Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   ...   8   9   10   11   12   13   14   15   16

 

43

7.



 

Fikri cəmləmə 

problemləri (məsələn, 

mütaliə zamanı, 

televizora baxarkən) 

 

 



 

 

8.



 

Ətrafdakıların hiss 

etdiyi dərəcədə 

hərəkətlərdə və ya 

nitqdə lənglik və ya 

əksinə, adi halda 

olduğundan çox hərəkət 

etdikdə müşahidə edilən  

narahatlıq və tələskənlik 

 

 



 

 

9.



 

Ən yaxşı çıxış yolunun 

ölüm olması və ya 

özünə ziyan vurma 

fikirləri  

 

 



 

 

 



Nəticələrin izahı 

2 sağ sütundan minimum 4   (birinci və ikinci sual daxil olmaqla) 

olmasına artıq depressiv pozuntunun mövcudluğu kimi baxılmalıdır. 

Depressiyanın ifadə olunma səviyyəsini müəyyən etmək üçün xalları 

toplayın. 

 

Böyük depressiv pozuntu təyin olunur - 

2 sağ sütunda minimum 5    varsa (onlardan biri birinci və ikinci 

suallara aiddir) 



 

Digər depressiv pozuntular təyin olunur 

2 sağ sütunda 2-dən 4-dək   varsa (onlardan biri birinci və ikinci 

suallara aiddir) 

 

Qeyd 

Sorğu pasiyentin özünü qiymətləndirməsinə əsaslandığına görə bütün 

cavablar həkim tərəfindən yoxlanılmalıdır və son diaqnoz pasiyentin 

sualları  nə  dərəcədə başa düşdüyünə  və pasiyentdən alınan digər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

44

məlumatlara əsaslanmalıdır. Böyük depressiya pozuntusu və ya digər 



depressiv pozuntu diaqnozları sosial, professional və digər mühüm 

fəaliyyət sahələrində olan pozuntuların mövcudluğuna 

əsaslanmalıdır.  Əgər xəstənin halı adi kədər reaksiyası kimi 

qiymətləndirilirsə  və ya anamnezdə maniakal epizodlar varsa 

(bipolyar pozuntular), somatik səbəblər, dərman preparatlarının və ya 

narkotik maddələrin qəbulu və ya depressiv simptomların 

yaranmasına səbəb olan digər faktorlar mövcuddursa, o zaman 

depressiv pozuntular istisna edilir.    

 

Bütün qeydə alınmış sütunlarda olan   işarəsinə uyğun gələn balları 



hesablayın.  

Heç vaxt = 0 

Bir neçə gün = 1 

Bütün günlərin çox hissəsi = 2 

Demək olar ki, hər gün = 3 

 

Şərh (yalnız həkimlər üçün ) 

0-4 – depressiyanın yoxluğu 

 

5-9 – yüngül depressiya 



 

10-14 – orta ifadəli depressiya 

 

15-19 – ifadə olunmuş depressiya 



 

20-27 – ağır depressiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

45

ƏLAVƏ №2 



HAMİLTONUN DEPRESSİYA REYTİNQİ CƏDVƏLİ (HAM-D) 

 

1960-cı ildə prof. M.Hamilton (Lids Universiteti, İngiltərə) tərəfindən icad 

olunmuş Hamiltonun Depressiya Reytinqi Cədvəli (HAM-D) depressiv 

xəstələrdə müalicədən  əvvəl, müalicə zamanı  və müalicədən sonra 

depressiyanın ağırlıq dərəcəsini təyin etmək üçün (klinik dinamikanı 

müşahidə etmək üçün) istifadə edilən kilinik vəsaitdir. Bu cədvəl uzun illər 

ərzində öz yüksək faydalılığını sübut etmişdir.  İcad olunduğu tarixdən 

HAM-D cədvəli klinik praktikada çox geniş istifadə olunur. Bundan əlavə, 

farmakoloji tədqiqatlarda bu cədvəl dərmanların effektivliyini təyin edən 

standart kimi qəbul edilir. Psixiatrik xəstələrlə  işləmək təcrübəsi olan 

klinisist tərəfindən doldurulur. 

 

Klinisistlər üçün təlimat: 

HAM-D cədvəli 21 bənddən ibarətdir. Ümumi bal ilk 17 bəndin ballarını 

cəmləməklə hesablanır. Cədvəl təxminən 20-25 dəqiqə  çəkən klinik 

müsahibə keçirməklə doldurulur. HAM-D-nin doqquz bəndində olan 

simptomlar 5-ballı cədvəl əsasında qiymətləndirilir (0 – yoxdur; 1 – yüngül 

dərəcədə ifadə olunub; 2 – orta dərəcədə ifadə olunub; 3 – ağır dərəcədə 

ifadə olunub; 4 – kəskin ağır dərəcədə ifadə olunub), səkkiz bənd isə 3-ballı 

cədvəl əsasında qiymətləndirilir (0; 1; 2). Simptomların qiymətləndirilməsi 

xəstənin son bir neçə gün (1 həftə)  ərzində olan klinik halını  əks etdirir. 

Cədvəldən ardıcıl  şəkildə istifadə etməklə klinisist medikamentoz 

müalicənin və ya psixoterapiyanin nəticələrini sənədləşdirə bilər.

 

          



 

 

Hamiltonun Depressiya Reytinqi Cədvəlində  

ümumi balların qiymətləndirilməsi: 

 

İlk 17 bəndin ümumi balları 

0-7      – Norma 

8-13    – Yüngül dərəcəli depressiv pozuntu 

14-18  – Orta ağır dərəcədə olan depressiv pozuntu 

19-22  – Ağır dərəcədə olan depressiv pozuntu 

> 23    – Çox ağır dərəcədə olan depressiv pozuntu 

  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

46

HAMİLTONUN DEPRESSİYA REYTİNQİ CƏDVƏLİ (HAM-D) 

 

1.    Depressiv əhval-ruhiyyə (məyusluq, ümidsizlik, əlacsızlıq, özünü 

əhəmiyyətsiz hiss etmə) 

0 – yoxdur 

1 – bu hisslər yalnız sorğu zamanı məlum olur 

2 – bu hisslər sorğusuz da spontan olaraq verbal ifadə olunur 

3 – bu hisslər həm verbal, həm də qeyri-verbal (xəstənin mimikası, 

pozası, səsi, ağlaması) vasitələrlə ifadə olunur  

4 – xəstə yalnız bu hissləri həm spontan verbal ifadələrlə, həm də 

qeyri-verbal şəkildə ifadə edir  

 

2.   Günah hissi  

0 – yoxdur 

1 – öz-özünü günahlandırır, hesab edir ki, digər insanları pis vəziyyətdə 

qoyub 

2 – günah fikirləri, keçmişdə edilən səhvlər və ya  günahlar barədə 



fikirləşir 

3 – hal-hazırkı xəstəliyi cəza kimi qəbul edir; günahkarlıq 

sayıqlamaları 

4 – xəstə günahlandırıcı və hədələyici səslər eşidir və ya onda 

hədələyici görmə hallüsinasiyaları (qarabasma) olur  

 

3.    İntihar niyyətləri  

0 – yoxdur 

1 – hiss edir ki, yaşamağa dəyməz  

2 – ölməyi arzulayır və ya ölüm ehtimalları barəsində fikirləşir  

3 – intihar fikirləri və ya intihar jestləri  

4 – intihar təşəbbüsləri (hər hansı ciddi intihar təşəbbüsü 4 balla 

qiymətləndirilir)    

 

4.    Erkən yuxusuzluq  

0 – yoxdur 

1 – şikayət edir ki, vaxtaşırı yuxuya getməyə çətinlik çəkir (məsələn, 

30 dəqiqədən artıq) 

2 – hər gecə yuxuya getməyə çətinlik çəkir   

 

5.    Gecə ərzində yuxusuzluq 

0 – yoxdur 

1 – şikayət edir ki, gecə ərzində narahat yatır  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə