Демо Сонэ Плайбажк


I Fəsil Tarixdə və bu gün Türklər



Yüklə 3,28 Mb.
səhifə2/37
tarix08.10.2017
ölçüsü3,28 Mb.
#3663
1   2   3   4   5   6   7   8   9   ...   37

I Fəsil
Tarixdə və bu gün Türklər


    1. Tarixdə və bu gün Türk dövlətləri

Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. Ona görə də tarixlə əfsanə, mif, rəvayət və hekayətlər bir-birinə qarışmış və hətta qədim Yunan dilində işlənən “Historia” (İstoriya) kəliməsi əslində bugünki “Tarix” anlamında deyil, məhz “hekayət” anlamında işlənmişdir.

Insan oğlunun hafizəsində yaşayan bu əfsanə, mif, rəvayət və hekayətlər sonradan “Tarix” adı ilə kitablardan kitablara keçmiş, ayrı-ayrı xalqlara məxsus əfsanə və miflər Yəhudilər, Yunanlar, Farslar və başqaları tərəfindən özəlləşdirilərək ayrı- ayrı xalqların böyük tarixi şəxsiyyətləri belə ad dəyişikliyinə uğradılmış, onlara məxsus məziyyətlər mənimsənilmiş, özününküləşdirilmişdir. Bu baxımdan ən çox itirən biz Türklər olmuşuq.Ulu babalarımızın yaratdıqları qədim maddi və mənəvi mədəniyyətimizi başqaları mənimsəyərək öz adlarına çıxmış, tarixi şəxsiyyətlərimizə aid xüsusiyyətlər özgələrin adina yazılmış, “Tarix yaradan” bir milləti “Tarixi olmayan” bir millət kimi qələmə verməyə çalışırlar.

Tarix yalanları və boşluqları sevməyən bir elmdir. Yalan və boşluqlarla dolu bir tarix tarix deyil, cəfəngiyatdır. Qədim Yəhudilər, Farslar və Yunanlar tarixi pəri məsəlləri ilə dolduraraq əfsanələr, rəvayətlər tarixi yaratmiş və bunu tarixi həqiqət kimi insanlığa sırımışlar. Bütün bunların nəticəsidir ki, ən qədim və qədim dövr tarixi yalanlar sferasında firlanan əfsanələr və miflər bataqlığında itib batmışdır. Ona görə də Türklərin real tarixi, onların yaratdığı müəzzəm maddi və mənəvi, milli və bəşəri mədəniyyət nümunələri öncə Yəhudi, Yunan və xususilə Fars mif və əfsanələrinin içində əriyib özgələşmişdir. Bunu nəzərə alan məşhur tarixçi və filosof Lev Qumilyov belə bir məntiqli fikir irəli sürmüşdür ki: “Mifin məlumatlarını yoxlayıb dədiqləşdirmək mümkün deyil. Bircə onu demek olar ki, mif elmə qarşıdır. Nə vaxt ki mif təntənə ilə qalib gəlir, onda elmin, həm də bütün bəşər mədəniyyətinin əsil tənəzzülü başlayır ” (Lev Qumilyov, Min il Xəzər ətrafında).

Tarixlərini miflər, əfsanələr, rəvayətlər üzərində quran xalqlar yalanı gerçəklik, əfsanələri real tarix kimi qələmə aldıqlarından onlar təkcə özgələrini deyil, özlərini də aldatmış, bununla da özlərini dolaşdıraraq bütün elmdə, mədəniyyətdə və siyasətdə geridə qalaraq son min ildə əsaslı bir dövlət qura bilməmiş, Türklərin kölgəsində yaşayaraq onların arasında öz mövcudluqlarını qoruyub saxlamış, başqalarına güvənərək Türkləri içindən yeyə- yeyə nəhayət XX əsrdə öz dövlətciklərini qurmuşlar.
Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz” – deyən Nizami bununla sanki farsların tarixini mif və əfsanələr üzərində quran “Şahnamə” müəllifi fars şovinisti Firdovsiyə cavab olaraq bildirmişdi ki, əslində Firdovsi xalqını elə bir bataqlığa sürükləmişdir ki, onun bu xurafat bataqlığından çıxması axirətə qalıb.

Dünyada Türkün tarixi qədər böyük tarix, Türklərin tarixi qədər də dolaşdırılmış bir tarix yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir millətin tarixinə belə etinasız və düşməncəsinə yanaşmaq təkcə tarix elminə deyil, o tarixə belə münasibət bildirən tarixçilərin özlərinə də bir ləkədir. Çünkü tarix ictimai bir elm olmaqla yanaşı, həm də dəqiq elmdir. Çünki o, həm təbiəti, həm cəmiyyəti, həm də təbiət və cəmiyyətdə baş verən hadisələri öyrənən və öyrədən bir elmdir. Tarix elmi dəqiq məlumatlara , maddi və mənəvi sübutlara, arxeolojı, etnoqrafik tapıntılara, dil faktlarına əsaslanmalıdır. Burada hər hansı bir saxtakarlıq, qərəzçilik təkcə hər hansı bir xalqa, millətə deyil, bütövlükdə insanlığa olan saxtakarlıq, qərəzçilikdir.

Yəhudilərin, Yunanların, Farsların Türklərə qarşı bu saxtakarlığını, qərəzçiliyini sonraki bir çox xristian təəssubkeşi olan Avropa tarixçiləri də davam etdirmişlər. Bu saxtakar, qərəzçi tarixçilərə sovet dövrü Azərbaycan tarixçilərinin də böyük bir qismi qoşulmuş, Azərbaycan Türklərinin tarixini saxta və yalan məlumatlarla dolduraraq xalqımızın qədim, orta əsr və Sovet dövrü tarixini Sovet ideologiyasına qurban vermişlər. Çox təəssüflər olsun ki, bugünkü yaltaq, özünü “tarixçi” adlandıranlar da öz sələflərinin yolunu davam etdirərək Azərbaycanda son dövrlərdə baş vermiş hadisələri bir şəxsin adına yazaraq həqiqi tarixi saxtalaşdırmaqla məşğuldurlar.

Əsirlərcə tarix elmindən Türkün əleyhinə yaramaz məqsədlər üçün istifadə edən Türk düşmənləri, elmdə heç bir sərişdəsi olmayan bu əbləhlər unudurlar ki, Türklər dünyanın ən sayılan xalqlarından belə fərqli olaraq mədəniyyətin ən yüksək forması sayılan onlarla dövlət və imperatorluqlar yaratmışlar.



Türklər tarixən mövcud olan əksər dövlət sistemlərindən istifadə etmişlər. Tarixə bəlli 25 imperatorluq, 150 dövlət, 10 Muxtar Respublika və 5 Muxtar Vilayət yaradan, tarixin heç bir dövründə dövlətsiz olmayan bir milləti “Tarixi olmayan bir millət” adlandırmaq təkcə düşmənçilik deyil, həm də bütün insanlıq tarixi adına bir ləkədir. Türkləri “ Tarixi olmayan bir millət ” adlandıranlara cavab olaraq Türklərin tarixən yaratdıqları dövlətlərin və imperatorluqların adlı tarixi xronolojı siyahısını çap etməyi gərəkli sayırıq.
Türk İmperatorluqları


  1. Böyük Turan İmperatorluğu (“Tufan”dan əvvəl).

  2. İkinci Böyük Turan İmperatorluğu (“Tufan”dan sonra eradan əvvəl VII əsrə qədər).

  3. Saka (Skif) Böyük Turan İmperatorluğu (eradan əvvəl VIII - V əsrlər).

  4. Midiya İmperatorluğu (eradan əvvəl VIII əsrin sonundan 550-ci ilə qədər)

  5. Asiya Hun İmperatorluğu (eradan əvvəl IV əsrdən eramızın 48-ci ilinə qədər)

  6. Böyük Hun İmperatorluğu (eradan əvvəl 204-cü ildən eramızın 216-cı ilinə qədər)

  7. Avropa (Qərbi) Hun İmperatorluğu (374 – 469 cu illər)

  8. Tabqaç İmperatorluğu (386 – 557-ci illər)

  9. Ağ Hun (Eftalit) İmperatorluğu (420 – 562–ci illər)

  10. Birinci Göy Türk İmperatorluğu (552 – 582–ci illər)

  11. Doğu Göy Türk İmperatorluğu (582 – 630–cu illər)

  12. Batı Göy Türk İmperatorluğu (582 – 630–cu illər)

  13. Avar İmperatorluğu (563 – 803–cü illər)

  14. Xəzər İmperatorluğu (650 – 985–ci illər)

  15. İkinci Göy Türk İmperatorluğu (681 – 744–cü illər)

  16. Uyğur İmperatorluğu (744 – 840–cı illər)

  17. Böyük Səlcuqlu İmperatorluğu (1040 – 1157–ci illər)

  18. Xarəzmşahlar İmperatorluğu (1097 – 1231–ci illər)

  19. Türk – Moğol İmperatorluğu (1206 – 1368–ci illər)

  20. Qızıl Orda İmperatorluğu (1236 – 1502–ci illər)

  21. Osmanlı İmperatorluğu (1299 – 1922–ci illər)

  22. Teymurlu İmperatorluğu (1368 – 1507–ci illər)

  23. Səfəvilər İmperatorluğu (1499 – 1736–cı illər)

  24. Babur (Türk - Hind) İmperatorluğu (1526 – 1858–ci illər)

  25. Əfşarlar İmperatorluğu (1736 – 1763–cü illər)



Türk Dövlətləri.


  1. Şumer şəhər dövlətləri (eradan əvvəl XXVIII – XXIV əsrlər)

  2. Aratta dövləti (eradan əvvəl III minilliyin I yarısı)

  3. Kuti dövləti (eradan əvvəl III minilliyin II yarısı)

  4. Lullu dövləti (eradan əvvəl III minilliyin II yarısından II minilliyin başlanğıcına qədər)

  5. Elam dövləti (eradan əvvəl 2240 – 2270–ci illər)

  6. Manna Dövləti (eradan əvvəl I minilliyin əvvəllərindən VI əsrin əvvəllərinə qədər)

  7. Adərbayqan dövləti (eradan əvvəl 323–cü ildən eramızın II əsrinə qədər)

  8. Alban dövləti (eradan əvvəl I minilliyin əvvəllərindən eramızın VII əsrinə qədər)

  9. Quzey Hun dövləti (48 – 156–cı illər)

  10. Güney Hun dövləti (48 – 216–cı illər)

  11. Birinci Çxao Hun dövləti (304 – 329–cu illər)

  12. İkinci Çxao Hun dövləti (328 – 352–ci illər)

  13. Quzey Lianq Hun dövləti (401 – 439–cu illər)

  14. Hsia Hun dövləti (407 – 431–ci illər)

  15. Lou – Lan Hun dövləti (442 – 460–cı illər)

  16. Sabar dövləti (V – VII əsrlər)

  17. Onoqur dövləti (V – VI əsrlər)

  18. Tuqurkur dövləti (V – VI əsrlər)

  19. Uturqur dövləti (V – VI əsrlər)

  20. Doğu Tabqaç dövləti (534 – 557–ci illər)

  21. Batı Tabqaç dövləti (534 – 557–ci illər)

  22. Türkeş dövləti (717 – 766–cı illər)

  23. Qarluk dövləti (766 – 1215–ci illər)

  24. Qırğız dövləti (840 – 1207–ci illər)

  25. Qaraxanlılar dövləti (840 – 1042–ci illər)

  26. Şirvanşahlar dövləti (861 – 1086, 1120 – 1501–ci illər)

  27. Tulunoğulları (Misir) dövləti (868 – 905–ci illər)

  28. Sacilər dövləti (889 – 942–ci illər)

  29. Leonq Şato Türk dövləti (907 – 923–cü illər)

  30. Turfan Uyğur dövləti (911 – 1368-ci illər)

  31. Tanq Şato Türk dövləti (923 – 936-cı illər)

  32. Tsin Şato Türk dövləti (934 – 946-cı illər)

  33. Oğuz Yabqu dövləti (X əsrin əvvəlindən 1000–ci ilə qədər)

  34. İxşidilər dövləti (935 – 969–cu illər)

  35. Salarilər dövləti (942 – 981-ci illər)

  36. Qəznəlilər dövləti (969 – 1187-ci illər)

  37. Şəddadilər dövləti (971 – 1075-ci illər)

  38. Rəvvadilər dövləti (983 – 1060, 1107 – 1117-ci illər)

  39. Doğu Qaraxanlı dövləti (1042 – 1211–ci illər)

  40. Batı Qaraxanlı dövləti (1042 – 1212-ci illər)

  41. Anadolu Səlcuqlu dövləti (1092 – 1307-ci illər)

  42. Suriya Səlcuqlu dövləti (1092 – 1117-ci illər)

  43. Kirman Səlcuqlu dövləti (1092 – 1187-ci illər)

  44. İrak Səlcuqlu dövləti (1157 – 1194–cü illər)

  45. Əyyubilər dövləti (1171 – 1348-ci illər)

  46. Hindistan Türk dövləti (1206 – 1413–cü illər)

  47. Misir Məmlük Türk dövləti (1250 – 1383–cü illər)

  48. Elxanilər (Hülakülər) dövləti (1256 – 1358-ci illər)

  49. Cəlairlər dövləti (1259 – 1410-cu illər)

  50. Bessarabiya (Qaqauz) Türk dövləti (1330 - ?)

  51. Qaraqoyunlu dövləti (1365 – 1469-cu illər)

  52. Ağqoyunlu dövləti (1469 – 1508-ci illər)

  53. Qacarlar dövləti (1747 – 1925-ci illər)


Atabəyliklər.


  1. Şam (Suriya) Atabəyliyi (1117 – 1154–cü illər)

  2. Mosul – Hələb Atabəyliyi (1127 – 1259-cu illər)

  3. Azərbaycan Atabəyliyi (Eldənizlər) – (1146 – 1225-ci illər)

  4. Fars (Salqurlular) Sunqur Atabəyliyi (1147 – 1284-cü illər)


Xanlıqlar.


  1. Böyük Bulqar Xanlığı (630 – 665-ci illər)

  2. Volqa Bulqar Xanlığı (665 – 1391-ci illər)

  3. Dunay Bulqar Xanlığı (681 – 864-cü illər)

  4. Peçeneq Xanlığı (860 – 1091-ci illər)

  5. Uz Xanlığı (860 – 1068-ci illər)

  6. Kuman Qıpçaq Xanlığı (IX – XIII əsrlər)

  7. Kan – Çon Uyğur Xanlığı (905 – 1226-cı illər)

  8. Özbək Xanlığı (1428 – 1599-cu illər)

  9. Qazan Xanlığı (1437 – 1552-ci illər)

  10. Kırım Xanlığı (1440 – 1812-ci illər)

  11. Qasım Xanlığı (1445 – 1550-ci illər)

  12. Həştərxan Xanlığı (1466 – 1554-cü illər)

  13. Kaşqar Xanlığı (1472 – 1877-ci illər)

  14. Noqay Xanlığı (1502 – 1765-ci illər)

  15. Xivə Xanlığı (1511 – 1620-ci illər)

  16. Sibir Xanlığı (1556 – 1600-cü illər)

  17. Buxara Xanlığı (1599 – 1785-ci illər)

  18. Xokand Xanlığı (1710 – 1876-ci illər)

  19. Təbriz Xanlığı (1747 – 1781-ci illər)

  20. Urmiya Xanlığı (1747 – 1763-cü illər)

  21. Xoy Xanlığı (1747 – 1791-ci illər)

  22. Maku Xanlığı (1747 – 1924-cü illər)

  23. Marağa Xanlığı (1747 – 1785-ci illər)

  24. Qaradağ Xanlığı (1747 – 1805-ci illər)

  25. Sərab Xanlığı (1747 – 1751-ci illər)

  26. Ərdəbil Xanlığı (1747 – 1791-ci illər)

  27. Şəki Xanlığı (1747 – 1807-ci illər)

  28. Qarabağ Xanlığı (1747 – 1805-ci illər)

  29. Quba Xanlığı (1747 – 1813-cü illər)

  30. Şirvan Xanlığı (1747 – 1805-ci illər)

  31. İrəvan Xanlığı (1747 – 1828-ci illər)

  32. Gəncə Xanlığı (1747 – 1804-cü illər)

  33. Bakı Xanlığı (1747 – 1806-cı illər)

  34. Talış Xanlığı (1747 – 1813-cü illər)

  35. Lənkəran Xanlığı (1740 – 1828-ci illər)

  36. Naxçıvan Xanlığı (1747 – 1820-ci illər)

  37. Türkmənistan Xanlığı (1860 – 1885-ci illər)



Bəyliklər


  1. Uyğur Bəyliyi (VIII əsr)

  2. İzmirlilər Bəyliyi (IX əsr)

  3. İzmir Bəyliyi (1081 – 1097-ci illər)

  4. Efes Bəyliyi (1081 – 1090-cı illər)

  5. Dilmaçoğulları Bəyliyi (1085 – 1192-ci illər)

  6. Danişməndli Bəyliyi (1092 – 1178-ci illər)

  7. Saltuklu Bəyliyi (1101 – 1409-cu illər)

  8. Artuklu Bəyliyi (1101 – 1409-cu illər)

  9. Əhlət Bəyliyi (1100 – 1207-ci illər)

  10. İnallı Bəyliyi (1103 – 1183-cü illər)

  11. Sökmənlilər Bəyliyi (1110 – 1207-ci illər)

  12. Məngücüklü Bəyliyi (1118 – 1250-ci illər)

  13. Ərbil Bəyliyi (1146 – 1232-ci illər)

  14. Bərçəm Bəyliyi (XII əsr)

  15. Yaruklular Bəyliyi (XII əsr)

  16. Çobanoğulları Bəyliyi (1227 – 1309-cu illər)

  17. Qarluk Bəyliyi (XIII əsr)

  18. Qaramanoğulları Bəyliyi (1256 – 1483-cü illər)

  19. İnancoğulları Bəyliyi (1261 – 1368-ci illər)

  20. Sahib Ataoğulları Bəyliyi (1277 – 1322-ci illər)

  21. Pərvanəoğulları Bəyliyi (1277 – 1322-ci illər)

  22. Məntəşəoğulları Bəyliyi (1280 – 1424-cü illər)

  23. Çandaroğulları (İsfəndiyaroğulları) Bəyliyi (1292 – 1462-ci illər)

  24. Alaiyə Bəyliyi (1293 – 1463-cü illər)

  25. Qarasioğulları Bəyliyi (1297 – 1360-cı illər)

  26. Çermiyanoğalları Bəyliyi (1300 – 1429-cu illər)

  27. Əşrəfoğulları Bəyliyi (1300 – 1326-cı illər)

  28. Hamitoğulları Bəyliyi (1301 – 1423-cü illər)

  29. Sarıxanoğulları Bəyliyi (1302 – 1410-cu illər)

  30. Aydınoğulları Bəyliyi (1308 – 1426-cı illər)

  31. Təkə Bəyliyi (1321 – 1390-cı illər)

  32. Ərtanaoğulları Bəyliyi (1335 – 1381-ci illər)

  33. Dulqədiroğulları Bəyliyi (1339 – 1521-ci illər)

  34. Tacəddinoğulları Bəyliyi (1348 – 1423-cü illər)

  35. Ramazanoğulları Bəyliyi (1352 – 1608-ci illər)

  36. Dobruca Türk Bəyliyi (1354 – 1417-ci illər)

  37. Qazi Bürhanəddin Əhməd Bəyliyi (1381 – 1398-ci illər)



Türk Cumhuriyyətləri, Muxtar Respublikaları və Muxtar Vilayətləri


  1. Batı Trakya Türk Cumhuriyyəti (1913, 1915 – 1917, 1920 – 1923-cü illər)

  2. Kiçik Başqırdıstan Cumhuriyyəti (1917 – 1919-cu illər)

  3. Başqırdıstan Sovet Cumhuriyyəti (1919 – 1920-ci illər)

  4. Azərbaycan Xalq Cumhuriyyəti (1918 – 1920-ci illər)

  5. Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə Rusiya Federasiyası tərkibində)

  6. Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə Rusiya Federasiyası tərkibində)

  7. Azərbaycan Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə SSRİ tərkibində)

  8. Qazaxistan Sovet Sosialist Respublikası (1920 – 1991-ci illərdə SSRİ tərkibində)

  9. Qırğızıstan Sovet Sosialist Respublikası (1920 – 1991–ci illərdə SSRİ tərkibində)

  10. Özbəkistan Sovet Sosialist Respublikası (1920 – 1991–ci illərdə SSRİ tərkibində)

  11. Türkmənistan Sovet Sosialist Respublikası (1920 – 1991–ci illərdə SSRİ tərkibində)

  12. Türkiyə Respublikası (1923 - ...)

  13. Xatay Cumhuriyyəti (1938 – 1939 – cu illər)

  14. Quzey Kipr Türk Respublikası (1974 - ...)

  15. Basqırdıstan Muxtar Respublikası (1991 – Rusiya Federasiyası terkibində)

  16. Çuvaş Muxtar Respublikası (1991 - Rusiya Federasiyası tərkibində)

  17. (Kabardin–Balkar Muxtar Respublikası (1991 - Rusiya Federasiyası tərkibində)

  18. Kırım Muxtar Respublikası (1991 – Ukrayna Respublikası tərkibində)

  19. Naxçıvan Muxtar Respublikası (Azərbaycan Respublikası tərkibində)

  20. Saka (Yakut) Muxtar Respublikası (1991 - Rusiya Federasiyası tərkibində)

  21. Tatarıstan Muxtar Respublikası (1991 - Rusiya Federasiyası tərkibində)

  22. Tuva Muxtar Respublikası (1991 - Rusiya Federasiyası tərkibində)

  23. Xakas Muxtar Vilayəti (1920 - Rusiya Federasiyası tərkibində)

  24. Dağlıq Altay Muxtar Vilayəti (1920 - Rusiya Federasiyası tərkibində)

  25. Qaraçay – Çərkəz Muxtar Vilayəti (1920 - Rusiya Federasiyası tərkibində)

  26. (Sincan) – Uyğur Muxtar Vilayəti (1955 – Çin Xalq Respublikası tərkibində)

  27. Qaqauz Muxtar Yeri (1993 – Moldoviya Respublikası tərkibində)

  28. Azərbaycan Respublikası (1991 - ...)

  29. Qırğızıstan Respublikası (1991 - ...)

  30. Qazaxistan Respublikası (1991 - ...)

  31. Özbəkistan Respublikası (1991 - ...)

  32. Türkmənistan Respublikası (1991 - ...)




    1. Turan Türkləri

Ay Türk adını elan üçün bir səmavi aynadır,



Türkün tarixi həm Yerdə, həm də Göylərdədir”.

(Hüseyn Cavid)
Türk tarixini şərti olaraq üç böyük dövrə bölmək olar. Birinci dövr ən qədim dövrlərdən başlayaraq “Tufan”a qədərki dövrü (“Nuh tufanı”na qədərki dövrü), ikinci dövr “Tufan”dan sonra bizim eraya qədərki dövrü (Nuhdan İsa Məsihə qədərki dövrü), üçüncü dövr isə bizim eranın başlanğıcından günümüzə qədərki dövrü (İsa Məsihdən günümüzə qədərki dövrü) əhatə edir.

Dünya tarixşünaslığı səhv olaraq Türk tarixini eradan əvvəl IV əsrdə böyük imperatorluq qurmuş Hun Türklərinə bağlayırlar. Bəzi tədqiqatçılar bir az da irəli gedərək İskitləri də Türk hesab etmiş və Türk tarixini eradan əvvəl VIII əsrə, bəziləri Şumerləri də Türk hesab edərək eradan əvvəl IV-II minilliklərə, bəziləri Kür-Araz çayları və Urmiya gölü ətrafında eradan əvvəl III minillikdə yaranan Aratta dövlətinə, bəziləri də Çayhun və Sayhun (Amu-Dərya-Sır-Dərya) çayları ətrafında eradan əvvəl X-VI minilliklərdə yaranan Turan dövlətinə bağlamışlar.

Dünyanın məşhur mədəniyyət və din tarixçiləri, arxeoloqları, etnoqrafları, dilçiləri, geoloqları və digər tədqiqatçıları min illər boyu zaman-zaman bəşəriyyətin yaddaşından silinən iki qitəni-Mu və Atlanta qitələrini tarixin ən qədim sivilizasiya mərkəzləri hesab edirlər. Belə tədqiqatçılardan biri də ingilis alimi Ceyms Çörçvoddur. Ceyms Çörçvord insanlıq tarixini tədqiq edib üzə çıxaran nadir tədqiqatçılardandır. O, insanlığın ana yurdu adlandırdığı “Mu mədəniyyəti”ni tədqiq və nəşr etməklə insanlıq tarixinə əvəzsiz bir xəzinə bəxş etmişdir. Sakit okeanda batmış “Mu qitəsi”ni aşkar etməklə Ceyms Çörçvord böyük bir bəşəri mədəniyyətin üzə çıxmasına nail olmuşdur. (Bax: Churchward James, Kayıp Kıta Mu, Çevirən Rengin Ekiz, İzmir 2007; Churchward James, Batık Kıta Munun Çoçukları, Çevirən Ercan Arısoy, İzmir 2008; Churchward James, Munun Kutsal Sembolleri, İzmir 2006 və s.).

XIX əsrin sonu XX əsrin 30-cu illərində əlli il (1886-1936) yer kürəsinin bütün qitələrini gəzmiş, ayrı-ayrı ölkələrdə tədqiqat aparan arxeoloqlar, geoloqlar, antropoloqlar, etnoloqlar, hidroloqlar və tarixçilərlə əlaqə yaratmış, Hindistan, Birma, Tibet, Amerika, Avropa və s. ölkələrdəki monastırlarda çalışan rahiblərlə görüşmüş, çox zəngin litoqrafik, hiyeqrofik, rəmzi və həndəsi yazıları toplamış, ayrı-ayrı ölkələrdə rast gəldiyi xarabalıqların, ən qədim abidələrin, piramidaların, möhtəşəm sarayların qalıqlarının şəklini çəkmiş, müxtəlif monastr və kilsələrdə saxlanılan gizli lövhələrdəki rəmzi yazıların şifrələrini açmış, insanlığın ilk çağlarından başlayaraq ayrı-ayrı qitələrdə yurd salan insanların tarixini, onların yaratdığı maddi və mənəvi mədəniyyəti tədqiq etmiş məşhur ingilis alimi Ceyms Çörçvord “Tufan”a qədərki dünya sivilizasiyasının sirlərini elm aləminə açmışdır.

Ceyms Çörçvorda görə 70 min il öncə Mu qitəsindən dörd müxtəlif yolla Asiya, Avropa, Afrika və Amerika qitələrinə yayılanlar bu qitələrə özlərinin yüksək mədəniyyətlərini də aparmışlar. Alimin fikrincə birinci yol “Maya” adı ilə Mu qitəsindən çıxaraq Asiyasnın şərq bölgələrinə yayılanlar “Uyğur” (Oxu: Türk-A.M.) adı ilə tanınmışlar. İkinci yolla yayılanlar gəmilərlə “Maya” adı ilə Hind-Çinə gəlmiş, burada “Nağa-Maya” adı ilə tanınmışlar. Üçüncü yolla çıxan Mu qitəsinin insanları gəmilərlə Afrikanın şərqinə gələrək Efiopiyada “Maya” adı ilə yurd salmışlar. Dördüncü yolla gəmilərlə çıxanlar isə Amerika qitəsində qədim Mayya mədəniyyətini yaratmışlar. Bu qədim Mu qitəsində tarixin ilk imperatorluğu olan Günəş İmperatorluğu yaradılmışdı.

Bu Günəş İmperiyası bütün dünyaya hakim olmuş, qanunları bütün xalqları idarə etmişdi. Günəş İmperiyasının müstəmləkələri olan Quzey, Orta və Güney Amerika, Qərbi Avropa, Misir, Babilistan, Anadolu, Birma, Hindistan və qədim Uyğurustan (Oxu: Türküstan-A.M.) mədəniyyətləri də məhz Mu mədəniyyəti əsasında formalaşmışdır. Mu xalqı gəmilərlə Sakit Okeanın doğusundan batısına, güneyindən quzeyinə yol açmış, qitənin sənətkarları, memarları, arxitektorları, mühəndisləri həm öz ölkələrində, həm də müstəmləkələrində daşdan məbədlər, saraylar tikmiş, şəhərlər salmış, mərmər daşlar döşənmiş yollar çəkmişdilər.

Mu xalqı tikilmiş məbədləri, sarayları qabartmalarla bəzəmiş, məbəd və saray divarlarında özləri haqqında bilgilər həkk etdirmişdilər. Tədqiqatçıya görə Mu qitəsində yeddi böyük, xeyli miqdarda kiçik şəhər, qəsəbə və kəndlər olmuşdu ki, bu yaşayış yerlərinin əksəriyyəti çayların dənizə və okeana tökülən vadilərində salınmışdı ki, digər ölkələrlə gəmi ticarəti və alış-veriş üçün əlverişli olsun. Ümumiyyətlə, Mu xalqı gəmiçilikdə mahir usta olmuşdular. Alim Ceyms Tibet monastırlarından birində rastlaşdığı lövhələrdə dünyanın müxtəlif bölgələrini özündə əks etdirən bir qədim xəritədə Güney Amerikaya, hətta Aralıq dənizi yolu ilə Anadoluya belə rast gəldiyini qeyd edərək göstərir ki, bu xəritəyə görə deyə bilərik ki, 25 min il öncə Mu sakinləri müstəmləkələri olan Güney Amerikaya və Aralıq dənizi yolu ilə Anadoluya belə gəmilərlə gedirlərmiş. Bu onu göstərir ki, Günəş İmperiyası yox olmadan öncə Mayyalılar Güney Amerikada və dünyanın müxtəlif yerlərində böyük bir mədəniyyət yaratmışdılar. Alimə görə Amerika qitəsinin ortasında yerləşən, sərhədləri Meksikanın bir hissəsini, eləcə də Belize, Qvatemala, Honduras və Salvadora qədər böyük bir ərazini əhatə edən Maya İmperiyasının tarixini iki dövrə-qədim və yeni dövrə bölmək olar ki, Mayyaların ən qədim dövrü də məhz Mu qitəsi və Günəş İmperiyası ilə bağlıdır. Ceyms Çörçvord məşhur arxeoloq V. Nivenin Meksikada topladığı 2600-ə qədər gil lövhəni incələyərək belə qərara gəlmişdi ki, bu lövhələrin ən azı 12 min ildən artıq yaşı var.

Mu xalqı qədim dünya mədəniyyətinin, maarifinin, elminin, təhsilinin və ticarətinin də inkişafında əvəzsiz rol oynamışlar. Onların sayəsində onların davamçıları olmuş Uyğur Türkləri Hind-Çində, Türküstanda, Mesopatomiyada, Azərbaycanda qədim Mayalılar isə Orta Amerikada tarixdə görünməmiş bir “Elm İmperatorluğu” qurmağa nail olmuşdular. Onlar xüsusilə, riyaziyyat, astronomiya, həndəsə, fizika, kimya və memarlıq sahəsində çox inkişaf etmiş, heyrətamiz irəliləyişlər əldə etmişdilər. Tədqiqatçıların fikrincə “Mayyalıların öz zamanlarında yaratdıqları rəsədxanalar XVIII əsrdəki Paris qülləsindən daha mükəmməl idi”.

Amerika Mayyalıları da Misirlilər kimi Günəş İmperatorluğundan əxz etdikləri elm sayəsində sonsuzluq haqqında fikirlər yürütmüş, piramidaların yaradıcısı olmuş, astronomik tablolar və riyazi bilgilərlə günün saatlarını və ilin fəsillərini ölçüb-biçmişlər. Onlar dünya riyaziyyat tarixində “sıfırı” kəşf edən, dünya tibb elmində ilk beyin əməliyyatı aparan xalq olmuşlar. Mayyalıların mükəmməl Günəş və Ay təqvimləri, Veneranın vəziyyətini göstərən dəqiq cədvəlləri olmuşdur. Tədqiqatçıların fikrincə Mayyalıların müasir tibbin çox yaxın zamanlarda kəşf etdiyi “bakteriya” haqqında bilgiləri olmuşdu. Mayyalılar kimya, biologiya və əczaçılıq elmləri sahəsində də çox böyük uğurlar əldə etmişdilər. Ümumiyyətlə, Mayyalılar elmin müxtəlif sahələrində mədəniyyətin ən yüksək zirvəsinə yüksəlmiş, xüsusilə tibb və memarlıq sahəsində çox böyük uğurlar əldə etmişdilər. Mayyalıların ən əzəmətli binaları Yükatanın ən böyük şəhəri olan Uxmaldadır. Arxeoloqlar Yükatanda üst-üstə inşa edilən qədim 7 mərtəbəli binalara rast gəlmişlər.

Qədim Maya İmperatorluğu dövründə Mayalılar güclü mərkəzə sahib deyildilər. İmperiya siyasi baxımdan ortaq din, mədəniyyət və yazıya malik ayrı-ayrı ölkə və şəhər federasiyasından ibarət idi. Hər ölkə və şəhər öz hökuməti tərəfindən idarə olunmuş, siyasətini özü tənzimləmiş, hər ölkə və şəhər öz yaşayışını özü həll etmiş və hər ölkə və şəhərin sənətkarlıq baxımından öz memarlıq üslubu olmuşdu. Bütün bunlarla yanaşı hər ölkə və şəhər İmperiyanın bir hissəsi idi və bir təhlükə baş verdikdə bu federasiya subyektləri mərkəzə tam bağlanır və İmperatorluğun iradəsinə tabe olurdu. Qədim Mayalıların ən yüksək dini və siyasi gücü hökmdarda toplanmışdı. Maya hökmdarı da Misir fironları kimi dini və hərbi hakimiyyətə malik idi. Maya xalqı dini baxımdan öz hökmdarlarına böyük hörmət bəsləyirdi. Hökmdardan aşağıda əsillilər sinfi, onlardan aşağıda elm adamları və zadəganlar zümrəsi, daha sonra isə ən böyük zümrə olan sənətkarlar zümrəsi gəlirdi. Qədim Mayyada köləlik olmamışdır. Maya İmperiyasının paytaxtı Hiranipura şəhəri (Tədqiqatçıların fikrincə Hiranipura “Okeanda yaşayanların yurdu” deməkdir-A.M.), əhalisi təqribən 30 milyon nəfər olmuşdu.

Ümumiyyətlə, Mayya mədəniyyəti və onların Türk tarixi ilə əlaqəsi haqqında XX əsrin 20-30-cu illərində elmi araşdırmalar aparılsa da bu araşdırmalar uzun zaman üzə çıxarılmamışdır. Bu baxımdan Türk alimi Sinan Meydanın, Tatar alimləri Karamullin və Aribcanovun araşdırmalarını bu pərdənin üstünü açan ilk təşəbbüslərdən saymaq olar. (Bax: Sinan Meydan, Atatürk və Kayıp kıta Mu, Truva 2005; Vaprosı tyurkskoqo yazıkoznaniya, Kazan 1976, səh. 129-143; M. Qordiyeva, İx toçka zreniya, Moskva 1976, səh. 79-80).

Maya İmperatorluğunda yazıdan da istifadə edilmişdir. Tədqiqatçıların fikrincə bu yazıların bəziləri Maya memarlığında simvolik rəsm ilə, bəziləri də Uyğur-Maya hiyeqrafik yazı ilə yazılmışdır. Maya yazılarının ən önəmlisi Mayalıların müqəddəs kitabı olan “Popol Vuh” əsəridir. Tədqiqatçılar göstərirlər ki, dünyanın bütün dillərində qədim Maya sözləri vardır. Onların fikrincə Yaponiyada işlədilən dilin yarısı, Meksika yerli dilinin yarıdan çoxu Qara-Maya dilidir. Hindistanda yaşanan dilin də kökündə Nağa-Maya dili dayanır. Misir dili də bu qəbildəndir. Qədim Misirdəki xalqlar Hindistandan gələn Mayalılar və təxminən 16 min il öncə Atlantidadan gələn xalqlardan ibarət olmuşdur. Qədim Misirlilər Günəş İmperiyasının müstəmləkəsi olmuş, Günəş İmperiyası fəlakətə uğrayıb Sakit Okeana qərq olduqdan sonra Misir müstəqil İmperiya olmuşdur.

Mu qitəsindən gəmilərlə, “Maya” adı ilə Hind-Çinə gəlmiş, burada Nağa-Maya adı ilə böyük bir imperatorluq quraraq yüksək mədəniyyət yaratmış Uyğurlar isə İmperiya dağıldıqdan sonra onların bir qismi gəmilərlə Hindistandan qədim Kəngər körfəzinin (indiki Bəsrə və ya Fars körfəzinin) şimalında, Fərat çayının sahillərində yerləşərək “Akkad”, daha sonra isə bütün ətrafı tutaraq “Şumer” adını almışlar. Bəzi tədqiqatçılar Akkadları sami xalqlardan hesab etsələr də Ceyms Çörçvord Akkadlarla Şumerləri eyni xalq hesab edir və göstərir ki: “Akkad” sözü Nağa-Maya dilində “yumuşaq yer, bataqlıq”, “Şumer” sözü isə “düz ərazi” deməkdir. (Bax: Ceyms Çörçvord, göstərilən əsərləri). Alimin fikrincə qədim Yunanlıların yazılarında da Qara Maya dilinə aid xeyli söz var. Əsl Yunanlar Ceymsin fikrincə-Atlantida yolu ilə Orta Amerikadan gəlmiş, Anadolu, Balkan yarmadalarında və Egey adalarında yurd salmışlar.

“Mu qitəsi”ndə yaradılmış Günəş İmperiyası haqqında fundamental əsərlər yazan Ceyms Çörçvorda görə Mu qitəsinin Günəş İmperatorluğunda qohum dillər olan Uyğur və Maya dillərindən istifadə edilmişdir. Ceyms yazır: “Günəş İmperiyasının dili Mayalıların dilidir. Qədim Mayalıların dili isə Uyğur (Oxu: Türk-A.M.) dili ilə demək olar ki, eynidir” (Ceyms Çörçvord, göstərilən əsərləri).

Tədqiqatçılara görə Mu mədəniyyətinin ən böyük övladı Atlantida qitəsi olmuşdur. Bu qitə quzey Atlantik okeanında qərbdə Şimali və Orta Amerika, şərqdə Avropa və şimali qərbi Afrikaya yaxın böyük bir ərazini əhatə etmişdi. Atlantida qitəsi də Mu qitəsi kimi qədim mədəniyyət mərkəzlərindən biri kimi dünyanın mühüm bir hissəsini fəth edərək böyük bir İmperatorluğa çevrilmişdi. Bu İmperatorluq haqqında Misir papirus yazılarında məlumatlar verilmiş və göstərilmişdi ki, Atlantida hökmdarları 13 min 900 il hökm sürmüşlər. Mütəxəssislərin fikrincə, Mu ilə Atlantida sivilizasiyaları arasında geniş əlaqə olmuşdur. Onlar özlərindən öncəki böyük “Kosmik sivilizasiya”nın mərkəzi ilə əlaqədə olduqları üçün bir-biri ilə bağlı yaranmış, çökmələri də bir-biri ilə bağlı olmuşdur. Mu qitəsi müəzzəm şəhərləri, sarayları, 64 milyon əhalisi ilə eradan 25 min il öncə zəlzələ nəticəsində Sakit Okeana, Atlantida qitəsi isə eradan 11 min 500 il öncə Atlantik Okeanına batmışlar. Tədqiqatçıların fikrincə, bütün insanlığın mədəniyyət adına qazandığı hər şeyin təməli bu iki mərkəzdən yayılmış və uzun müddət buralardan idarə olunmuşdur.

Mu qitəsində yaranan Günəş İmperatorluğu Mu qitəsi ilə bərabər Sakit Okeana qərq olduqdan sonra dünyaya yalnız onun müstəmləkələri qalmışdır. Bu müstəmləkələrin ən başlıcaları Böyük Uyğur İmperatorluğu (oxu: Böyük Turan İmperatorluğu-A.M.), Misir, Babilistan, Hindistan, Birma, Anadolu və Amerikadakı dövlətləri olmuşdur. Mu qitəsi Sakit Okeana qərq olduqdan sonra Böyük Günəş İmperatorluğu da yox olmuş, sonradan Günəş İmperiyasının bütün müstəmləkələri öz müstəqil dövlətlərini yaratmışdılar. Günəş İmperiyası yox olduqdan sonra dünya bir xaos vəziyyətinə dönüşmüş, sonradan yeni-yeni mədəniyyətlərin təməli qoyulmuş, dünya tarixinin yeni bir dövrü başlamışdı.

Yetmiş min il öncə mövcud olmuş Günəş İmperiyasının ən böyük, ən önəmli və ən güclü davamçısı Turan İmperatorluğu olmuşdur. Mu qitəsinə ən yaxın olan Böyük Turan İmperiyası Günəş İmperiyasının süqutundan sonra dünyanın keçmiş mədəniyyətlərinin bütün özəlliklərini özündə daşımışdır. Böyük Turan İmperiyasının doğu sərhəddi Sakit Okeana, batı sınırı Qara dənizə, quzey sınırı Şimal Buzlu Okeana qədər uzanmış, güneydə Çin, Birma, Hindistan, Persiya, Xəzər dənizi ətrafları, Azərbaycan, Ön Asiya və Anadolunu öz içinə almış, Avropanın böyük bir hissəsi də bu İmperiyaya daxil olmuşdu.

Yaşadığı dövrün (1886-1936) siyasi tələblərinə əməl edərək qədim Turan İmperatorluğunu “Böyük Uyğur İmperatorluğu” kimi tanıtmağa məcbur olan ingilis alimi Ceyms Çörçvord Tibet monastrındakı yazılara dayanaraq göstərir ki: “Uyğur rahibləri 70 min il öncə Ana vətənin (Mu qitəsi nəzərdə tutulur-A.M.) müqəddəs mətnlərinin surətini Uyğur (oxu: Turan) paytaxtı Xora Xotaya gətirmişdilər. Bu əfsanəvi tarix Uyğurların (Oxu: Türklərin) Asiyada ilk yerləşmələrindən, bugünkü Sarı dəniz sahillərində yurd saldıqlarından xəbər verir. Onlar buradan da hərəkət edərək Asiyanın içərilərinə doğru yayılmış, bundan sonra bütün Orta Asiyadan Xəzər dənizinədək ərazilərdə yurd salmışdılar ki, bu yurd İmperatorluq dövründə Orta Avropadan Atlantik Okeanına qədər böyük bir ərazini əhatə edirdi” (Bax: Ceyms Çörçvord, Batık Kıta Munun Çoçukları, Çevirən Ercan Arısoy, İzmir 2008).

İlk əvvəllər Günəş İmperiyasının müstəmləkəsi olan Turan dövlətinin din xadimləri olan rahiblər getdikləri hər bir ölkədə dini elmləri öyrətmək üçün məktəblər açmış, xalqı maarifləndirmişdilər. Günəş İmperatorluğunun müstəmləkələrində bu məktəblərdə öyrədilən dini elmlər sonradan “Müqəddəs sirlər” adı altında toplanmış, gil lövhələrə həkk olunmuşdu. Bu “Müqəddəs sirlər” insana öncə sonsuz, hər şeyə qadir uca bir Varlığın olduğunu, inasının bu qadir Varlıq tərəfindən yaradıldığını və bu Varlığın insanın Səma Atası (Göy Tanrı) olduğunu, bu Yaradıcı Varlığın insan yaradıldığı zaman onun bədəninə əsla ölməyən, əbədi var olan bir Ruh yerləşdirdiyini, bədənin maddi olduğundan torpağa dönməsini, bütün insanlar Tanrı tərəfindən yaradıldığından onların bir-birinə qardaş olduğunu, insanın necə yaşamasını, onun həyatdakı vəzifəsini, özünü əbədiyyətə necə hazırlamasını öyrədir. Bu dinə görə “Ruh xeyri, maddi isə şəri yaradır”. “Müqəddəs sirlər”də göstərilir ki: “İlahi sevgi olan yerdə şərə yer yoxdur”.

İnsanın və Dünyanın yaranması ilə bağlı qədim gil kitabələrdə göstərilir ki: “Zəka (Tanrı nəzərdə tutulur-A.M.) dünyadakı hər şeyin yaradıcısı İnsanı yaratdı və onun bədəninə diri və əbədiyaşar bir Ruh yerləşdirdi. Və İnsanın idrak qüvvəti Yaradanın bənzərliyində oldu”. Qədim Maya və Turan mənbələrinə əsaslanan Ceyms Çörçvord göstərir ki, doğrudur, İnsan məməlilər sinfinə aiddir, ancaq onun bədəni Ruh ilə birləşdirildiyi üçün O, bütün başqa canlılardan fərqli və seçilən bir məxluqdur və O, yer üzünə hakim olmaq üçün göndərilmişdir. Bu yüksək məziyyət İnsandan başqa heç bir canlı varlığa bəxş edilməmişdir. Bu da İnsanın İlahi bir gücə sahib olduğunun dəlilidir. Bu mənada İnsanın belə bir gücə sahib olmayan başqa bir heyvandan-Darvinə görə meymundan əmələ gəlməsi və ya ondan çevrilmiş olması mümkün deyildir. Bu qədim Uyğur və Maya abidələrinə əsaslanan Ceyms belə bir qənaətə gəlmişdir ki, İnsana bu güclə birlikdə ondan necə yararlanmaq bacarığı və Tanrının bir parçası olaraq bu Sonsuz Varlığa yaxınlaşmaq və ya orta əsr sufilərinin də dediyi kimi “Tanrıya qovuşmaq qüdrəti” verilmişdir. Bu alimlər bu baxımdan İnsanı Tanrının “övladı” saymışlar.

Müqəddəs mətnlərdə Yaradan haqqında deyilir ki: “İnsan üçün Yaradan tam qavrana biləcək deyildir. Yaradan rəsm edilə bilməz, Ona ad verilməz. O, adsız olandır”. Günəş İmperiyasında Yaradanın adını tələffüz etmək günah sayıldığı üçün insanlar Günəşi tək Tanrının atributu, təmsilçisi saymışlar. Günəş İmperiyasının dini mədəniyyətində insanlara heç vaxt Tanrıdan qorxmaq öyrədilməyib, əksinə onlara Tanrıya sevgi və güvən öyrədilmişdi. Bu təfəkkür Türklərdə İslamı qəbul edənədək davam etmiş və Türklərdə belə bir ata sözü yaranmışdı ki: “Türklər öncə Tanrını sevərlərdi, İslamı qəbul etdikdən sonra bu sevgiyə qorxu da əlavə olundu”.

Bu qədim kitabələrdə həmçinin göstərilir ki, İnsan erkək və dişi olaraq yaradılmışdır. Onlar ilkin olaraq bitişik şəkildə yaradılmış, bu bitişik insanın iki başı, dörd ayağı, dörd qolu, dörd əli, dörd gözü, dörd qulağı, iki burnu olmuşdur. Bədənləri yuvarlaq olmuşdur. Bunu təsdiq edən Böyük Turan İmperiyasının paytaxtı Xora-Xota şəhərindən qazıntı nəticəsində arxeoloqlar tərəfindən tapılan və 20 min il bundan öncəyə aid ikibaşlı yuvarlaq insan rəsmidir. Bu rəsm insanın ikili prinsiplə yaradıldığını yaşadan hələlik tarixə bəlli ən qədim mənbədir. Tanrı sonradan bitişik insanı ayırmış, insan erkək və dişi olaraq iki olmuş, bu ikidən üç, dörd və bütün insanlıq törəmişdir.

Ceyms Çörçvorda görə Uyğurlar (oxu: Turanlı Türklər) 70 min il əvvəl Mu qitəsindən çıxıb Günəş İmperatorluğundakı böyük mədəniyyəti, dili və dini sonradan dünyaya yaymışlar. Alimə görə, Atəşpərəstlik, Musəvilik, Xristianlıq və İslamiyyət kimi tək Tanrılı dinlərin təməlində Günəş İmperiyasının dini dayanır. Ceyms xüsusi olaraq qeyd edir ki, Musa Peyğmbərin “Tövrat”ı Mu qitəsinin dili və yazısı olan Maya və Uyğur dili və yazısı ilə qələmə alınmış Nağa-Maya mətnlərinin tərcüməsi, surətidir. Bunlar sonradan Babildə həbsdə olan və dini xadim olmayan Əzra (üzeyir) tərəfindən saxtalaşdırılmışdır. Alimin fikrincə, istər Tövrat, istərsə də İncil Günəş İmperiyasının vəhy edilmiş müqəddəs mətnləri əsasında yaranmışdır.

Yuxarıda da qeyd edildiyi kimi zəlzələ nəticəsində Mu qitəsinin Sakit Okeana qərq olması ilə Günəş İmperatorluğu da süquta uğramış, onun müstəmləkələri öz müstəqilliyini elan etmiş və sonradan onların bəzisi yeni İmperatorluqlar qurmuşlar ki, bu İmperatorluqlardan ən əzəmətlisi Böyük Turan İmperatorluğu olmuşdur. Turan İmperatorluğunun paytaxtı Baykal gölünün yaxınlığında yerləşən Xora-Xota (oxu: Qor Ata) şəhəri olmuşdur. Bu şəhərin xarabalıqlarından arxeoloji qazıntılar nəticəsində xeyli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində əslindən ipək parça üzərinə köçürülmüş oturmuş vəziyyətdə qadın hökmdarı və onun ərinin rəsmləridir. Mütəxəssislər bu şəkilləri XVIII-XVI minilliklərə aid edirlər. Tədqiqatçı Ceyms Çörçvord göstərir ki, Çin əfsanələrinə görə Uyğurlar (Turanlılar) 17 min il əvvəl mədəniyyətin zirvəsinə yüksəlmişlər. Bu, tarixi-geoloji fenomenlərə də uyğun gəlir. Qədim Uyğurların (Turanlıların) sivilizasiya və mədəniyyət baxımından xeyli irəlilədiklərini xüsusi qeyd edən Ceyms göstərir ki, Uyğurlar (Turanlılar) astrologiya, mədənçilik, toxuculuq, memarlıq, riyaziyyat, təhsil, oxumaq-yazmaq, tibb və.s kimi elmləri mükəmməl bilmişdilər. Onlar ipək, taxta və metal üzərində dekorativ sənətlərin ustası idilər. Onlar qızıl, gümüş, bürünc və gildən heykəllər yapmışdılar ki, bu Misir tarixindən daha əvvəllər olmuşdur. Müəllifə görə, Himalay dağları da daxil olmaqla Orta Asiyada mükəmməl inşa edilmiş şəhər və qəsəbələr, bir-birindən gözəl inşa edilmiş yaraşıqlı binalar, saraylar, məbədlər, xüsusi evlər, qədim caddələr və karvan yolları məhz Uyğur İmperatorluğunun (oxu: Turan İmperatorluğunun) şah əsərləri olmuşlar.

Turan İmperatorluğunun Şərqdə yaratdığı müəzzən mədəniyyət qədim Şumer abidəsi olan “Bilgəmiş dastanı”, “Tövrat” və “Quran”da xatırlanan “Tufan” nəticəsində məhv olmuşdur. Çox təəssüflər olsun ki, qədim Türklərin “Tufan”a qədər yaratdıqları bu müəzzəm mədəniyyət haqqında bu günə qədərki dünya tarixşünaslığı susmuşdur. Bu maddi-mədəniyyət abidələrinin xeyli hissəsi “Tufan” nəticəsində Türküstanın Qobu çöllərində qumluqlar altında bu gün də qalmaqda, öz tədqiqatçılarını gözləməkdədir.

Bəllidir ki, Azərbaycan da qədim Turan İmperatorluğunun tərkibində olmuşdur. Bunu nəzərə alan Azərbaycan alimi Qara Namazov göstərir ki: “Uyğurların (Turanlıların) əhatə etdiyi coğrafi ərazi bizim Qobustanı da öz içərisinə alır. Qədim Uyğur İmperiyasında (Turan İmperiyasında-A. M.) baş verən “Tufan” Qobustandan da yan keçməmişdir... “Tufan”-dan qalma təsvirlərlə Qobustan və Orta Asiya (Türküstan-A. M.) təsvirləri bir-biri ilə çox səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur (Turan) qayaüstü təsvirlərinin demək olar ki, eynidir... Hətta yer adları da bir-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət abidələrinin eyniliyi də bu torpaqlarda (yəni Azərbaycanda-A. M.) hələ 20 min il əvvəl Uyğurların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır”. Alim sonra qeyd edir ki: “Bu səsləşmələr birbirini tamamlayırsa, deməli, bizim arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox (Bəzi müəlliflər Qobustan qayaüstü rəsmlərini eradan əvvəl VII minilliyə aid edirlər-A. M. Bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 27), daha qədimlərə-Uyğur İmperiyasının (Turan İmperiyasının-A. M.) yaşadığı dövrlərə, yəni 20 min il əvvəllərə gedib çıxır. Bu yöndə Uyğurların, yəni Türklərin güney Qafqazda 20 min il öncə bir İmperiya kimi yaşamaları nəticəsinə gəlinməlidir”. Alim davam edərək göstərir ki: “Naxçıvandakı Gəmiqayanın tarixinə də III-I minilliklərin mədəniyyəti kimi yox, həmin dövrlərin tarixi kimi, yəni Uyğur İmperiyasınin (Turan İmperiyasının) zamanına (yəni 20 min il əvvələ) dayanmasını qəbul etmək daha doğru olardı”. (Bax: Qara Namazov, C. Çörcvodun tarixi kəşfləri Bakı 2010, səh. 98, 99, 100).

Bəzi tədqiqatçıların fikrincə “Günəş-dil nəzəriyyəsi”də Mu qitəsindəki Günəş İmperiyasının adı ilə bağlıdır. Bu nəzəriyyəyə görə dünyanın ilk dili Türk dili olmuşdur.

Ceyms Çörçvorda görə Böyük Uyğur İmperatorluğunun (Böyük Turan İmperatorluğunun -A. M.) dağılması “Böyük Tufan” fəlakəti zamanında-prototarixdə baş vermişdir. “Böyük Tufan”dan sonra Uyğur (Türküstan) Türkləri başqa-başqa bölgələrə, o cümlədən də Hindistana, Çinə, Əfqanıstana, Xəzər dənizinin quzey və güney sahillərinə, Qafqaza və Azərbaycan yolu ilə Mesopotamiya və Anadoluya, oradan da Şərqi və Qərbi Avropaya köç etmişlər. Müəllifə görə qədim Keltlər, Totonlar, Slavyanlar, Bretonlar, İrlandlar və başqalarının da hamısı Uyğur (Turan) soyludurlar. Bu soydan olanlar “Böyük fəlakət”dən sonra sağ qalanların törəmələridirlər. Çörçvorda görə Midiyalılar Uyğurların (Turanlıların) son köçü olub İmperiyanın çökməsindən 8-10 min il sonra ortaya çıxmışdılar. Midiyalılar Xəzər dənizinin cənubu, Zaqros dağlarının şərqində (yəni Azərbaycanda-A. M.) yerləşmişdilər.

Böyük Uyğur (Turan) İmperatorluğunun o dövrdəki (“Tufan”dan öncəki) bütün Asiya və Avropanı əhatə edən xəritəsini tərtib edən Ceyms Çörçvord onu da qeyd etmişdir ki, bugünkü (XX əsrin əvvəllərindəki) Amerika Birləşmiş Ştatları dövlət quruculuğu baxımından Uyğur (Turan) İmperatorluğunun bənzəridir.

“Tufan” nəticəsində Turan İmperatorluğunun çökməsindən 8 min il sonra Asiyada müxtəlif dövlətlər meydana gəlmişdir. Bu dövlətlərə Şumer, Aratta, Lullu, Kuti, Su, Elam, Akkad, Assur, Babil, Manna, Midiya, Hitit, Urartu, Əhəməni, Saka və s. kimi dövlətlər daxildir.

Ceyms Çörçvorda görə Uyğur (Türküstanlı Türk) xalqının tarixi “ari irq”lərin tarixidir. O yazır: “Həqiqətən də ari irqlərin toxumu Uyğurların (Türküstan Türklərinin) soyundan gəlmədir. Çünki, ən qədim dövrlərdən Uyğurlar Hindistanı və Avropanı zəncirvari şəkildə öz içərisinə almışdı”. Ari irq olan Uyğurların (Turanlıların) Hindistana gəlişini eradan əvvəl 1500-cü illərə aid edən Ceyms Çörçvord göstərir ki: “Uyğurlar Hindistana gəldikdən sonra “ari irq” kimi tanındılar. Hindu ariləri Uyğurların bir qolunun soyundan qələnlərdi. Midyalılar da onların davamı sayılırlar” (Ceyms Çörçvord, göstərilən əsəri, İzmir 2008).

Turanlıların “Tufan”a qədər yaratdığı zəngin maddi və mənəvi mədəniyyət Yer kürəsinin bir çox ərazilərinə yayılmış, ayrı-ayrı xalqların mədəniyyətinin yaranması və təkamülündə əvəzsiz rol oynamışdır. Bir çox müasir tədqiqatçılar qədim Şumerləri, Akkadları, Kutiləri, Turukkiləri, Lulluları, Suları, Sakaları və Amerikanın yerli xalqları sayılan Maqavları, Mayyaları, İnkləri, Keçuaları Türk hesab edir və onların “Tufan”dan sonra yaratdıqları mədəniyyəti Türk mədəniyyəti sayırlar. Bu sadalananların qədim Türklərlə etnik və dil qohumluğu barədə tədqiqatçılar mühüm elmi mülahizələr irəli sürmüşlər.

İlk öncə Günəş İmperatorluğunun, daha sonra Böyük Turan İmperatorluğunun süqutundan sonra 25 min illik həyatı ayrı-ayrı coğrafi ərazilərdə və ayrı-ayrı coğrafi şərtlər içində keçən Türklər zaman-zaman özlərinə məxsus milli mədəniyyətlərinin müəyyən bir qismini itirmişsələr də əvəzində müəzzəm bir bəşəri mədəniyyətlər yaratmışlar.

Bəzi tarixçilər qədim Türklərin ana yurdunu Mu qitəsi və bu qitənin Sakit okeana qərq olduqdan sonra Turan ovalığı, Baykal gölü, Ceyhun və Sayhun çayları (Amu-Dərya və Sır-Dərya çayları) ətrafını, bəzilər Ural-Altay və ya Kinqan dağları silsiləsinin doğu və batısını, bəzi antropoloqlar Tanrı dağları bölgəsni, bəzi mədəniyyət tarixçiləri Baykal gölünün güney-batı bölgəsini, bəziləri Xəzər dənizi ətraflarını, bəziləri indiki Monqolustan ərazisini, bəziləri Orxon-Yenisey çayları hövzəsini, bəzi etnoloqlar İç Asiyanın quzey bölgələrini, bəzi sənət tarixçiləri quzey-batı Asiyanı, bəziləri Urmiya gölü ətrafı və Kür-Araz ovalığını, bəziləri qədim Mesopotamiyada yerləşən Mosul və Kərkük bölgələrini və s. göstərmişlər. Bizcə bu tədqiqatçarın hamısı haqlıdır. Çünki bütün bunlar Türklərin hələ ilk çağlardan etibarən geniş bir sahəyə yayılmış olmaları və bu göstərilən ərazilərdə öz bəşəri mədəniyyətlərini yaratması illə bağlıdır.

Həqiqətən də tarixən Türklərin böyük bir qismi Asiya qitəsində, kiçik bir qismi isə Avropa, Afrika və hətta Amerika qitəsində yaşadığından və bu geniş ərazidə, bu dörd qitənin hər birində dövlət və imperatorluqlar qurmuş,bəşər mədəniyyətinə önəmli töhfələr vermişlər.

Türklər tarixən Ceyhun-Sayhun, Orxon-Yenisey, Kür-Araz, Volqa, İrtış, Ob, Lena, Dunay, Dəclə və Fərat kimi böyük, Tobol, Anabar, Olenek, Yana, İndiqirka, Kolumna, Abakan, Kürək, Qızılirmak, Çoruh, Sakarya, Böyük və Kiçik Menderes, Nazlı, Çağata, Zərəfsan, İli, Çu, Sarısu, Qızılsu, Narın, Qara Dərya, Çirçik, Aris, Anqren, Tekes, Kungəz, Keriya-Dərya, Karamuran, Çerçən-Dərya, Qaraqaş, Yurunqqaş, Xotan-Dərya, Yarkənd-Dərya, Koşqar-Dərya, Ağsu, Şahyar, Qonça-Dərya, Qum-Dərya, Acıçay, Ceqetu, Tatayu, Geder, Qızılüzən, Tərtər, Bərgüşad, Oxçuçay, Qarqarçay, Türyançay, Arpaçay, Naxçıvançay, Çilançay, Vənəndçay və s. kimi kiçik və yüzlərlə dağ çaylarının, Baykal, Aral, Xəzər, Urmiya, Göygöl, Göyçə və s. kimi dəniz və göllərin ətrafında yaşamış və bu çay, göl və dənizlərin ətraflarında dünya mədəniyyətinin qədim və orta əsrlərinə aid incilərini yaratmışlar. Türklərlə bağlı daha çox maddi və mənəvi mədəniyyət nümunələri dünyanın ən yüksək dağ silsiləsini təşkil edən güneydə Himalay dağları, batıda Xəzər dənizini, doğuda Böyük Kinqan dağları arasında qalan geniş bir ərazini əhatə edən Orta Asiyada, Qafqaz, Toros, Elbrus, Hindiquş və Zaqros dağlarını, iç və doğu Anadolu yaylaları ilə Kür-Araz vadilərini, Urmiya gölü sahillərini, Mesopotamiya ovalığını, Dəclə və Fərat vadilərini, Suriya və Ərəbistan düzənliklərini qapsayan Ön Asiyada təmərküzləşmişdir.

Bu gün belə Türklər Qərbdə Balkanlardan, Şərqdə Sakit Okeana, Şimalda Şimal Buzlu Okeandan, Cənubda Tibetə qədər olan geniş bir ərazidə, daha çox Türkiyə, Azərbaycan, Orta Asiya, Uyğurustan, Qazaxıstan və Rusiya Federasiyasında, az bir qismi isə Yuqoslaviyada, Makedoniya və Üsküpdə, Polşada, Rumınıyada, Bolqarıstanda, Yunanıstanın Batı Trakya bölgəsində, İraqda, Suriyada, Moldaviyada, Əfqanıstanda, Kiprdə, bəzi Egey adalarında yaşamaqdadırlar.Yaşadıqları yerlər arasında məsafələrin bu qədər uzaq olmasına, tarixən müxtəlif mədəniyyətlərlə çulğalaşmasına baxmayaraq, Türk dünyasının böyük əksəriyyətinin həyat tərzi və mədəniyyətində bir birlik mövcuddur.

Bundan öncə “Tufan”a qədərki Böyük Turan İmperatorluğu (Ceyms Çörçvordun təbirincə Böyük Uyğur İmperatorluğu-A.M.) və o dövrdə Türklərin yaratdığı əldə olan maddi və mənəvi mədəniyyət nümunələrindən qısa şəkildə bəhs etmişdik. İndi isə Türklərin “Tufan”dan sonra, bizim eranın başlanğıcına qədər yaratdıqları maddi və mənəvi mədəniyyətlərindən bəhs edəcəyik.

Bir çox tədqiqatçıların gəldiyi son nəticə bundan ibarətdir ki, mədəniyyət “Tufan”dan sonra dünyada ilk dəfə olaraq Türküstandan Xəzər dənizinin sahillərinə qədərki ərazi sayılan “Turan ovalığı”nda mərkəzləşmiş və buradan dünyanın başqa ərazlərinə yayılmışdır. Bu “Tufan”dan sonrakı ilk mədəniyyət mərkəzinin yaranma və varolma tarixi eradan əvvəl X-VI minilliklərə aid edilir. Belə ki, Türküstanda aparılan arxeoloji qazıntılar nəticəsində bəlli olmuşdur ki, dünyanın böyük rəmzlərindən sayılan səkkizgüşəli ulduzun, dünyanın bütövlüyünün rəmzi olan əks istiqamətli butaların, xaç və svastikanın və s. ən qədim mədəniyyət nümunələri məhz bu ərazidən (Türküstandan) tapılmışdır. Bu da onu göstərir ki, “Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minilllikdə şəhər dövlətlər yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları ətrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır.

Eradan əvvəl I minilliyə aid Qazaxıstanın keçmiş paytaxtı Alma-Atanın 60 kilometrliyindəki İssık şəhərindən tapılan gənc əsilzadənin kurqan qəbrindən əldə edilən dəfinə də Türk maddi və mənəvi mədəniyyət tarixi, incsənəti,yazısı və dilinə aid əvəzsiz tapıntılardandır. Bu kurqandan tapılan gümüş cam üzərindəki ”Orxon-Yenisey” runik yazısının ilkin variantlarından olan yazı Türk mənəvi mədəniyyəti baxımından daha dəyərlidir. Mütəxəssislər bu yazının o dövr türkcəsi ilə yanaşı onun bu günki türkcəsini də yanında vermişlər. Mətndə yazılıb: “Hökmdar! Bu otaq sənindir! Sən rahat yat. Düşmən,sən də diz çök. Xaqan həlak olsa da xalqın azuqəsi olacaq.”

Bu tapıntıda həmçinin yüksək sənətkarlıqla, bədii zövqlə işlənmiş qızıl zinət əşyaları ilə yanaşı əldə edilən əynində zərif ipək köynəyi,qısa qollu kişi geyimi, qırmızı zamşadan dar kişi şalvarı, ayağında dabansız uzunboğaz çəkməsi olan, qısa qollu kamzolun üstündə əfsanəvi maral və sığın başı şəklində metaldan tökmə üsulu ilə düzəldilmiş,ağır yığma kəmər bağlanmış, hökmdarın başında uca konusvari üçağızlı qalpaq-papaq, boynunda ucları pələng başı şəklində olan hörülmüş boruvari boyunbağı, sağ əlində barmaqlarında biri güzgü kimi parlaq qalxanvari, digəri başında radius formalı çələng şəklində insanın profildən təsviri həkk olunmuş qaşlı üzük, sol çiyni tərəfində ucu qızıl və üzərinə qızıl lent sarılmış rəmzi əsa, sağında qını qırmızı rəngdə boyanmış, atlı döyüş sılahı olan qılınc, solda qınında sığın və at şəkilli dəstəyi qızıl suyuna çəkilmiş, ikibaşlı qrifon şəklində tiyəsi qızıl örtüyü ilə müxtəlif vəhşi heyvanların təsvirlər ilə bəzədilmiş dəmir xəncər olan “Qızıl geyimli xaqan” heykəli Türk maddi mədəniyyətini özündə cəmləşdirən nadir sənət nümunəsidir.

Danılmaz faktdır ki, bütün bəşəri dəyərlərin əsası milli zəngnliklərdən yaranıb. Bu milli zənginlikləri yaradan millətin özüdürsə, hər bir milləti, onun milli zənginliklərini bəşəriyyətə tanıtdıran da o millətin içindən çıxan hökmdarlar, dövlət xadimləri, dahilər və müdrik şəxsiyyətlər olmuşdur. Belə müdrik şəxsiyyətlər mənsub olduğu milləti dünyaya tanıtmaqla bərabər, həm də o millətin gələcəyinə işıq tutmuşlar.

Dünya, o cümlədən də Türk tarixində əfsanələşmiş, mifləşmiş, xüsusilə dastanlaşmış tarixi hökmdarlara çox nadir hallarda rast gəlmək olar. Türk dünyasında belə şəxsiyyətlərdən biri və birincisi Türklərin ilk fateh atası, bütün milli nizam-intizamın, idarəçiliyin və “Tufan”dan sonrakı İkinci Böyük Turan İmperatorluğunun qurucusu sayılan Oğuz Xaqandır. Oğuz Xaqan əsrlərcə Türk soyuyna yol göstərən kimi vəsfləndirilmiş, haqqında müxtəlif rəvayət, əfsanə və dastanlar yaranmışdır.Qədim Türklərin tarixi fəthlərini dastan şəklində əks etdirən ilk əsər də məhz “Oğuz Xaqan dastanı”dır. Bu dastana elmi ədəbiyyatda “Oğuznamə” də deyilir. Ən qədim Türk dastanı olan “Oğuz Xaqan dastanı”na daha sonralar İslam motivləri də daxil edilmiş və yeni bir İslami “Oğuznamə” yaranmışdır.

Bu dastana görə ilk Cahan hakimiyyətini quran Oğuz Xaqandır. Bir çox orta əsr mənbələri haqlı olaraq Oğuz Xaqanı “Tufan”dan sonra İkinci Böyük Turan İmperatorluğunu quran Alp Ər Tonqa, Alp Ər Tonqanı da “Avesta” və bir çox Şərq mənbələrində adı keçən Turan İmperatoru Əfrasiyabla eyniləşdirirlər. Trklərin əfsanələşmiş hökmdarı olan Əfrasiyab (Oğuz Xaqan, Alp Ər Tonqa) fars mənbələrinə görə Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türkün nəvəsidir. Bu mənbələrə əsaslanaraq deyə bilərik ki, Çini, Hindistanı, Persistanı, Azərbaycanı, İraqı, Suriyanı, Misiri, Anadolunu, indiki Rusiya ərazisini, hətta Firəng ölkələrini fəth edərək İkinci Böyük Turan İmperatorluğunu yaradan Alp Ər Tonqa (Əfrasiyab, Oğuz Xaqan) olmuşdur.

“Oğuz Xaqan dastanı”na görə də Oğuz Xaqan altı oğlu – Göy Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ Xan və Dəniz Xanla birlikdə dünyanı fəth edib “Cahangir” olduqdan sonra ana yurdu Türküstana dönmüş, böyük bir Qurultay çağıraraq İmperatorluğu oğulları arasında bölüşdürmüş, törəyə və birliyə bağlı qalmalırını vəsiyyət etmiş, hər birinə aid hüquqi mövqe müəyyənləşdirmiş, tamğa və onqonlarını bəlirtmiş, hakimiyyəti təmsil edən “Yay”ı sağ qolu təşkil edən Gün, Ay və Ulduz Xana, “Ox”u da onlara tabe olan və sol qolu təşkil edən Göy, Dağ və Dəniz Xana vermiş və demişdir ki: “Ey oğullarım! Mən artıq çox yaşlandım, çox savaşdım. Düşmənləri ağlatdım,dostları sevindirdim. Göy Tanrıya borcumu ödədim” (Bax: Oğuz Xaqan Dastanı, səh.32-33; Oğuznamə, səh. 343-344)

Orta əsr mənbələrində İkinci Böyük Turan İmperatorluğunun paytaxtı Mərv və Bəlx şəhərləri göstərilmişdir. Tarixi mənbələrə görə (Bax: Firdovsi, Şahnamə, Mahmud Kaşqarlı Divan-ül-lüğət-it-Türk, Yusif Xas Hacib Balasaqunlu Kutadqu-bilik; Məhəmmədtağı Zeytabi, İran Türklərinin əski tarixi və s.) Əfrasiyab (Oğuz Xaqan, Alp Ər Tonqa) Türküstan, İran, Azərbaycan, Hindistan, Anadolu və Rusiya ölkələrində bir çox şəhərlər saldırmışdır ki, bunlardan da ən məşhuru sonradan Kiçik Midiya dövlətinin paytaxtı olmuş Pərspə (indiki Təxti-Süleyman), Qəzvin, Çəncək-indiki Gəncə və Şiz şəhərələridir.

Türk millətinin qəlbində böyük cahangir olaraq yaşayan, Türk dövlətçilik və mədəniyyət tarixində əvəzsiz rol oynayan İkinci Böyük Turan İmperatorluğunun qurucusu Oğuz Xaqan (Əfrasiyab, Alp Ər Tonqa) sayğı əlaməti olaraq sonrakı bütün Türk hökmdarları, hətta Çingiz Xan belə özünü Oğuz Xaqan nəslindən hesab etmiş, öz şəcərələrini ona bağlamış, özlərini Oğuz Xaqanın varisi və xələfləri saymış və bundan qürur duymuşlar.

Qədim və orta əsr Türk mədəniyyətindən, Türk tarixindən, Türk dilindən, Türk ədəbiyyatından bəhs edən elə bir əsər yoxdur ki, orada bu və ya digər dərəcədə bu böyük Turan İmperatoru Oğuz Xaqandan bəhs edilməsin.

Bir çox tədqiqatçılar “Tufan”dan sonrakı dünyanın ilk qədim mədəniyyətini Şumer Türklərinin adı ilə bağlayırlar.


    1. Yüklə 3,28 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə