“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
114 
 
Ģən sahibini 16 il gözlədikdən sonra görən kimi sadəcə kiĢnəyir 
ki, bu gerçəyə uyğundur... Bamsı Beyrək hekayəsinin Anadolu 
variantlarında  da  Bəy  Beyrəyin  atı,  qəhrəman  tutulub  zindana 
atılınca,  bir  daĢın  dibində  yeddi  il  qalmıĢ,  üstünü  yosunlar 
bağlamıĢdır. Koroğlu öləndə onun Qıratı insan kimi yas tutmuĢ, 
qırx gün yem yeməmiĢdir‖
1
2
.Qeyd edək ki, bu cür detallar türk, 
o  cümlədən  Azərbaycan  folklorunda  qabarıq  Ģəkildə  müĢahidə 
olunur:  Ġgidin  ağrılı-acılı  çağında,  at  ağlam-ağlam  ağlar,  göy-
nəm-göynəm göynər. Sevinc çağında oynam-oynam oynar, kiĢ-
nəm-kiĢnəm kiĢnər! 
―Kitab‖dakı  ―At  baĢını  yuqarı  tutdı,  bir  qulağın  qaldırdı, 
Beyrəgə qarĢu  gəldi.  Beyrək at köksin qucaqladı... Ayğır  yenə 
oğlanı oyardı‖ tipli cümlələrin semantikasından aydın olur ki, at 
sahibini  baĢa  düĢür,  sanki  onunla  danıĢır.  Yeri  gəlmiĢkən, 
M.Seyidov  atın  igidlə  danıĢmasını  sistemli  Ģəkildə  araĢdırmıĢ-
dır:  ―Azərbaycan  və  bir  çox  türkdilli  xalqların  daha  əski  çağ-
larla  səsləĢən  dastanlarında,  nağıllarında  igidin  atla  söhbəti, 
məsləhətləĢməsi,  onun  öz  sahibinə  yardım  etməsi  epizodlarına 
tez-tez tuĢ  oluruq. Misal  üçün, Koroğlu  dəfələrlə  Qırata müra-
ciət  edir.  ―Bəxtiyar‖,  ―Qırx  Qönçə  xanım‖,  ―Məlik-Düçar‖, 
―ġah  oğlu  Bəhrəmin  nağılı‖  və  s.  nağıllarda  at  igidlə  danıĢır, 
ona məsləhət verir, yardım edir. ―Maaday Qara‖ dastanının igi-
di  Kögüdey-Merqen  də  atı  ilə  dəfələrlə  məsləhətləĢir,  onun 
dediyi kimi hərəkət edir. Manas da atı ilə danıĢır. Qam-ġaman 
da,  igid  də,  ara-sıra  qızlar  da  atla  danıĢır,  məsləhətləĢirlər,  at 
onlara yardım edir‖
2
1
.  
Bayatılarımızda  Qırat  Koroğlunun  ən  yaxın  silahdaĢı,  
dostu kimi tərənnüm edilir: 
 
 
                                                 
1
2
 O.ġ.Gökyay. Dedem Korkudun Kitabı. Ġstanbul, 2000, s.435-436. 
2
1
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən. Bakı, 1989, 
s.282. 


 
Язизхан Танрыверди 
 
 
115 
 
                         Misri qılınc, 
                         Qındadı Misri qılınc, 
                         Koroğlunun dostudur. 
                         Qıratla Misri qılınc. 
 
At  monqol  xanı  üçün  də  ən  yaxın  dostdur:  ―...Moskva 
knyazı Böyük xanı – bütün Rusiyanın çarını qarĢılamağa çıxırdı. 
O  ancaq  vergi  təhvil  almaq  üçün  Moskvaya  gələrdi.  Bu  mə-
rasimi  Moskvada  səfir  olmuĢ  C.Fletçer  belə  təsvir  edir:  ―Xan 
atın üstündə oturardı. Rus çarı xanın atının yanında durardı. O, 
öz  papağının  içində  xanın  atına  yulaf  yedirərdi.  Bu  hadisə 
Kremlin  özündə  olardı.  Buyurun,  rus  çarı  Monamaxın  adı  ilə 
bağlı bu məsəl necə yaranıb: ―Sən nə ağırsan, Monamaxın Ģap-
kası‖.  Moskva  knyazlığı    belə  boya-baĢa  çatdı  –  itaətkarlıqla, 
baĢ  əyə-əyə‖
1
2
.  Buradakı  ―O,  öz  papağının  içində  xanın  atına 
yulaf yedirərdi‖ cümləsi iki cür yozula bilər: Xan öz atını hamı-
dan,  hətta  rus  knyazı  Monamaxdan  da  üstün  hesab  edir;  Rus 
knyazı Monamax vəzifəcə kiçik olduğu üçün onun itaətkarlığı, 
baĢ əyməsi nümayiĢ etdirilir. 
―Kitab‖dakı  ―at  kultu‖  barədə  ilk  dəfə  olaraq  bəhs  edən 
F.Zeynalov  və  S.Əlizadə  müasir    dövrümüzə  qədər  mühafizə 
olunan  at  heykəlli  qəbir  daĢlarını  məhz  ―Dədə  Qorqud  kitabı‖ 
müstəvisində  dəqiqləĢdirmiĢlər:  ―Kitabi-Dədə  Qorqud‖da  təd-
qiqatçıların  diqqətini  o  qədər  də  cəlb  etməyən  ―at  kultu‖nu 
xatırlatmaq  istərdik.  Atlar  burada  öz  adları  ilə  tanınan  canlı 
personajlardır;  at  qəhrəmanın  yoldaĢı,  əsas  zərbə  qüvvəsidir. 
―At iĢləməsə, ər öyünməz‖ məsəli dastandan leytmotiv kimi ke-
çir.  Qəhrəman  yaralananda  atın  quyruğunu  kəsir,  öləndə  atı 
öldürürlər; yasaq olunmuĢ vaxtda atı minmək günahdır; qəhrə-
man and içir: ―Minərsəm, tabutum olsun!‖ Ġstər-istəməz qədim 
―atlı xalqlar‖ – iskitlər (skiflər), hunlar yada düĢür. Azərbaycan 
                                                 
1
2
 Murad Adcı. Qıpçaq çölünün yovĢanı. Bakı, 1997, s.168. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
116 
 
və  Gürcüstan  ərazisindəki  bir  çox  at  heykəlli  qəbir  daĢlarının 
təsadüfi  olmadığı  aydınlaĢır‖
1
.  ―At  məzarları‖  ,  ―At  daĢı‖ 
O.ġ.Gökyayın  da  diqqətini  cəlb  etmiĢdir.  Müəllif  mənbələrə 
istinadən qeyd edir: Osman Sisli Kır (Qır – Ə.T.) adlı atı öləndə 
onu  Üsküdarda  Kavak  Sarayına  gömmüĢ,  məzarının  baĢına 
ölüm tarixini göstərən bir daĢ qoydurmuĢdur. Bu daĢa ―Sisli Kır 
At  məzarı‖  və  ―At  daĢı  deyirlər;  ...  BaĢqa  bir  rəvayətdə  də 
―Qaraca  Əhməd  Sultanın  Atı‖nın  türbəsindən  bəhs  olunur.  Bu 
türbənin  içinə  uğur  gətirsin,  -  deyə  arpa  tökülür.  Buraya  yeri-
məyən  uĢaqları  ayın  ilk  cüməsində  gətirirlər.  Analar  bu  ata 
yanlarında bir az da arpa gətirirlər, qurban kəsirlər, Qaraca Əh-
məd  Sultanın  türbəsi  yanındakı  yoxsullara  paylayarlar.  Eyyub 
Sultanın da, Sultan Mahmudun da atının məzarı vardır
2
.  
Yunan yazıçısı Plutarxın ―Ġsgəndər Zülqərneyn‖  əsərində 
Bukefal  adlı  atın  hünərindən,  qeyri-adiliyindən  bəhs  olunur, 
onu  cilovlaya  bilməyənlər  qorxaq  və  bacarıqsız  adlandırılır: 
―Filippin  əyanlarından  heç  kim  onu  (Bukefalı  –  Ə.T.)  qıĢqır-
maqla özünə  qulaq asmağa məcbur  edə bilmədi  və o, hər dəfə 
Ģaxə qalxaraq, heç kimi onu minməsinə imkan vermədi. Filipp 
hirslənib əmr etdi ki, atı aparın, onu cilovlamaq mümkün  deyil. 
Bu vaxt orada olan Ġsgəndər dedi: ―Öz qorxaqlıq və bacarıqsız-
lıqları  ucbatından  adamlar  necə  bir  atı  əldən  verirlər‖
3
.  Mü-
qayisə  və  qarĢılaĢdırmalar  göstərir  ki,  əsərdə  Bukefal  xüsusi 
çəkiyə  malik  bir  obrazdır.  Onun  səciyyəvi  cəhətləri  isə  daha 
çox Ġsgəndər obrazı kontekstində müəyyənləĢir. Belə ki, Ġsgən-
dər  Bukefalı  özünə  ən  yaxın  dost,  yoldaĢ,  sirdaĢ  hesab  etdiyi 
üçün  onun  ölümünü  sakit  qarĢılaya  bilmir,  qəm,  kədər  içində 
çırpınır...  Bukefalın  xatirəsini  əbədiləĢdirir,  onun  adına  Ģəhər 
saldırır  –  Bukefaliya:  ―Bukefal  otuz  beĢ  yaĢında  qocalıqdan 
                                                 
1
 F.Zeynalov, S.Əlizadə. Tükənməz xəzinə. ―Kitabi-Dədə Qorqud‖.  
Bakı, 1988, s.17. 
2
 O.ġ.Gökyay. Dedem Korkudun Kitabı. Ġstanbul, 2000, s.427-428. 
3
 Plutarx. Ġsgəndər Zülqərneyn. Bakı,1993, s.93. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə