atı  minən Ģəxsin  əlində  yabayaoxĢar silahla maral  ov-
ladığı təsvir edilmiĢdir‖
2
3
.  Bu fakt ―Kitab‖da atla ov etmə səh-
nələrinin  təsadüfi  olmadığını  təsdiqləyir:  Av  avlayu  gəzərkən 
ögindən  bir  yaralu  keyik  çıqdı.  Bəkil  buŋa  at  saldı.  Buğanıŋ 
ardından irdi… 
O.ġ.Gökyay atla bağlı əfsanə və rəvayətlərdən  geniĢ Ģə-
kildə  bəhs  etmiĢdir:  ―Türküstandakı  soğd  qəbilələrinin  əfsanə-
lərinə  görə,  göydən  düĢmüĢ  və  misdən  yapılmıĢ  bir  at  tapıldı. 
Bu  at  yarıya  kimi  torpağa  gömülmüĢ  vəziyyətdədir…  Ġqdırın 
Bayat  kəndindəki  bir  rəvayətə  görə,  göydən  enən  atın  ağzı 
böyük imiĢ, insan yeyən bir  heyvan imiĢ, sonradan bir göldə su 
atı  (ayğırı)  ilə  ciftləĢmiĢ  və  bugünkü  at  meydana  gəlmiĢdir… 
Türklərin dənizdən (göldən), yaxud dağdan çıxan ilahi ayğırlar-
                                                 
1
2
 M.Təkləli. At türkün qanadıdır (―Orlov atları‖nın sirri). Azərbaycanda 
Atatürk Mərkəzi. Bülleten, 1(33), Bakı, 2010, s.61. 
2
3
 И.М.Джафарзаде. Наскальные изображения Кобустана. ТИИ АН 
Азерб.ССР, т.III, Баку, 1958, с.45. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə