Depozitlərin sığortalanması sisteminin yaranması tarixi və məqsədi



Yüklə 30,11 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü30,11 Kb.
#35133


Depozitlərin sığortalanması sisteminin yaranması  

tarixi və məqsədi 

Depozitlərin sığortalanması  sistemi bu və ya digər formada istər inkişaf etmiş ölkələrdə, 

istərsə  də  inkişaf  etməkdə  olan  ölkələrdə  fəaliyyət  göstərir.  Belə  sistemin  yaradılmasının 

əsas səbəbi: 

a)

 

Son  yüz  ildə  dünyanın  əksər  ölkələrinin  dəfələrlə  maliyyə-bank  böhranı  ilə 



qarşılaşması və  son zamanlar getdikcə böhranların daha tez-tez təkrarlanması; 

b)

 



Dünya  iqtisadiyyatının qloballaşması; 

c)

 



Bank fəaliyyətinin risklərə həssas olması  (bazar riskləri)  bankların  riskli biznes 

növü kimi xarakterizə olunması; 

d)

 

Bir və ya bir neçə  bankın müflis olması nəticisində əhalinin vəsaitlərini itirməsi,  



əhalinin  bank  sisteminə  inamın  azalması    (domino  effekti)  digər  banlkarın  da 

müflis olmasına səbəb olur və nəticədə  maliyyə böhranı baş verir.   

Depozit  Sığortaçılarının  Beynəlxalq  Assosiasiyası  (İADİ)  tərəfindən  depozitlərin 

sığortalanmasına aşağıdakı kimi tərif verilmişdir: 



Depozitlərin  Sığortalanması  —  sığorta  hadisəsi  baş  verdikdə,  yəni  bank  əmanətçilər 

qarşısında  öhdəliklərini  icra  etmək  qabiliyyətini  itirdikdə,  sığortalanmış  depozitlərin 

itirilməsi  riskinin  qarşısını  almaqla  əmanətçilərin  maraqlarının  qorunması  üçün 

yaradılmış sistemdir.

 

 

Depozitlərin  sığortalanması sisteminin yaradılması  istiqamətində tarixi baxımdan atılmış 



addımları  araşdırdıqda  aydın  olur  ki,  bu  istiqamətdə  dünyada  ilkin  cəhdlər  1829-cu  ildə 

ABŞ-da ayrı-ayrı ştatlar səviyyəsində həyata kecirilmişdir. Belə eksperimentlər 1917-ci ilə 

qədər 14 ştatda həyata keçirilmişdir. Lakin müxtəlif səbəblər üzündən bu cəhdlər uğurlu 

alınmamışdır.  Belə  cəhdlərin  uğurlu  alınmamasının  əsas  səbəblərdən  biri  həmin  dövrdə 

ABŞ-da  vahid  pul  və  bank  sisteminin  olmaması  ilə  bağlı  olmuşdur.  Hazırda  ABŞ-da 

istifadə  olunan  müasir  ikipilləli  bank  sistemi  isə  1913-cü  ildən  tətbiq  olunmağa 

başlamışdır.     

 Nəhayət,  1933-cü  ildən  ABŞ-da  depozitlərin  sığortalanması  üzrə  federal  koorparasiya 

sistemi  (FDİC)  rəsmən  tətbiq  olunmağa  başlanmışdır.  Qeyd  edək  ki,  bu  məsələ  ilə  bağlı 

ABŞ-da uzun müddət müzakirələr aparılmış və ABŞ konqresi depozitlərin qorunması ilə 

bağlı  təqribən  150-yə  yaxın  müxtəlif  növ  əmanətçilərin  maraqlarının  qorunmasını  təmin 

edən qanun layihəsini nəzərdən keçirmişdir. Həmin dövrdə “depozitlərin sığortalanması 

sistemi”  ideyasının  geniş  şəkildə  yayılması  ABŞ-ın  bank  sisteminin  xüsusiyyətlərindən 

irəli gəlirdi: Belə ki, bu xüsusiyyətlərə aşağıdakıları aid etmək olar




a)

 

Minlərlə kiçik və orta bankların mövcudluğu



b)

 

Federal rezerv sistemin zəyifliyi,  



c)

 

Həmçinin 1930-cu illərin əvvəllərində dünyada böyük iqtisadi böhranın baş 



verməsi.    

ABŞ-da  yaradılan  depozitlərin  sığortalanması  üzrə  federal  koorparasiya  sistemi  dövlət 

orqanları  ilə  birlikdə  özünün  sonrakı  funksiyalarının  işlənib  hazırlanmasında  fəal  iştirak 

etmişdir. Bu məsələ həmin dövrdə prezident Ruzveltin “yeni iqtisadi siyasəti”nin prioritet 

istiqamətlərindən biri kimi çıxış etmişdir.  

Depozitlərin sığortalanması sisteminin tətbiq edildiyi ikinci ölkə 30 ildən sonra Hindistan 

oldu.  Hindistanda  1962-ci  ildə  Depozitlərin  Sığortalanması  Korporasiyası  yaradıldı. 

Ölkənin  ən  iri  iki  bankının  –  Laxmi  Bank  və  Palai  Mərkəzi  Bankının  müflis  olması 

Korporasiyanın  yaradılmasını  zəruri  etdi.  1978-ci  ildə  Korporasiya  Kreditlərin 

Sığortalanması  Korporasiyası  ilə  birləşərək  bu  gündə  fəaliyyət  göstərən  Depozitlərin  və 

Kreditlərin Sığortalanması Korporasiyasına çevrildi. 1974-cü ildə bu cür sistem 12 ölkədə, 

1980-ci ildə isə artıq 20 ölkədə tətbiq edilməyə başladı.   

1994-cü  ildə depozitlərin sığortalanması Avropa Birliyinin bank və maliyyə sistemi üçün 

standart  kimi  qəbul  edildi.  30  may  1994-cü  ildə  “Depozitlərin  sığortalanması  sistemi 

haqqında”  Direktiva  qəbul  edildi  ki,  həmin  Direktivaya  əsasən  hər  bir  Avropa  Birliyi 

ölkəsi  bir  və  ya  bir  neçə  depozitlərin  sığortalanması  sisteminə  malik  olmalı  idi. 

Direktivaya  uyğun  olaraq  sistemin  üzvü  olmayan  kredit  təşkilatı  depozit  cəlb  etmək 

hüququna malik ola bilməz.  

Əgər  sistem  1990-cı  illərin  ikinci  yarısına  qədər  yalnız  inkişaf  etmiş  ölkələrdə  mövcud 

idisə,  1990-cı  illərin  ikinci  yarısından  etibarən  inkişaf  etməkdə  olan  ölkələrdə  də  tətbiq 

olunmağa  başladı.  Hazırda  113  ölkədə  depozitlərin  sığortalanması  sistemi  fəaliyyət 

göstərir və 40 ölkə sistemi tətbiq etməyi planlaşdırır. 

2003-cü  ildən  etibarən  Azərbaycanda  da  depozitlərin  sığortalanması  sisteminin 

yaradılması  üzrə  intensiv  işlər  aparılmağa  başladı.  Bank  rəqabətinin  güclənməsi,  bank 

xidmətlərinin  çeşidinin  artırılması,  investisiyaların  genişlənməsi  və  bank  xidmətləri 

bazarında  bu  kimi  digər  meyllərin  artması  bankları  müxtəlif  mənbələrdən  vəsait  cəlb 

etməkdə maraqlı edirdi. Belə bir şəraitdə əmanətçilərdən cəlb edilmiş vəsaitlərinin etibarlı 

qorunması  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Bu  məqsədlə  depozitlərin  sığortalanması 

mexanizmlərinin  yaradılması  üçün  görülən  tədbirlərin  nəticəsi  olaraq  29  dekabr  2006-cı 

ildə  “Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul 

edildi.  Qanun  əsasında  2007-ci  ilin  iyul  ayında  Əmanətlərin  Sığortalanması  Fondu  təsis 

edilərək, avqust ayının 12-dən rəsmi fəaliyyətə başladı. 




Adı  çəkilən  Qanun  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  banklarda  fiziki 

şəxslərin  əmanətlərinin  kollektiv  icbari  sığortalanması  sisteminin  yaradılması  və 

fəaliyyəti,  o  cümlədən  əmanətlər  üzrə  kompensasiya  mexanizmlərini  müəyyən  edir. 

Qanunun  1-ci  maddəsinə  uyğun  olaraq,  əmanətlərin  sığortalanması  sisteminin 

yaradılmasının  məqsədi  banklar  və  xarici  bankların  yerli  filialları  ödəmə  qabiliyyətini 

itirdikdə,  fiziki  şəxslərdən  əmanətə  qəbul  olunmuş  pul  vəsaitinin  itirilməsi  riskinin 

qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

 

 



İstifadə olunan mənbələr: 

1.

 



Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının rəsmi internet səhifəsi - 

http://www.iadi.org/

  

2.

 



ABŞ Federal Depozitlərin Sığortalanması Korporasiyasının rəsmi internet səhifəsi – 

https://www.fdic.gov

 

3.

 



Hindistan  Depozitlərin  sığortalanması  və  Kreditlərin  təminatı  Korporasiyasının  rəsmi  internet  səhifəsi  - 

http://www.dicgc.org.in

 

4.

 



Avropa  Parlamenti  və  Şurasının  Depozitlərin  təminatı  sistemləri  üzrə  30  may  1994-cü  il  tarixli  94/19/EC  nömrəli 

Direktivası 

5.

 

Deposit Insurance around the Globe Where Does It Work (Kane E, Demirguc-Kunt A, September 2001).pdf 



6.

 

Система страхования вкладов - 



http://xn--e1ajboegrb.xn--p1ai/analytics/sistema_strakhovaniya_vkladov/

 

7.



 

Calomiris, Charles W. (1990). 

"Is Deposit Insurance Necessary? A Historical Perspective"

 

(PDF)





The Journal of Economic 

History

 

 

8.



 

Əmanətlərin sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu



 

9.

 



Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  rəsmi  internet  səhifəsi  - 

http://www.cbar.az/pages/about-

us/history/

          



Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə