“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   35   36   37   38   39   40   41   42   43

 
Язизхан Танрыверди 
 
 
123 
 
quĢlıyalım, sığın, keyik yıqalum, qayıdalım otağımıza düĢəlim: 
yeyəlim-içəlim, xoĢ keçəlim!‖. 
Maraqlıdır ki, bu cür epizodlara müasir nəsrimizdə də rast 
gəlinir.  Məsələn,  M.Cəlalın  ―Dirilən  adam‖  əsərində  atla  ov 
etməyin  gözəlliyi  ―özgə  atına  minən  tez  düĢər‖  atalar  sözü 
kontekstində obrazlı Ģəkildə ifadə edilir: ―...ona öz atı lazım idi, 
çünki özgə atına minən tez düĢər. Axund isə düĢmək istəmirdi. 
O da can idi, o da insan idi. Necə  deyərlər, ruhu vardı, arzusu 
vardı.  O da  atını,  məhz öz atını  qamçılayıb,   yaĢıl dağlara dır-
manmaq, cıdırlarda oynatmaq, köç yolunda çapmaq, hələ bərkə 
düĢəndə ova da getmək istəyirdi. O da allahın əmri, peygəmbə-
rin Ģəriəti ilə dünyanın halal nemətlərindən feyziyab olmaq istə-
yirdi...  Kəhər  atın  həvəsilə  Qumruya  Ģəriət  öyrətməyə  gəlmiĢ-
di‖.  Bu  parçada  qabarıq  Ģəkildə  ifadə  olunmuĢ  öz  atı  ilə  yaĢıl 
dağlara  dırmanma,  atla  ova  getmə,  cıdırlarda  at  oynatma,  köç 
yolunda at çapma kimi cəhətlər ümumtürk epos təfəkküründən, 
xüsusən  də  ―Kitab‖  kimi  sanballı  abidələrdən  süzülüb  gəlib, 
sanki onların yeni formada təzahürüdür.  
 
“At  kultu” digər kultlar müstəvisində 
 
―Kitab‖da   Qazlıq dağı  oronimi  və Qazlıq at  zooniminin 
intensivliyi,  həm  də  reallığı  ifadə  etməsi  müĢahidə  olunur: 
Qazlıq dağı – Bitər səniŋ otlarıŋ Qazlıq tağı; Qazlıq at  – Sarb 
yürürkən Qazlıq ata namərd yigit yenə bilməz; binincə binməsə, 
geg! Yalısı qara Qazlıq atıŋ butun bindiŋ. Qeyd edək ki, dağ və 
at  adlarında  apelyativ  kimi  eyni  sözün  (Qazlıq)  çıxıĢ  etməsi 
onları  bir  xətdə  -  kult  müstəvisində  birləĢdirir.  Daha  doğrusu, 
―dağ‖ kultu ―Qazlıq dağı oronimində, ―at kultu‖ isə Qazlıq atı 
zoonimində daĢlaĢmıĢ vəziyyətdədir. 
Uruzun  ağaca  müraciətində    bir  neçə  kultun  ifadəsinə, 
eyni zamanda  onların bir-biri ilə zəncirvari bağlılığına təsadüf 
olunur:  at  və  ağac  kultları  –  ġahi-mərdan  Əliniŋ  Düldüliniŋ 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
124 
 
əyəri  ağac!;  su  və  ağackultları  –  Böyük-böyük  sularıŋ  köprisi 
ağac! Maraqlıdır ki,  həmin sintaktik bütövün ikinci  hissəsində 
ilk olaraq ―Tavla-tavla bağlananda atuma yazıx!‖ misrası verilir 
ki,  bu  da  mətnin  poetik  strukturunda  vəhdətdə  verilmiĢ  at  və 
ağac  kultlarını  qüvvətləndirir.  N.Cəfərov  Uruzun  ağaca  mü-
raciətindən  bəhs edərkən yazır: ―Dədə Qorqud‖ eposunda təbi-
ətə  müraciət,  yuxarıdakı  nümunələrdən  də  (Uruzun  ağaca  mü-
raciəti nəzərdə tutulur – Ə.T.) göründüyü kimi, ümumilikdə heç 
də mifoloji məzmunda deyil – eposda mifologiyanın artıq daha 
çox  metaforik  –  poetik  funksiya  daĢıdığını  görürük‖
1
.  Burada 
mifoloji məzmunun metaforik-poetik funksiya daxilində daĢlaĢ-
mıĢ  Ģəkildə  yaĢadığını  xüsusi  olaraq  vurğulamaq  lazım  gəlir. 
―Qouŋ məni bu ağacla söyləĢəyim‖ cümləsinin semantikası da 
dediklərimizi arqumentləĢdirir. 
―ġan  qızı  Dastanı‖nda  su  ilə  bağlı  verilmiĢ  bir  parçaya 
diqqət yetirək: 
                                  
                 At dəhĢətlə qıĢqırıb 
                 Yuxudan ayıldı. 
                 Özünü suya atdı, 
                 Ġlıq sularda 
                 Uzaq sahilə doğru üzdü 
                 Birdən su soyudu 
                 Və buzla örtülməyə baĢladı. 
 
Bu  sintaktik  bütövü  ―Kitab‖la  müqayisə  edən  R.Əlizadə 
bir  sıra  məsələlərə  münasibət  bildirir:  ―...mifoloji  düĢüncədə 
suyun nizamlı yer ilə xtonik zona arasında mühüm substansiya 
olaraq  qazandığı  dəyərin  xüsusiyyətləri,  dastan  mətnlərinə 
transformasiya  edilmiĢ  və  dəyiĢik    mifik  biçimdə  olsa  da,  se-
                                                 
1
  N.Cəfərov. Xanim, hey! (―Dədə Qorqud‖ eposunda müraciətlər).  
Bakı, 1999, s.52. 


 
Язизхан Танрыверди 
 
 
125 
 
mantik  tutumu  bütövlükdə  qoruyub  saxlamıĢdır.  ―Dədə  Qor-
qud‖  eposundakı    suyu  bəzi  dastanlarda  əksini  tapmıĢ  su  mi-
folegemlərindən  fərqləndirən  bir  cəhət  də  odur  ki,  buradakı 
suyun  Ģəfaverici  qüdrəti  vardır.  Eposun  üçüncü  boyunda  buna 
iĢarə  edilib:  ―Souq-souq  suları  soran  olsaŋ,  Ağam  Beyrəyin 
içədiydi‖.  Bu  parçadan  aydın  olur  ki,  Dədə  Qorqud  dövründə 
hər bir Oğuz igidinin özünə məxsus su mənbəyi  mövcud olub. 
Belə  su  mənbələri  oğuzların  yaĢam  və  döyüĢ  gücünü  Ģərtlən-
dirən  vasitələrdən  biri  idi...‖
1
.  Müəllifin  fikirləri  inandırıcıdır. 
Amma burada iki məqama aydınlıq gətirmək lazım gəlir: birin-
cisi, ―ġan Qızı Dastanı‖nda su   və at  kultları vəhdətdə təqdim 
olunur; ikincisi, ―Kitab‖da ―Souq-souq suları sorar olsaŋ, Ağam 
Beyrəgiŋ  içədiydi‖  cümləsindən  sonra  məhz  ―Tavla-tavla  Ģah-
baz  atlarını  soran  olsaŋ,  Ağam  Beyrəgiŋ  binədiydi‖  cümləsi 
verilmiĢdir ki, bu da at və su kultlarını eyni xətdə birləĢdirir. Bu 
fikri  Qazanın  suya  müraciətlə  dediyi  ―ġahbaz  atlar  içdigi  su!‖ 
cümləsinin semantik tutumu da qüvvətləndirir. 
 
Minərsən, tabutum olsun! 
 
―Kitab‖ın dilində iĢlənmiĢ iki anda diqqət yetirək: Tavla-
tavla  Ģahbaz  atuŋ  binər  olsam,  Mənim  tabutum  olsun!;  Qara-
qucda  Qazlıq  atına  çoq  yilmiĢəm,  Bilməzsəm,  maŋa  tabut  ol-
sun! F.Zeynalov və S.Əlizadəyə görə, birinci and ―yasaq olun-
muĢ vaxtda atı minmək günahdır‖ mənasındadır. Amma bu izah 
ikinci andın semantik tutumuna tam uyğun gəlmir. Belə ki, bu-
rada  qəhrəman (Beyrək) and içir ki, Qazana məxsus atı mindi-
yini  yaddan  çıxarsa,  onun  üçün  tabut  olsun.  Deməli,  yasaq 
olunmuĢ vaxtda at minmə günahdırsa (I and), baĢqasına məxsus 
atı  çox  mindiyini  yaddan  çıxarma  da  əsl  qəhrəmana  yaraĢan 
                                                 
1
  R.Əlizadə. ―Dədə Qorqud kitabı‖nda su kultu. ―Ortaq türk keçmiĢindən 
ortaq türk gələcəyinə‖. IV Uluslararası folklor konfransının materialları. 
Bakı, 2006, s.307. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə