«Dənizdə insan həyatının mühafizəsinə dair» 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli protokola qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 34,58 Kb.

tarix23.02.2018
ölçüsü34,58 Kb.


«Dənizdə insan həyatının mühafizəsinə dair» 1974-cü il 

tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli protokola 

qoşulmaq barəsində 

Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. Azərbaycan Respublikası «Dənizdə insan həyatının mühafizəsinə dair» 1974-cü il 

tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli protokola qoşulsun. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Prezidenti  

İlham ƏLİYEV  

Bakı şəhəri, 8 iyun 2004-cü il.  

№ 686-IIQ  

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 2004-cü il, № 140) 

(«VneshExpertService» LLC). 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 

2004-cü il, № 6, maddə 417) («VneshExpertService» LLC). 

 

Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli 

Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokol

 

Bu Protokolun Tərəfləri, 



1974-cü il noyabrın 1-də Londonda imzalanmış Dənizdə insan həyatının mühafizəsinə 

dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın Tərəfləri olaraq, 

yuxarıda adı çəkilən Konvensiyaya yoxlama və digər beynəlxalq sənədlərin müvafiq 

müddəaları ilə uyğunlaşdırılmış şəhadətnamələrin yoxlanması və tərtibi qaydalarının 

daxil edilməsi zərurətini etiraf edərək, 

bu məqsədə çatmaq üçün Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli 

Beynəlxalq Konvensiyaya Protokolun qəbulunu ən yaxşı üsul hesab edərək, 

aşağıdakılar barədə razılığa gəlmişlər: 



I madd

ə

. Ümumi öhd

ə

likl

ə

r  


1. Bu Protokol Tərəfləri həmin Protokolun və onun ayrılmaz hissəsini təşkil edən 

Əlavənin müddəalarını yerinə yetirməyi öhdəyə götürürlər. Bu Protokola hər bir istinad 

eyni zamanda onun Əlavəsinə istinadı bildirir. 

2. Düzəlişlər edilmiş Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli 

Beynəlxalq Konvensiyanın (bundan sonra — Konvensiya) müddəaları bu Protokolun 

Tərəfləri arasındakı münasibətlərdə həmin Protokoldakı dəyişikliklər və əlavələr nəzərə 

alınmaqla tətbiq olunur. 

3. Konvensiyanın və bu Protokolun Tərəfi hesab edilməyən dövlətin bayrağı altında 

üzmək hüququna malik olan gəmilərə münasibətdə həmin Protokolun Tərəfləri belə 

gəmilərə daha əlverişli rejim yaradılmasından ötrü Konvensiyanın və bu Protokolun 

tələblərini nə qədər zəruridirsə tətbiq edirlər. 

II madd

ə. Əvvə

lki müqavil

ə

l

ə

r  

1. Bu Protokolun Tərəfləri arasındakı münasibətlərdə həmin Protokol Konvensiyaya 

1978-ci il tarixli Protokolu əvəz edir və ləğv edir. 

2. Bu Protokolun istənilən digər müddəalarına, Konvensiyanın qaydalarına əsasən və 

onlara müvafiq surətdə verilmiş hər hansı şəhadətnaməyə, Konvensiyaya 1978-ci il tarixli 

Protokolun qaydalarına əsasən və onlara müvafiq surətdə verilmiş belə şəhadətnaməyə 

istənilən əlavəyə baxmayaraq, bu Protokol qüvvəyə minərkən, həmin şəhadətnaməni və 

ya əlavəni verən Tərəflərə münasibətdə onlardan qüvvədə olanları, hadisədən asılı olaraq 

Konvensiyanın, yaxud Konvensiyaya 1978-ci il tarixli Protokolun şərtlərinə müvafiq 

surətdə onun qüvvədə olma müddəti qurtaranadək qüvvədə qalır. 

3. Bu Protokolun Tərəfləri 1974-cü il noyabrın 1-də qəbul olunmuş Dənizdə insan 

həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın müddəalarına əsasən və onlara 

müvafiq surətdə şəhadətnamə vermir. 

III madd

ə. İnformasiyanın göndə

rilm

ə

si  

Bu Protokolun Tərəfləri aşağıdakıları Beynəlxalq Dəniz Təşkilatının (bundan sonra — 

Təşkilat) Baş katibinə göndərməyi və saxlamağa təhvil verməyi öhdəyə götürürlər: 

a) bu Protokolda toxunulan müxtəlif məsələlərə dair dərc edilmiş qanunların, 

qərarların, əmrnamələrin, qaydaların və digər sənədlərin mətnlərini; 

b) dənizdə insan həyatının mühafizəsinin təmin edilməsinə dair tədbirlər 

görülməsini həyata keçirən təyin olunmuş müfəttişlərin və ya onların adından 

müvəkkil edilən tanınmış təşkilatların siyahısını; bu siyahı təyin olunmuş həmin 

müfəttişlərin, yaxud tanınmış təşkilatların konkret vəzifə öhdəlikləri və onlara 

verilmiş səlahiyyət şərtləri barədə onların vəzifəli şəxslərinə məlumat və xəbər 

çatdırılması məqsədilə Tərəflərə göndərilmək üçündür; 

c) bu Protokolun müddəalarına əsasən verilən şəhadətnamələrin kifayət qədər 

nümunələrini. 

IV madd

ə. İmzalanma, ratifikasiya etmə

, q

ə

bul etm

ə

, t

ə

sdiq etm

ə

 v

ə

 

qoşulma 

 



1. Bu Protokol 1989-cu il martın 1-dən 1990-cı il fevralın 28-nə kimi Təşkilatın 

qərargahında imzalanmaq üçün açıqdır və bundan sonra da qoşulmaq üçün açıq qalır. 

Dövlətlər 3-cü bəndin müddəalarını nəzərə almaqla, bu Protokolun müddəalarına riayət 

etməyə aşağıdakı yolla razılıq verdiklərini ifadə edə bilərlər: 

a) ratifikasiya barədə qeyd-şərtsiz imzalama, qəbul və ya təsdiq etməklə; yaxud 

b) ratifikasiya, qəbul və ya təsdiq etmə barədə qeyd-şərtlə imzalama; sonradan 

ratifikasiya, qəbul etməklə və ya təsdiq etməklə; yaxud 

2. Ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma bu barədə sənədi Təşkilatın Baş 

katibinə saxlamağa vermək yolu ilə həyata keçirilir. 

3. Konvensiyanı yalnız qeyd-şərtsiz imzalayan, ratifikasiya edən, qəbul edən, təsdiq edən 

və ya ona qoşulan dövlətlər bu Protokolu qeyd-şərtsiz imzalaya, ratifikasiya edə, qəbul 

edə, təsdiq edə və ya ona qoşula bilərlər. 



V madd

ə

. Qüvv

ə

y

ə

 minm

ə

  

1. Bu Protokol aşağıdakı şərtlərin hər ikisinin yerinə yetirildiyi tarixdən on iki ay 

keçdikdən sonra qüvvəyə minir: 

a) ticarət gəmilərinin ümumi tutumu dünya ticarət donanması gəmilərinin ümumi 

tutumunun azı 50%-ni təşkil edən azı on beş dövlət IV maddəyə müvafiq surətdə 

Protokolun müddəalarına riayət etməyə razılıqlarını bildirmişlər, və 

b) yük markası haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il 

tarixli Protokolun qüvvəyə minməsi üçün şərtlər yerinə yetirilmişdir, 

bu Protokolun 1992-ci il fevralın 1-dək qüvvəyə minmədiyi halda. 

2. Bu Protokolu ratifikasiya etmək, qəbul etmək, təsdiq etmək və ya ona qoşulma barədə 

sənədi onun qüvvəyə minməsindən ötrü şərtlər yerinə yetirildikdən sonra, ancaq qüvvəyə 

minmə, ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma tarixinə qədər 

saxlamağa təhvil verən dövlətlər üçün ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya 

qoşulma, hansı tarixin daha sonra gəlməsindən asılı olaraq, ya bu Protokolun qüvvəyə 

minmə tarixində, ya da sənədin saxlanmağa verildiyi tarixdən üç ay keçdikdən sonra 

qüvvəyə minir. 

3. Bu Protokolun qüvvəyə mindiyi tarixdən sonra ratifikasiya etmək, qəbul etmək, təsdiq 

etmək və ya qoşulmaq barədə saxlanmağa verilmiş hər hansı sənəd onun saxlanmağa 

verildiyi tarixdən etibarən üç ay keçdikdən sonra qüvvəyə minir. 

4. Bu Protokola düzəlişin VI maddəyə əsasən qəbul edildiyi tarixdən sonra ratifikasiya 

etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma barədə saxlanmağa verilmiş istənilən sənəd 

bu Protokola edilən düzəlişlərlə birlikdə ona aid edilir. 



VI madd

ə

. Düz

əlişlə

r  

Konvensiyanın VIII maddəsində şərh edilmiş rəsmi qaydalar bu Protokola edilən 

düzəlişlərə aşağıdakı şərtlərlə tətbiq olunur: 



a) həmin maddədə Konvensiyaya və Razılığa gəlmiş Hökumətlərə istinadlar bu 

Protokola və müvafiq surətdə bu Protokolun Tərəflərinə istinadları bildirir; 

b) bu Protokolun maddələrinə və ona Əlavəyə düzəlişlər Konvensiyanın 

maddələrinə və ya ona Əlavənin I fəslinə düzəlişlərə tətbiq edilən rəsmi qaydaya 

(prosedura) müvafiq surətdə bəyənilməli və qüvvəyə minməlidir; 

c) bu Protokola Əlavəyə edilən əlavələrə düzəlişlər I fəsil istisna edilməklə

Konvensiyaya Əlavəyə edilən düzəlişlərə tətbiq olunan rəsmi qaydaya müvafiq 

surətdə bəyənilə və qüvvəyə minə bilər. 



VII madd

ə

. Denonsasiya  

1. Bu Protokol həmin Tərəflər üçün bu Protokol qüvvəyə mindiyi tarixdən etibarən beş il 

keçdikdən sonra hər hansı vaxtda istənilən Tərəfdən denonsasiya edilə bilər. 

2. Denonsasiya Təşkilatın Baş katibinə denonsasiya barədə sənədi saxlamağa vermək 

yolu ilə həyata keçirilir. 

3. Denonsasiya bu barədə sənədin Təşkilatın Baş katibi tərəfindən alındığı tarixdən 

etibarən bir il keçdikdən və ya həmin sənəddə göstərilə bilən daha uzun müddətdən sonra 

qüvvəyə minir. 

4. Hər hansı Tərəfdən Konvensiyanın denonsasiyası həmin Tərəfdən bu Protokolun 

denonsasiyası hesab edilir. Belə denonsasiya Konvensiyanın XVI maddəsinin «c» 

bəndinə müvafiq surətdə Konvensiyanın denonsasiyası tarixindən qüvvəyə minir. 

VIII madd

ə

. Depozitari  

1. Bu Protokol Təşkilatın (bundan sonra — Depozitari) Baş katibinə saxlanmağa verilir. 

2. Depozitari aşağıdakıları etməlidir: 

a) bu Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərin Hökumətlərinə 

aşağıdakılar barədə məlumat verməlidir: 

I) tarixləri qeyd edilməklə ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya 

qoşulma haqqında hər yeni imzalanmış və ya saxlanmağa verilmiş sənəd 

barədə; 


II) bu Protokolun qüvvəyə minməsi tarixi barədə

III) bu Protokolun alınması tarixi və denonsasiyasının qüvvəyə minməsi 

tarixi qeyd edilməklə onun denonsasiyası barədə istənilən sənədin 

saxlanmağa verilməsi barədə. 

b) bu Protokolun əsl mətninin təsdiq edilmiş surətləri həmin Protokolu imzalamış 

və ya ona qoşulmuş bütün dövlətlərin Hökumətlərinə göndərilməlidir. 

3. Bu Protokol qüvvəyə mindikdən dərhal sonra onun əsl mətninin təsdiq edilmiş surəti 

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə 




qeydiyyata alınmaq və dərc edilmək üçün Depozitari tərəfindən Birləşmiş Millətlər 

Təşkilatının Katibliyinə göndərilir. 



IX madd

ə

. Dill

ə

r  

Bu Protokol ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir əsl nüsxədə tərtib 

edilmişdir və bütün mətnlər eynidir. İtalyan dilinə rəsmi tərcümə hazırlanaraq imzalanmış 

əsl mətnlə birlikdə saxlanmağa təhvil veriləcəkdir. 

Londonda min doqquz yüz səksən səkkizinci il noyabrın on birində imzalanmışdır. 

Bunun təsdiqi olaraq, öz Hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş 



aşağıda imza edənlər bu Protokolu imzalamışlar. 

 

© VneshExpertService LLC 

: uploads -> shirket -> qanunvericilik
uploads -> «xalqların psixologiyası»
uploads -> Mövzu İstehlakçi davranişinin təDQİQİ İstehlakçı davranışı nəzəriyyələri
uploads -> İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
uploads -> Biblioqrafiya
uploads -> Affektive Störung Diagnose Affektive Störungen sind durch Störungen der Stimmungslage, des Antriebs
uploads -> Kolleg-14 juni-zch-affekt
qanunvericilik -> «Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri- qanuni aktlarla mübarizə haqqında» Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu
qanunvericilik -> Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə