“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   35   36   37   38   39   40   41   42   43

 
Язизхан Танрыверди 
 
 
129 
 
 
Birincisi,  bu,  ən  azı  yuxarıdakı  qeydlərlə  arqumentləĢdi-
rilə bilər. Ġkincisi, Ə.Əsgər və M.Qıpçaq türk atlı döyüĢçüsünün 
qabiliyyətini mənbələr kontekstində dəyərləndirmiĢlər. Müəllif-
lər  oxucunun  diqqətini  Çin  nazirinin  imperatora  yazdığı 
(e.əv.158-ci  ildə)  məktuba  yönəldirlər:  ―Hunlar  at  üstündə 
dördnala çaparkən belə ox ata və yay  çəkə  bilirlər. Cinli atlılar 
bunu bacarmazlar. Bu, hunların çox uzun zamanlardan bəri da-
vam  edən  qabiliyyətləridir‖.  Və  bu  qabiliyyət  onlarda  uĢaqlıq-
dan  tərbiyə  olunurdu.  Bu  tərbiyənin  formasını  təsəvvür  etmək 
üçün qoyuna minib  siçovullara ox atan hun  uĢağını  yada sal-
maq kifayətdir‖
1
2
. Bu cür faktlar, bir tərəfdən, atlı türk döyüĢçü-
sünün bütün  dünyada məĢhur olduğunu  göstərirsə, digər tərəf-
dən, Oğuz igidlərinin at belində döyüĢməsini əks etdirən səhnə-
lərin  ―Kitab‖da  tez-tez  təkrar  edilməsinin  təsadüfi  olmadığını 
təsdiqləyir. 
 ―Kitab‖da  təsvir  olunur  ki,  döyüĢ  meydanlarında  gum-
bur-gumbur nağaralar döyülür, qızıl tunc borular çalınır, qopuz 
səsi  at  kiĢnərtisinə  qarıĢır,  Oğuz  igidlərinin  döyüĢ  əhvalı 
yüksəlir,  düĢmənin  baĢı  top  kimi  kəsilir,  nizələr  süstləĢir,  qı-
lıncların  tiyəsi  korĢalır,  oxların  dəmir  ucluğu  düĢür,  Ģahanə 
atların da nalı düĢür: Gumbur-gumbur nəqarələr  dögüldi. Bur-
ması altun tuc borular çalındı. Ol gün cigərində olan ər yigitlər 
bəlürdi...  Ol  gün bir qiyamət  savaĢ  oldı, meydan tolu baĢ  oldı; 
baĢlar kəsildi top kibi. ġahbaz-Ģahbaz atlar yügürdi, nalı düĢdi. 
Ala-ala köndərlər süsəldi. Qara polat uz qılıclar çalındı, yılmağı 
düĢdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düĢdi... 
―Kitab‖da bu cür parçaların çox olduğunu nəzərə alaraq, 
yalnız bəzi detallara münasibət bildirməklə kifayətlənirik: 
 
 
                                                 
1
 Ə.Əsgər, M.Qıpçaq. Türk savaĢ sənəti. Bakı, 1996, s.111. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
130 
 
Aruzu  atın  üstündən  yerə  salan  Qazan  ―BaĢını  kəs!‖  əm-
rini məhz at belində verir: ...Aruza bir köndər urdı. Köksindən 
yalab  dəq  ötə  keçdi.  At  üzərindən  yerə  saldı.  QarındaĢı  Qara-
günəyə iĢarət etdi: ―BaĢın kəs!‖; 
Qazanın  igidliyi  həm  də  ―at  belinə  yatan‖  kontekstində 
verilir:  Qaragöz  atıŋ  belinə  yatan  Qazan!  Bu  motiv  Qazaq 
Kərəmlə bağlı olan bayatıda daha qabarıq Ģəkildə görünür:  
 
              Əzizim, Qaçaq Kərəm 
              Mərd oğuldu Qaçaq Kərəm 
              At yalmanına yatan 
              Ġgiddi Qaçaq Kərəm. 
 
DüĢmən Oğuz igidlərinin atlarını yaxĢı tanıyır. Məhz bu-
na görə də Oğuz igidinin atını görən kimi atın belində kimin ol-
masını müəyyənləĢdirə bilmir: ―Bu at Bəkiliŋdir, biz qaçırız‖... 
Gördi kim, at Bəkiliŋ Bəkil üzərində degil,  əmma bir quĢ dəklü 
oğlandır...; 
Atı özünə dost, qardaĢ bilən Oğuz igidi onu qan-tər içində 
sürür  ki,    məqsədinə  çatsın:  Altundağı  Al  ayğırı  maŋa  vergil! 
Qan dərlədi çapdırayım səniŋ içün... Oğuz igidi (Ġmran) məqsə-
dinə çatır: Oğlan babasına muĢtcı göndərdi, ―qırımım aldum‖ – 
dedi; 
Oğuz igidi kafirlə yerdə deyil, məhz at belində döyüĢmə-
yə  üstünlük  verir:  ...  meydanda  buğa  kibi  süsiĢdilər,  köksləri 
dəlindi,  sügüləri  sındı,  bir-birin  alımadılar.  At  üzərində  ikisi 
qarvaĢdılar, tartıĢdılar...; 
Qəhrəmanın  atlanaraq  ova  və  döyüĢə  getməsi  ―Kitab‖da 
xüsusi olaraq vurğulanır: Baybörə bəgiŋ oğlı atlandı, ova çıqdı... 
Atasınıŋ-anasınıŋ  əlin öpdi. Qaraquc atına sıçrayub bindi... Bu 
cəhət ―Koroğlu‖ eposunda da  qabarıq görünür: 
           
                  


 
Язизхан Танрыверди 
 
 
131 
 
                Dəlilərim, bu gün dava günüdü
                Atlanın, yaradan bizə yar olsun!; 
                                   
Qəhrəman  at  belində  olmayanda  silahdaĢı  olan  at  onu 
oyadır ki, düĢmənə məğlub olmasın. Sanki at sahibini daim öz 
belində  görmək  istəyir:  Ayğır  yenə  oğlanı  oyardı...  Deməli, 
qəhrəmanın qələbə çalmasında onun əsas zərbə qüvvəsi olan at 
həlledici  rola  malikdir.  Bu  motiv  ―Koroğlu‖  eposunda  daha 
qabarıq Ģəkildədir: 
 
               Əzizinəm qaĢ qara, 
               Gözlər qara, qaĢ qara,  
               Koroğlunu mərd edən 
               Qıratdı aĢikara; 
 
Oğuz igidi at  üstündə oturmur, üzəngidə ayaq  üstə dura-
raq  çapır:  At  üstündə  əglənməyüb  yortan,  Qazan,  Səniŋ  beliŋ 
olmuĢ,  üzəngiyə  dərmiyən  diziŋ  olmuĢ...  Burada  iki  məsələni 
xatırlatmaq lazım gəlir: 1. Qazı Bürhanəddin (XIV əsr, hökm-
dar-Ģair)  minicilik  idmanı  üçün  at  üstündə  gəzirdi
1
;  2.  Müasir 
dövrümüzdəki  atçılıq  idmanının  ilkin  formalarını  yada  salır. 
Belə  ki,  at  çapma  yarıĢlarının  Ģərtlərinə  görə,  idmançı  çapdığı 
atın  belində  məhz  ayaq  üstə  dayanmalı  və  əyilərək  yerdən 
müxtəlif  əĢyalar  götürməyi  bacarmalıdır.  QarĢılaĢdırmalar  hər 
iki detalın birbaĢa ―Kitab‖la bağlandığını göstərir; 
Oğuz igidi (Qanturalı) at minməkdə, baĢ kəsməkdə özün-
dən  üstün  olan  qızla  evlənmək  arzusundadır:  ―...  Mən  qaraquc 
atıma binmədin ol binmiĢ ola! Mən qanlu kafər elinə varmadın 
ol  varmıĢ,  maŋa baĢ  gətürmüĢ  ola!‖  Boyun sonrakı  hissələrin-
dən məlum olur ki, Qanturalı arzusuna çatır: ...Tatlu dəmağ ve-
                                                 
1
 Qazi Bürhanəddin. Divan, 1988, s.7. 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə