Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə14/240
tarix22.07.2018
ölçüsü3,9 Mb.
#57766
1   ...   10   11   12   13   14   15   16   17   ...   240

~ 32 ~ 

 

özl



ərinə məxsus milli mədəniyyətlərinin müəyyən bir qismini itirmişsələr də 

əvəzində müəzzəm bir bəşəri mədəniyyətlər yaratmışlar. 

B

əzi tarixçilər qədim Türklərin ana yurdunu Mu qitəsi və  bu qitənin 



Sakit okeana q

ərq  olduqdan  sonra  Turan  ovalığı,  Baykal  gölü,  Ceyhun  və 

Sayhun çayları (Amu-Dərya və Sır-Dərya çayları) ətrafını, bəzilər Ural-Altay 

v

ə  ya  Kinqan  dağları  silsiləsinin  doğu  və  batısını,  bəzi  antropoloqlar  Tanrı 



dağları  bölgəsni,  bəzi mədəniyyət tarixçiləri Baykal gölünün güney-batı 

bölg


əsini, bəziləri Xəzər dənizi  ətraflarını,  bəziləri indiki Monqolustan 

ərazisini, bəziləri Orxon-Yenisey  çayları  hövzəsini, bəzi  etnoloqlar  İç 

Asiyanın quzey bölgələrini, bəzi sənət tarixçiləri quzey-batı Asiyanı, bəziləri 

Urmiya gölü 

ətrafı  və  Kür-Araz  ovalığını,  bəziləri qədim Mesopotamiyada 

yerl


əşən Mosul və  Kərkük bölgələrini və  s. göstərmişlər. Bizcə  bu 

t

ədqiqatçarın hamısı haqlıdır. Çünki bütün bunlar Türklərin hələ ilk çağlardan 



etibar

ən  geniş  bir sahəyə  yayılmış  olmaları  və  bu göstərilən  ərazilərdə  öz 

b

əşəri mədəniyyətlərini yaratması illə bağlıdır. 



H

əqiqətən də tarixən Türklərin böyük bir qismi Asiya qitəsində, kiçik 

bir qismi is

ə Avropa, Afrika və hətta Amerika qitəsində yaşadığından və bu 

ge

niş  ərazidə, bu dörd qitənin hər birində  dövlət və  imperatorluqlar 



qurmuş,bəşər mədəniyyətinə önəmli töhfələr vermişlər. 

Türkl


ər tarixən Ceyhun-Sayhun, Orxon-Yenisey, Kür-Araz, Volqa, 

İrtış, Ob, Lena, Dunay, Dəclə və Fərat kimi böyük, Tobol, Anabar, Olenek, 

Yana,  İndiqirka,  Kolumna,  Abakan,  Kürək,  Qızılirmak,  Çoruh,  Sakarya, 

Böyük v


ə  Kiçik  Menderes,  Nazlı,  Çağata,  Zərəfsan, İli,  Çu,  Sarısu,  Qızılsu, 

Narın,  Qara  Dərya, Çirçik, Aris, Anqren, Tekes, Kungəz, Keriya-Dərya, 

Karamuran, Çerç

ən-Dərya,  Qaraqaş,  Yurunqqaş,  Xotan-Dərya, Yarkənd-

D

ərya,  Koşqar-Dərya,  Ağsu,  Şahyar,  Qonça-Dərya, Qum-Dərya,  Acıçay, 



Ceqetu, Tatayu, G

eder,  Qızılüzən, Tərtər, Bərgüşad,  Oxçuçay,  Qarqarçay, 

Türyançay, Arpaçay, Naxçıvançay, Çilançay, Vənəndçay və s. kimi kiçik və 

yüzl


ərlə  dağ  çaylarının,  Baykal,  Aral,  Xəzər, Urmiya, Göygöl, Göyçə  və  s. 

kimi d


əniz və  göllərin  ətrafında  yaşamış  və  bu çay,  göl və  dənizlərin 

ətraflarında  dünya  mədəniyyətinin qədim və  orta  əsrlərinə  aid incilərini 

yaratmışlar.  Türklərlə  bağlı  daha  çox  maddi  və  mənəvi mədəniyyət 

nümun


ələri dünyanın ən yüksək dağ silsiləsini təşkil edən güneydə Himalay 

dağları, batıda Xəzər dənizini, doğuda Böyük Kinqan dağları arasında qalan 

geniş bir ərazini əhatə edən Orta Asiyada, Qafqaz, Toros, Elbrus, Hindiquş və 

Zaqros  dağlarını,  iç  və  doğu  Anadolu  yaylaları  ilə  Kür-Araz vadilərini, 

Urmiya gölü sahill

ərini,  Mesopotamiya  ovalığını,  Dəclə  və  Fərat vadilərini, 

Suriya v

ə Ərəbistan düzənliklərini qapsayan Ön Asiyada təmərküzləşmişdir. 




~ 33 ~ 

 

Bu gün bel



ə  Türklər Qərbdə  Balkanlardan,  Şərqdə  Sakit  Okeana, 

Şimalda Şimal Buzlu Okeandan, Cənubda Tibetə qədər olan geniş bir ərazidə, 

daha çox Türkiy

ə, Azərbaycan, Orta Asiya, Uyğurustan, Qazaxıstan və Rusiya 

Federasiyasında,  az  bir  qismi  isə  Yuqoslaviyada, Makedoniya və  Üsküpdə

Polşada,  Rumınıyada,  Bolqarıstanda,  Yunanıstanın  Batı  Trakya  bölgəsində, 

İraqda,  Suriyada,  Moldaviyada,  Əfqanıstanda,  Kiprdə, bəzi  Egey  adalarında 

yaşamaqdadırlar.Yaşadıqları  yerlər  arasında  məsafələrin bu qədər uzaq 

olmasına, tarixən müxtəlif mədəniyyətlərlə çulğalaşmasına baxmayaraq, Türk 

dünyasının  böyük  əksəriyyətinin həyat tərzi və  mədəniyyətində  bir birlik 

mövcuddur. 

Bundan önc

ə  “Tufan”a qədərki  Böyük  Turan  İmperatorluğu  (Ceyms 

Çörçvordun t

əbirincə  Böyük  Uyğur  İmperatorluğu-A.M.) və  o dövrdə 

Türkl


ərin  yaratdığı  əldə  olan maddi  və  mənəvi mədəniyyət nümunələrindən 

qısa şəkildə bəhs etmişdik. İndi isə Türklərin “Tufan”dan sonra, bizim eranın 

başlanğıcına  qədər  yaratdıqları  maddi  və  mənəvi mədəniyyətlərindən bəhs 

ed

əcəyik. 



Bir çox t

ədqiqatçıların  gəldiyi son nəticə  bundan ibarətdir  ki, 

m

ədəniyyət “Tufan”dan sonra dünyada ilk dəfə  olaraq Türküstandan Xəzər 



d

ənizinin sahillərinə  qədərki  ərazi  sayılan  “Turan  ovalığı”nda  mərkəzləşmiş 

v

ə buradan dünyanın başqa ərazlərinə yayılmışdır. Bu “Tufan”dan sonrakı ilk 



m

ədəniyyət mərkəzinin yaranma və  varolma tarixi eradan əvvəl X-VI 

minillikl

ərə  aid edilir. Belə  ki,  Türküstanda  aparılan  arxeoloji  qazıntılar 

n

əticəsində  bəlli  olmuşdur  ki,  dünyanın  böyük  rəmzlərindən  sayılan 



s

əkkizgüşəli  ulduzun,  dünyanın  bütövlüyünün  rəmzi olan əks istiqamətli 

buta

ların, xaç və svastikanın və s. ən qədim mədəniyyət nümunələri məhz bu 



ərazidən  (Türküstandan)  tapılmışdır.  Bu  da  onu  göstərir ki,  “Tufan”dan 

sonrakı mədəniyyət tarixi eradan əvvəl III minilllikdə şəhər dövlətlər yaratmış 

Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları 

ətrafında  yaşamış  Böyük  Turan  İmperatorluğunun  xələfi və  Şumerlərin ulu 

babaları olan Turanlılarla başlayır. 

Eradan 


əvvəl I minilliyə aid Qazaxıstanın keçmiş paytaxtı Alma-Atanın 

60 kilometrliyind

əki  İssık  şəhərindən  tapılan  gənc  əsilzadənin kurqan 

q

əbrindən  əldə  edilən dəfinə  də  Türk maddi və  mənəvi mədəniyyət tarixi, 



incs

ənəti,yazısı  və  dilinə  aid  əvəzsiz  tapıntılardandır.  Bu  kurqandan  tapılan 

gümüş cam üzərindəki ”Orxon-Yenisey” runik yazısının ilkin variantlarından 

olan yazı Türk mənəvi mədəniyyəti baxımından daha dəyərlidir. Mütəxəssislər 

bu  yazının  o  dövr  türkcəsi ilə  yanaşı  onun  bu  günki  türkcəsini də  yanında 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə