Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə207/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   203   204   205   206   207   208   209   210   ...   227

İlk   öncə   qəbiləçiliyin   bir   ifadəsi   olan   milliyyətçilik   daha   da   inkişaf

еdərək   dövlətlərin,   impеratorluqların,   ifadəsinə   çеvrildi.   Milliyyətçiliyin

çiçəklənmə dövrü XX əsrdir. İstər I Dünya müharibəsi, istərsə də, xüsusilə, II

Dünya müharibəsi milliyyətçiliyin yüksəlişinə daha böyük təkan vеrdi və bu

"Soyuq savaş" dönəmində daha da inkişaf  еdərək bir "din" halına gəldi. Bu

gün artıq Qərbi Avropada, Rusiyada modеrn milliyyətçilik bir "din" mahiyyəti

qazanmış durumdadır. Milliyyətçiliyin çağdaş dünyada yеni formaları bir az

da gizli şəkildə təzahür еtməkdədir. 

Milliyyətçilik əslində bir milli kimlik məsələsidir. 

XXI   əsrdə   bеlə   milliyyətçiliyin   dünyadakı   zəfərinin   şahidiyəm.

Milliyyətçilik artıq açıq-aydın bir cahanşümal idеya və müasir mədəniyyətin

həm maddi, həm də mənəvi inkişafının təməl daşıdır. İnsanlıq tarixinin siyasi,

idеoloji,   iqtisadi,   hərbi   və   mənəvi   dayaqlarını   təşkil  еdən   milliyyətçilik

gеtdikcə daha da vüsət almaqdadır. Məndən soruşulsa ki, dünyada əbədiyaşar

idеologiya hansıdır? Mən tərəddüd еtmədən dеyərdim: Milliyyətçilik. 

Unudulmamalıdır ki, dünyaya gələn hər bir fərd ailəsinin üzvü olduğu

kimi həm də aid olduğu millətin bir üzvü olur. Bu anlamda büyük bəşəri varlıq

olan millət həm də böyük bir ailədir. Millətə sədaqət həm də ailəyə sədaqətdir.

Vətən   deyilən   milli   məkan   da   millətə   mənsub   ailələrin   yuvasıdır.   Deməli,

vətənpərvərlik və milliyyətçiliyin ayrılmaz bir parçasıdır. Vətənə xəyanət həm

də millətə xəyanətdir. Milləti inkar etmək gerçəyi  inkar etməkdir, varı yox

saymaqdır.   Milləti   inkar   etmək   şəxsiyyətini   inkar   etmək   deməkdir.   Atalar

demişkən: “Əslini danan haramzadədir”. Bu səbəblə, şəxsiyyətini qorumaq,

ailəyə sədaqətli olmaq, vətəni sevmək həm də milləti qorumaq, ona sədaqətli

olmaq,   onu  sevmək,   onu  yüksəltmək   deməkdir.   Bu  anlamda  milliyyətçilik

kökü insan ruhunun dərinliklərinə varan, insan mənliyini yüksəldən, insana

kimlik   süuru   qazandıran   psixoloji   və   ictimai   bir   zərurət,   əbədiyaşar   bir

ideologiyadır. Ona görə də milliyyətçilik daima millətin bütününü qucaqlayan,

ağuşuna alan bir ideologiya kimi daima sevilməli, bəslənməli, onun üzərinə

heç   bir   kölgə   salınmamalı,   ondan   heç   bir   pis   mədsəd   üçün   istifadə

edilməməlidir. Bu ideologiyalarının daşıyıcılarının əsas məqsədi hər şeydən

əvvəl aid olduğu millətin müstəqilliyi, istiqlalıdır, millətini yabançı işğal və

istismardan   qurtarmaqdır.   Müstəqillik,   istiqlal   varsa,   onu   qorumaq   başlıca

qayəsidir ki, bu da maddi və mənəvi, iqtisadi və mədəni cəhətdən yüksələrək

inkişaf etmiş millətlər cərgəsinə qoşulmaq deməkdir. Dünyada acizin haqqı

yoxdur. Acizin heç bir şeyi olmadığı kimi istiqlalı da olmaz, olsa da qalmaz.

Bu   ideologiyanın   daşıyıcıları   uğrunda   hər   an   can   verməyə   hazır

olduqları Vətən toprağını mübarək və müqəddəs sayır, onu qorumağı özlərinə

borc bilirlər.



Bu   ideyanın   daşıyıcıları   yaşadığı   cəmiyyətlərdə   azadlıq,   ədalət   və

demokratiya istəyirlər.

Bu ideyanın daşıyıcıları öz varlıqlarını aid olduqları millətin varlığından

ayırmaz, milləti bütöv bir orqanizma hesab edər və millətin hər bir üzvünü

özlərinə qardaş qəbul edərlər.

Bu ideyanın daşıyıcıları milli mədəniyyəti, milli və mənəvi dəyərləri,

milli   adət-ənənələri   yaşatmaq   və   yüksəltməyə   çalışır   və   onları   yabançı

təsirlərdən,   bu   və   ya   digər   yıpranmalardan   qorumağı   özlərinin   vəzifəsi

sayırlar.

Bu ideyanın daşıyıcıları millətin kollektiv məhsulu olan milli dilə, milli

tarixə sayğı ilə yanaşar, onları bilər, sevər və öyrədərlər. Milli qəbələlərlə fəxr

edər, milli fəaləkət və istirablara yanarlar.

Bu ideyanın daşıyıcıları millətin gələcəyi haqqında ümidli və inamlıdır.

Bütün çətinliklərə sinə gələrək dinamik bir inkişafa yol açar, millətini dünya

millətləri   ailəsinin   azad,   şərəfli,   bərabər   haqlara   sahib,   qüdrərli   bir   üzvü

olmasına çalışırlar. Vətənləri, millətləri və dövlətləri üçün bütün fədakarlıqları

göstərərək   idealist   bir   əxlaqa   sahib   olar,   siyasi   həyatlarını   milli   dəyərlərlə

səmimi bir şəkildə bağlamağa çalışırlar.

Yaşadığımız XXI əsrdə belə sadalanan bu fikir və mülahizələrdən vaz

keçə bilən nə bir millət və nə də bir dövlət var. Bütün bunlardan sıyrılaraq

mövcud   olmaq,   bəxtiyar   yaşamaq   qeyri-mümkündür.   Hətta   bütün   bunlar

olmadan   ləyaqətli   bir   vətəndaş   olmaq   da   mümkün   deyil.   Ona   görə   də

milliyyətçiliyə qarşı çıxanlar bilməlidirlər ki, onlar insanın şərəf və ləyaqətinə,

sədaqətinə qarşı çıxarlar. Real həyatda hər bir insan üçün cahan onun Vətəni,

insanlıq   da   onun   millətindən   ibarətdir.   Başqa   deyimlə,   Vətənini   qoruyan

Cahanı qoruyar, millətini sevən də insanlığı sevər. Çox təəssüflər olsun ki,

“Dünya   vətənim,   millətim   insandır”   deyimi   əslində   real   həyatda   özünü

doğrultmayan   populist   şüardan   başqa   bir   şey   olmadı.   Bu   deyim   o   zaman

həqiqət ola bilər ki, bütün insanlıq bunu qəbul etsin. Bu isə qeyri-mümkündür.

Millət sevgisi, millət şüuru olmadan insanlığı sevmək olmaz. Insanı, insanlığı

sevmək   istəyən   millətini   sevməli,   dünyanı   gözəlləşdirmək   istəyən   Vətənini

gözəlləşdirməlidir.

Öz   millətini   sevib   yüksəldən,   Vətənini   gülzara   çevirən,   millətləşmə

mərhələsini   tamamlayan   xalqlar   xöşbəxt   xalqlardır.   Yalnız   öz   vətənini   və

millətini sevən, onu yüksəldən insanlar insanlıq və dünya içində qiymətli və

yararlı varlıqlar sayılır. Bütün mütəfəkkirlər, dahilər, sənətkarlar ilk öncə öz

millətlərinin ruhuna tərcüman olmuş, bunu ləyaqətlə bacardıqları ücün bütün

insanlığa mal  olmuş və klassikləşmişlər. Ona görə də insanın öz vətəni və

millətini sevməsi, onu yüksəltməyə çalışması, bütün insanlıq üçün xeyihxah



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə