“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   35   36   37   38   39   40   41   42   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
126 
 
hərəkət deyil (II  and). Bu da hər iki andda at  müqəddəsliyinin 
poetik Ģəkildə ifadə olunduğunu göstərir. 
Ġkinci andın semantik yükü sintaktik bütöv daxilində daha 
aydın görünür:  
 
           Mən Qazanıŋ nemətini çoq yemiĢəm, 
           Bilməzsəm, gözümə tursun! 
           Qaraqucda Qazlıq atına çoq yilmiĢəm, 
           Bilməzsəm, maŋa tabut olsun! 
           YaxĢı qaftanların çoq geymiĢəm, 
           Bilməzsəm, kəfənim olsun! 
           Ala bargah otağına çoq girmiĢəm, 
           Bilməzsəm, maŋa zindan olsun! 
           Mən Qazandan dönməzəm, bəllü bilgil! – dedi. 
Bu sintaktik bütövü  uyğun modellər müstəvisində nəzər-
dən keçirək: 
yediyi  neməti  (çörəyi)  yaddan  çıxarmaq  =  nemət  (çörək) 
gözünə durmaq 
atına  mindiyini  yaddan  çıxarmaq  =  tabutu  olmaq;  at  = 
tabut 
qaftanlarını geyindiyini unutmaq = kəfəni olmaq; qaftan= 
kəfən 
otağına  ərklə  girdiyini  unutmaq  =  zindan  olmaq;  otaq  = 
zindan 
Göründüyü  kimi,  yalnız  ―atına  mindiyini  yaddan  çıxar-
maq = tabut  olmaq, at  = tabut‖ modeli  müasir düĢüncə  tərzinə 
uyğun deyil. Digər modellərin məna yükü, məntiqə uyğunluğu 
isə müasir dil müstəvisində asanlıqla anlaĢılır.  Məsələn, nəinki 
geniĢ  otaqlar,  hətta  adi  bir  otaq  da  zindan  ola  bilər;  qaftanın 
kəfən  olması  da  təbii  qarĢılanır:  hər  ikisi  ―parça‖  xəttində 
birləĢir;  neməti,  çörəyi  unudanlara  qarĢı  gözünə  dursun, 
gözündən  gəlsin  kimi  ifadələrin  iĢlədilməsi    müasir  dilimiz 
üçün  də  səciyyəvidir  (əlimlə  sənə  verdiyim  duz-çörək  sənin 


 
Язизхан Танрыверди 
 
 
127 
 
gözündən  gəlsin  –  Ə.Haqverdiyev).  Bu  mənada  ―Qaraqucda 
Qazlıq  atına  çoq  yilmiĢəm,  Bilməzsəm,  maŋa  tabut  olsun! 
misralarının semantik yükü ―at = tabut‖ modelini reallaĢdırır ki, 
bu da qədim türk etnoqrafiyası ilə bağlanır. Məsələn, qəhrəman 
öldüyü zaman sevimli atları da onlarla birlikdə dəfn olunurdu; 
qurban kimə aiddirsə, atı yandırıb külünü onunla dəfn edirdilər; 
ölən (qəhrəman) məhz at belində o biri dünyaya göndərilir
1
. Bu 
faktlar ―at=tabut‖ modelinə qismən də olsa aydınlıq gətirir. 
―Kitab‖da  at  quyruğunun  kəsilməsi  də  obrazlı  Ģəkildə 
ifadə  olunmuĢdur.  Məsələn,  XII  boyda  təsvir  olunur  ki, 
qəhrəman  öləndə  atının  quyruğu  kəsilir,  matəm  qurulur:  Ağ-
boz atımıŋ quyruğını kəsiŋ... Qaza bəŋzər qızı-gəlini ağ çıpardı, 
qara  geydi.  Ağ-boz  atınıŋ    quyruğını  kəsdilər.  Qırq-əlli  yigit 
qara  geyüb-gög  sarındılar...  Burada  O.ġ.Gökyayın  mənbələrə 
istinadən  söylədiyi  bir  fikri  xatırlatmaq  yerinə  düĢür:  ...  Yas 
əlaməti olaraq ―at quyruğunu kəsmək‖ yerinə ―bağlamaq və ya-
xud  örmək‖  də  vardır.  Rəvayətə  görə,  Beltin  türkləri  əski  za-
manlarda  ölünün  sevdiyi  atı  yəhərləyib  əĢyalarını  üzərlərinə 
bağlayardılar. Sonra atın quyruq və kəkilini qadın saçı kimi hö-
rər  və  öldürüb  məzarının  üzərinə  buraxarlardı.  Ġslam  tarixçi-
lərinin  verdiyi  məlumata  görə,  Malazgirt  meydan  döyüĢünə 
gedərkən  Alp  Arslan  dəfn  mərasimlərində  ediləcək  adətləri 
yerinə  yetirərək  öz  əli  ilə  atının  quyruğunu  bağlayır.  Əsgərləri 
də  onun  kimi  hərəkət  edirlər...  At  quyruğunun  bağlanmasının 
Ģübhə doğuran bir məsələ olduğu da söylənilir
2
. Bu faktlar da at 
və qəhrəmanın vəhdətdə olduğunu arqumentləĢdirir. 
 
 
 
 
                                                 
1
 K.Vəlyev. Elin yaddaĢı, dilin yaddaĢı. Bakı, 1988, s.19. 
2
 O.ġ.Gökyay. Dedem Korkudun Kitabı. Ġstanbul, 2000, s.429. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
128 
 
 
At belində döyüĢ 
 
Qeyd  etdiyimiz  kimi,  qədim  türk  öz  Ģanlı  tarixini  at  be-
lində yaradıb. ―Kitab‖da təsvir olunan Oğuz igidləri də məhz at 
belində  qüvvətlidirlər.  Oğuz  igidi  at  belində  olmayanda  yata-
yata  yanı  ağrıyır,  dura-dura  beli  quruyur,  atdan  uzaq  düĢəndə 
sarsılır, gücsüz görünür. Onun  ovu da, sevgi-məhəbbət macə-
raları da, toy və  yas mərasimləri də at belindədir. Burada türk 
döyüĢçüsü  və  at  münasibətlərini  ―Kitab‖  və  ―Koroğlu‖  eposu 
müstəvisində araĢdıran Ə.Əsgər və M.Qıpçağın bir fikrini xatır-
latmaq  yerinə  düĢür:  ―Qədim  türklər  döyüĢçü,  əsgər  anlayıĢla-
rını  atdan  təcrid  olunmuĢ  Ģəkildə  qavramırlar.  Əsgər  anlayıĢı 
altında  məhz  atlı  döyüĢçünü  nəzərdə  tuturdular.  Məlumdur  ki, 
sonuncu minilliyin ortalarına qədər türklərin piyada döyüĢçüləri 
yox  idi  və  bu  qədim  türklərin  bənzərsiz  həyat  tərzi  ilə  Ģərtlə-
nirdi.  Kiçik  yaĢlarından  at  üstündə  olan  türklərin  bütün  hərbi 
bacarıqları  atla  uyğunlaĢdırılırdı.  ―At  yüyürər,  igid  öyünər‖ 
deyimi  ən  qədim  türk  hərbi  dünyagörüĢündən  doğur. ―Kitabi-
Dədə Qorqud‖da Qazan xanın Bəkilə irad tutaraq ―at iĢləməsə, 
igid öyünməz‖ deməsi bu mədəni əlaqəyə söykənir. ―Koroğlu‖ 
dastanında  Qıratla  Koroğlunun  igidliyi  yarı  tutulur.  Təsadüfi 
deyil  ki,  türk  xalqlarının  qəhrəmanlıq  dastanlarında  bahadır 
döyüĢ qabağı həm özünü, həm də atını təqdim edir. Bir çox hal-
larda bahadırın atının adı onun  adından əvvəl çəkilir. Bahadırla 
onun  atının  doğulması  və  ölməsi  motivi  də  türk  dastanlarında 
geniĢ yayılmıĢdır‖
1
.  
―Kitab‖da at oynadan, at səyirdən, atı dördnala çapan, atı 
qan-tər  içində  sürən  Oğuz  igidlərinin  Ģücaətini,  yenilməzliyini 
əks etdirən poetik lövhələr silsilə təĢkil edir ki, bu da səbəbsiz 
deyil. 
                                                 
1
 Ə.Əsgər, M.Qıpçaq. Türk savaĢ sənəti. Bakı, 1996, s.110. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə