Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 

21

etməsi zamanı    SİUSİ  və  SNİUSİ-nin təyini, ilk növbədə 



orqanizmin MAO inhibitorlarından təmizlənməsini tələb edir. 

6.   Antidepressantların terapevtik təsirinin dərhal  üzə  çıxmadığını 

nəzərə alsaq, klinik ifadəli həyəcan və/ və ya təlaşla müşayiət 

olunan depressiya yaşayan xəstələrə antidepressantlarla eyni 

zamanda anksiolitiklərin (kiçik trankvilizator) təyini də 

məqsədəuyğundur  [A]. Tolerantlıq, asılılıq və ya dərman 

qəbulunun dayandırılması sindromu yaratmayan  həyəcana qarşı 

preparatlara qeyri-benzodiazepin sırası  anksiolitikləri 

(Buspiron, Hidroksizin) aiddir [D]. Daha ifadə olunmuş sedativ 

təsirə malik olan (Alprozolam, Lorazepam, Klonozepam

benzodiazepin trankvilizatorlarının istifadəsinə böyük diqqətlə 

yanaşmaq və onları  qısa müddətə (2 həftədən çox olmayaraq) 

təyin  etmək lazımdır  [C]. Trankvilizatorların  əksəriyyəti 

depressiya zamanı yuxuculluğu gücləndirə  və fikri cəmləmə 

qabiliyyətini zəiflədə bilər. Bu səbəbdən də xüsusilə  nəqliyyat 

vasitələrini idarə edən pasiyentlər bu effektlərə dair 

məlumatlandırılmalıdırlar. 

7.   Müalicənin ilk ayında 2 həftədə 1 dəfədən az olmayaraq 

terapevtik monitorinq həyata keçirmək lazımdır. Ağır depressiya 

zamanı monitorinqlər daha tez-tez keçirilməlidir [C]. Monitorinq 

zamanı ehtimal olunan əlavə təsirlərə, intihar cəhdlərinə, həyəcan 

və  təlaşın yaranması  və güclənməsinə, həmçinin həkimin 

göstərişlərinə  xəstənin necə  əməl etməsinə  nəzarət etmək 

lazımdır. Müalicə rejiminə  və  həkim göstərişlərinə riayət etmək 

müalicədə  əsas (aparıcı) faktordur [A]. Həkim göstərişlərinə 

riayət etməyə, pasiyenti aşağıdakılara dair məlumatlandırmaqla 

nail olmaq olar: 

 

Terapiyanın ilkin hiss olunacaq nəticələri (səmərəsi) 2 



həftədən tez olmayaraq meydana çıxa bilər. Lakin 

depressiyanın öhdəsindən gəlmək üçün daha uzun müddət 

tələb olunur. 

 

Əlavə təsirlər terapiyanın müsbət təsirini qabaqlaya bilər və 



onlar adətən  əlavə  tədbirlər aparılmadan keçib gedirlər.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

22

 



Uğurlu müalicə dozanın dəyişdirilməsini və ya digər 

antidepressantın təyinini tələb edə bilər. 

 

Terapiya  əhval-ruhiyyənin yaxşılaşmasından sonra 6 aydan 



az olmayaraq hələ davam etdiriləcək. 

 

Dərman preparatı həkimin göstərişinə əsasən ardıcıl formada 



qəbul olunmalıdır. Müalicə rejiminə riayət edilməməsi 

depressiv simptomların kəskinləşməsinə  və ya yeni epizodun 

inkişafına gətirib çıxara bilər. 

 

Müalicə ilə bağlı bütün məsələlərə dair həkimlə 



məsləhətləşmək lazımdır. 

8.   SİUSİ_və_SNİUSİ'>SİUSİ  və  SNİUSİ-nin standart dozasının terapevtik effektinin 

kifayət qədər olmadığı  təqdirdə  və  əlavə  təsirlərin yoxluğu 

zamanı preparatın ilkin dozası  tədricən artırıla bilər  [A]

Müalicənin başlanmasından sonra, 4 həftə  ərzində terapevtik 

effektin yoxluğu, terapiyanın əvvəlində olmayan və əhəmiyyətsiz 

(cüzi) dərəcədə ifadə olunan depressiv simptomatikanın artması 

və ya intihar tendensiyasının güclənməsi və ya əlavə  təsirlərin 

kəskinləşməsi zamanı başqa  SİUSİ  və ya SNİUSİ  təyin etmək 

lazımdır  [C].  Əgər sonrakı 4 həftə  ərzində  də müsbət 

dəyişikliklər nəzərə çarpmırsa, ikinci seçim preparatlarına 

keçmək lazımdır [B]

9.   İkinci seçim preparatlarına  trisiklik antidepressantlar (TSA), 

qarışıq təsirli antidepressantlar (QTA) və monoaminoksidazanın 

dönən inhibitorları (MAO Dİ) aiddir [C]. TSA ilə müalicəyə 

tədricən, terapevtik effektin və əlavə təsirlərin yaranmasına səbəb 

olan kiçik dozalardan başlamaq lazımdır  [C]. TSA-nın 

Monoaminoksidazanın  (MAO)  dönən və dönməyən inhibitorları 

ilə birlikdə 

qəbulu yolverilməzdir. Pasiyentin MAO 

inhibitorlarından istifadəsi faktının mövcud olduğu təqdirdə 

TSA-nın təyin olunması ilk növbədə orqanizmin MAO 

inhibitorlarından təmizlənməsini tələb edir. TSA-nın yüksək 

dozası arzuolunmaz təsirlərin yaranması  təhlükəsi ilə bağlıdır. 

TSA ishal və yuxusuzluqdan əziyyət çəkən xəstələr üçün xeyirli 

ola biləcək, sedasiya və ya qəbizlik kimi antixolinergik əlavə 

təsirlərə malikdir [A]. TSA həmçinin çəki artımına və ya 

nevroloji ağrıların yaranmasına da səbəb ola bilər. Antixolinergik  

təsirlər özündə  ağızda quruluq, görmə yayğınlığı, səmtləşmə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

23

proseslərinin pozulması, ortostatik təzyiqin enməsini birləşdirir 



və müalicə sxeminə riayət olunmamasına gətirib çıxara bilər. 

Müalicənin qeyri-effektivliyi kifayət qədər olmayan dərman 

miqdarı  və ya müalicə müddəti ilə  əlaqədar ola bilər. TSA-nın 

dozasını  aşmağın ölüm hallarına səbəb olmasını  nəzərə alsaq, 

intihara  şübhəli xəstələrə bu preparatları  məhdud miqdarda 

təyin etmək lazımdır [A]. 

10. İlkin səhiyyə sisteminin həkimləri MAO-nun dönməyən 

inhibitorlarını, iki antidepressantla uyğunlaşdırılmış terapiyanı, 

antidepressantla  Neyroleptikin,  antidepressantla  Litium 

duzlarının

antidepressantla 

əhval stabilizatorlarının 

kombinasiyasını  təyin etməməlidirlər  [D].  Bu cür təyinatlar 

yalnız mütəxəssis psixiatr tərəfindən verilə bilər. 

11. Antidepressantlarla  aparılan terapiyanın davamlılığı, birinci 

epizodda remissiya əldə olunandan sonra altı aydan, ikinci 

epizodda isə iki ildən az olmamalıdır [A]. Qeyri-məhdud zaman 

kəsiyində istifadə olunan antidepressantlı, dəstəkləyici terapiya 

üçüncü epizoddan və ya ifadə olunmuş  ağırlıq dərəcəsi, intihar 

cəhdləri, psixoz, uzunmüddətli depressiv epizodlarla müşayiət 

olunan ikinci epizoddan və ya 60 yaşından sonra təyin 

olunmalıdır  [B]. Müalicənin fəal fazasından fərqli olaraq 

dəstəkləyici terapiya zamanı antidepressantların daha az 

terapevtik dozalarından istifadə etmək olar [D]. 

12. Dərman qəbulunun kəsilməsi sindromunun yaranma ehtimalı ilə 

əlaqədar olaraq terapiyanın dayandırılması prosesi dozanın iki 

həftə  ərzində  tədricən azaldılması yolu ilə aparılmalıdır  [C]

Pasiyentlər dərman qəbulunun müstəqil formada (həkimlə 

məsləhətləşmədən) dayandırılmasının yolverilməzliyinə dair 

məlumatlandırılmalıdırlar. Həkim müalicənin dayandırılması 

qərarını  qəbul edərkən  əvvəlcədən pasiyentin psixi halını 

müayinə etməlidir. 

 

 



İxtisaslaşdırılmış yardım səviyyəsinə göndəriş 

1.  İxtisaslaşdırılmış yardım səviyyəsinə göndəriş aşağıdakı hallarda 

həyata keçirilməlidir:

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə