“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 
Язизхан Танрыверди 
 
 
29 
 
Bamsı Beyrək III ―boy‖un qəhrəmanıdır, ən güclü  döyüĢ-
çüdür. Koroğlu da bütövlükdə eposun baĢ qəhrəmanıdır, yenil-
məz döyüĢçüdür;  
Bamsı  Beyrək  təkcə  döyüĢçü  yox,  həm  də  ozandır.  Ko-
roğlu da döyüĢçü və ozan-aĢıq statusundadır; 
Beyrəyin Boz ayğırı adi at deyil, dəniz qulunudur, Koroğ-
lunun Qırat və Düratı da dəniz ayğırından əmələ gəlmiĢdir; 
Beyrək Boz ayğırı,  Koroğlu da  Qıratı  tərifləyir. Koroğ-
lunun  dilindən  verilmiĢ  ―...At  iyidin  qardaĢıdır‖  kimi  misralar 
semantika baxımından Beyrəyin dilində iĢlənmiĢ ―At deməzəm 
saŋa  qartaĢ  deyərəm,  QartaĢımdan  yeg!  misralarının  məntiqi 
davamıdır; 
Beyrəyin yayı, Koroğlunun misri qılıncı sirli-sehirlidir
Hər ikisinin atası kor  olmuĢdur: Beyrəyin atası Baybörə-
nin  gözləri  ağlamaqdan  tutulmuĢdursa,  Koroğlunun  atası  Alı 
kiĢinin gözlərini Həsən xan çıxartdırmıĢdır. 
Hər iki ata (Baybörə və Alı kiĢi) gözlərinin açılması arzu-
sundadır.  Baybörənin  gözləri  Beyrək  dustaqlıqdan  qayıtdıqdan 
sonra açılır: Oğlım idigin andan biləyim, sırça parmağını qanat-
sun, qanını dəstmala dürtsün, gözümə sürəyin; açılacaq olursa, 
oğlım Beyrəkdir!‖ – dedi... Dəstmalı gözinə  silcək, allah-təala-
nıŋ  qüdrətilə  gözi  açıldı.  Arxaik  düĢüncəyə,  mifə  görə,  Alı 
kiĢinin  də  gözləri  açılmalı  idi.  Amma  bu,  bir  təsadüf  nəticə-
sində  baĢ  vermir:  ...Ulduzlar  gəlib  düz  QoĢabulağın  üstündə 
toqquĢdular.  Ulduzların  toqquĢmasından  QoĢabulaq  daĢdı.  Ağ 
köpük  adam  boyu  qalxdı.  RövĢən  köpükdən  bir  qab  doldurub 
baĢına  tökdü,  bir  qab  da  doldurub  içdi.  Təzədən  bir  də  qabı 
doldurmaq  istəyəndə  baxdı  ki,  ey  dadi-bidad...  köpük  hayanda 
idi. Bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz ya-
Ģıdır axır. RövĢən bir baĢına, bir dizinə vurdu. Ancaq hara çata-
caq... Qabı da götürüb kor-peĢman geri döndü, əhvalatı atasına 
danıĢdı...  Alı  kiĢi  bir  ah  çəkib  dedi:  -  Mənim  gözlərimin  dər-
manı o köpükdə idi. O da ki ələ gəlmədi.RövĢənin dərdi bir idi, 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
30 
 
beĢ oldu‖. Deməli, oğluna iĢıq anlamlı RövĢən adını verən Alı 
kiĢinin özü dünya iĢığına həsrət qalır. Amma bu da var ki, oğlu 
RövĢən Koroğlu kimi tanınır, Koroğlu kimi məĢhurlaĢır, mənə-
vi  dünyası  hamıdan  iĢıqlı,  hamıdan  zəngin  olur.  N.Cəfərovun 
araĢdırmalara istinadən söylədiyi fikirlər də dediklərimizi arqu-
mentləĢdirir:  ―Koroğlu  adında  da  nə  isə  mifik-ilahi,  qoruyucu 
bir qüvvə vardır. Bir sıra folklorĢünaslar ―Koroğlu‖ adının bila-
vasitə  mifoloji  məzmuna  malik  ―Qoroğlu‖  adından  törədiyi 
(―iĢıq‖–qaranlıq oppozisiyası) fikrindədirlər. Koroğlunun gənc-
lik  adı  RövĢən  (farsca:  ĠĢıqlı)  də,  Ģübhəsiz,  bu  halda  ―qa-
ranlıqdan  doğulan  iĢıq‖  mif-obrazının  tədqiqatçıların  yadına 
təsadüfi  düĢmədiyini,  müla-hizənin  elmi  məzmun  daĢıdığını 
göstərir‖
1

―Dədə Qorqud kitabı‖ndakı qəhrəmanları Koroğlu obrazı 
ilə müqayisə edən ġ.CəmĢidov bir sıra tədqiqatçıların fikirlərini 
saf-çürük edərkən daha çox M.Təhmasibə və H.Araslıya müra-
ciət  edir.  Məsələn,  H.Araslının  belə  bir  qarĢılaĢdırmasını  təq-
dim edir: ...bığını qulağının dibində yedi kərə düyən Qaragünə 
Koroğluya  oxĢayır;  Banıçiçəyin  toyunda  aĢpazı  vurub  yıxan, 
qazanları  boĢaldıb  gedən,  yeməyi  nataraz  Ģəkildə  yeyən  Bey-
rəyin  hərəkətləri  eynilə  Koroğlunun  Toqat  səfərində,    Keçəl 
Həmzənin  toyunda  göstərdiyi   hərəkətlərlə  təkrar  olunur və  s. 
Bu  cür  detalları  xüsusi  olaraq  vurğulayan  müəllif  yazır: 
―...Qaragünə,  Qanturalı,  Əmən,  Beyrək,  Səgrək,  Aruz  Qoca, 
Baybecan  və  b.  ―Dədə  Qorqud‖  qəhrəmanlarının  hər  birində 
Koroğluya  xas  olan  bir  sifət  vardır.  Məsələn,  ...Qalın  Oğuz 
bəylərini  bir-bir  atından  yıxıcı  Qazlıq  qoca  oğlu  bəy  Yeynək, 
...uzun  baldırları  incə,  Qazan  bəyin  dayısı  at  ağızlı  Aruz  qoca, 
acığı  tutanda  bığlarından  qan  çıxan,  Bığı  qanlı  Əmən  və  b. 
qəhrəmanlar bütün görkəmləri, zahiri görünüĢləri ilə Koroğlunu 
                                                 
1
 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, s.140. 


 
Язизхан Танрыверди 
 
 
31 
 
xatırladır.  Koroğlunun  ―Ġstanbul  səfəri‖  Qanturalının  Trabzon 
səfərinə oxĢayır və s...‖
1

Yuxarıdakı qeydlər bir daha təsdiq  edir ki,  ―qəhrəmanlıq 
və  ozanlıq  müstəvisində  Bamsı  Beyrək  ―Koroğlunun,  sələ-
fidir‖
2
.  Bütövlükdə isə ―Koroğlu‖ ilə ―Dədə ―Qorqud‖ arasında 
elə  qırılmaz  semantik-struktur  əlaqə  vardır  ki,  həmin  əlaqəni 
etiraf  etmədən  Azərbaycan  ―Koroğlu‖sunun  nəinki  genezisini, 
heç  tipolo-giyasını  da  müəyyənləĢdirmək  mümkün  deyildir‖
3

Bu  fikirlərin  müəllifi  N.Cəfərov  ―Dədə  Qorqud‖  eposu  ilə 
―Koroğlu‖  arasındakı  uyğun  ideya-məzmun  və  poetik  forma  
xüsusiyyətlərini  nəzərdən  keçirərkən  oxĢar  cəhətləri  15  istiqa-
mətdə  qruplaĢdırmıĢdır.    Müəllifin  fikirlərini  tezislər    Ģəklində  
təqdim    edirik:    1.  ―Dədə  Qorqud‖  türk  mənĢəli  Azərbaycan 
xalqının,  ―Koroğlu‖  isə  Azərbaycan  millətinin  təĢəkkülü 
ərəfəsində formalaĢmıĢdır; 2. ―Dədə Qorqud‖ qəhrəmanları ka-
firlərin,  ―Koroğlu‖  qəhrəmanları  isə  müxənnət  xanların,  pa-
Ģaların  üzərinə  yürüĢə  gedirlər;  3.  Oğuz  cəmiyyətinin  baĢçısı 
Bayındur,  Çənlibel  cəmiyyətinin  baĢçısı  isə  Koroğludur;  4. 
―Dədə Qorqud‖da igidlər kafir qızları ilə evlənirlərsə, ―Koroğ-
lu‖da da dəlilər xanların, paĢaların  qızlarını alıb  Çənlibelə gə-
tirirlər.  5.―Dədə  Qorqud‖da  Oğuz    igidləri,  ―Koroğlu‖da  da 
Çənlibel dəliləri qeyri-müsəlman həyat tərzi keçirir, Ģərab içir-
lər; 6. ―Dədə Qorqud‖dakı kimi ―Koroğlu‖da qəhrəmanlar ova 
gedir,  yeyib-içib  dincələrkən  düĢmən  onları  əsir  alır,  sonra 
gəlib  həmin  əsirləri  xilas  edirlər;  7.  Oğuz  igidləri  də,  Koroğlu 
dəliləri  də  Ģücaət,  hünər  göstərsələr  də,  özlərini  öymürlər;  8. 
―Dədə  Qorqud‖da    və  ―Koroğlu‖da  qadınlar  at  minib,  döyüĢə 
girir,  mərdlik  göstərirlər;  9.  Hər  iki  eposda  qəhrəmanlar  atları, 
                                                 
1
 ġ.CəmĢidov. ―Kitabi-Dədə Qorqud‖. Bakı, 1977, s.157. 
2
  M.Allahmanlı. Qədim türk dastanları hadisə və motiv oxĢarlığında. Dədə 
Qorqud. Elmi-ədəbi toplu, I. Bakı, 2006, s.33. 
3
 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, s.123. 
 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə