“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

 
Язизхан Танрыверди 
 
 
101 
 
dan  törəyən  sürətdə  əmsalsız  atları  vardır‖
1
4
.  Türk  mifologi-
yasına istinadən söylənilmiĢ bu cür fikirlər K.Vəliyevin əsərlə-
rində də müĢahidə olunur: ―Mifologiyada ən qiymətli cins atlar 
dəniz  ayğırı  ilə  cütləĢmiĢ  qısraqların  doğduğu  atlardır.  Onlar 
üzərək dənizləri də aĢırlar... Sudan çıxan ayğırlar haqqında bir 
əfsanədə  deyilir  ki,  onların  sayı  qırxdır,  özləri  də  sehrlidir. 
Dənizdən çıxıb bulaq suyu içəndə onları tutub  minsələr, ayğır-
lar çox sevinir, həmin adamla birlikdə qalır, daha dənizə qayıt-
mırlar‖
2
1
. Deməli, ―Kitab‖dakı ―dəniz qulunu Boz ayğır‖, ―Boz 
at‖ kimi vahidlərin mifoloji əsası vardır. 
T.Hacıyev yazır: ―Çöllünün – türkün – qıpçağın üç arzusu 
olub: at yəhərləmək; ət yemək; arvad almaq... Qıpçaq öz uĢağına 
əvvəl atda oturmağı, sonra yeriməyi öyrədib... Atla davranıĢ mə-
dəniyyətinin  ustadı  qıpçaqdır  –  türkdür.  Türk  cilovun,  ram  et-
məyin ustalığını atın üstündə kəĢf etdi – sonra asanlıqla ölkələri 
cilovladı‖
3
7
.  Bu  fikirlər  sanki  Murad  Adcının  ―Qıpçaq  çölünün 
yovĢanı‖ kitabı yox, məhz ‖Dədə-Qorqud kitab‖ı barədə deyilib. 
Çünki  türkün  üç  arzusu  ―Kitab‖ın,  demək  olar  ki,  hər  bir  bo-
yunda obrazlı Ģəkildə ifadə olunmuĢdur: at yəhərləmək. Uru tur-
dı, təvlədən bir Ģahbaz at çıxardı, əyərlədi, geyimin geydi; ət ye-
mək.  Atdan-ayğırdan,  dəvədən  buğra,  qoyundan  qoç  qırdırdı... 
Bəli,  ağam  Qazan,  gecədən  bir  quzı  biĢürüb  dururam;  arvad  al-
maq. Mən qırıma varmadan ol maŋa baĢ gətürmək gərək! Bunıŋ 
kibi qız alı ver, baba, maŋa. T.Hacıyevin ―atla davranıĢ mədəniy-
yətinin ustadı qıpçaqdır – türkdür‖ – fikri isə elə bil, ―Beyrək at 
köksin qucaqladı‖ cümləsindən doğan məntiqi nəticədir. 
―Manas‖ , ―AlpamıĢ‖, ―Koblandı Batır‖, xüsusən də ―Də-
də-Qorqud  kitab‖ı  kimi  türk  eposlarında  atın  türk  cəmiyyətin-
dəki rolu poetik Ģəkildə ifadə olunur. Yeri gəlmiĢkən, türk atları 
                                                 
1
4
 O.ġ.Gökyay. Dedem Korkudun kitabı. Ġstanbul, 2000, s.431-432. 
2
1
 
K.Vəliyev. Elin yaddaĢı, dilin yaddaĢı. Bakı, 1988, s.19. 
3
7
 T.Hacıyev. Qıpçaq çölü haqqında elmi ballada – Murad Adcı. Qıpçaq çölünün 
yovĢanı. Bakı, 1999, s.191-192



 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
102 
 
rus tarixi və etnoqrafiyasında da xüsusi olaraq qiymətləndirilir: 
―Orlov  döyüĢlər  gedə-gedə  atları  Rusiyaya  göndərir...  bunlar 
nəinki qiymətli atlar idi, hətta dünyanın ən gözəl nadir atları he-
sab  olunurdu...  Orlovun  məftun  olduğu  ağ  türk  atı  ona  dörd 
bala verdikdən sonra qəflətən ölür... II Yekaterina Pyotra onun 
əzəmətində  heykəl  qoymaq  istəyirdi...  Felkone  (heykəltaraĢ) 
heykəl  üçün  gözəl  at  soraqlayır:  qraf  Orlovun  tövləsindən  
―Kapriz  və  Brilliant‖  adlı  iki  gözəl  türk  atı  gətirirlər.  Pyotrun 
mindiyi  bu  cilov  gəmirən  qızğın  atın  görünüĢü  bu  dəli  çarın 
özündən də təsirli idi. Tezliklə heykəl xalq arasında ―Mis süvari 
(медный всадник) adını alır‖
1
2
.  
Türkologiyada  atın  qədim  türk  cəmiyyəti  üçün  yaxınlıq 
dərəcəsi  müəyyənləĢdirilmiĢ,  at,  ad  və  ata  sözlərinin  eyni 
kökdən  törədiyi,  semantika  baxımından  eyni  yuvaya  daxil 
olduğu əsaslandırılmıĢdır: ―Qədim türklərdə ad (Ģəxs adı) ―at‖ 
Ģəklində iĢlənmiĢdir. Ġlk baxıĢda elə hiss olunur ki, ―ad‖ və ―at‖ 
arasında heç bir bağlılıq ola bilməz. Əslində  isə Azərbaycan və 
digər türk dillərində atın bu qədər yüksək qiymətləndirilməsinin 
əsas səbəbi ―ad‖ (Ģəxs adı) ilə ―at‖ (heyvan) sözlərinin eyni mə-
na ifadə etməsi  ilə bağlıdır. ġəxsə ad verəndə elə at da verilirdi. 
Ad almaq  həm də at almaq demək idi... Ata və at məsələlərinin 
ön plana çəkilməsi təsadüfi deyildir. ―Ad‖ və ―at‖ sözləri eyni 
sözlər olduğu kimi, ―ata‖ sözü də ―at‖ sözündən törəmiĢdir. Bu-
rada ―at‖ kök, -a isə sözdüzəldici Ģəkilçidir‖
2
1
. Deməli, at, ad və 
ata sözlərinin eyni kökdən törəməsi məhz at və cəmiyyət kon-
tekstində  dəqiqləĢdirilmiĢdir.  Bu  etimoloji  araĢdırmaların 
düzgünüyünü  təsdiqləyən  ən  mötəbər  mənbələrdən  biri  isə 
―Kitab‖  hesab  olunur.  Çünki  ―Kitab‖da  Oğuz  igidinin  atı  ilə 
bərabər ad almasına təsadüf olunur: Sən oğlıŋı ―Bamsam‖ deyü 
oxĢarsan:  bunıŋ  adı  Boz  ayğırlıq  Bamsı  Beyrək  olsun!  Bu 
                                                 
1
2
 M.Təkləli. At türkün qanadıdır (―Orlov atları‖nın sirri). Azərbaycanda 
Atatürk Mərkəzi. Bülleten, 1(33), Bakı, 2010, s.59-62 
2
1
 M.Adilov, A.PaĢayev. Azərbaycan onomastikası. Bakı, 1987, s.75-76. 


 
Язизхан Танрыверди 
 
 
103 
 
cümlə ―Kitab‖ın 75-ci səhifəsində iĢlənmiĢdir (Drezden nüsxə-
sindəki  səhifə  nəzərdə  tutulur).  ―Kitab‖ın  70-ci  səhifəsində 
―boz ayğır‖ın apelyativ kimi iĢlənməsi də (...dəŋiz qulunı – boz 
ayğır  aldılar)  igidin  atı  ilə  bərabər  ad  aldığını  təsdiqləyir.  Ya-
xud Oğuz igidi ad alarkən ona bəylik, taxt və at verilmiĢdir: 
                             
                  Hey Dirsə xan! Oğlana bəglik vergil, 
                  Təxt vergil, - ərdəmlidir! 
                  Boynı uzun bədəvi at vergil
                  Binər olsun, hünərlidir! 
 
Folklorumuzdakı  ―Dədəm  Qorqud bir ad verdi; Qoç Ko-
roğlu bir at verdi‖ misraları da dediklərimizi arqumentləĢdirir. 
Qeyd  etdiyimiz  kimi,  ―Kitab‖da  eyni  sözün  at  və  qəhrə-
man adları kimi iĢlənməsinə təsadüf edilir: Qoŋur at (zoonim), 
Qoŋur qoca (antroponim). Bu, türkün ata olan sevgisi, doğma-
lıq  və  yaxınlığının  ən  mühüm  göstəricilərindən  hesab  oluna 
bilər.  At  və  qəhrəman  adlarındakı  ilk  səslərin  eyniliyi,  daha 
doğrusu, alliterasiyası da atın cəmiyyət tərəfindən xüsusi olaraq 
dəyərləndirildiyini təsdiqləyir: b – b. Beyrək – Boz ayğır; q – q. 
Qazan  – Qoŋur at,  Qanturalı  –  Qazlıq at.  Bu cür  yaxınlıq  eyni 
sözün epitet kimi qəhrəman və atla bağlı sözlərdən əvvəl iĢlən-
məsində də özünü göstərir: Ģahbaz yigit, Ģahbaz at, Ģahbaz ayğır. 
Burada bir cəhəti də qeyd edək ki, Orxon-Yenisey abidələrində 
alp  titulunun  təkcə  qəhrəmana  yox,  həm  də  ata  aid  olması 
müəyyənləĢdirilmiĢdir: Alp ġalçı zoonimi (Köl teginin atların-
dan birinin adıdır). 
―Kitab‖da  obrazlı  Ģəkildə  ifadə  olunur  ki,  cəmiyyətə  qo-
vuĢmaq  üçün  ilk  olaraq  at  minməyi  öyrənmək  lazımdır.  Bu, 
Oğuz cəmiyyətinin əsas prinsiplərindən biridir:... Heyvanla mü-
sahib  olmağıl! Gəl,  yaxĢı  at  bin.  YaxĢı  yigitlər ilə eĢ  yort!  Bu 
cümlə,  eləcə  də  ―At  basubən,  qan  sümürər‖  cümləsi  məhz  adı 
olmayan bir Oğuz igidi  barədə  deyilmiĢdir. Bu  mənada Dədə 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə