Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

             -

Bir  gün  ərzində  bütün  dünyanı  gəzməyin  ən  asan  yolunu  kim  mənə 

deyər?Yenə  də  sizə  bir  gecə  vaxt  verirəm.Sübh  namazından  sonra  yanıma 

gəlin, sualıma cavab deyin.

 

            



Bu  sual qızları  da, saray  adamlarını  da  çaşdırdı.  Fikirləşdilər ki, belə 

bir  suala  cavab  ola  bilməz.  Hər  üç  şahzadə  üzlərində  qəm,  gözlərində  nəm 

çadırlarına çəkildilər.

 

            



Səhər  tezdən  Sindi  şahın  hüzuruna  hazırlaşanda  Ağca  yenə  də 

şahzadəni  bikef  görüb  dözmədi,  Səhra  şahın  budəfəki  sualını  soruşdu. 

Şahzadənin  susduğunu  görüb  onun  o  yanına,  bu  yanına  keçdi,  sualı 

öyrənmək üçün kobud qızı birtəhər dilə tutdu:

 

             -



Qəm  yemə,  şahzadəm.  Bəlkə  mən  suala  cavab  tapa  bildim,  sualı 

mənə də de.

 

            



Hindistan şahzadəsi onu acıladı:

 

             -



Çəkil  gözlərimin  qarşısından,  qanımı  qaraltma  ,  yoxsa  qayıdanda 

yenə də səni qul kimi sataram.

 

            



Yazıq kəniz qorxdu, daha səsini çıxartmadı. O,qul kimi satılmağın nə 

olduğunu  çox  yaxşı  bilirdi.  Tayfası,  ata

-

anası,  bir  də  başına  gələnlər  yadına 



düşdü.

 

            



İndi  qapqara  olan  bu  kəniz  balaca  olanda  ağappaq  qız  idi  deyə,ata

-

anası  ona  Ağca  adı  qoymuşdu.  Onlar  balaca  bir  şəhərdə  yaşayırdılar.Özləri 



də çox yaxşı dolanırdılar. Ağcanın atası tacir idi. O, hər dəfə səfərə gedəndə 

çoxlu q


azancla qayıdardı.

 

            



Ağcanın  on  beş  yaşı  olanda  vəhşi  hindu  tayfası  onların  şəhərinə 

hücum  elədi.  Əli  qılınc  tutanları  qırdılar,  var

-

dövlətlərinə  yiyələndilər 



qalanlarının əl

-

qolunu bağlayaraq məmləkətlərinə aparıb qul kimi satdılar.



 

            

Tacir  gözəl  qızının  pis  əllərə  düşəcəyindən  qorxub  onun  üzünə  qara 

saqqız


  

sürtdü ki, gözəlliyi görünməsin. Sonra balanı ata

-

anasından ayırdılar. 



Kişiləri  bir  tərəfə,  qadınları,  qızları  isə  başqa  bir  tərəfə  yığıb  bəzilərini  baha 

qiymətə, bəzilərini isə dəyər

-

dəyməzinə satdılar.



 

             

Bir  hindu  öz  qullarını  Hindistana 

apardı  ki,  onları  baha  qiymətə  satsın.Şahın 

adamları  ona  xəbər  göndərdilər  ki,bütün 

qullarını saray gətirsin, şahzadə özünə kəniz 

seçəcək.  Qulları  gətirdilər.  Hind  şahzadəsi 

qullara  xey

li  baxandan  sonra  ən  eybəcər 

görünən Ağcanı seçdi və dedi:

 

            



-

Onun  mənə  kəniz  olmasını 

istəyirəm.

 

            



Şah qızını fikrindən döndərmək istədi:

 

            -



İstəsən dünyanın hər yerindən gözəl

-

gözəl kənizlərin olar, neyləyirsən 



çirkin kənizi

? Ona baxanda könlün bulanacaq, kefin pozulacaq. 

            

Sindi dediyindən dönmədi:

 

            -



Yox, mən ancaq o kənizi istəyirəm!

 

            



Amma  bu  da  səbəbsiz deyildi. Sindi  özü çox  eybəcər olduğuna  görə 

gözəl kənizlırindən xoşu gəlmirdi.

 



            

Ağcanı  kəniz  götürəndən  sonra  isə  çox  şad  oldu.Ağca  şahzadənin 

yanında  qalandan  sonra  çirkin  şahzadə  Sindi  çox  dəyişdi.Ağca  onu  o  qədər 

qəşəng bəzəyirdi ki,o , gözəllər gözəlinə çevrilir, hç kəz onun qara, çopur və 

eybəcər olduğunu başa düşmürdü.

 

            



Şahzadə  Sindinin  xasiyyəti  də  özü  kimi  çirkin  idi.  O  ,Ağcanı  çox 

incidir,günahı oldu

-

olmadı, tez



-

tez cəzalandırırdı.

 

           



Odur  ki,indi  bu  qərib  diyarda  şahzadə  Sindi  Ağcaya  deyəndə  ki,"səni 

qul kimi bazarda satdıraram" ağca qorxdu daha səsini çıxartmadı.

 

           



Səhər  açıldı.  Şahın  verdiyi  vədə  yetişdi.  Günəş  şəfəqləri  ilə  hər  yanı 

işıqlandırdı.  Ağca  yenə  də  şahzadə  Sindini  bəzədi,  gözəllər

-

gözəlinə 



döndərdi.amma acıdil şahzadə çadırdan çıxanda, Ağcanı qul kimi satdıracağı 

ilə hədələdi. Gözü yaşlı Ağca xanımını yola salanda deyindiyini eşitdi:

 

           -



Şahın başı xarab olub, heç bir günə dünyanı gəzməyin yolu var?

 

            



Ağca sualı eşidən kimi ona cavab verdi:

 

            -



Bəli, xanım, var!

 

            



Şahzadə təəccüblə, həm də kobudluqla soruşdu:

 

             -



Ağlına  gələn  cəfəngiyyatı  dilinə  gətirmə,  kəniz!  Nə  hərzə

-

hərzə 



danışırsan, bu necə ola bilər?

 

             



Ağca dedi:

 

            -



Günəşin izi ilə gedə bilsən, bir günə bütün dünyanı gəzərsən.

 

            



Sindi lap hirslən

di: 


             -

Hazırlaş,  qayıdanda  səni  doğrudan  da,  qul  bazarında  satılmağa 

göndərəcəyəm! Məni ələ saldığına görə!

 

             



Şahzadə Ağcanın  üstünə qışqıraraq 

çadırdan çıxdı.

 

             



Ağca  dizi  üstə  çöküb  zülüm

-zülüm 


ağlamağa başladı.

 

             



Ağcanı  ağlaya

-

ağlaya  qoyaq,  görək 



sarayda  nələr  baş  verdi?  Yox,  qız  yazıqdır, 

gəlin  onu  ovunduraq  sonra  gedək  görək 

sarayda nə baş verdi?

 

             



Yazıq  Ağca  o  qədər  ağladı  ki, 

nəhayət  onu  yuxu  tutdu.  Hə,  indi  arxayın 

Ağcanı yuxuda qoyaq, sarayda olanlardan xəbər tutaq.

 

             



Bütün  saray  əyanları  şahın  ətrafına  yığışmışdı.İran  və  Ərəbistan 

şahzadələri  bir

-

birinin  ardınca  gəlib  şaha  təzim  edəndən  somra  suala  cavab 



tapmadıqlarını bəyan etdilər.

 

             



Hind şahzadəsi də onlar kimi etmək istədi, amma birdən ağlına gəldi 

ki, kəniz deyən cavabı desin, düz olar

-

olar, olmaz da ... Şahın hüzurunda baş 



əyəndən sonra dedi:

 

             -



Ey  hörmətli  şahlar  şahı!  Günəşin  izi  ilə  getməklə  bir  günə  bütün 

dünyanı gəzmək olar! Budur mənim cavabım!

 

              



Hamı  şahzadənin  cavabına  məəttəl  qaldı.  Onun  ağlı  hamını  heyran 

elədi.Şah da razılığını bildirdi:

 

              -



Ağıllı  şahzadə!  Cavabından  məmnun  oldum.Belə  sualın  başqa 

cavabı  mümkün  deyil.İndi  isə  eşidin!  Sonuncu  sualımı  verirəm.  Sizdən 




Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə