Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol


DEPRESSİYANIN MÜALİCƏSİNİN DİGƏR



Yüklə 403,56 Kb.

səhifə12/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

 

36

DEPRESSİYANIN MÜALİCƏSİNİN DİGƏR 



METODLARI 

 Yuxunun 

deprivasiyası (ayıltma terapiyası) 

1.   Yuxunun  deprivasiyası 60% hallarda, xüsusilə  də sutka ərzində 

depressiv  əlamətlərin ifadə olunması  dəyişən pasiyentlərdə 

terapevtik effekt yaradır. Gecə vaxtı oyaq qalmaq, səhəri gün 

əhvalın aşkar  şəkildə yaxşılaşmasına zəmin yaradır  [D]

Yuxunun deprivasiyası tez effekt əldə etmək lazım olduqda təyin 

edilir. 

2.   Yuxunun  deprivasiyası zamanı  əhvalın yaxşılaşması adətən 

qısamüddətli olur. Yuxunun bərpasından sonra 80-85% 

pasiyentlərdə  təkrar depressiya böhranları qeydə alınır. Buna 

görə  də yuxunun deprivasiyasını medikamentoz müalicə ilə 

uyğunlaşdırmaq lazımdır.  

3.   Pasiyentə 22.00-dən 02.00-dək yatmağa icazə verildiyi natamam 

deprivasiya alternativ metod hesab olunur.  

 

 

İşıq terapiyası 

1.   İşıq terapiyası mövsümi  depressiyalar zamanı tətbiq edilən ilkin 

seçim müalicəsi kimi çox effektivdir [A]. Bu zaman 

ultrabənövşəyi şüalar təcrid edilməklə parlaqlığı 10.000 lüks olan 

ağ süni işıqlandırmadan istifadə olunur. Terapiya hər səhər 

oyandıqdan sonra 30 dəq. ərzində həyata keçirilir.    

2.   Güman edilir ki, terapevtik effekt beyinə retino-hipotatamik trakt 

tərəfindən göstərilən təsir nəticəsində  əldə edilir. Bu da öz 

növbəsində sirkad ritmlərin normallaşmasına və 

neyrotransmitterlərin (dofamin və serotonin) tənzimlənməsinə 

səbəb olur. 

3.   İşıq terapiyası qeyri-invaziv və ucuz müalicə metodudur. İşıq 

terapiyası tor qişa xəstəlikləri, sarı  ləkənin degenerasiyası, 

həmçinin eyni vaxtda bəzi preparatların (Tioridazin, Litium 



duzları, Melatonin) qəbul zamanı əks-göstərişdir. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

37

 Transkranial 



maqnit 

stimulyasiyası (TMS) 

1.  TMS – kortikal neyronların stimulyasiyası üçün istifadə olunan 

intensiv maqnit sahəsinin generasiyası texnikasıdır. Hal-hazırda 

qabığın sol dorsal larteral sahəsinin yüksək tezlikli stimulyasiyası 

və ya qabığın sağ dorsal larteral sahəsinin zəif tezlikli 

stimulyasiyasının effektivliyi sübuta yetirilib. Lakin TMS-nin 

antidepressiv effektinin davamlılığına dair sübutlar yoxdur [D]

2.   TMS  əks-göstərişləri olmayan qeyri-invaziv və ucuz müalicə 

metodudur. Lakin hal-hazırda depressiya zamanı bu metodun 

istifadəsinə dair (dəqiq) aydın tövsiyələr mövcud deyildir. 

 

 

Elektrokonvulsiv terapiya (ET) 

1. 


 ET – baş beyinə elektrik cərəyanın təsiri zamanı süni 

qıcolmaların törədilməsidir. ET üçün göstərişlərə  xəstənin  

somatik vəziyyətini  pisləşdirən (qidadan imtina)  yüksək intihar 

təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant 

qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir.  

2.   ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ 

ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi

mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların 

qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır. 

3.   ET kursunun ümumi müddəti 6-12 seansdır. Seanslar həftədə üç 

dəfə aparılır. Elektrodların unilateral və bifrontal düzülüşü 

ənənəvi bitemporal düzülüşə nisbətən daha az koqnitiv 

pozuntularla səciyyələnir. 

4. 


 Antidepressantlarla ET-nin kombinasiyası, müalicənin fəal 

fazasında təkcə tətbiq edilən ET ilə müqayisədə üstünlüyə malik 

deyil. ET tətbiqi zamanı preparatların  qəbulunu dayandırmaq 

lazımdır və yalnız ET-nin tam kursunu başa vurduqdan sonra 

yenidən qəbulu bərpa etmək olar [D]

 

 Psixoterapiya 

1. 

 

Psixoterapiya depressiya və digər psixi pozuntuların 



müalicəsində istifadə edilən psixoloji təsir metodudur. 

Psixoterapiya monoterapiya və eyni zamanda, medikamentoz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

38

terapiya ilə uyğunlaşdırılaraq istifadə edilə bilər. Psixoterapiya 



ilə medikamentoz müalicənin uyğunlaşdırılması daha effektiv 

üsul hesab edilir. Depressiyanın müalicəsində  səmərəsi klinik 

tədqiqatlar  əsasında sübuta yetirilmiş psixoterapevtik metodlara, 

koqnitiv-davranış (biheyvioral) terapiya (KDT), interpersonal 

terapiya (İPT), qrupşəkilli və ailə terapiyası formaları aiddir.  

2.   KDT daha çox tədqiq olunmuş, depressiya müalicəsində istifadə 

olunan terapiyadır  [A]. Bu psixoterapiya növünə koqnitiv və 

davranış texnikası aiddir. Koqnitiv texnikadan depressiv 

həyəcanın özəyində dayanan, xəstənin özünə, başqa insanlara və 

ətrafdakı aləmə avtomatik mənfi münasibətinin aradan 

qaldırılmasında istifadə edilir. Davranış texnikası müəyyən “ev” 

tapşırıqlarının yerinə yetirilməsi və yeni vərdişlərin 

təkmilləşdirilməsi yolu ilə konstruktiv davranışın 

formalaşdırılmasına yönəldilmişdir. KBT-nin müddəti bir 

həftəlik intervalla 12-16 terapevtik seansdır. KBT depressiyanın 

simptomlarını aradan qaldırmaqla yanaşı, təkrar epizodların 

inkişafı ehtimalını da azaldır 

3.   İnterpersonal psixoterapiya məhz depressiyanın müalicəsi üçün 

yaradılmışdır.  İPT-nin özəyində belə bir mülahizə dayanır ki, 

şəxsiyyətlərarası münasibətlərin pozulması depressiya yarada və 

onu inkişaf etdirə bilər. Digər hallarda isə depressiyanın 

yaranması, insanın ətrafındakılarla münasibətlərini pisləşdirərək, 

onun sosial fəallığına təsir göstərir  [A].  İPT nəticəsi aradan 

qaldırılmamış itki, şəxsiyyətlərarası münaqişə, rolun dəyişməsi, 

şəxsiyyətlərarası münasibət vərdişlərinin çatışmazlığı kimi 4 

problemli məkanda təsir göstərir.  İPT-nin davamlılığı KBT-də 

olduğu kimidir.  

4.  Psixodinamik terapiya (PDT) psixoanalizə  əsaslanan, xüsusilə 

uşaqlıqda psixotravma yaşamış  şəxslərin müalicəsində çox 

perspektivli seçimdir [C]. Depressiya zamanı PDT-nin 

effektivliyinin sistemli tədqiqinin kifayətsizliyi səbəbindən bu 

növ terapiyaya ilkin seçim kimi baxılmır. 

5. Qrup və ailə psixoterapiyasının  depressiyanın müalicəsində 

effektivliyi sübut olunmuşdur  [B]. Psixoterapiyanın bu növləri 

xüsusilə 

təyin olunmuş rejimə riayət edilməsinin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 






Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə