Dəniz balası (Nağıl)



Yüklə 315,67 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix30.12.2017
ölçüsü315,67 Kb.
#18738
1   2   3   4   5   6   7   8   9

           

Ağca  isə  qorxdu,  elə  bildi  ki,  hamilə 

olduğuna  görə  onu  dar  ağacından  asacaqlar. 

Şahın qarşısında diz çökdü:

 

               -



Amandı, ədalətli şah! And içirəm taxt

-

tacına ki, mənim heç bir günahım yoxdur!



 

Sindi isə hər şeyi boynuna aldı

                -



Şahım,  qibləgahım!  Mirvari  qolumu 

ağrıtdı deyə onu taxt bilmədim. Kənizin qoluna 

taxdım  ki,  o  bir  tərəfdə  atılıb  qalmasın,sənin 

sözün yerə düşməsin.

 

           



Hər  şey  şaha  aydın  oldu.  O,  övladı 

olacağına  çox  sevinsə  də  Sindinin  onu 

aldat

masına  qəzəbləndi.  Əmr  etdi  ki,  xanımı 



qaranlıq zindana salsınlar. Dərviş dedi:

 

            -



Onun  günahını  doğulacaq  şahzadənin 

qədəminə qurban elə, şahım!

 

           



Şah  dərvişin  sözündən  çıxmadı.  O, 

dərvişə  çox  inanırdı.  İndi  bir  daha  inandı  ki, 

göydə  Allah,  yerdə  dərviş  onun  dərdinə  çarə  edəcək.  Yaxın  vaxtlarda  taxt

-

tacına  sahib  olan  oğlu  olacaq.  Buna  görə  dərvişin  sözünü  eşitdi.  Sindini 



bağışladı. Ona dəymədi.

 

               



Saraydakılara  əmr etdi ki, uşaq doğulana qədər Ağcanın  qulluğunda 

dursunlar,  ondan  m

uğayat  olsunlar.  Dərvişin  məsləhəti  ilə  Ağca  ilə  kəbin 

kəsdirdi.  Qulluqçular  Ağcanı  çimdirdilər.  Zorla  üzündən  qara  saqqızı 

qopartdılar.  Ağca  yenə  də  oldu,  gözəllər  gözəli.  Şah  Ağcanı  belə  görəndə 

gözəlliyinə heyran oldu. Ürəyində ona yer elədi. Ağca oldu şahın istəkli arvadı.

 

           



Günlər keçdi. Elə ki, vaxt

-

vədə az tamam oldu, körpənin doğulmağına 



lap az qaldı, dərviş peyda olub dedi:

 

            -Qibleyi-



aləm! Çox az bir vaxtdan sonra uşaq doğulacaq. Yadda saxla 

ki, dəniz mirvrisindən olacaq övladın

 

həm də dənizin balasıdır. O, dənizdə də 



doğulmalıdır.  Yoxsa  dənizdə

  

təlatümə  gələr.  Hər  yanı  su  basar.  Dəniz  onu 



balasından  ayırdığımıza  görə  qəzəblənər.  Səhramızı  suyun  altında  qoyar! 

Həm  dəniz  nigaran  olmasın  deyə,  körpə  dənizin  ortasında,  gəmidə 

doğulmalıdır.

 

            



Şahın əmri ilə dəniz səyahətinə çıxm aq üçün tədarük görüldü.

 

           



Düz  ,  üç  gün,  üç  gecə  hazırlıq  görəndən  sonra  şahvə  onun  yaxınları 

nökər


-

naiblərlə birgə dəniz səyahətinə çıxdılar.

 

           



Düz  ,  qırx  gün,  qırx  gecə  gəmi  dalğalarda  üzüb  nəhayət  dənizin 

ortasına çatdı.

 

           



Gecənin  bir  aləmində  Ağcanı  sancı  tutdu.  O,  yanındakı  təbib  qadını 

yuxudan oyatdı. Səsə Sindi də oyandı.Təbib Sindiyə dedi:

 

            -



Şaha xəbər vermək lazımdır. Qoy işdən hali olsun.

 

           Si



ndi tələsik dedi:

 

            -



Mən şaha özüm xəbər verərəm. Sən Ağcadan muğayat ol.

 

           



Sonra  Sindi  getdi.  Amma  şaha  muştuluq  xəbəri  aparmağa  yox,  öz 

çirkin niyyətini həyata keçirməyə getdi.

 



           

Sindi  hirsindən  az  qala,  partayırdı.  Şah 

Ağca  ilə  kəbin  kəsdirən  gündən  indiyə  qədər 

onun  hələ  bir  gecə  də  gözünə  yuxu 

getməmişdi.  Fikirləşəndə  ki,  kənizin  biri  onun 

əvəzinə  şah  arvadı  olub,  yanıb

-

yaxılırdı.Buna 



görə Sindi şahdan da, Ağcadan da qisas almaq 

istəyirdi.  Amma  bunu  nə  cür  etsin

-

həmişə  bu 



ha

qda  fikirləşirdi.  Nəhayət,  qərara  gəldi  ki, 

körpəni anadan olan kimi öldürsün.

 

           



Məlun  qadın  heç  kəsin  görmədiyinə 

əmin olandan sonra gəminin kənarına bəndlənmiş qayığın kəndirini kəsib onu 

suya saldı. Sonra isə Ağcanın yanına qayıtdı.

 

            



Sindi qayıdana qədər körpə artıq doğulmuş, şahın oğlu olmuşdu. Sindi 

ürəyində  yana

-

yana,  üzdə  isə  məhəbbətlə  körpəni  qucağına  aldı,  onu 



yalandan şirin

-

şirin dindirdi.



 

           

Ağca  dərvişin  dediyi  kimi  qolundakı  mirvari  qolbağı  açıb  körpənin 

qoluna 


bağladı.

 

            Sindi yana-yana dedi: 



            -

Gedim, şahı muştuluqlayım.

 

           



Belə deyib körpəni şaha göstərmək bəhanəsi ilə çıxdı.

 

          



Birdən  Ayın  üzü  tutuldu,  körpə  gözlərini  geniş  açdı,  başı  üstündə 

Sindini,  onun  qorxunc  sifətini,hikkədən  od  saçan  gözlərini  görəndə  diksindi. 

Elə ağzını açmaq istədi ki, ağlasın, Sindi onun ağzını əlləri ilə tutdu:

 

           -



Kəs  səsini,  sənin  ucbatından  taxt

-

tac,  səltənət  əlimdən  çıxdı, 



xanımlıqdan  düşdüm,  şahın  ikinci  arvadı  oldum.  Sən  insan  övladı  deyilsən! 

Dənizdən yaranmasın, dənizə də getməlisən!

 

            



Belə  deyib  ilan  cəldliyi  ilə  qayığa  endi.  Sindinin  qan  gözlərini  elə 

tutmuşdu ki, o bayaqdan bəri qayığın ətrafında fırlanan köpək balığını yalnız 

indi  gördü.  Köpək  balığı  düz  onun  üstünə  gəlirdi.  Sindi  canını  həm  köpək 

balığından,  həm  də  uşaqdan  qurtarmaq  üçün  onu  düz,  vəhşi  balığın  üstünə 

atdı. Köpək balığı düz onun üstünə gəlirdi. Sindi canını həm köpək balığından 

, həm də uşaqdan qurtarmaq üçün onu düz, vəhşi balığın üstünə atdı. Köpək 

bal

ığı heç körpəyə tərəf baxmadı da. O, bir dəfə qayığın başına dolanandan 



sonra  başı  ilə  qayığa  elə  zərbə  vurdu  ki,  qayıq  iki  yerə  bölündü.  Sindinin 

qışqırığı gecənin sakitliyinə və dənizin sakit ləpələrinə dəhşət qatdı.

 

             



Ağca öz ifritə xanımına yaxşı bələd idi. Bilirdi ki, indi Sindi paxıllıqdan 

alışıb


-

yanır.  Başa  düşürdü  ki,  Sindi  bu  hayıfı  onda  qoymayacaq.  O,  bir  az 

gözləyəndən  sonra  baxdı  ki,  şahdan  xəbər  çıxmadı.  Nigaran  qaldı.  Təbibi 

Sindinin arxasınca yolladı. Təbib şhın yanına keçmək üçün  gözətçilərdən izn 

aldı. Gözətçi şaha xəbər aparanda isə hamı Sindinin dəhşətli çığırtısını eşitdi. 

Bu  o  zaman  idi  ki,  qayıq  iki  yerə  parçalamış,  Sindinin  qışqırığı  aləmi 

götürmüşdü...

 

Gəmidə kim vardısa hamı səs gələn səmtə qaçdı. Məşəlləri suya tutanda nə



 

görsələr yaxşıdı?Onlar qan əhatəsində iki yerə bölünmüş qayığı gördülər.

 

             



Dənizdən  yalnız  Sindinin  örpəyini  tapdılar.  Körpədən  isə  heç  bir 

əlamət yox idi.

       



Yüklə 315,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə