Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

olacaq, yeriyəndə ayaqlarının altına güllər səpiləcək , xalılar döşənəcək.Yalnız 

ağıllı , zəkalı bir qız Səhralar səltənəti başçısının xanımı olmağa layiqdir. İndi 

isə birinci sualımı verməyə hazıram.

 

        



Qızlar həyəcanlarını gizləyərək razılıqla baş əydilər.

 

         



Şah birinci sualını verdi

          -



Dinləyin sualımı. Düşünün cavabını. Sualım belədir:Ovçunun atdığı ox 

ceyranın sağ ayağından dəyib sol qulağından çıxmışdır. Bunun necə mümkün 

olduğunu tapıb mənə cavab verməyiniz üçün sizə səhərəcən vaxt verirəm.

 

        



Qızlar  təəccüblə  bir

-bi


rlərinin  üzünə  baxıb  çiyinlərini  çəkdilər.Amma  nə 

etmək  olardı?  Şah  öz  sualını  vermişdi.Onlar  da  fikirləşməli,suala  cavab 

tapmalıydılar.

 

         



Qızlar  üzdən  gülümsədilər,  amma  daxildən  qəm  çəkə

-

çəkə  çadırlarına 



getdilər.axşamacan  baş  sındırdılar.  Nə  qədər  fikirləşdilərsə  də,  suala  cavab 

tapa bilmədilər ki bilmədilər.

 

          



Səhərə  yaxın  şahzadələr  bir

-

birlərindən  xəbərsiz,  dərdli



-

kədərli  şahın 

hüzuruna  getməyə  hazırlaşdılar.Qoy  qızlar  şahın  hüzuruna  getməyə 

hazırlaşsınlar,sizə  kimdən  deyim,  kimdən  söhbət  açım,Hind  şahzadəsi 

Sindinin  kənizi  ağcadan.Ağca  sahibəsinin  qəmli  olduğunu  görəndə  dözmədi, 

səbəbini soruşdu:

 

          -



Şahzadə,nə  səbəbdən  məyus  olmusan?Kim  xətrinə  dəyib?  Bəlkə 

azarlamısan? Səbəb nədir ki,qanın belə qaradır?

 

            Sindinin  xasiy



yəti  çox  ağır  idi.Şahın  verdiyi  suala  da  cavab  tapa 

bilmədiyindən lap hirslənmişdi:

 

           -



Hər  şeyi  bilməsən  olmaz.Eşit,  Ağca,  deyim  nə  baş  verib.Səhra  şah 

evlənmək ücün  özünə  ağıllı  qız  axtarır.bunun  üçün  evlənmək  istədiyi  qızlara 

çətin  suallar  verir.suallarına  düzgün  cavab  verən  şahzadə  onun  xanımı 

olacaq.Şərtinə  görə,  hansı  qız  onun  suallarına  cavab  verərsə,  onunla 

evlənəcək.  Birinci  sualını  verib.Gecədən  nə  qədər  baş  sındırmışam,  ona 

cavab taa bilməmişəm ki bilməmişəm.

 

          



Ağca maraqla soruşdu

           -



Nə sualdır elə, deyərsənmi mənə,sahibə?

 

          



Qız acığını kənizin üstünə tökdü:

 

           -



Mən  cavab  tapa  bilmədiyim  suala  sən  heç  vaxt  cavab  tapa 

bilməzsən!Nə işinə gərəkdir,nə sualdır? Get işinə!

 

          



Kəniz

  

yavaşcadan,qorxa



-qorxa dedi: 

          -

Bəlkə elə cavabı bilirəm?

 

          



Ağcanın sözlərini eşidən şahzadə da hirsləndi:

 

          -



Sualı deyəcəyəm, cavabını tapa bilməsən , saçlarını dibindən qırxdırıb 

səni keçəl eləyəcəyəm.

 

           



Ağca razılaşdı:

 

           -



Baş üstə,xanım,razıyam,onsuz da mənim başım da, üzüm də həmişə 

bağlı olur, kimdir saşlarımı görən, məsləhətdirsə, sualı de.

 

           



Şahzadə şahın verdiyi sualı kənizə dedi:

 

            -



Ovçunun  atdığı  ox  ceyranın  sağ  ayağından  dəyib  sol  qulağından 

çıxmışdır.Bunun necə mümkün olmasını tapıb şaha deməliyəm.

 

           



Kəniz sevincək dedi:

 



           -

Xanım, bu sualın cavabı çox sadədir. Şaha deyərsən ki, ovçu oxu atan 

zamanda  ceyran  sağ  ayağıyla  sol  qulağını  qaşıyırmış.  Odur  ki,ox  ceyranın 

ayağına dəyəndən sonra qulağına girmişdir.

 

           



Xanım Ağcanın cavabına mat

-

məəttəl qaldı. Cavan ağlabatan idi.



 

Ona görə də kefi kökəldi, bəzənib şahın hüzuruna getdi.

 

          



Əvvəlcə  İran,  sonra  isə  Ərəbistan  şahzadəsi  peşman

-

peşman  suala 



cavab tapmadıqlarını söylədilər.

 

           



Sindi isə kənizi deyən cavabı eşitdiyi kimi şaha söylədi:

 

            -



Bu  sualın  cavabı  çox  sadədir.Ovçu  oxu  atan  zamanda  ceyran  sağ 

ayağıyla sol qulağını qaşıyırmış.odur ki,ox ceyranın ayağına dəyəndən sonra 

qulağına girmişdir.

 

            



Şah hind qızının cavabından razı qaldı.

 

            



Daha sonra ikinci sualını vermək üçün söhbətinə başladı:

 

             -



Tanrının  yaratdığı  nemətlərdən  od,su,dəmir  həmişə  bir

-

birlərinə 



düşmən sayılıblar. Səbəbi nədir bunun?

 

            



Qızlar məəttəl

-

məəttəl bi



r-

birlərinə baxdılar."Bu nə qəliz suallardı belə 

şah onlara verir?"

-

deyə ürəklərində Səhra şahı qınadılar.Şahzadələr dərindən 



ah  çəkdilər,budəfəki  sualın  cavabını  tapa  bilməyəcəklərini  əvvəlcədən  yəqin 

elədilər.

 

             



Şah  yenə  də  qızlara  bir gün  vaxt  verdi.Qızlar çadırlarına  çəkilib  baş 

sındırmağa başladılar.

 

             



Səhər Ağca yuxudan qalxanda fikir verib gördü ki,xanımının gözlərinin 

altı qaralıb. Qara çöhrəsi biraz da tutulub. Soruşdu:

 

            -



Nə olub, xanım ,olmaya azarlamısan?

 

             



Şahzadə hikkə ilə dilləndi:

 

              -



Yox,azarlamamışam,  amma  azarlasaydım  bundan  yaxşı  olardı.Şah 

ikinci sualını  verib.əvvəlkindən də çətin.Deyir  ki, Tanrı  yaratdığı nemətlərdən 

od, su, dəmir həmişə bir

-

birlərinə düşmən sayılıblar.Səbəbi nədir



 

bunun?Belə 

də  sual  olar?Məgər  cansız  əşyalar  da  bir

-

birinə  düşmən  olar?Şah  bizi  ələ 



salır.bizim  heç  birimizlə  evlənmək  fikri  yoxdur  deyə,belə  qəliz  suallar  verir. 

Bax, bu suala cavab axtardığıma görə səhərə qədər yata bilməmişəm.

 

  

            



Kəniz çox fikirləşmədən dedi:

 

             -



Bu  sualın  cavabı  əvvəlkindən  də  asandır,xanım.Od  sudan 

qorxur.Çünki  yalnız  su  ona  qalib  gəlib,söndürə  bilir.Dəmir  isə  oddan 

qorxur,çünki oddan başqa heç bir şey dəmiri əridə  bilmir.Dəmir özü  də suyu 

sevmir, çünki su dəmiri paslandırıb, çürüdür. Elə ona görədir ki,Tanrının bu üç 

neməti bir

birinə düşmən sayılır.bax, şahın verdiyi sualın cavabı budur.Şaha 



belə də deyərsən!

 

            



Cavab  şahzadənin  beyninə  batdı.Sevincək  durub  geyindi,bəzəndi, 

şahın hüzuruna getdi.

 

            



Yenə  də  dünənki  kimi,  İran  və  Ərəbistan  şahzadələri  şaha  baş  əyib 

sualın cavabını tapmadıqlarını bəyan etdilər.

 

            



Sindi  isə  ağıllı  bir  görkəm  alaraq  kənizin  dediyi  cavabı  olduğu  kimi 

şaha  çatdırdı.  Şah  hind  gözəlinin  cavabından  məmnun  qalıb  qızlara  üçüncü 

sualını verdi:

 



Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə