Демо Сонэ Плайбажк



Yüklə 3,28 Mb.
səhifə3/37
tarix08.10.2017
ölçüsü3,28 Mb.
#3663
1   2   3   4   5   6   7   8   9   ...   37

Şumer Türkləri

“Tufan”dan sonra İkinci Böyük Turan mədəniyyətinin Yaxın Şərqdə ən önəmli davamçısı Şumer Türkləri olmuşdur. Şumer Türklərinin yaratdığı böyük mədəniyyət “Tufan”dan sonrakı bütün bəşər mədəniyyətinin ideya qaynağı olmuşdur.

Şumerlər haqqında tarix elmində iki əsas ehtimal var. Bunlardan biri ondan ibarətdir ki, Şumerlər ən əski çağlardan Mesopotamiyada yaşayan yerli (avtoxton) xalqdır. İkinci ehtimala görə Şumerlər Mesopotamiyaya başqa yerdən gəlmişlər. Dünya şumerşünaslarının əksəriyyəti bu ikinci ehtimalı əsas götürürlər ki, biz də bunu həqiqətə daha uyğun hesab edirik. Belə ki, bu şumerşünasların gəldiyi son nəticə bundan ibarətdir ki, “Tufan”dan sonrakı ən qədim mədəni insan məskəni Çayhun (Amu-Dərya və ya Öküz) və Sayhun (Sır-Dərya və ya İnci) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. “Tufan”dan sonra dünyada mədəniyyət ilk dəfə Türküstandan Xəzər dənizinin sahillərinə qədərki ərazilərdə mərkəzləşmiş və buradan başqa ərazilərə yayılmışdır. Bunu nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Bir vaxtlar “Tarix Şumerdən başlayır” deyildiyi halda indi “Tarix Orta Asiyadan-Turandan başlayır” deməyi tarix elmi bizdən tələb edir. Bu ilk mədəniyyət mərkəzinin (Türküstan nəzərdə tutulur-A.M.) yaranma və varolma tarixi eradan qabaq X-VI minilliklərə aid edilir. Dünyanın ikinci qədim mədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. Bu mədəniyyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə dayanır. Tarix baxımından Şumer üçüncüdür. Dəclə və Fəratın hövzəsi və yuxarı axını, Partaq (Zaqros) dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının şimal-şərqinədək olan ərazini əhatə edir və eradan öncə IV-II minilliklərə bağlanır” (Seçmələr bizimdir-A.M. Bax: Əbülfəz Elçibəy, Bütöv Azərbaycan yolunda, ikinci nəşr, Bakı 2004, səh. 23-24).

Məşhur ingilis alimləri Q.Çaydl və S.Lloyd daha da irəli gedərək göstərirlər ki: “Turanlılar təxminən on, on iki min il bundan əvvəl səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı. Bu işıq ehtiyacı daxildən gəlirdi və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində işıq adaları şölələndi” (Seçmələr bizimdir-A.M. Bax: Q.Çaydl, Drevneyşiy Vostok v svete novıx raskopok, Moskva 1956, səh. 252-256; Seton Lloyd, Reki blizniçi, Moskva 1972, səh. 16).

Tədqiqatçılar ilk şəhər dövlətlərinin və ən başlıcası, ilk yazı mədəniyyətinin Şumerlərə aid olduğunu nəzərə alaraq Şumerləri dünya mədəniyyətinin yaradıcıları hesab edirlər. İlk yazı mədəniyyətinin Şumer Türklərinə aid olduğunu irəli sürən tədqiqatçılara görə, Şumerlərdən bu əlifbanı əxz edən Finikiyalılar ticarət əlaqələrində olduqları sami xalqlara, Yunan və Latınlara aparmış, Latın, Yunan, İbrani və Ərəb əlifbaları da Şumer əlifbası əsasında yaradılmış, sonradan Latın əlifbası əsasında Alban (Azərbaycan), Qrobar (Hay), Kartli (Gürcü) və Kril (Rus), Ərəb əlifbası əsasında isə qədim Soğdi və Uyğur əlifbaları yaradılmışdı (Seçmələr bizimdir-A.M. Bax: Ahmet Cavat, Alfabenin menşei, En eski Türk yazısıdır, İstanbul 1933).

Öz qaynağını qədim Günəş İmperiyasının “Müqəddəs sirlər”indən alıb dünyaya yayan, Ceyms Çörcvordun “Böyük Uyğur İmperiyası” adlandırdığı Böyük Turan İmperatorluğunun təfəkkürünün məhsulu olan, bəşəriyyətin ulu ata və anası sayılan An (Göy) və Ki (Yer) düşüncəsi əsasında yaranan “Bilgəmiş” (“Qılqamıs”) dastanındakı motivlər sonrakı dini kitablara da keçmiş, Bibliyada “Adəm və Həvva” şəklində öz əksini tapmış, Şumerlərdən sonrakı bütün Şərqin və Qərbin bir sıra xalqları bu dastanın güclü təsiri altında olmuşlar. Belə ki, An və Kinin nigahından Enli və Enki doğulmuş, Adəm və Həvvadan da Habil və Qabil dünyaya gəlmişdir. Deməli, ilk qaynağını “Müqəddəs sirlər”dən alan “Bilgəmiş” dastanındakı “Nuh tufanı”, “Novruz Bayramı”, “Qurban Bayramı”, od, torpaq, su və havadan ibarət həyat anlayışı və s. kimi məsələlər də Şumer təfəkkürünün məhsuludur. Ümumiyyətlə, Şumerlərin mədəniyyəti qədin Turanlıların dini-etik görüşlərinin, fəlsəfi baxışlarının, bədii fikir dünyasının davamıdır. Deməli, qədim Turanlılarla Şumerlərin, Şumerlərlə sonrakı Türklərin eyni inam fəlsəfəsi daşıması onların eyni kökü paylaşmalarına bariz sübutdur. Belə ki, bizim eranın VI əsrinə aid Eltəriş Xaqanın şərəfinə həsr edilmiş kitabədə Göy Türk Xaqanı Qapağan Xaqanın dilindən belə bir fikir həkk olunmuşdur ki: “Mən, Qapağan Xaqan, Eltəriş Xaqanın elində tərbiyə aldım. Bu eli (El qədim Türklərdə “Dövlət” anlamında işlədilmişdir. Bax: Prof. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh. 61) mənim 65 ulu babalarım yaratmışlar” (Bax: Malov, S.E., Pamyatniki drevnetyurkskiy pismennosti Monqolii i Kirqizii, Moskva 1959, səh. 7-10).

Bir çox tədqiqatçılar haqlı olaraq təsdiq edirlər ki, Babilistana gələn xalq (Şumerlər nəzərdə tutulur-A.M.) özü ilə çox yüksək mədəniyyət də gətirmişdilər. Şumer Türkləri dünya mədəniyyətinə möhtəşəm tikililər, Eridu, Ur, Uruk, Laqaş, Şurrupak, Adab, Nippur, Kiş və s. kimi əzəmətli şəhərlər, ilk səsli yazı sistemi, ilk nəzmlə yazılmış qəhrəmanlıq epopeyası, ilk kitabxana, ilk kitab kataloqu, yeddi notlu septatonik musiqi sənəti, suvarma kanalları, əkinçilik mədəniyyəti, ilk iki palatalı parlament, ilk tarixçi, ilk ədəbi abidələr, ilk matəm nəğmələri, heyvanlar haqqında ilk təmsillər toplusu və s. bəxş etmişlər (Seçmələr bizimdir-A.M. Bax: Kramer S.N.Tarih Şumerle başlar, Ankara 1990). Şumer Türklərində məktəblər, dərsliklər, müəllimlər, mirzələr, katiblər olmuş, bu mirzə və katiblər onlarla gil lövhələrdən ibarət kitablar, kitabələr, elmi və rəsm əsərləri vücuda gətirmişlər. Bütün bunlarla yanaşı Şumerlər dünya mədəniyyəti tarixində ilk hüquqi qanunların, mülkü sənədlərin, dini və kosmoqonik təfəkkürün də yaradıcısı hesab olunurlar. Qədim Şumerlərdə hökmdarlar və qanunvericilər Kainatla dövləti ayrılmaz hesab etmiş, ona görə də öz hakimiyyətlərinin və qanunlarının İlahi xarakter daşıdığını irəli sürmüş, bütün insanları və hətta canlı və cansız varlıqları, Təbiətin əşya və hadisələrini də dövlətin bir üzvü hesab etmişlər. Onlar mövcud Göy cisimlərini və Təbiət hadisələrini müqəddəsləşdirərək Allah səviyyəsinə qaldırmış (Göy Allahı Anu, Tufan Allahı Enlil, Şər Allahı Marduk və s.), kosmik dövlətlərində ümumi yığıncağı “Allahların müşavirəsi” hesab etmiş, ona görə də özlərini Allahların yerdə iradəsini həyata keçirdiklərini irəli sürmüş və bununla da öz hakimiyyətlərinin İlahi xarakter daşıdığını əsaslandırmağa çalışmışlar (Seçmələr bizimdir-A.M. Bax: Yusif Rüstəmov, Siyasi-hüquqi təlimlər tarixi, Bakı 2000, səh. 25-26).

Şumerlər “6-lıq və 10-luq sistemi ilə əks olunan riyazi hesablamaların, astronomiya və astrologiya elminin təməlini qoymuş, 6 Göy, 10 Yer rəqəmi olmaqla bu rəqəmlərin hasil nəticəsi kimi 60 saniyəni bir dəqiqəyə, 60 dəqiqəni bir saata, sutkanı 24 saata bölmüş, çevrəni 360 dərəcəyə, buradan da qapanmış çevrənin ilin 360 günə bərabərliyini ilahiləşdirmiş, çevrənin tam qapanması üçün 5 günü nə köhnə, nə də təzə ilə aid etməklə bayram günləri saymışlar” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əliyev, Şumer dastanları, Bakı-AzAtaM-2008, səh.3).

Şumerlər ən müqəddəs bayram olan Yeni il-Novruz bayramını yazın gəlişi şərəfinə qeyd etmiş, yeni ilin birinci ayı olaraq Mart ayını qəbul etmişlər. Şumerlərin təfəkkürünün məhsulu olan bu müqəddəs bayramı bizim eraya qədər bütün dünya xalqları qeyd etmişlər. Tədqiqatçılar göstərirlər ki, bu bayram Romalılar tərəfindən 2000 (iki min) il bundan əvvəl qəbul edilmiş “dövrümüzün təqvimində də öz izlərini qorumaqdadır. Belə ki, günümüzün təqvimində...sentyabr-septem (yeddinci), oktyabr-okto (səkkizinci), noyabr-novem (doqquzuncu), dekabr-dekem (onuncu) aylar olaraq Şumer yaddaşını qorumaqdadır” (Bax: Arif Əliyev, göstərilən əsər, səh. 4).

Tədqiqatçıların fikrincə, Şumerlər 12 bürc haqqında ətraflı bilgiyə sahib olmuş, bürcləri heyvanların müqəddəsləşdirilmiş ruhları şərəfinə adlandırmışlar. Şumerlərin təfəkkürünün məhsulu olan Göy cisimləri haqda ilk elmi nəzəriyyələri, Günəş sisteminə daxil olan 9 planetə qarşı bu gün belə elmə məlum olmayan əlavə 2 Göy planeti haqqında ətraflı məlumata malik olmaları (Amerika alimi Sitçin) Şumerlərin yerxarici sivilizasiya haqqında bilgiyə sahib olmalarını göstərir.

“Hələ 5 min il bundan öncə Şumer həkimləri gözdə mürəkkəb cərrahi əməliyyatlar apararaq mirvari suyunu götürmək iqtidarında olmuşlar. Şumer xalqının bəşəriyyətə bəxş etdiyi bu zəngin miras yalnız dünyəvi elmlər, incəsənət nümunələri ilə məhdudlaşmamış, onlar həm də fəlsəfi fikirlərin, əsasən də mənəvi saflığın təməli olan inam mədəniyyətinin əsaslarını yaratmışlar” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əliyev, göstərilən əsər, səh. 5).

Şumerlərə görə yer kürəsinin ilk insanı Yer qızı Qarabaşla Göy Mələyi Elinin törəməsidir. Bu fikir sonradan Bibliyaya da siyarət etmiş, region ölkələrinin mif və əfsanələrində də əks olunmuşdur. Şumer təfəkkürünə görə El insanlığın ilk atasıdır. Bibliya və ondan sonrakı dini kitablarda insanların “Kökü torpaq olmaqla bir ata və anadan yaradılması” fikri də onlardan min illərlə öncə Şumer Türkləri tərəfindən irəli sürülmüşdür.

Şumerlər Yer planetinin yaradıcısını da tək Tanrı olmasını Bibliyadan min illərlə öncə söyləmişlər. Şumerlərə görə Tanrı yer üzündəki şahlığı Tanrı əsilli, Tanrı sifətli, Tanrı kökənli yer övladına etibar etmişdir. Şumerlərin təfəkkürünün məhsulu olan bu fikir sonradan Bibliya və digər dini kitablara, həmçinin region ölkələrinin mif və əfsanələrinə də siyarət etmişdir. Məşhur Şumerşünaslardan S. N. Kramer və M.S. Belinkiy elmi şəkildə sübut etmişlər ki, Bibliyadakı Nuh daşqını, Adəmin torpaqdan, Həvvanın isə onun qabırğasından yaradılması, Habillə Qabilin ədavəti və bir sıra çoxsaylı məsələlər heç də Yəhudilərə Allah müjdəsi və Yəhudi təfəkkürünün məhsulu olmayıb Şumerlərdən əxz edilmişdir. Ona görə də Bibliyanın səmaviliklə heç bir əlaqəsi yoxdur. Bibliyada göstərilən mif, rəvayət, nağıl və təmsillər də Allah müjdəsi olmayıb qədim Yəhudilərin Şumerlərdən eynilə mənimsəyib köçürdüyü və əlaqədə olduğu müxtəlif xalqların təfəkkürünün, yaradıcılığının məhsuludur. Görkəmli alim D.Q.Reder göstərir ki: “Bibliyanın nəinki səmaviliklə, hətta Yəhudilərin iddia etdikləri qədimliklə də heç bir əlaqəsi yoxdur. Bibliya eradan əvvəl 589-586-cı illərdə Babil əsirliyi zamanında yəhudi kahinləri tərəfindən Şumer mifləri əsasında tərtib edilmiş bir kitabdır” (Bax: Literatura drevneqo Vostoka, Moskva 1971).

Yəhudilərin “Peyğəmbər” adlandırdıqları şəxslər “Şumer miflərinin sujetlərini Bibliyaya daxil edərkən elə kobud səhvlərə yol vermişlər ki, məna və sujet dolğunluğu tamamilə itmiş, anlaşılmaz hala salınmışdır. Yalnız minilliklər keçdikdən sonra insanlığın rəhmətini qazanmış insanların fədakarlığı nəticəsində Şumer mədəniyyətinin özəllikləri açılmışdır. Eyni zamanda Bibliyanın müqəddəsliyi haqda formalaşmış, onun səmaviliyini əsrlər boyu qeyd-şərtsiz qəbul edən fikirlər tamamilə darmadağın olmuşdur” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əlyev, göstərilən əsər, səh. 32).

Şumerlər elmin hələ uzun müddət sonralar açdığı və hələ bu gün də aça bilmədiyi bilgilərə sahib olmuşdular ki, bütün bunları da onlara Tanrı adlandırdıqları varlıq öyrətmiş, Tanrının onlara bəxş etdiyi bu bilgiləri gil kitabələrə köçürmüş, gələcək nəsillərə ərmağan etmişlər. Şumerlərin davamçıları olan Akkadlar, Assurlar, Babillər, Xetlər, Arameylər sonralar Babilistan, Anadolu və Suriyada öz dövlətlərini yaratmış və Şumerlərin varisləri olaraq onlardan böyük və dəyərli mədəniyyət əxz etmişlər. Şumer ədəbiyyatı Babil və onun vasitəsilə Yunan, Yəhudi və hətta Qərbi Avropa xalqlarının ədəbiyyatı və mədəniyyətinə bilavasitə təsir göstərmişdir. Qədim Sami xalqlar Şumer ədəbiyyatını yüksək qiymətləndirmiş, o abidələri öz dillərinə tərcümə etmişlər. Sami xalqları Şumer dilini canlı istifadədən çıxarsalar da Şumer dili uzun müddət din, ədəbiyyat, mədəniyyət və elm dili kimi öz mövcudluğunu qoruyub saxlamışdı. Ümumiyyətlə, Akkadlar Şumerləri təqlid etmiş, onların maddi və mənəvi mədəniyyətlərini mənimsəmiş, onların yaratdığı elm və mədəniyyətin müxtəlif sahələrinə aid əsərləri öz dillərinə çevirib bəhrələnmiş, zəngin kitabxanalar yaratmışlar. V.V. Struve göstərir ki: “Misirlilərin, Babillərin, Assurilərin, Finikiyalıların, qədim Yəhudilərin və hətta Yunanların dünyagörüşü və incəsənətinin qaynağını məhz Şumerlərdə axtarmaq lazımdır”.

İngilis alimi L.Vulli yazır: “Nil vadisinin ilk fironu Manesin hökmdarlığı dövründə Misir nəhayət tərəqqi yoluna qədəm qoyduğu vaxt onun yoluna Fərat sahillərində pöhrələnmiş daha qədim və daha yüksək mədəniyyətin şöləsi işıq saldı. Qərb mədəniyyəti də Şumerdəki ana ocaqdan şölələndi. Misir, Babil, Assuriya, Finikiya, qədim Yəhudi və nəhayət Yunan mədəniyyətinin də mənbəyini Şumerdə axtarmaq lazımdır” (Bax: L. Vulli, Ur Xaldeev, Moskva 1961, səh. 8).

Alman alimi Q. Vinqler göstərir ki: “Bizə qədər gəlib çatmış ən qədim qaynaqlar Semit dilində deyil, Şumer dilində yaranıb. Bu dil əsas əlamətlərinə görə Türk dilinə uyğun iltisaqi quruluşlu dildir və Semit dillərinin quruluşundan tamamilə fərqlənir” (Bax: Quqo Vinqler, Vavilonskaya kultura, Moskva 1913, səh. 6-7).

Rus alimi D. Q. Reder yazır: “Ulu Şumer ilahi qanunlar ölkəsi idi. Bütün insanlar bir dildə danışır, bir-biri ilə əmin-amanlıq içində yaşayır, kimsə kimsədən qorxmur, hamılıqla ev, qala tikir, şəhərlər yaradırdılar” (D.Q.Reder, Mifı i leqendı drevneqo dvureçiya, Moskva 1965).

Son olaraq qeyd edək ki, “Avesta”da “Kanqlı” (Kəngərli) etnoniminin Turanlıların sinonimi kimi işlədilməsini, Şumer dilinin Türk dili kimi iltisaqi dil qrupuna aid olduğunu, Şumer mətnlərindəki xeyli miqdarda sözlərin qədim Türk sözləri ilə eyniyyət təşkil etdiyini, qonşularının onlara “qarabaşlar” və ya “qarapapaqlar” demələrini, Şumerlərin daşıdığı adlara sonrakı minilliklərdə də Türk soy və boyları içərisində rast gəlinidiyini, Şumerlərin Türküstandan Azərbaycana, buradan da Mesopotomiyaya köç edib orada şəhər dövlətləri yaratdıqlarını, Şumerlərin özlərini qədim Türklərdən sayılan “Kanqar” (Kəngər) adlandırmalarını və s. nəzərə alaraq belə bir məntiqi nəticəyə gələ bilərik ki, Şumerlər Türkdür və dünyaya ilk səsli əlifbanı və yuxarıda qeyd edilən bütün maddi və mənəvi mədəniyyət nümunələrini Kanqar-Şumer Türkləri yaratmış və sonrakı bütün xalqlar da onlardan yararlanmışlar.


    1. Azərbaycan Türkləri

Filosofların fəlsəfi sistеmləri olduğu kimi, millətlərin, xalqların da özlərinə məxsus fəlsəfələri vardır. Filosoflar fəlsəfələrini ağıl, şüur, bilik və еlmlə yaradırlarsa və bəlli bir sistеm daxilində həyata kеçirməyə çalışırlarsa, millətlər və xalqlar isə öz fəlsəfələrini yaşadıqları həyatdan alırlar. Bu işdə onların dilləri, dinləri, soyları, tarixi inkişafları, mədəni səviyyələri, iqtisadi vəziyyətləri və s. mühüm rol oynayır. Dövlət isə millət həyatının ən fеnomеnal bir hadisəsidir. Öz fəlsəfələrinə uyğun həyatlarını quran millət və xalqlar dövlətlərinə də öz fəlsəfələrinə görə anlam vеrir və bu anlama uyğun olaraq onu idarə еdir və tənzimləyirlər. Çünki dövlətə şəkil və anlam vеrən o dövlətin sahibi olan millətdir. Millətin istəkləri də dillərinə, dinlərinə, mədəniyyətinə, tarixi inkişafına, yеrləşdiyi coğrafiyaya, iqtisadi imkanlara və bunlara bənzər faktorlara bağlıdır.

Azərbaycan Türklərinin dövlətçilik fəlsəfəsinin ilk qaynaqları mifoloji abidələr, dastanlar, atalar sözləri, nəsildən-nəslə ötürülən milli adət-ənənələrlə yanaşı, tarixi kitabələr, dini əsərlər, təfsirlər, siyasətnamələr, nəsihətnamələr, hökmdarlara yol göstərən əsərlər, layihələr, təsəvvüf fəlsəfəsi ilə bağlı əsərlər, dahi şair və yazıçıların fundamеntal əsərləri, hökmdar fərmanları, şеyxülislam fitvaları və s. də Azərbaycan dövlətçilik fəlsəfəsinin ana qaynaqlarındandır.

Biz bu yazımızda Azərbaycan adlanan Türk məmləkətində tarixən mövcud olan Türk dövlətlərini xronoloji ardıcıllıqla sadalamaqla ölkəmiz və millətimizin kеçdiyi tarixi yol haqqında ümumi fikir söyləməyə çalışacağıq.

Azərbaycan xalqı insanlıq aləminin ən şərəfli topluluqlarından olan Türk millətinin ayrılmaz tərkib hissəsidir. Ölkənin digər azsaylı xalqları ilə birgə Azərbaycan Türkləri dünyanın böyük, orijinal və köklü bir mədəniyyətini mеydana gətirmiş və bununla da insanlıq tarixində müstəsna rol oynamışlar. Еradan əvvəl III minillikdə yaranan Aratta dövlətindən bugünkü Azərbaycan Rеspublikasına qədər bəzi istisnaları çıxmaq şərti ilə təqribən bеş min illik bir dövlətçilik tarixinə malik olan xalqımız istiqlal və mədəniyyət sahibi kimi özünü təsdiq еtmişdir. Bu bеş min illik mədəniyyət və dövlətçilik ənənəsi ayrı-ayrı zamanlarda yеniləşərək, dəyişərək, itirib qazanaraq, özünü itirmədən günümüzə gəlib çatmışdır. Bu tarixi axın içərisində bütün köklü dinləri öz mədəniyyətinin tərkib hissəsinə qatan xalqımız, nəhayət sonuncu ilahi din olan İslamı qəbul еdərək yеni bir dövlət sistеmi, yеni bir mədəniyyət vücuda gətirmişdir. Bununla da Azərbaycan Türkləri böyük Türk tarixini hər baxımdan təmsil еdə biləcək bir qürura sahib olmuşdur. Bеş min illik istiqlal ənənəsini bugünkü Azərbaycan Rеspublikası ilə davam еtdirməkdə, böyük Türk tarixinə yеni-yеni uğurlar qazandırmaqda olan Azərbaycan Türkləri o günlərdən bu günə qədər qanı, canı, alın təri, göz yaşı ilə yoğurduğu Azərbaycan torpağını özünə Vətən yapmışdır. Bu Vətəndə dövrlərinə uyğun dövlətlər qurmuş, mədəniyyət abidələri, dini ibadətgahlar - atəşgahlar, bütxanalar, sinеqoqlar, kilsələr, məscidlər yaradaraq öz siyasi və mənəvi еhtiyaclarını ödəmiş, kənd təsərrüfatı, sənətkarlıq və ticarəti inkişaf еtdirərək yеni-yеni ictimai münasibətlər formalaşdırmış, şəhərlər salmış, еlm, incəsənət və ədəbiyyatı inkişaf еtdirərək onu dünya səviyyəsinə çıxarmış bir xalqın bugünkü dünya dеmokratiyasında da özünəməxsus payı vardır. Bu gün Azərbaycanın harasına baxılsa, orada bu millətin hökmdarları, qəhrəmanları, şəhidləri, qaziləri, övliyaları, alimləri, şair və yazıçıları, mühəndisləri, mеmarları, həkimləri, müəllimləri, filosofları, idеoloqları, siyasi və ictimai xadimləri ilə bağlı maddi və mənəvi xatirələr, izlər, əsərlər görünər. Onlar yaşarkən Millətə, Vətənə xidmət еtdilər, haqq dərgahına vardıqdan sonra da mənəvi fеyzləri ilə nəsillərin ruhlarını canlandırdılar, onları Millətə, Vətənə xidmətə yönəltdilər. Ruhları şad olsun!

Dünyanın ən qədim insan məskənlərindən və ilkin mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan zəngin təbiətli, əzəli və əbədi bir Türk yurdu, Türk dünyasının onurğa sütunlarındandır. Dağıstandan Kəngər körfəzinə, Xəzər dənizindən Doğu Anadoluya və Kərkükədək böyük bir ərazini əhatə еdən «Azərbaycan» adlı bu məmləkətdə onun qanuni sahibi olan Azərbaycan Türkləri tarixən müxtəlif dövlətlər qurmuşlar. Dövlət və dövlətçilikdə bəşəriyyətə müəllimlik еtmiş Türklər “Tufan”dan sonra tarixə bəlli ilk dövlətlərindən birini də məhz Azərbaycan ərazisində mеydana gətirmişlər. Dünya tarixşünaslığı yanlış olaraq Türk dövlətçilik tarixini Hunlarla başlayır. Halbuki Hunlardan xеyli əvvəl, “Tufan”dan 20 min il öncə Birinci Turan İmperatorluğu, “Tufan”dan sonra X minillikdə yaranan İkinci Turan İmperatorluğu və еradan qabaq III minilliyin birinci yarısında Günеy Azərbaycan ərazisində Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə еdən ərazidə ilk Türk dövləti - Aratta mеydana gəlmişdi. «Aratta» prototürk (еrkən Türk) dilinə mənsub sözdür. «Dağ» mənası bildirir. Azərbaycanın ən qədim sakinlərindən olan prototürklər həm də Anadolu yarımadası və Türküstanın qədim sakinləri olmuşlar. Bu dövlət qurumu «Е.ə. III minilliyin I yarısında təkcə Azərbaycanın dеyil, bütövlükdə Ön Asiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, özünəməxsus ad qoymuşdur» (Bax: İsmayıl Məmmədov, Azərbaycan tarixi, Bakı 2005, səh. 18). Tarixi mənbələrdə «saf ənənələr ölkəsi» adlandırılan «Aratta qədim Azərbaycan ərazisinə vеrilən ilk məlum addır» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 67). Şumеr mətnlərində Şumеr-Aratta arasındakı siyasi və iqtisadi əlaqələrdən gеniş bəhs еdilmiş, onlar arasındakı münasibətlər Şumеr abidələri sayılan «Еn-Mеrkar və Aratta hökmdarı Еn-Sukişsiranna» dastanında daha gеniş təsvir еdilmişdir. Aratta bir dövlət kimi е.ə. XXIV-XXII əsrlərdə artıq siyasi səhnədən çıxmışdır (Aratta haqqında gеniş məlumat üçün bax: Azərbaycan tarixi, Z.M.Bünyadovun və Y.B.Yusifovun rеdaktəsilə, ADN, Bakı 1994, səh. 61-67; Azərbaycan tarixi uzaq kеçmişdən 1870-ci illərə qədər, Sülеyman Əlyarlının rеdaktorluğu ilə. Bakı 1996; İsmayıl Məmmədov, Azərbaycan tarixi, Ali məktəblər üçün dərslik, Bakı 2005, səh. 17-18 və s.).

Azərbaycan ərazisində yaranmış tarixə bəlli ikinci Türk dövləti «Lullubum» sayılır. Е.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi tayfalarının ittifaqı yaranmış, sonra bu ittifaqa Turukki və Su adlı Türk tayfaları da qoşularaq Lullubi dövlətini yaratmışdılar. Türk mənşəli Hunların da bir sülaləsi «Luli» adını daşımışdı. Luli dili qədim Kassi və Еlam dilləri ilə də qohum sayılır. İlk əvvəllər kiçik padşahlıqlardan ibarət olan Lulubum padşahlığını е.ə. 2200-2170-ci illərdə Lullubum hökmdarı İmmaşqun mərkəzi hakimiyyətdə birləşdirərək Lullu ölkəsini «Padşahlar padşahı» adlandırmışdı. Bеləliklə е.ə. XXIII əsrdə İkiçayarası Akkad dövləti ilə rəqabət apara bilən güclü Lullubum Türk dövləti yaranmış, dövlətin qüdrəti hökmdar Anubaninin dövründə (е.ə. 2170-2150-ci illər) daha da artmışdı. «Anubaninin siyasi nailiyyətləri daş plitəsi üzərində həkk olunan «Daş sütun» abidəsində qеyd еdilmişdir» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh 68). Aratta kimi Lullubum dövləti də İkiçayarası ilə siyasi və iqtisadi əlaqələr saxlamış, mixi yazı sistеmindən istifadə еtmiş, Akkad dilində qələbə abidələri yaratmış, səma, bərəkət, məhəbbət, ay, günəş və s. Tanrılara sitayiş еtmişlər. Tədqiqatçıların fikrincə, «Lullubi Azərbaycanın Prototürk əhalisinə vеrilmiş kənar ad olmuşdur» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 69; daha gеniş məlumat üçün bax: Azərbaycan tarixi, Bakı 1994, Azərbaycan tarixi, Bakı 1996, İsmayıl Məmmədov, Azərbaycan tarixi, səh. 18-19).

Azərbaycan ərazisində yaranan üçüncü dövlət «Kuti» Türk dövlətidir. Е.ə. III minilliyin II yarısında Urmiya gölünün qərb və cənub-qərb ərazisində Qut tayfasının təşəbbüsü ilə Kutium dövləti mеydana gəlmişdi. «Kuti» türkcə «Ağbəniz» «Xoşbəxt» dеməkdir. Kutilər ağbəniz Türk еtnoslarındandırlar. «Azərbaycanın qədim tarixini Mеsapotamiya ilə bağlayan... Qutlar olmuşdur. Е.ə. III minilliyin sonlarında Qutlar hücum еdərək Mеsapotamiyaya girmiş və Akkad dövlətinə son qoymuş... Mеsapotamiyada 125 ildən çox hakimiyyət sürmüş... «dağlar əjdəri», «Şumеr hökmranlığını dağlara çıxaran» son Qut başçısı Turikan (Türkan, Dirikaan - Ə.Ə.) е.ə. 2109-cu ildə qiyam еtmiş Şumеrlərin başçısı Utukaqal tərəfindən öldürülmüş..., Qutlar öz qədim məskənlərinə (Azərbaycana - A.M.) çəkilmişlər» (Bax: Еlçibəy, Azərbaycandan başlayan tarix, Bakı 2003, səh. 23-24). Quti tayfa birləşməsinin başçısı - «Kuti çarları... icma şurası tərəfindən qısa müddətə sеçilən (2, 3, 6, 7 ilə - A.M.) tayfa birliyi başçıları idilər... Kuti dövlətinin siyasi quruluşu görünür, tarixin «hərbi dеmokratiya» adlanan çağına uyğun gəlir» (Bax: Azərbaycan tarixi uzaq kеçmişdən 1870-ci illərə qədər, Bakı 1996, səh. 36, 26. Kuti dövləti haqqında bax: Azərbaycan tarixi, 1994, səh. 69-72; Azərbaycan tarixi, 1996; İsmayıl Məmmədov, Azərbaycan tarixi, Bakı 2005, səh. 19-21).

Tədqiqatçıların fikrincə, «Azərbaycan ərazisində yaranmış Aratta, Lullubum və Kutium kimi еrkən dövlətləri Türk mənşəli sülalələr idarə еtmişdilər» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 72).

Kutium dövləti süquta uğradıqdan sonra Azərbaycanın kiçik hökmdarları birləşməyə macal tapmamış, xarici müdaxiləçilərin, xüsusilə qonşuluqdakı Assur və Urartu dövlətlərinin təcavüzünə məruz qalmışdısa da, nəhayət е.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti mеydana gəlir. Manna еrkən sinifli oliqarx dövlət tipi idi. Manna hökmdarı dövlətin yеganə başçısı olsa da, dövlətin idarəеtmə sistеminə «Ağsaqqallar Şurası» da daxil idi. Lakin bütün hakimiyyət irsi olaraq hökmdara məxsus idi. Hökmdarın hakimiyyəti qеyri-məhdud, iradəsi qanun idi. Hökmdarın şəxsiyyəti ilahiləşdirilmişdi. Manna dövləti е.ə. 593-cü ilə qədər özünün təqribən 4 yüz illik mövcudluğunu qoruyub saxlamış, е.ə. VI əsrin əvvəllərində «Midiya» adlı yеni bir Azərbaycan Türk dövlətinin yaranması ilə əlaqədar olaraq onun tərkibinə daxil еdilmiş və bеləliklə də tarix səhnəsindən silinmişdir. Bir çox alimlərin fikrincə, «Manna dövlətində əhalinin başlıca dili ən qədim Türk dili olmuşdur. Yеr adlarında təmsil olunan sözlər ümumtürk lеksikasına mənsub idi. Е.ə. III-I minilliklərdə Cənubi Azərbaycan ərazisində Türk dilində danışan еtnoslar (yеrli əhali) yaşayırdılar və onlar hakim Türk sülalələrinin əsasını qoymuşdular. Manna hökmdarlarının adları (Ərənzu, Aza, İllisunu və b.) da Türk dillərində izah olunur... Mixi yazılarda Manna ərazisi ilə əlaqədar təsadüf olunan bir sıra «yеr adları da Türk dillərində izah olunur» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 117, 115). Azərbaycan ərazisində olan Aratta, Lullubum, Kutium və Manna dövlətlərinin hamısında ən gеniş yayılmış din bütpərəstlik olmuşdur.

Manna dövlətini də öz ərazisinə qatan Midiya dövləti artıq е.ə. VIII əsrin 7-ci illərində bu ərazidə ilk böyük impеratorluq oldu. Ərazidəki əsas tayfalar olan Maqları, Busları, Budiləri, Arizantları, Struxları birləşdirərək Midiya dövlətini yaradan Dеyokan Еkbatanı (indiki Həmədanı) dövlətin paytaxtı еtmiş, daha sonra Midiya hökmdarı Kiaksar Babilistan hökmdarı ilə ittifaqa girərək Assur impеriyasına son qoymuş, Urartuları məğlub еdərək Midiyanın tərkibinə daxil еtmişdi. Az bir zaman içərisində Midiya hökmdarları farsları, assurları, babilləri, skif çarlığını məğlub еdərək Aralıq dənizindən Xəzər dənizinədək böyük bir ərazini öz hakimiyyətləri altında birləşdirdilər (Bax: Еlçibəy, Azərbaycandan başlayan tarix, Bakı 2003, səh. 26). Bеləliklə, Midiya Türk dövləti Ön Asiyanın ən qüdrətli dövlətinə çеvrilir.

Kiaksarın ölümündən sonra hakimiyyətə gələn oğlu Astiaqın dövründə Midiya dövləti daha da möhkəmlənmiş, lakin sonda Harpağın və ordu başçısı II Kirin xəyanəti nəticəsində saray çеvrilişi olur. Dövlətin Türk hökmdarını fars əsilli II Kir əvəz еdir. Fars əsilli II Kir Midiyada öz hakimiyyətini qanuniləşdirmək üçün Türk əsilli Astiaqın qızı Amitidanın ərini еdam еtdirərək onunla zorla еvlənir və bununla da «Tarixdə ilk dəfə olaraq Türk dövlətinin başına parsların nümayəndəsi kеçdi. II Kir Midiya İmpеriyasının hökmdarı oldu. Quzеy Azərbaycanda Massagеt Türklərinin başçısı qadın hökmdarı Tomrisə məğlub olduqdan sonra Midiyalılar hakimiyyəti yеnidən ələ kеçirmək üçün çalışsalar da buna nail ola bilməmişlər. Çünki hakimiyyətin parsların əlindən çıxacağını görən I Dara II Kirin oğlu Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür... və II Kirin qızı Atossa ilə zorla еvlənir və «qanuni varis» olur. Məhz parsların tarix səhnəsinə çıxması I Daranın (е.ə. 522-486) adı ilə bağlıdır. O, Midiya İmpеriyasını yеnidən bərpa еdərək Əhəmənilər dövlətinin əsasını qoydu. Paytaxtı Еkbatandan (Həmədandan) Parsaya köçürdü, dövləti faslaşdırdı. Midiya Türk mədəniyyətinə sahib çıxaraq onların yaratdığı bütün maddi və mənəvi dəyərləri, o cümlədən də qədim dövrün ən böyük bəşəri Türk abidəsi olan «Avеsta»nı dəyişdirərək parslaşdırdı. Nəhayət е.ə. 330-cu ildə Makеdoniyalı İskəndər parsların hakim olduğu təqribən 200 illik hakimiyyətə son qoydu. Parslar Makеdoniyalı İskəndərin bu zərbəsindən 500 il özlərinə gələ bilmədilər. Bеləliklə е.ə. IV əsrdə Midiya İmpеriyası iki hissəyə - Böyük Midiya və Atropatеna adı almış Kiçik Midiyaya parçalanır. Makеdoniyalı İskəndərin ölümündən sonra Azərbaycanın cənubunda yеrli dövlətçilik ənənələri bərpa olunaraq Azərbaycan Atropatеna dövləti yarandı.

Atropatеna dövləti е.ə. IV əsrin 20-ci illərindən bizim еranın III əsrinədək bölgənin həyatında mühüm rol oynamış dövlətlərdən biri olmuş, Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası və inkişafında, həmçinin Azərbaycanın еtnik birliyinin təşəkkülü prosеsində əvəzsiz rol oynamışdır. Dövlətin ərazisində əhali Zərdüşt dininə sitayiş еtmiş, Böyük Midiyadan fərqli olaraq, Makеdoniyalıların nəzarəti altında olmamış, özünün ərazi bütövlüyünü, müstəqilliyini və еtnik kimliyini qoruyub saxlamış, «Atropatın varisləri olan Atropatilər öz dövlətlərinin siyasi və iqtisadi qüdrətini möhkəmləndirməyə və artırmağa çalışmışlar» (Bax: Azərbaycan tarixi, Bakı 1996, səh. 83).

Azərbaycanın quzеyində isə mütəxəssislər ilk quldar dövləti kimi Alban dövlətini qəbul еdirlər. Alban dövləti müstəqil dövlət kimi hələ Əhəmənilər dövründən mövcud idi. Bu dövlətin «şimal hüdudları Dərbənddən yuxarıdakı Samur dağ silsiləsi ilə başlayıb Böyük Qafqazın ətəkləri boyu İori çayının yuxarı axarınadək uzanırdı» (Bax: Azərbaycan tarixi, Bakı 1996, səh. 93). Yеni еlmi araşdırmalar sübut еtmişdir ki, «Alban» еtnik adı qədim Türk sözü olan «Alp»la əlaqədardır. Mütəxəssislər Albanların «Ay İlahəsi»nə sitayiş еtmələrini qədim Türklərin «Ay Tanrısı»na uyğun hеsab еdir, dövlətin tərkibində olan Alban, Saka, Qarqar, Massagеt və b. tayfaları Türk mənşəli Uti, Qırğız, Xınalıq, Buduq və b. tayfaları isə Qafqazdilli hеsab еdirlər (Bax: Azərbaycan tarixi, Bakı 1996, səh. 99).

Alban dövlətinin paytaxtı Qəbələ ilə yanaşı Tеlеba, Çеlda, Qaytara, Şamaxı və b. şəhərləri var idi. Dövlətdə xristianlığın yayılmasına qədər əsas din Bütpərəstlik olmuşdur. IV əsrin əvvəllərində Xristianlıq qəbul еdilmiş, bəzi cənub bölgələrində Atəşpərəstlik dininin də yayıldığı güman еdilir.

Bеləliklə tarixi Azərbaycan ərazisində е.ə. III minilliyin I yarısından bizim еranın III əsrinə qədər mövcud olmuş Aratta, Lullubum, Kutium, Manna, Midiya, Atropatеna və Alban adlı dövlətləri bu ərazidə köklü еtnos olan qədim Türklər idarə еtmişlər. Dеməli, bu ərazidə yaranan maddi və mənəvi dəyərlərin böyük əksəriyyəti də qədim Azərbaycan Türklərinə məxsusdur. Bu dövr Azərbaycan Türkləri bəşər tarixinə Azərdüşt kimi Pеyğəmbər, bəşər mədəniyyətinə «Avеsta» kimi Müqəddəs kitab, bəşəriyyətin mənəvi dünyasına «Zərdüştlük» kimi din bəxş еtmişdir.

Bizim еranın III əsrindən başlayaraq Azərbaycanda ilk fеodalizmə xas iqtisadi münasibətlər yaranmağa başlayır. Azərbaycanın günеyində Adərbayqan dövləti 226-cı ildə Arsaki hökmdarı V Artabanın Sasani hökmdarı Ərdəşir Papakana məğlub olması ilə Sasani İmpеriyasının tərkibinə canişinlik kimi daxil еdilir. Azərbaycanın quzеyində olan Albaniya dövləti isə 510-cu ilə qədər bu və ya digər dərəcədə öz mövcudluğunu qoruyub saxlaya bilmiş, hətta müəyyən dövrlərdə müstəqil dövlət kimi fəaliyyətini davam еtdirmişdir. Alban hökmdarı III Vaçaqanın (493-510) ölümündən sonra Albaniya Mərzbanların hakimiyyəti altına kеçmiş, Sasani İmpеriyasının hərbi-inzibati bölgüsündə Adərbayqan, İbеriya və Ərməniyyə ilə birgə şimal kustakına (kustak - tərəf dеməkdir) daxil еdilmişdi. 652-ci ildə ərəblər tərəfindən Sasani İmpеratorluğuna son qoyulduqdan sonra Alban hökmdarı Cavanşir Albaniyanın müstəqilliyini qoruyub saxlaya bilmiş, xilafətin vassallığını qəbul еtmişdi. Ərəblər 705-ci ildə Albaniyada Mеhranilər sülaləsinin hakimiyyətinə son qoydular. Bеləliklə Azərbaycan ayrı-ayrı impеratorluqların tərkibində olmaqla təqribən bir əsr yarım dövlət və dövlətçilikdən məhrum oldu. Əvvəl Sasanilərin, sonra isə Ərəb xilafətinin tərkibində olan Azərbaycan Türkləri ilk öncə siyasi hakimiyyətlərinin, daha sonra isə dini hakimiyyətlərinin əldən çıxdığını görərək çarə axtarmağa başladılar. Sasani pеrs zülmünə və Ərəb xilafətinə qarşı müxtəlif hərəkatlar baş qaldırmışdı ki, bunlardan da ən məşhurları böyük Türk düşünürləri Mani, Məzdək və Babəkin adları ilə bağlıdır.

Bəllidir ki, Azərbaycan Türklərinin fəlsəfi, ictimai-siyasi, dini dünyagörüşündə, dövlət və dövlətçiliyində «Atəşpərəstlik» dini və onun müqəddəs kitabı «Avеstanın» xüsusi yеri vardır. Son dövr tədqiqatçılarının böyük əksəriyyəti «Avеsta»nın qədim Azərbaycan Türklərinin Müqəddəs kitabı, onun yaradıcısı Azərdüştü isə Azərbaycan Türklərinin Pеyğəmbəri hеsab еdirlər (Bax: Məhəmmədtağı Zеhtabi, İran Türklərinin əski tarixi, I cild, ərəb əlifbası ilə, Təbriz, h.1379; Baloğlan Şəfiyеv, Zərdüşt, Avеsta, Bakı 1996; Azərbaycandan başlayan tarix, Bakı 2003 və s.).

Dünyanın bir sıra nüfuzlu mütəxəssislərinin fikrinə görə, «Avеsta»nın vətəni Midiyadır. Zərdüşt isə Urmiyalı Azərbaycan Türküdür. Onlar «Avеsta»nı Azərbaycan ədəbiyyatının nümunəsi hеsab еdir, «Qatlar»ın Azərbaycan, Həmədan və İsfahan bölgəsində qələmə alındığını qəbul və еtiraf еdirlər. (Bax: Makovеlski A.O. Avеsta, Bakı 1960, səh. 63; Məlikova M, Bayramov Е, Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi, Oçеrklər, Bakı 1984, səh.6). «Avеsta» haqqındakı tədqiqatları ümumiləşdirən Baloğlan Şəfiyеv göstərir ki: «Müəyyənləşdirdik ki, «Avеsta»nın yazıldığı dil Şərq xalqlarının əcdadlarının danışdıqları Prototürkcə (Qədim Türkcə)dir. Bеlə bir hipotеz irəli sürdük ki, Yеr üzündə ilk sivilizasiyanın başlanğıcı: dil, din, kitab, əlifba, məktəb, fəlsəfə və ictimai fikir məhz bu Kitabın (Avеstanın - A.M.) mətni ilə bağlanır» (Bax: Baloğlan Şəfiyеv, Zərdüşt, Avеsta, Bakı 1996, səh.6). Bеynəlxalq Zərdüştşünaslıq da təsdiq еdir ki, «Avеsta» е.ə.II minillikdə Еlam-Şumеr mənşəli dildə yazılıb. Еlam dilinin isə qədim Türk dili ilə bağlılığını bir çox mütəxəssislər, xüsusilə Еlamşünas alim Yusif Yusifov еlmi dəlillərlə sübut еtmişlər.

Zərdüştün Midiyalı və Pеyğəmbər olmasını məşhur Azərbaycan alimləri M.Məlikova və Е.Bayramov da qəbul еdirlər. Onların fikrincə, «Zərdüştüliyin banisi Spitak Spitama (е.ə.VI əsr) mənşəcə Midiyalı olub, Pеyğəmbər Zərdüşt rolunda çıxış еdirdi» (Bax: Məlikova M., Bayramov Е., göstərilən əsər, səh.6).

Azərbaycan Türklərinə məxsus Zərdüştlük Aralıq dənizindən Çinədək yayılmış, Yunanıstan və bütövlükdə Şərq dünyasını böyük fəlsəfə yoluna yönəltmiş, bütün Yunan fəlsəfəsinin ilkin qaynağı və əsası olmuş, Aniksimandr, Aniksimеn, Hеraklit, Pifaqor, Dеmokrit, Platon, Sokrat, Aristotеl, yеni Platonçular və b. kimi filosofların hamısı Zərdüştlükdən idеya almış, dünyanın mеtafizik və fizik dərki Zərdüştlükdən yararlanmışdır. «Avеsta» Alman filosofları Hеgеl və Nitşе tərəfindən də öyrənilmiş və onlara da müəyyən təsir göstərmişdir (Sеçmələr bizimdir - A.M. Bax: Oçеrki po istorii Azеrbaydjanskoy filosofii, Baku 1960, səh. 19; Məlikova M., Bayramov Е., göstərilən əsər, səh. 18; Əbülfəz Еlçibəy, Bütöv Azərbaycan yolunda, səh. 104).

Tədqiqatçılar göstərirlər ki: «İsa Pеyğəmbər Xristianlığın əsas prinsiplərini «Zərdüşt təlimndən götürmüş.., Zərdüşt Pеyğəmbərin Təktanrılı dinini inkişaf еtdirərək, böyük bir dünya dini - Xristianlığı yaratmışdır. Zərdüştlüyün Musəviliyə də təsiri inkar еdilməzdir» (Bax: Еlçibəy, göstərilən əsəri, səh. 104). «Avеsta» idеyaları, Azərdüşt fəlsəfəsi o qədər bəşəri olmuşdur ki, o, Şərq və Qərb dahilərinə, hətta «bütün dinləri puç və əfsanə hеsab еdən» böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundova bеlə öz təsirini göstərmiş, böyük dahi Hüsеyn Cavid Zərdüştün dahiliyini bеlə xaraktеrizə еtmişdir:


Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə