“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

 
Язизхан Танрыверди 
 
 
117 
 
öldü.  Ġsgəndər  atın  ölümünə  çox  mütəəssir  oldu.  O  qədər  atın 
fikrini çəkirdi ki, elə bil yaxın dostunu itirmiĢdi. Atın xatirəsini 
yaĢatmaq  üçün  o,  Qidasp  əyalətində  Ģəhər  saldırıb  adını 
Bukefaliya qoydu‖
1
. Bu cür faktlar ―at kultu‖nun baĢqa xalqla-
rın etnoqrafiyası baxımından da səciyyəvi olduğunu təsdiqləyir. 
Burada rus mədəniyyəti və etnoqrafiyası tarixində xüsusi olaraq 
vurğulanan  bir  fikri  təqdim  etmək  lazım  gəlir:  ―...Qraf  kənd 
təsərrüfatı  ilə  ciddi  məĢğul  olurdu  və  at  aludəçisi  kimi  ətrafda 
ad çıxarmıĢdı. Orlovun məftun olduğu ağ türk atı ona dörd bala 
verdikdən  sonra  qəflətən  ölür.  Onun  sağ  ikən  portretini 
çəkdirən qraf bu Ģəkli evin divarından asır, onun dərisini, hətta 
bu  nəcib  atın  sümüklərinin  saxlanılmasını  tapĢırır‖
2
.  Bütün 
bunlar, yəni at heykəlli qəbir daĢları, at qəbirləri, at portretləri, 
at  adını  əbədiləĢdirən  Ģəhər  adı  və  s.  təsadüfi  olmayıb,  məhz 
atın dost, yoldaĢ, sirdaĢ, xilaskar, qoruyucu hesab edilməsinin, 
oğuldan,  qardaĢdan,  ən  yaxın  qohumlardan  üstün  tutulmasının 
məntiqi nəticəsidir. 
 
At qəhrəmandan üstündür 
 
Oğuz  cəmiyyətində  at  oğuldan,  qardaĢdan,  yoldaĢdan 
üstün tutulduğu kimi, qəhrəmandan da üstün tutulur. ―Kitab‖da 
at və qəhrəmanın vəhdətdə təsvir olunmasından, birinin digərini 
tamamlayan qüvvə kimi çıxıĢ etməsindən bəhs etmiĢik. Amma 
―Bəkil oğlu Ġmranın boy‖unda bu vəhdətin pozulması müĢahidə 
olunur. Belə ki, Oğuz cəmiyyətinin ən nüfuzlu söz sahibi Qazan 
xan Oğuz igidi Bəkilin yox, atın hünərini yüksək qiymətləndi-
rir: Qazan bəg aydır: ―Bu hünər atıŋmıdır, əriŋmidir?‖ ―Xanım, 
                                                 
1
 Plutarx. Ġsgəndər Zülqərneyn. Bakı,1993, s.94. 
2
 M.Təkləli. At türkün qanadıdır (―Orlov atları‖nın sirri). Azərbaycanda 
Atatürk mərkəzi. Bülleten, 1(33), Bakı, 2010, s.60-61. 
 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
118 
 
əriŋdir‖  –  dedilər.  Xan  aydır:  ―Yoq,  at  iĢləməsə,  ər  ögünməz. 
Hünər atıŋdır‖, - dedi. Bu söz Bəkilə xoĢ gəlmədi. Bəkil aydır: 
―Alplar  içində  bizi  qusqunımızdan  balcığa  baturdıŋ‖,  -  de-
di...M.Seyidov bu parçada təsvir olunmuĢ hadisənin real və mi-
fik  səciyyəsini  vermiĢdir:  ―...Qazan  xan  ovçu  Bəkilə,  deyəsən, 
ovçuluq kultu ilə əlaqədar Bəkilə deyil, ata-at onqonuna üstün-
lük verir. Bu mifoloji baxımdan adi hadisə deyildir. Ġki onqon, 
iki  kult  –  ovçuluq  və  at  kultu  qarĢı-qarĢıya  durmuĢ,  birinə  üs-
tünlük verilmiĢdir... Bunun iki səbəbi vardır. Biri budur ki, gö-
rünür, Bəkilin atı yaxĢı qaçağan imiĢ; ikinci səbəbi isə mifolo-
giya ilə bağlıdır. At onqondur... Bəllidir ki, bir çox türk xalqla-
rında dağ kultu, dağ tanrısı, meĢə ruhu, kultu ov heyvanlarının 
himayəçisi,  sahibi  idi,  ov  heyvanları  onlara  məxsus  idi.  Dağ 
tanrısının ayğırı varmıĢ. Bu düĢümlü ayğırı kim yuxuda görsəy-
miĢ,  onun  ovu  çox  uğurlu  olarmıĢ.  Görünür  ki,  Qazan  xan  da 
Bəkilin  atı  deyərkən  dağ  tanrısının  ayğırını  nəzərdə  tuturmuĢ; 
zaman keçdikcə dağ tanrısının  əfsanəvi  mifik səciyyəli  ayğırı-
nın  əvəzinə  ozan  adi,  real  atı  qoymuĢdur‖
1
.  Deməli,  Qazanın 
dilində  iĢlənmiĢ  ―Hünər  atındır‖  cümləsinin  semantikasında 
mifiklik yox, reallıq üstün mövqedədir, daha doğrusu, mifiklik 
daĢlaĢmıĢ vəziyyətdədir. 
 
At, qopuz və yay Oğuz cəmiyyəti müstəvisində  
―Kitab‖da at, qopuz və yay sözlərinin intensivliyini təsa-
düfi hesab etmək olmaz. Bu da Oğuz igidi üçün təkcə atın yox, 
həm də qopuz və yayın yüksək dəyərə malik olması ilə bağlıdır: 
At Oğuz igidinin ən mühüm atributudur: ―Bu at Bəkiliŋdir, 
biz qaçırız‖;  
                                                 
1
 M.Seyidov. Azərbaycan xalqının soykökünü düĢünərkən. Bakı, 1989, 
s.239. 


 
Язизхан Танрыверди 
 
 
119 
 
Oğuzlar üçün at və yay ən gözəl, ən dəyərli hədiyyə hesab 
olunur:  Bazırganlar  ...Baybörəniŋ  oğlıçun  bir    dəŋiz  qulunı  – 
boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar...; 
Oğuzun çaparı ağ-boz atlıdır: Yemək-içmək arasında Ağ-
boz atlu çapar gəldi
ġad  xəbər  gətirənə  hədiyyə  kimi  at  verilir:  Xeyir  xəbər 
gətürənə at, ton verəm, qaftanlar geydürəm; ġahbaz atlarım sa-
ŋa binət olsun!; 
Atın  hünəri  xüsusi  olaraq  vurğulanır:  ―Yoq,  at  iĢləməsə, 
ər ögünməz, hünər atındır‖; 
Zindandan çıxarılmıĢ Oğuz igidi ilk olaraq at  və  qılıncla 
təmin  olunur:  Əgrəgi  zindandan  çıqardılar...  Bir  at,  bir  qılınc 
verdilər; 
Xərac  kimi  həm  də  at  göndərilir:  Toquz  tümən  Gürcüs-
tanıŋ xəracı gəldi; bir at, bir qılıc, bir çomaq gətürdilər
Əlində qopuz olan kafir öldürülmür, qopuz  müqəddəsdir: 
Mərə kafər, dədəm Qorqud qopuzı hörmətinə çalmadım; 
Beyrəyin yayı sirli-sehirlidir: Mərə, Beyrəgiŋ yayı vardır, 
gətüriŋ!. 
Heç Ģübhəsiz ki, bu yardımçı qüvvələr sırasında atın rolu 
əvəzedilməzdir.  Amma  bu  da  var  ki,  situasiyadan  asılı  olaraq, 
bu  qüvvələrin  yerləri  dəyiĢə  də  bilər.  ―Kitab‖da  atın  qopuza 
dəyiĢdirilməsi, yaxud at verib yay alma dediklərimizə sübutdur: 
At  qopuza  dəyiĢdirilir:  Mərə  ozan,  qopuzıŋ  maŋa  vergil, 
atumı saŋa verəyim... Qeyd etdiyimiz kimi, bu birbaĢa situasiya 
ilə  bağlıdır:  ―Ġgid  niyə  atı  qopuza  dəyiĢsin.  Belə  gərəkdir. 
Beyrəyin  düĢdüyü  düyünü  yalnız  qopuz  çözə  bilər.  Qoç 
Koroğlu da yağı qabağına tez-tez aĢıq kimi gedərdi‖
1

At yaya dəyiĢdirilir: ...əlümdə qıl kiĢlim, ayğır malı 
Ayğır verüb aldığım, tozlu qatı yayım. 
                                                 
1
 K Vəliyev. Elin yaddaĢı, dilin yaddaĢı. Bakı, 1988, s.93. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə