Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   ...   8   9   10   11   12   13   14   15   16

 

47

2 – şikayət edir ki, gecə ərzində dəfələrlə oyanır – hər hansı yataqdan 



durma halı (fizioloji tələbatları ödəməkdən başqa) 2 balla 

qiymətləndirilir  

 

6.    Erkən səhər saatlarında yuxusuzluq  

0 – yoxdur 

1 – erkən səhər saatlarında oyanır, lakin yenidən yuxuya gedir  

2 – yataqdan durduqdan sonra yenidən yuxuya getmək mümkün deyil  

 

7.    İş və fəaliyyət qabiliyyəti  

0 – çətinliklər yoxdur  

1 – qabiliyyətsizlik fikirləri və hissləri; fəaliyyətlə (iş və ya hobbi) 

bağlı olan halsızlıq və yorğunluq hissi                     

2 – fəaliyyətə (iş və ya hobbi) olan marağın itməsi; xəstə bunu birbaşa 

şikayətlərlə və ya dolayısı yollarla – süstlük, qətiyyətsizlik 

(fəaliyyətə başlamaq və ya onu davam etdirmək üçün əlavə 

cəhdlərin lazım olması hissi) ifadə edir  

3 – fəaliyyətə sərf olunan real vaxtın azalması və ya fəaliyyətin 

səmərəliliyinin azalması 

4 – xəstəlik nəticəsində işin dayandırılması; xəstənin gündəlik məişət 

işlərindən başqa digər fəaliyyət göstərməməsi və ya gündəlik 

məişət işləri ilə də köməksiz məşğul ola bilməməsi 4 balla 

qiymətləndirilir.  

 

8.   Psixomotor süstlük (təfəkkürün və nitqin ləngiməsi, diqqəti cəlb 

etmə qabiliyyətinin azalması, motor aktivliyinin azalması) 

0 – normal nitq və təfəkkür 

1 – müsahibə zamanı yüngül ləngimə müşahidə edilir 

2 – müsahibə zamanı nəzərə çarpan ləngimə müşahidə edilir 

3 – müsahibə keçirmək çətindir 

4 – tam stupor 

 

9.   Ajitasiya (təlaş)    

0 – yoxdur  

1 – həyəcan qeyd edilir   

2 – həyəcanlı əl hərəkətləri, saçla oynama və s. 

3 – xəstə həyəcandan bir yerdə otura bilmir  

4 – daim barmaqları şaqqıldatmaq, dırnaqları çeynəmək, saçı yolmaq, 

dodaqları dişləmək  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

48

10.  Təşviş (psixoloji) 

0 – yoxdur 

1 – subyektiv gərginlik və qıcıqlanma 

2 – az əhəmiyyətli səbəblərdən təşviş keçirməsi  

3 – təşviş xəstənin sifət ifadəsində və səsində müşahidə edilir 

4 – sorğusuz da ifadə edilən qorxular 

 

11.  Təşviş (somatik əlamətləri) Təşvişin fizioloji əlamətləri (məsələn, 

vegetativ sinir sisteminin hiperreaktivliyi, titrəmələr, dispepsiya, qarın 

nahiyəsində sancılar, diareya, gəyirmələr, ürəkdöyünmələri, 

hiperventilyasiya, paresteziyalar, dərinin qızarması, tərləmələr, baş 

ağrıları, sidiyə getmənin tezləşməsi. Dərmanların mümkün olan yanaşı 

effektlərinə (məsələn, ağızda quruluq, qəbizlik) aid olan şikayətlər 

barəsində sorğudan daşının. 

0 – yoxdur 

1 – yüngül dərəcədə ifadə olunub 

2 – orta dərəcədə ifadə olunub 

3 – ağır dərəcədə ifadə olunub 

4 – kəskin ağır dərəcədə ifadə olunub 

 

12.  Qastrointestinal somatik simptomlar  

0 – yoxdur 

1 – iştahanın itməsi, lakin xəstə başqalarının təkidi olmadan qidanı 

qəbul edir. Qida qəbulunun miqdarı təxminən normaldır 

2 – başqaların təkidi olmadan qidanın qəbulunda çətinliklər. 

Əhəmiyyətli dərəcədə qida qəbulunun miqdarının azalması 

 

13.  Ümumi somatik simptomlar  

0 – yoxdur  

1 – ətraflarda, başda, kürəkdə ağırlıq hissi. Baş, kürək, əzələ ağrıları. 

Enerjinin itməsi,

 

tez yorulma 



2 – yuxarıda göstərilən simptomlardan hər hansının kəskin dərəcədə 

ifadəsi 2 balla qiymətləndirilir 

 

14.  Cinsi simptomlar (libidonun itməsi, cinsi aktivliyin enməsi, 

menstrual pozuntular) 

0 – yoxdur 

1 – yüngül dərəcədə ifadə olunub 

2 – kəskin dərəcədə ifadə olunub 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

49

15.  İpoxondriya 

0 – yoxdur  

1 – öz bədəninə artmış diqqət 

2 – xəstənin əsas diqqəti öz sağlamlığı ətrafında cəmlənib 

3 – tez-tez səhhəti barəsində şikayət edir, ona kömək etməyi xahiş edir və s. 

4 – ipoxondrik sayıqlama fikirləri 

 

16.  Bədən çəkisinin azalması 

А. anamnezə əsasən  

0 – yoxdur  

1 – mövcud olan xəstəlik nəticəsində ehtimal edilən bədən çəkisinin 

azalması 

2 – əhəmiyyətli dərəcədə bədən çəkisinin azalması (xəstənin sözlərinə 

əsasən)   

B. həftəlik bədən çəkisinin ölçülməsinə əsasən  

0 – yoxdur və ya həftədə 0.5 kiloqramdan az  

1 – həftədə 0.5 kiloqramdan 1 kiloqrama qədəri  

2 – həftədə 1 kiloqramdan artıq  

 

17.  Öz halına tənqidi yanaşma 

0 – öz halına tənqidi var, anlayır ki, xəstədir və depressiya halındadır  

1 – xəstəlik olduğunu qəbul edir, lakin onu yalnız pis qida ilə, iqlimlə, 

yorğunluqla və s. əlaqələndirir 

2 – öz halına tənqidi yanaşma yoxdur, xəstə olduğunu tamamilə inkar 

edir 


         

18.  Gün ərzində əhval-ruhiyyənin dəyişməsi (A və B bəndlərə 

əsasən) 


A. Xəstənin halının günün hansı hissəsində ağırlaşmasını qeyd edin    

0 – gün ərzində xəstənin halı dəyişmir 

1 – səhərlər  

2 – axşamlar  

B. Əgər xəstənin halının gün ərzində dəyişməsi mövcuddursa, bu 

dəyişmələrin hansı dərəcədə olduğunu qeyd edin  

0 – gün ərzində xəstənin halı dəyişmir 

1 – yüngül dərəcədə dəyişir 

2 – nəzərə çarpan dərəcədə dəyişir 

    

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə