“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 
Язизхан Танрыверди 
 
 
111 
 
namusu  üç  Ģeydir:  at,  arvad,  bir  də  papaq.  Bunlara  toxunmaq, 
onun  namusunu  ayaq  altına  alıb  tapdalamaq  demək  idi.  Onu 
diri gözlü qəbrə soxmaq, sinəsinə çal-çarpaz dağ çəkmək idi... 
KiĢi lap sarsıldı. Hiss etdi ki, hətta bacısının ölümü belə ona bu 
qədər ağır gəlməmiĢdi. Arvadı Zərnigarın, oğlu ġamxalın küsüb 
getməsi  də  onu  bu  qədər  yandırmamıĢdı.  Cahandar  ağaya  elə 
gəldi  ki,  ürəyi  partlayır.  KiĢi  hövlündən  nəfəs  belə  ala  bilmir-
di...‖.  Deməli,  Cahandar  ağa  üçün  Qəmər  oğuldan,  arvaddan, 
bacıdan  üstündür.  Bu  müstəvidə  o,  Qazan  xan,  Koroğlu  kimi 
sələfləri ilə bir sırada durur. 
Cahandar  ağa  Qəməri  özünün  qardaĢı,  sirdaĢı,  harayçısı, 
dardan çıxaranı... bilir: ―Cahandar ağa tüfəngini dizinin üstünə 
qoyub  donmuĢdu.  Tüstü-duman  içində  ata  baxdı.  Ġndi  mən  nə 
edim, Qəmər? Axı, sən mənim sirdaĢım, dar günümdə harayçım 
idin. Sən məni  çox dardan çıxartmısan. Sən mənim  ürəyimdən 
keçənləri  balaca  bir  iĢarədən  baĢa  düĢürdün.  Sən  quĢdan  ayıq 
və  ehtiyatlı  bir  atsan,  Qəmər.  Çox  qaranlıq  gecələrdə,  məndən 
qabaq,  yolda  təhlükə  olduğunu  sən  baĢa  düĢübsən.  Qulağını 
yapıxdırıb  sakitcə  dayanmısan  və  məni  baĢa  salmısan  ki,  irəli 
getmək  olmaz.  Məndən  qabaq  özün  yolu  dəyiĢmisən,  Qəmər. 
Bir toyda, bir niĢanda geri qalmamısan, hələ indiyəcən cıdırlar-
da  səni  keçən  olmayıb.  Məni  utandırmamısan,  həmiĢə  baĢımı 
uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb, ―gözlərinə qur-
ban,  Qəmər,  əlac  sənə  qalıb  demiĢəm‖  .  Sən  quĢ  kimi  qanad 
açıb məni  güllənin altından çıxartmısan. Mən səni özümə qar-
daĢ,  sirdaĢ  bilirdim,  Qəmər,  sən  kiĢnəyəndə  ürəyim  dağa  dö-
nürdü.  ġahə  qalxıb  fırlananda  elə  bilirdim  yeri,  göyü  mənə 
bağıĢlayırlar.  Qəmər,  indi  mən  nə  edim,  sənin  rüsvayçılığına 
necə  dözüm?‖.  Bu  parça  ilə  bağlı  bəzi  cəhətləri  ümumiləĢdir-
mək  lazım  gəlir:  Nəsrlə  Ģeirin  sintezindən  yoğrulmuĢ,  son 
dərəcə  bədii-estetik  dəyərə  malik  olan  bu  parça  müasir  Azər-
baycan nəsrinin ən gözəl nümunəsi kimi görünür; Bu parça atla 
bağlı qədim türk etnoqrafiyasının yeni formada təzahürüdür; At 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
112 
 
və  qəhrəman  münasibətlərinin  ən  əsas  cəhətlərinin  poetik 
Ģəkildə canlandırılması müĢahidə olunur;  ―Dəli Kür‖ romanını 
Cahandar ağasız, Cahandar ağanı isə Qəmərsiz təsəvvürə gətir-
mək mümkün deyil. Bu mənada Cahandar ağa və Qəmər obraz-
ları  Beyrək  və  Boz  ayğır,  Qazan  xan  və  Qonur  at,  eləcə  də 
Koroğlu  və  Qırat  obrazları  ilə  bir  sırada  durur;    At  adı  kimi 
məhz  ―qəmər‖  (Qəmər)  apelyativinin  seçilməsi  təsadüfi  deyil. 
Birincisi  ona  görə  ki,  Ġ.ġıxlının  yaratdığı  ―Qəmər‖  obrazı  gül 
suyu içən, badam yeyən, yelqanad olan, əfsanələĢmiĢ ―Qəmər-
day‖la  səsləĢir.  Ġkincisi,  Y.V.Çəmənzəminlinin  ―Ġki  od  ara-
sında‖ romanında iĢlənmiĢ Qəmər  zoonimi ilə eyni xətdə birlə-
Ģir: O zaman Quba xanı Fətəlinin bir cüt məĢhur atı vardı: bi-
rinin  adı  Qəmər,  o  birinki  ġahbaz  idi.  Üçüncüsü,  Qəmər  at 
zoonimi  ümumən  folklorumuz  baxımından  səciyyəvidir;  Bu 
parçada Ġ.ġıxlının Ģirin və zəngin dili sanki onun Ģəxsiyyəti ilə 
qovuĢuq vəziyyətdədir; Nəhayət,  Qəmərlə bağlı təqdim etdiyi-
miz parça belə bir bayatını yada salır: 
 
             Əzizim, ozan ağlar
             Söz qoĢub yazan ağlar. 
             Kəhər at vuruldu, 
             Ünləyib ozan ağlar. 
 
At sədaqətli dostdur, yoldaĢdır, xilaskardır 
 
―Kitab‖da  atın  qəhrəmana  sədaqətli  dost,  yoldaĢ,  sirdaĢ 
olmasını təsdiqləyən bəzi detallara diqqət yetirək: 
At  təhlükəni,  fəlakəti,  düĢmən  qorxusunu  hiss  edəndə 
ayaqlarını  yerə  döyür,  sahibini  xəbərdar  edir:  Al  ayğır  qaçan 
kim yağı qoxusın alsa, ayağını yerə dögərdi, tozı gögə çıqardı; 
At  yatmıĢ  sahibini  oyadır  ki,  onu  fəlakətdən,  təhlükədən 
qurtarsın: .. məgər yigit ayğır binərdi; xanım, at qulağı Ģaq olur, 
çəkübəni oğlanı oyardı; 


 
Язизхан Танрыверди 
 
 
113 
 
At  sahibini  oyatmaqda  israrlıdır,  sahibinin  oyanmadığını 
görəndə onu yenidən oyadır: Bu kərrə yüz kafər oğlanıŋ üzərinə 
gəldilər. Ayğır yenə oğlanı oyardı; 
At düĢməni gördükdə ondan qorxmadığını nümayiĢ etdirir, 
hünərli olduğunu oynamağı ilə çatdırır: Altımda Al ayğırım nə 
bəgənməzsən, - səni gördi oynar; 
At sahibini tanıdığı üçün kiĢnəyir: Boz ayğır dəxi Beyrəgi 
görüb tayandı, iki ayağının üzərinə turdı, kiĢnədi; 
Sahibi tərifləyəndə at sanki utanır, baĢını aĢağı salır. ―Ki-
tab‖da ―At baĢını aĢağı saldı‖ cümləsi iĢlənmiĢdir. Bu, mətn se-
mantikası  müstəvisində  müəyyənləĢir.  Belə  ki,  Beyrəyin  Boz 
ayğırı tərifləməsi səhnəsindən sonra ilk olaraq ―At baĢını yuqarı 
tutdı, bir qulağın qaldırdı‖ cümləsi verilir. Deməli, Beyrək Boz 
ayğırı tərifləyəndə o, baĢını aĢağı tutubmuĢ. 
―At əzəldən bizə yaxın və ―dost‖ olub, həyat-məiĢətimizin 
ən  yaxın  köməkçisi,  igidlərimizin    darda-çətində  arxası,  vəfalı 
dostu-yoldaĢı olub, Ģərəf-Ģöhrət rəmzi olub. ZərdüĢt babamızın 
təlimatına görə ulu Hürmüz kainatın hərəkətverici qüvvələrini – 
küləyi, yağıĢı, buludu və dolunu ayğıra bənzədib, atla müqayisə 
edib,  GünəĢi  də  bu  qəbildən  sayıb...‖  –  deyən  E.Əlibəyzadə 
―Kitab‖dakı  Boz  ayğırın  sədaqətli  və  vəfalı    olduğunu  mətn 
kontekstində  müəyyənləĢdirir:  ―...Boz  ayğır  yiyəsinə  sədaqəti, 
vəfalılığı  ilə,  bəlkə  insanı  da  vurub  keçir.  Beyrək  fəndlə  düĢ-
mən qalasından aĢağı enib azad olarkən, düĢünür ki, bir at tap-
sın, tutsun minib tezliklə aradan çıxsın. Heç demə, Boz ayğır 16 
ildir ki, sahibini gözləyirmiĢ. Beyrəyi görüb iki ayağı üstə Ģahə 
qalxır  və  kiĢnəyir,  ona  tərəf  gəlir‖
1
.  Müəllifin  müĢahidələri 
inandırıcıdır.  Bu  mənada  Beyrəyin  Boz  ayğır  üçün  ―BaĢıma  iĢ 
gəldi,  yoldaĢ  deyərəm,  YoldaĢımdan  yeg!‖  –  deməsi  olduqca 
təbii qarĢılanır. Burada O.ġ.Gökyayın mənbələrə istinadən söy-
lədiyi bir  fikrini xatırlatmaq lazım gəlir: ―...Bu at zindana dü-
                                                 
1
 E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, s.100-103. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə