“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.

səhifə42/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
1   ...   35   36   37   38   39   40   41   42   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
132 
 
rübən  soruĢdılar,  ağ-boz  atlar  binübən  yortuĢdılar,  bəg  babası 
yanına iriĢdilər; 
Oğuz xanımları düĢmənə qarĢı məhz at belində vuruĢmaq-
da israrlıdırlar: 
                   
          Azğun dinlü kafərə bən varayım, 
          Yaralanub Qazlıq atımdan enməyincə 
          Yeŋümlə alca qanım silməyincə, 
          Qol-bud olup yer üstinə düĢməyincə, 
          Yalŋuz oğul yollarından dönmiyəyim... 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Язизхан Танрыверди 
 
 
133 
 
 
NƏTĠCƏ 
 
―Kitab‖dakı  at  adlarında  –  zoonimik  modellərdə  allitera-
siya  müĢahidə  olunur:  Keçi  baĢlu  Keçər  ayğır  (k  –  k),  Toğlı 
baĢlu Turı ayğır (t – t). Qəhrəman və at adlarında  ilk səslərin 
alliterasiyası mətnin poetik çəkisini qüvvətləndirən vasitələrdən 
biridir: Qazan – Qoŋur at (q – q), Beyrək – Boz ayğır (b – b)... 
Atçılıqla  bağlı  olan  sözlərin  bir  qismi  müasir  ədəbi  dili-
mizdə fonetik dəyiĢikliyə uğramıĢ vəziyyətdədir: əyər –  yəhər, 
cilav – cilov, uyan – yüyən, ilqı – ilxı...; Bu cür fonetik dəyiĢik-
liyə  uğrama  at  adlarını  da  əhatə  edir:  Qoŋur-Qonur,  TəpəlqaĢ-
ğa-TəbəlqaĢqa... 
At iĢləməsə, ər ögünməz, Əriŋ ağzın yeynisin at bilür, At 
ayağı  külük,  ozan dili  çevik  olur kimi  atalar sözləri və məsəl-
lərdə ―at‖ sözü məntiqi mərkəz funksiyasında çıxıĢ edir; Bu cür 
atalar sözləri M.KaĢğarinin ―Divan‖ındakı ―Yund əti yıpar‖ (At 
əti  müĢk  kimi  qoxar),  ―Oğuznamə‖dəki  ―At  binənindir,  qılıc 
quĢanandır‖ kimi deyimlərlə bir sırada durur. 
―Kitab‖da Keçi baĢlu Keçər ayğır güclü, Toğlı baĢlu Turu 
ayğır  isə  nisbətən  zəif  at  kimi  təqdim  olunur.  ―Koroğlu‖  epo-
sunda da Qırat güclü, Dürat nisbətən zəif atdır. Keçi baĢlu Ke-
çər ayğır və Toğlı baĢlu Turı ayğır Dədə Qorquda Bayındır xa-
nın tövləsindən verilibsə, Qırat və Dürat da Həsən xanın ilxısın-
dandır.  Deməli,  hər  iki  eposda  atların  sahibi  əslində  xanlardır 
(Bayındır xan və Həsən xan). Bu cür detallar həmin adları eyni 
semantik  yuvada  birləĢdirir:  Keçər  ayğır  =  Qırat;  Turı  ayğır  = 
Dürat. Yaxud keçər (keçmək) = qır(qırmaq), turu-tur(maq) + uğ 
= turuğ = turu//dür. 
Atçılıqla bağlı olan tuĢağ (cidar) və qusqun (quĢqun – atın 
quyruğu  altından  keçirilən  qayıĢ)  sözləri  ―Kitab‖da  yalnız 
məcazi mənada iĢlənmiĢdir. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
134 
 
QorqudĢünaslıqda  ―Qarağuc‖  at  adı  daha  çox  ―qara  ca-
maatın,  hamının  mindiyi  və  minə  biləcəyi  at‖  mənasında  izah 
olunmuĢdur.  Mətnin  semantik  yükü  isə  həmin  adın  ―Qara  qoç 
baĢlı at‖ modelinin (bu, Keçi baĢlu Keçər ayğır modeli ilə eyni 
sırada durur) ellipsisə uğramıĢ forması olduğunu göstərir. 
At  adı  və  Ģəxs  adının eyni  söz  əsasında  yaranmasına rast 
gəlinir: Qoŋur at – Qoŋur qoca. Yaxud eyni söz epitet kimi həm 
at,  həm  də  qəhrəmanla  bağlı  iĢlədilmiĢdir:  ġahbaz  at,  Ģahbaz 
yigit. Bu, Oğuz cəmiyyətində at və insan münasibətlərinin ya-
xınlıq dərəcəsini Ģərtləndirən detallardandır. 
Beyrəklə  bağlı antroponimik modellərdə  sifət  düzəldən  –

4
 Ģəkilçisinə iki formada təsadüf olunur: -lıq, -lu: Boz ayğırlıq, 
Boz  ayğırlu.  Bu  fakt  xüsusi  əhəmiyyət  daĢıyır.  Birincisi,  ―Ki-
tab‖ın üzünün daha qədim əlyazmadan köçürülməsini təsdiqlə-
yən  faktlardan  biri  kimi  görünür.  Ġkincisi,  ―Kitab‖ın  dilində  -
lıq//-lı  morfeminin  müvazi  iĢlənməsi,  daha  doğrusu,  tam  dife-
rensiasiyaya uğramamıĢ vəziyyətdə olduğu təsdiqlənir. 
At adlarının mənası, mənĢəyi, qəhrəman adları ilə bağlılıq 
dərəcəsi təkcə ―Kitab‖ın poetik strukturu yox, ümumtürk tarixi 
və etnoqrafiyası baxımından dəyərlidir. 
Qəhrəmanların bədii təyinləri daxilində  at  sözünün iĢlən-
məsi  bir  sistem  təĢkil  edir:  Qazan  xan  –  Qaragöz  atıŋ  belinə 
yatan Qazan! Qara Budaq – atı bəhri hotazlı, Alp Ərən – Ayğır-
gözlü suyından at yüzdürən, ġirĢəmsəddin – Ağ-boz atıŋ yalısı 
üzərində qar turduran... Bu cür bədii təyinlər ümumtürk mədə-
niyyətinin zənginlik göstəricisi, atributu kimi çıxıĢ edir. 
At və ayğır sözləri adlıq, qeyri-müəyyən yiyəlik və qeyri-
müəyyən  təsirlik  hallarda  intensiv  Ģəkildə,  həm  də  daha  çox 
təhkiyəçi  dilində  iĢlənmiĢdir.  Həmin  sözlər  yalnız  yerlik  halda 
iĢlənməmiĢdir  ki,  bu  da  uyğun  sintaktik  mühitin  olmaması  ilə 
bağlıdır. 
Atla bağlı isimlərin I, II və III Ģəxslərin cəmi üzrə mənsu-
biyyət Ģəkilçiləri qəbul etməsinə rast gəlinmir. Bu da bilavasitə 


 
Язизхан Танрыверди 
 
 
135 
 
situasiya  ilə  bağlıdır.  Belə  ki,  həmin  Ģəkilçilər  Orxon-Yenisey 
abidələri,  eləcə  də  M.KaĢğarinin  ―Divan‖ının  dili  baxımından 
səciyyəvidir. 
Atla bağlı sözlərin, xüsusən də at zoolekseminin yalnız III 
Ģəxsin  təki  üzrə  xəbərlik  Ģəkilçisi  qəbul  etməsi  müĢahidə 
olunur: atdır, atındır, atıŋmıdır... 
Atla bağlı sözlər sırasında bədəvi, yügrək, yaxĢı və s. kimi 
sifətlər üstün mövqedə görünür. 
At  və  qəhrəmanı  xatırladan  hərəkət  fellərinin  əksəriyyəti 
feli  xəbər  funksiyasında  çıxıĢ  edir  ki,  bu  da  at  və  qəhrəman 
obrazları barədə daha dolğun təəssürat yaradır. 
Oğuzların  Ģad və kədərli anlarının ilkin  konturlarını həm 
də ―kiĢnəmək‖ sözü kontekstində dəqiqləĢdirmək mümkündür. 
Atla  bağlı  sözlərin  felin  əmr  və  xəbər  Ģəkillərində  iĢlən-
məsinə  daha  çox  rast  gəlinir.  Bu  sistemdə  Ģühudi  keçmiĢ  za-
manda  iĢlənmiĢ  sözlərin üstün  mövqedə  göründüyünü  də  qeyd 
etmək  lazımdır.  Belə  ki,  mindi,  yetdi,  yetdim  tipli  fellər  ―Ki-
tab‖ın poetik strukturunda xüsusi rola malikdir. 
Atla bağlı sözlərin köməkçi nitq hissələri ilə iĢlənməsinə 
az təsadüf olunur:   -ca ədatı (alaca at), -mı ədatı (atıŋmıdır), -la 
bağlayıcısı (qulanla sığın – keyikə...). 
 Atla bağlı sözlərin I, II və III növ təyini söz birləĢmələri, 
eləcə də təyini söz birləĢmələrinə daxil olmayan ismi birləĢmə-
lər kontekstində öyrənilməsi bir sıra məsələlərə aydınlıq gətirir. 
Məsələn,  qalib  gələcək  atın  kimə  -  hansı  qəhrəmana  məxsus 
olması    məhz  III  növ  təyini  söz  birləĢmələri  müstəvisində  də-
qiqləĢdirilir: mənim atım, sənin atın, onun  atı. Əgər səniŋ atıŋ 
mənim atımı keçərsə, onuŋ atını dəxi keçər. 
―Ad-fel‖,  eləcə  də  ―fel-fel‖  tipli  birləĢmələrdə  atla  bağlı 
sözlərin intensivliyinə təsadüf olunur: at yemiyən, ayğırları gö-
ricək; görüb-oğradıqda, yaralanub-enməyincə... 
Xəbəri  atlandı,  mindi,  kiĢnədi  felləri  ilə  ifadə  olunmuĢ 
nəqli  cümlələrdə  Oğuz  igidlərinin  döyüĢə  hazırlaĢmaları,  ova 




Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə