Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol


Orta dərəcəli depressiya epizodu (F32.1)



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   2   3   4   5   6   7   8   9   ...   16

Orta dərəcəli depressiya epizodu (F32.1) –  əsas  əlamətlərdən 

ən azı 2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 6-dan 

az olmayaraq) 

Psixotik  əlamətlərsiz ağır depressiya epizodu (F32.2) – əsas 

əlamətlərin hər üçü və  əlavə  əlamətlər müşahidə olunur (ümumi 

sayda 8-dən az olmayaraq) 

Psixotik  əlamətlərlə  ağır depressiya epizodu (F32.3) 

sayıqlama, qarabasma və ya depressiv stupor zamanı 

diaqnozlaşdırılmalıdır. Bu halda özünügünahlandırma sayıqlamaları, 

ipoxondrik, nihilistik və persikutor məzmunlu münasibət daha 

xarakterik mövzulardandır. 

Differensial diaqnostika 

Cədvəl 1. Depressiv pozuntuların differensial diaqnostikasının 

prinsipləri 

 

Pozuntu 



Əlamətlərin 

ifadə səviyyəsi 

Epizodların 

sayı 

Epizodların 

davamlılığı 

Depressiv 

epizod (F32) 

Yüngül, orta 

ifadəli, ağır 

bir 


> 2 həftə 

Rekurrent 

depressiv 

pozuntu (F33) 

Yüngül, orta 

ifadəli, ağır 

> 2 

> 2 həftə 



Distimiya 

(F34.1) 


Yüngül, orta 

ifadəli, 

> 1 

> 2 il 


Depressiv 

reaksiya  

(F43.2) 

Yüngül bir  < 1 ay 

  Maniakal, hipomaniakal və ya qarışıq tipin heç olmasa bir 

epizodunun yaşanmasına dair məlumatın mövcudluğu  Bipolyar 



pozuntu (F31) diaqnozunun qoyulmasını tələb edir.  

 

12



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

13

 



Şizofreniya simptomlarının mövcudluğu  Şizoaffektiv pozuntu 

(F25.1) və ya Postşizofrenik depressiya (F20.4) diaqnozunun 

qoyulmasını tələb edir. 

  MSS-nin üzvi zədələnməsinin  əlamətlərinin mövcudluğu  Üzvi 

affektiv pozuntu (F06.3) diaqnozunun qoyulmasını tələb edir. 

Psixoaktiv maddələrin qəbulundan sonra bilavasitə inkişaf edən 

simptomatika  Psixi simptomları olan psixoaktiv maddələrin 

qəbulu nəticəsində yaranan psixi pozuntu diaqnozunun  (F10.5) 

qoyulmasını tələb edir. 

 

İLKİN TİBBİ YARDIM SİSTEMİNDƏ 

DEPRESSİYASI OLAN PASİYENTLƏRİN 

MÜŞAHİDƏ VƏ MÜALİCƏSİ 

Pasiyentlərin müayinəsi 

1.  İlkin tibbi yardım sistemində çalışan həkimlər müalicə 

müəssisəsinə müraciət edən bütün pasiyentlərə depressiyaya dair 

skrininq keçirməlidirlər [C]

2.   Pasiyentə 2 sual vermək lazımdır: 

 

Əhvalınızın enməsini, ruh düşkünlüyü və ya tənhalıq hiss 



edirsinizmi? 

 

Adətən Sizin üçün xoş olan məşğuliyyətə marağın və aldığınız 



zövqün enməsini müşahidə edirsinizmi? [B] 

3.   Bu suallardan heç olmasa birinə təsdiq cavabı aldığınız təqdirdə 

depressiyanı və onun ağırlıq dərəcəsini [C] müəyyənləşdirmək üçün 

standartlaşdırılmış şkaladan (PHQ-9, Əlavə 1) istifadə edin. 

4.   Əzələ ağrıları, beldə ağrılar, döş qəfəsində ağırlıq hissləri, ümumi 

halsızlıq və ya yorğunluq, baş ağrıları, qəbizlik kimi tibbi xarakterli 

anlaşılmaz şikayətlər depressiya ilə əlaqədar ola bilər [C]. 

5. Pasiyentin müalicə rejiminə riayət etməməsi, tibbi yardımla 

əlaqədar olan və olmayan həyat seçimlərini reallaşdırmaq bacarığının 

olmaması, hər hansı bir problemə (adətən əhəmiyyətsiz) dair qayğısı, 

tibb müəssisəsində yanlış davranışı kimi depressiyanın mümkün 

əlamətləri həkimin diqqətini cəlb etməlidir [D]. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

14

6. Depressiyanın  əlamətlərinin aşkarlanması zamanı  həkim intihar 



təhlükəsini qiymətləndirməlidir  [A]. Nəzakətli formada aşağıdakı 

sualları vermək lazımdır: 



1)

 

Öz gələcəyinizi necə görürsünüz? 

2)

 

Siz yatıb, bir də heç vaxt oyanmamaq istəyirsinizmi? 

3)

 

Həyatdan getmək barədə düşünürsünüzmü? 

4)

 

Əgər bu belədirsə, bunu necə reallaşdırmaq olar? 

5)

 

İntihar etmək üçün istifadə olunan vasitələri əldə etmək imkanınız varmı? 

6)

 

Özünüzə zərər yetirməkdən Sizi çəkindirən nədir? 

 

İntihar cəhdlərinin yüksək təhlükəsi ilə  əlaqədar olan faktorları 



da nəzərdən keçirmək lazımdır. Onlara aşağıdakılar aiddir [B]

Depressiya ilə əlaqədar amillər 

Sosial-demoqrafik amillər 

 

İntihara dair fikirlərin, 



qərar və planların 

mövcudluğu 

 

Anamnezdə əvvəl yaşanan 



intihar cəhdləri 

 

Alkoqol və narkotik 



maddələrin qəbulu 

 

Kəskin psixotik 



simptomların mövcudluğu 

(imperativ qarabasmalar, 

özünü günahlandırma 

sayıqlamaları) 

 

İmkansızlıq-əlacsızlıq və ya 



günah hissi ilə müşayiət 

olunan ağır depressiya və 

həmçinin ifadə olunmuş 

həyəcan və təlaş 

 

Depressiyanın ağır somatik 



xəstəlik ilə yanaşı getməsi 

 

İntiharı həyata keçirmək 



üçün öldürücü maddələri 

əldə etmək imkanı 

 

İntihara irsi meyllilik və 



digər insan tərəfindən icra 

olunan intiharın 

müşahidəsi 

 

Yeniyetmə və ya ahıl yaş 



dövrü 

 

Arzuolunmaz həyat şəraiti 



(tənhalıq, işsizlik, sosial 

dəstəyin yoxluğu ) 

 

Uşaqlıqda yaşanan 



psixoloji travmalar 

(zorakılıq, valideyn itkisi) 

 

Kişi cinsinə mənsubluq 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə