“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   2   3   4   5   6   7   8   9   ...   43

 
Язизхан Танрыверди 
 
 
15 
 
və“Dəli  Kür”  romanı)  əsasında  bunun  türkə  gətirdiyi  ağrı-acı-
ları göstərir, at igidin arvaddan da çox namusudur – qənaətinə 
gəlir. Bu fikrə bir faktı əlavə etmək yerinə düşür. Qazlı Timofey 
yazır ki, “Saçını (yəni quyruğunu və yalını) qırxanda madyan elə 
zənn  edir  ki,  onu  soyundurub  cinsi  əlaqəyə  cəlb  edirlər,  zorla-
yırlar”.
1
4
 
 
Ə.Tanrıverdinin qorqudşünaslığa gətirdiyi bir yeniliyi də - 
“Minərsən tabutum olsun” qənaəti ilə  bağlı  gəldiyi qənaəti bir 
qədər  tamamlamaq  istəyərdim.  “At=tabut”  modeli  həqiqətən 
qədim  dünyada,  o  cümlədən  türklərdə  işlənmişdir.  Xristianlığa 
aid  İoan  Boqoslovun  Açıqlamasında  deyildiyi  kimi,  şimalda 
yaşayan  xalqlarda  ağ  at  -  fəlakət,  müsibət  və  taun,  kürən  at  – 
müharibə, qara at – aclıq, solğun at – ölüm idi. Sonuncudan əv-
vəlki  qənaətlər,  ola  bilsin  ki,  atlı  tayfaların  şimallıların  üzərinə 
sonsuz  basqınları  zamanı  gəlinən  subyektiv  qənaətdir.  Əski 
türklərdə,  o  cümlədən  Azərbaycan  türklərində  isə  “at=tabut” 
modeli o biri dünya ilə əlaqə yaratmaq demək idi. Belə ki, b. e. ə. 
IV  minilliyə  aid  Qax  bölgəsində  yerləşən  Sarıca-Minbərək  ilkin 
yaşayış  məntəqəsində  kurqan  aşkarlanmış,  burada  meyiti  kəfən 
əvəzinə,  at  dərisinin  içində  dəfn  etmişdilər
2
5
.  Ölünün  dəriyə 
bükülməsi adətini  xarici ölkə alimlərinin yazdıqları kimi, torpa-
ğa xəstəlik yayılmasının qarşısını almağa yönələn tədbir şəklində 
götürmək mümkündür. Lakin ritualı icra edən ulu əcdadlarımızın 
əsas  məqsədi  bu  deyildi.  Ona  görə  ki,  qədim  türklərə  məxsus 
kurqanda  ölünü  hələ  dünya  işığına  göz  açmamış  körpənin  ana 
bətnində  yerləşdiyi  şəkildə  dəriyə  büküb  basdırmışdılar.  Bu, 
əslində Azərbaycanda qədim türk toplumları arasında kök salan 
totemist  təsəvvürlərin  mövcudluğunu  göstəririr.  Müqəddəs  hey-
vanın  dərisinə  ana  bətnində  yetişdiyi  formada  bükməklə  ölünü 
                                                 
1
4
Тигрица  и  грифон:  Сакральные  символы  животных.  –СПб.:  «Петер-
бургское Востоковедение», 2002, стр. 165. 
2
5
 Azərbaycan Respublikası EA Tarix və Etnoqrafiya Ġnstitutu ġəki Arxeolo-
giya-folklor qrupunun 1998-ci ildə gördüyü iĢlərin hesabatı, s. 10. 
 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
16 
 
məhz  öz  yaradıcısına  qovuşdurduqlarına  və  o  dünyada  onun 
hami totem  –  at,  öküz tərəfindən  şər qüvvələrdən  qorunacağına 
inanırdılar. 
Qədimlərdə  dəriyə  bükmə  ritualının  misirlilərdə  də  möv-
cudluğu  arxeoloji  qazıntılarla  aşkarlanmışdır.  V.Y.Propp  bunu 
ilkin  mumiyalama  təşəbbüsü  kimi  qiymətləndirən  ingilis  etnoq-
rafı  Bacla  razılaşmır,  o  səbəbdən  ki,  dəfn  ritualının  sonunda 
ölünü  deyil,  mərasimin  aparıcısı  olan  kahini  öküz,  yaxud  inək 
dərisinə bürüyürdülər. «Totemin dərisinə girib çıxmaq»la kahin 
özünün kamilləşdiyini zənn edir və böyük canfəşanlıqla mərasi-
mə  yekun  vururdu.  Misirlilərin  mifoloji  təsəvvürünə  görə,  də-
rinin içərisinə girib çıxan insan yenidən doğulur. Onlar elə zənn 
edirdilər ki, allahlar da belə edirlər. Anibus Osirisin öküz dəri-
sindən  keçmişdi.  Onun  əbədi  yaşayacağı  qənaəti  buradan  doğ-
muşdu.  
Maraqlıdır ki, qurbankəsmə də «ölünün dəriyə bükülməsi» 
ritualından  meydana  gəlmişdir.  Belə  ki,  ilk  vaxtlar  heyvanları 
ona  görə  kəsirdilər  ki,  onların  ruhlarını  dərisinə  bürüdükləri 
ölülərə  ötürə  bilsinlər.  Başqa  sözlə,  qurban  kəsilən  heyvanın 
qalan ömrünü ölüyə bağışlasınlar. 
Heyvan dərisinə bükülərək o biri dünyaya getmə inanışına 
«Tələtin nağılı»nda da rast gəlirik. «Tacir Məlik bir dağın əlçat-
maz,  ünyetməz  zirvəsində  çoxlu  ləl-cəvahirat  yerləşdiyini  bilir. 
Tez-tez  dəvələrini  yükləyib  ora  gedir.  Bir  yabının  qarnını  yarıb 
nökərliyə  götürdüyü  uşağı  orada  gizlədir.  Nəhəng,  ac  quşlar 
cəmdəyi  göyə  qaldırıb  ləl-cəvahirat  olan  yerə  aparır.  Tacirin 
tapşırığı ilə nökər yabının qarnından çıxır və kisələri qızılla dol-
durub  aşağı  atır.  Bundan  sonra  uşaq  tacirin  nəyinə  lazımdır? 
Onu oradaca qoyub geri qayıdır”. 
Bu  epizodda  ulu  babalarımızın  ən  əski  dəfn  mərasiminə 
işarə vardır. Qeyd etdiyimiz kimi, lap qədimlərdə ölüləri heyvan 
dərisinə  bükürdülər.  Bəs  həmin  adətin  «Tələtin  nağılı»ndakı 
epizodla  əlaqəsi  nədədir?  İnanca  görə,  ölünü  heyvan  dərisinə 
 


 
Язизхан Танрыверди 
 
 
17 
 
ona  görə  bükürdülər  ki,  o  biri  dünyaya  rahat  gedə  bilsin.  At 
dərisi  ölülər  dünyasını  bu  dünya  ilə  birləşdirən  vasitə  –  körpü 
sayılırdı.  Nağılda  heyvan  dərisində  gizlədilən  uşaq  quşlar 
tərəfindən elə yerə atılır ki, orada insan sümükləri qalaq-qalaq-
dır. Oraya sağ düşən gec-tez ölməlidir. Və maraqlıdır ki, dünya 
xalqlarının əksəriyyətinin dəfn rituallarında ölünün heyvan dəri-
sinə  bükülməsinə  təsadüf  edilir.  Guya  insan  ölmür,  dünyasını 
dəyişirdi. Çox hallarda totem saydıqları heyvanın qarnını yarıb 
ölünü onun bədənində yerləşdirirlər, ya da heyvan və quşun bir 
hissəini,  heyvanlarnın  kəsilmiş  başını,  quşların  qanadlarını, 
lələklərini onun üstünə qoyurdular. Bu da belə izah olunurdu ki, 
totem  mərhumu  o  biri  dünyada  şər  qüvvələrdən  qoruyacaq.  Bu 
dəfn  adəti  ilə  misal  gətirdiyimiz  epizod  arasındakı  oxşarlıq  göz 
qabağındadır.  Fərq  ondadır  ki,  dəfn  rituallarında  ölünü  dəriyə 
bükürlər, nağılda isə sağ adam at dərisinə  bürünür, lakin getdi-
yi  yerdə  onu  ölüm  gözləyir.  Ritualın  məzmununa  uyğun  olaraq 
Tələt  ölmür,  çünki  o,  qarnına  girdiyi  at  –  totem  tərəfindən  qo-
runurdu. 
Maraqlıdır ki, dövlət səviyyəsində atın əbədiləşdirilməsi – 
Bakı  şəhərində  Qıratın  belində  Koroğlunun  abidəsinin  açılış 
lentinin  ölkə  Prezidenti  İlham  Əliyev  tərəfindən  kəsilməsi, 
yeniləşmiş  metro  stansiyasına  Koroğlunun  adının  verilməsi 
kitab  tamamlanan  ərəfəyə  düşüb.  Deyilənlərə  onu  da  əlavə 
edim  ki,  xalq  alimlərimizdən  bu  cür  araşdırmalar  gözləyir, 
çünki  Əzizxan  Tanrıverdi  türkün  elə  cəhətlərini  açıb  göstərdi 
ki, onlarla hər birimiz qürrələnə bilərik.  
                                          
             Ramazan Qafarlı 
                        filologiya elmləri doktoru, professor, 
                ADPU-nun “Dədə Qorqud” elmi-tədqiqat                                                                    
mərkəzinin müdiri 
 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə