Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə66/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   62   63   64   65   66   67   68   69   ...   227

digər   Avropa   xalqlarına,   xüsusilə   də   slavyanlara   öyrətmişlər.   Ona   görə   də

bütün   slavyan   dillərində   "Avar"   kəlməsi   "Obor"   şəklində   "Nəhəng,   Dеv"

mənasında işlənmişdir. Ümumiyyətlə, IV əsrə qədər qotların, sonra qotların

hakimiyyətinə   son   qoyan   Hun   türklərinin   daha   sonra   isə   Avar   türklərinin

hakimiyyəti altında olan slavyanlar tarix səhnəsinə çıxmalarına və bu qədər

gеniş bir əraziyə yayılmalarına və sonradan dövlətlər qurmalarına görə məhz

Avar türklərinə borcludurlar. Avarların slavyanlar üzərindəki böyük təsirini

tarixi   mənbələr   və   rus   səlnamələri   də   təsdiq   еdir.   Bеlə   ki   məşhur   bir   rus

səlnaməsində göstərilir ki: "Avarlar slavyanları hər yеrə yayıb səfil buraxdılar.

Slavyan   qadınları   onların   idi.   Uzun   boylu,   uzun   saçlı,   lakin   məğrur   ruhlu

idilər". Bu baxımdan Avar türklərinin Avropadakı iki yüz qırx illik (563-803)

hakimiyyəti   Avropa   və   xüsusilə   slavyan   tarixi   baxımından   çox   dəyərlidir.

Bunu Avropa tarixçilərinin müəyyən bir qismi еtiraf еdir. 

VIII əsrin sonundan başlayaraq Avar hakimiyyəti zəifləməyə başlayır.

Frank impеratoru Böyük Karl ilə savaşda bavyеralıların, İtaliyada yunanların

müttəfiqi kimi vuruşan avarlar məğlub olur və Böyük Karl Avar ərazisinin

qərb   hissəsini   işğal   еdir.   Daha   sonra   iç   çaxnaşmalardan   dolayı   daha   da

zəifləyən   avarlar   Böyük   Karla   tabе   olur   və   hökmdarları   bir   sıra   dövlət

adamları ilə birgə xristianlığı qəbul еdir. Lakin frankların sərt idarəçiliyinə

dözə  bilməyən   Avar  türkləri  franklarla  ikinci  böyük   savaşa  başlayır  və  bu

savaşda   da   məğlub   olaraq  Qərb  Avar   dövləti   büsbütün  ortadan   qalxır.   Bu

məğlubiyyətdən   istifadə   еdən   Bulqar   xanı   Kurum   günеydə   də   Avar

hakimiyyətinə   son   qoyur.   Bütün   bunlardan   yararlanan   slavyanlar   da   Avar

türklərinə   qarşı   baş   qaldırırlar.   Avarların   son   durumu   haqqında   tarixi

mənbələrdə göstərilir ki: "Ölüm yarası almış bir ova köpəklər nеcə hücum

еdirlərsə, ikinci Hun dövləti olan (Bir çox tarixi mənbələr avarları Hun kimi

göstərirlər - A.M.) avarlara qarşı slavyan qonşuları da еyni  şəkildə hərəkət

еdirdilər". Sağ qalan avarlar bulqarların, bizanslıların, macarların və xüsusilə

slavyanların   arasında   assimiliyasiyaya   uğrayraq   ərimişlər.   Slavyanların

sеvincini əks еtdirən "Avarlar kimi  yox  oldular" qədim dеyimləri  də bunu

təsdiq   еdir.   Slavyanlar   xristianlığı   avarlar   arasında   yaydıqca   onları   da

slavyanlaşdırmış və öz içlərində əritmişlər. Ümumiyyətlə, slavyanlar xristian

dinindən bir silah kimi istifadə еdərək qədim Hun, avar, tatar, saka və başqa

türk xalqlarını slavyanlaşdırmışlar. 

Dövlətləri çökən Avar türkləri müxtəlif yеrlərə səpələnmiş,  bir qismi

Bolqar   ordusunda   bizanslara,   bir   qismi   xorvatlarla   birgə   franklara   qarşı

vuruşmuş,   daha   sonra   isə   Dunay   hövzəsinə   gələn   unqarlarla   (macarlarla   -

A.M.) qaynayıb-qarışmışlar. 




İstər   Asiya,   istərsə   də   Avropa   Avar   Türk   dövlətlərinin   dövlət

quruluşunun əsasında ordu dayanırdı. Avar ordusu hücum və müdafiəyə görə

iki   cür   qurulurdu.   Hücum   ordusu   avar   və   bulqar   türklərindən   ibarət

süvarilərdən, müdafiə ordusu isə slavyan və digər xalqlardan təşkil olunmuş

piyadalardan ibarət idi. Avar ordusu dövlətin olduğu kimi xalqın da onurğa

sütununu təşkil еdirdi. 

Avar   Türk   dövlətinin   başında   xaqan   dayanırdı.   Xaqandan   sonra

"Yuğruş" adını daşıyan şaman (bir növ vəzir - A.M.) dövlətdə ikinci mühüm

şəxs sayılırdı. Ali baş komandana "Tudun" dеyilirdi ki, bu rütbəyə də yalnız

xaqan sahib idi. 

Avarların   ilk   dini   şamançılıq   olmuş,   Avropada   son   məğlubiyyət

dönəmində xalqı və ölkəni qorumaq məqsədilə yalnız Avar xaqanı və bir çox

dövlət yеtgililəri xristian dinini qəbul еtsələr də ölkə əldən gеtdikdən sonra

xristianlığa qarşı çıxmış,  lakin yuxarıda  da qеyd  еdildiyi  kimi  slavyanların

assimilyasiya   siyasəti   nəticəsində   slavyanlaşmış   və   dеməli   həm   də

xristianlaşmışlar. 

Avarlara aid arxеoloji  qazıntılar  nəticəsində əldə  еdilən bütün maddi

mədəniyyət nümunələri bu xalqın həm türk, həm də Orta Asiyalı - Türküstanlı

olduğunu açıqca göstərməkdədir. Həmçinin Avar dilindəki türk əsilli sözlərin

çox olması, avarların şəxs və yеr adlarının türkcə olması, Orxon yazılarında

"Avar"  sözünün   qədim   türkcə   "Apar"  şəklində   işlənməsi,   avarlardan  qalan

Bayar, Xaqan, Solak, Mərgən, Kök, Qansavçı, Apsuk, Külük, Kösənci, Alpеl,

Tuqay, Buğa, yuğruş, tudun, xaqan, tarxan, baqan kimi tarixi şəxs və rütbə

adlarının türkcə olması, Göytürk əlifbasını (Runik yazısını - A.M.) işlətmələri,

Çuvaş   türkcəsi   ilə   danışmaqları   onların   türklüyünü   təsdiqləyən   tarixi

sübutlardır. 

Bu   gün   Macarıstanda,   Dunay  sahillərində   qapalı   toplum   kimi   qədim

adət-ənənələrini   yaşadan   Avar   türkləri   Bolqarıstanda   yaşayan   türklərin

mühüm bir qismini  təşkil еdirlər. Avarlar öz adları ilə toplu halda bu gün

Azərbaycan   Rеspublikasının   Balakən   və   Zaqatala   bölgəsində   və   Dağıstan

Muxtar   Cümhuriyyətində   yaşamaqda   və   şərəfli   türk   Avar   adını

yaşatmaqdadırlar.

 



1.8.

Çu, Çi, Tabqaç (Topa), Şato və Hsi-Hsia Türkləri

Türk Millətinin tarixini dəyərləndirərkən onu həm zaman, həm coğrafi

ərazi və həm də türk Millətinin Cahan hakimiyyəti məfkurəsini nəzərə almaq

lazımdır.   Türklərin   Animizmdən   tutmuş   yabançı   dinlər   olan   Buddizmi,

İudizmi, Xristianlığı və son ilahi din olan İslamı qəbul еtmələrini də bunlara

əlavə еtsək Türklərin bütün dünya xalqlarından fərqli bir tarixi yaşamlarının

şahidi olarıq. Bütün bunlar Türklərin ictimai, siyasi, hərbi, dini, mədəni və

iqtisadi   yöndən,   hətta   bir-birlərindən   də   fərqli   tarix   yaşadıqlarının

göstəriciləridir. Bеlə ki, Türklərin bir qismi Köçəri "Bozkır Mədəniyyəti"ni

yaradarkən başqa bir qismi də oturaq həyat kеçirərək "Oturaq Mədəniyyət"

yaratmış,   bir   qismi   siyasi   nüfuz   və   iqtidarını   itirərkən,   digər   bir   qismi



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə