“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   2   3   4   5   6   7   8   9   ...   43

 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
18 
 
“DƏDƏ QORQUD KĠTABI”NDA  
AT KULTU: TARĠXĠ-LĠNQVĠSTĠK 
MÜSTƏVĠDƏ 
 
―Kitab‖da  ―at kultu‖nun qabarıq Ģəkildə ifadə olunduğu-
nu təsdiqləyən detallar çoxdur. Məsələn, at sözü intensivliyi ilə 
seçilir, at sözünün iĢtirakı ilə yaranmıĢ bir sıra atalar sözləri və 
məsəllərə,  deyimlərə  təsadüf  olunur,  atlara  verilən  adların 
(zoonimlərin) əksəriyyəti qəhrəmanların adlarına uyğunlaĢdırıl-
mıĢ Ģəkildədir, həm də bu tip zoonimlər qəhrəmanların antropo-
nimik modellərində ləqəb kimi çıxıĢ edir, at ən dəyərli hədiyyə-
lərdən biri kimi təqdim olunur, at Oğuz igidi üçün zərbə qüvvə-
si, həm də sədaqətli yoldaĢ, qardaĢdır, Oğuz igidi yaralandıqda 
atının quyruğu kəsilir, öldükdə isə atı öldürülür və s. 
T.Bünyadov atçılıqdan bəhs edərkən yazır: ―Atın təzə do-
ğulanı dayça (biryaĢar erkək at balası – Ə.T.), altı aylığına day-
laq (altı aylıqdan iki yaĢa qədər – Ə.T.), üç illik erkəyinə üryə 
(ürgə  -  ikiyaĢar  at  balası  –  Ə.T.),  diĢisinə  qulan  (körpə  at  – 
Ə.T.), dördyaĢlısına at (erkəyinə), madyan (diĢisinə), döllük ata 
ayğır (döllük erkək at – Ə.T.) deyilir. Ayağı ala ata alapaça və 
ya səkil at, sarıya çalan ata kürən, qızılı-boz çalarlı isə səmənd 
at adlanır. Qırmızı rəngli at günəĢ, ağ rəngli at uğur rəmzi hesab 
edilir‖
1
.  Müəllifin  atla  bağlı  təqdim  etdiyi  sözlərin  bir  neçəsi 
―Kitab‖da iĢlənməmiĢdir. Dəqiq desək, ―Kitab‖da daylaq, day-
ça, ürgə və madyan sözlərinə təsadüf olunmur. 
―Kitab‖da at  leksik vahidi,  eləcə də atla bağlı olan digər 
sözlərin  tarixi-linqvistik  müstəvidə  izahı  ―at  kultu‖nun  ilkin 
koordinatlarını  dəqiqləĢdirməyə  imkan  verə  bilər.  Bu  mənada 
həmin  tip  vahidlərin  aĢağıdakı  kimi  öyrənilməsini  məqsədəuy-
ğun hesab edirik:  
 
                                                 
1
  T.Bünyadov. Atçılıq. Azərbaycan etnoqrafiyası. Bakı, 2007, s.286. 


 
Язизхан Танрыверди 
 
 
19 
 
ATLA BAĞLI SÖZLƏRĠN FONETĠK  
XÜSUSĠYYƏTLƏRĠ 
 
 ―Kitab‖da  ―at‖  və  at  məzmunlu  sözlər  fonetik  tərkibcə 
belədir:  at  (Hayqırdı  at  saldı)*,  ayğır  (-  boz  ayğır  aldılar), 
qulun  (Yigidiŋ  gözi  bir  dəŋiz  qulını  boz  ayğırı  tutdı),  yund 
(...yundları  öglərinə  bıraqdılar),  tay  (Sarı  gönlər  görübən, 
taylar basan). Bu  sözlərin qədim türk abidələrinin dili ilə mü-
qayisəsi  də  maraqlıdır.  Belə  ki,  Orxon-Yenisey  abidələrində 
ayğır sözünə rast  gəlinmir, at  sözü ―Kitab‖dakı  kimidir, qulun 
(qulın) ―kulun‖, yund isə ―yond‖ Ģəklindədir: Təglük kulun ir-
kək yonda əmig tiləyür – Kor qulun  erkək atdan əmmək dilə-
yir.  Həmin  sözlər  M.KaĢğarinin  ―Divan‖ında,  demək  olar  ki, 
―Kitab‖dakı kimidir: at, ayğır, kulun, tay,  yund. ―Kitab‖ın dili 
üçün  səciyyəvi  olan  ―yund‖  sözü  müasir  Azərbaycan  dilində 
iĢlənmir, digər sözlər isə (at, ayğır, qulun) ―Kitab‖dakı fonetik 
tərkibini  eynilə  saxlamıĢdır.  Yeri  gəlmiĢkən,  at  sözü  müasir 
türk dillərinin əksəriyyətində ilkin fonetik tərkibini eynilə mü-
hafizə  edir.  Xələc  (xalac)  dilində  isə  ―hat‖  Ģəklində  iĢləndiyi 
qeyd olunur. AraĢdırmalarda ―ayğır‖ sözünün müasir türk dillə-
rində iĢlənmə səviyyəsi də müəyyənləĢdirilmiĢdir: ―Ayğır sözü-
nə müasir türk dillərində ayğır, azır, xayır, ashır, ayar, atır for-
malarında təsadüf olunur və Azərbaycan dilindəki mənada baĢa 
düĢülür‖
1
.  
―Kitab‖dakı at və tay zooleksemləri bir hecadan, at məz-
munlu  digər  sözlər  isə  iki  hecadan  ibarətdir  (qulan,  qulun,  ay-
ğır). Həmin tip sözlərin tərkibində yalnız qalın saitlərin iĢtirakı 
da maraq doğurur: at, tay, yund, ayğır, qulan, qulun. 
 Zoonimik  modellərdə  -  at  adlarında  alliterasiya.  ―Ki-
tab‖da iĢlənmiĢ bir neçə at adında alliterasiya müĢahidə olunur: 
                                                 
* Qeyd: Nümunələr ―Kitabi-Dədə Qorqud‖un 1988-ci il Bakı nəĢrindən 
götürülmüĢdür. 
1
  F.Xalıqov. Azərbaycan onomalogiyası. Bakı, 2009, s.213. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
20 
 
Keçi baĢlu Keçər ayğır (k – k), Toğlı baĢlu Turı ayğır (t – t). Bu 
cür alliterasiya mətnin poetik çəkisini qüvvətləndirməyə xidmət 
edir.  Həm  də  bu  tip  detallar  ata  həddindən  artıq  ehtiram 
göstərməni,  atı  özünə  bərabər  tutmanı  –  bir  sözlə,  at  kultunu 
xatırladır. 
Oğuz  qəhrəmanlarının  adlarının  ilk  səsi  ilə  atlarının 
adındakı  ilk  səsin  alliterasiyası  ilə  poetikliyin  gücləndirilməsi 
―Kitab‖da  qabarıq  Ģəkildə  görünür,  həm  də  bir  sistem  təĢkil 
edir:  
 
                    Qazan – Qoŋur at (q – q) 
                    Qanturalı – Qazlıq at (q – q) 
                    Dəli Qarçar – Qara ayğır (q – q) 
                    Beyrək – Boz ayğır (b – b) 
                    Qondaz (Dondar) – TəpəlqaĢğa ayğır (t – t) 
                    Qaragünə - Gög bədəvi (g – g)  
 
Bu tip alliterasiya digər türk abidələri üçün də səciyyəvi-
dir: ―Manas‖da – Kökçönün atı Kürönçü (k – k); ―AlpamıĢ‖da 
– AlpamıĢ (Alp Bamsı) – Bay çobar (b – b). 
―Kitab‖da at adlarında müĢahidə olunan  ağ (Ağ bədəvi), 
boz  (Boz  ayğır),  göy  (Göy  bədəvi),  qara  (Qara  ayğır),  qonur 
(Qonur  at)  və  s.  kimi  rəng  bildirən  sözlər,  eləcə  də  keçi  (Keçi 
baĢlu  Keçər  ayğır),  toğlu    (Toğlu  baĢlu  Turı  ayğır)  və  s.  kimi 
zooleksemlər fonetik tərkibcə müasir ədəbi dilimizdəki kimidir. 
Müqayisələr  göstərir  ki,  ―Kitab‖da  atçılıqla  bağlı  olaraq 
iĢlədilmiĢ  sözlərin  bir  hissəsi  müasir  dilimizdə  fonetik 
dəyiĢikliyə uğramıĢ vəziyyətdədir: 
           
 
 
 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə