Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   2   3   4   5   6   7   8   9   ...   16

 

9

XBT-10 ÜZRƏ TƏSNİFAT 



F32 

Depressiya epizodu 

F32.0 


Yüngül depressiya epizodu 

F32.1 Orta 

dərəcəli depressiya epizodu 

F32.2 Psixotik 

əlamətlərsiz ağır depressiya epizodu  

F32.3 Psixotik 

əlamətlərlə ağır depressiya epizodu 

F32.8 Digər depressiya epizodları 

F32.9 Müəyyənləşdirilməmiş depressiya epizodu 

F33 

Rekurrent depressiya pozuntusu  

F33.0       Rekurrent depressiya pozuntusu, hazırkı epizodun yüngül 

dərəcəsi 

F33.1  


Rekurrent depressiya pozuntusu, hazırkı epizodun orta 

dərəcəsi 

F33.2   

Rekurrent  depressiya  pozuntusu,  hazırkı epizodun 

psixotik əlamətlərsiz ağır dərəcəsi 

F33.2       Rekurrent  depressiya  pozuntusu,  hazırkı epizodun 

psixotik əlamətləri olan ağır dərəcəsi 

F33.4      Rekurrent depressiya pozuntusu, hazırkı remissiya halı 

F33.8         Digər rekurrent depressiya pozuntuları 

F33.9        Müəyyənləşdirilməmiş rekurrent depressiya pozuntusu 



F34          Davamlı (xroniki) affektiv pozuntuları 

F34.1      Distimiya 

F34.8    

Digər davamlı (xroniki) affektiv pozuntuları 

F34.9    

Müəyyənləşdirilməmiş davamlı (xroniki) affektiv 

pozuntuları 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

10

 Depressiyanın təbii gedişi və nəticələri 

  Depressiv pozuntu istənilən yaş dövründə başlaya bilər. Lakin 

bununla yanaşı o daha çox 25-30 yaş arası başlayır. O qəfildən 

(məsələn güclü stresslə əlaqədar) yarana bilər və ya bir neçə gün və 

həftə müddətində tədricən inkişaf edə bilər. Bu zaman depressiyanın 

əlamətləri kimi həyəcan, təlaş tutmaları  və ya ümumi narahatlıq 

müşahidə edilə bilər. Depressiv epizodun davamlılığı bir neçə aydan, 

bir neçə ilədək tərəddüd edir, müalicə olunmadan yaşanan depressiya 

epizodları adətən 6 aydan 9 ayadək davam edir. Depressiya 

təkrarlanan (residiv verən) xəstəlikdir. Birinci epizoddan sonra 

residiv təhlükəsi 50%, ikinci epizoddan sonra 75%, üçüncü 

epizoddan sonra 90% təşkil edir. Residiv göstəriciləri 45 yaşdan 

yuxarı qruplar arasında xüsusilə yüksəkdir. Remissiya dövründə 

insanların çoxu ilkin hallarına qayıdırlar, lakin bəzi xəstələrdə qalıq 

əlamətlər də qeydə alınır. Demək olar ki, bütün halların 20%-də, 

xüsusilə  də adekvat müalicə ilə  təmin olunmayan hallarda, 

depressiya xroniki xəstəliyə çevrilir və remissiya olmadan keçir. 

Depressiyanın  ən ağır nəticəsi intihardır. Depressiyadan əziyyət 

çəkən  şəxslərin 15-20%-i həyatlarına intiharla son qoyurlar. 

Depressiyanın digər nəticələrinə, işin (vəzifənin) itirilməsi, təcrid, 

təhlükəli davranış formaları, alkoqoldan və digər psixoaktiv 

maddələrdən istifadə aiddir. Depressiv pozuntu xəstənin ailəsinə  və 

yaxınlarına, xüsusilə  də  uşaqlarına – depressiyadan əziyyət çəkən 

xəstənin valideynlik funksiyalarını yerinə yetirmək imkanının 

azalması ilə  əlaqədar olaraq, – mənfi təsir göstərir. Depressiv 

pozuntu pasiyentin fiziki sağlamlığına mənfi təsir göstərə, yanaşı 

gedən somatik xəstəliyin gedişini ağırlaşdıra bilər. Bundan əlavə 

depressiya zamanı ürək-damar patologiyalarının yaranması ehtimalı 

da artır.  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

11

DEPRESSİV POZUNTUNUN DİAQNOSTİKASI 

 Psixi 

və Davranış Pozuntularının Beynəlxalq Təsnifatına (XBT-



10) uyğun  şəkildə depressiv pozuntu diaqnozunun qoyulması üçün 

əlamətlər 2 həftədən az olmayaraq müşahidə edilməlidir. Anamnezdə 

maniakal və ya hipomaniakal epizodlar olmamalıdır. Simptomlar 

psixoaktiv maddələrin qəbulu və ya istənilən orqanik psixi xəstəlik 

ilə əlaqəli olmamalıdır. 

Depressiyanın əsas əlamətləri: 

 

Pasiyent üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun 



müddət əhvalın enməsi 

 



Adətən pasiyent üçün xoş olan məşğuliyyətə aydın formada 

marağın və alınan zövqün azalması 

 

Demək olar ki, hər gün müşahidə edilən yorulma və güc 



tükənməsi. 

Depressiyanın əlavə əlamətləri: 

 

Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi 



 

Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi 



 

Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar 



davranışı 

 



Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması 

 



Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor 

fəallığın pozulması (subyektiv və ya obyektiv) 

 

İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq-



süstlük) 

 



Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi 

(artması və ya azalması) 

 

İfadə səviyyəsindən asılı olaraq əlamətlər fərqlənir: 



Yüngül depressiya epizodu (F32.0) – əsas əlamətlərdən ən azı 

2-si və  əlavə  əlamətlər müşahidə olunur (ümumi sayda 4-dən az 

olmayaraq) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə